834) Əməliyyatdan sonrakı mediastinitin diaqnostikasının optimal müayinə metodları hansılar hesab olunur?
A) Rentgenoterapiya + Ezofaqoqrafiya + Ultrasəs müayinəsi
B) Rentgenoqrafiya + mediastinoskopiya + torakoskopiya
C) Kompyuter tomoqrafiya + ezofaqoskopiya + mediastinoskopiya
D) Rentgenoqrafiya + Ultrasəs müayinəsi + Kompyuter tomoqrafiya
E) Rentgenoskopiya + ezofaqoskopiya + bronxoskopiya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
835) Ağ ciyərlərin rezeksiyası zamanı daimi qalıq plevral boşluğun formalaşması hansı müddətə yekunlaşır?
A) Əməliyyatdan 21-28 gün sonra
B) Əməliyyatdan 5-10 gün sonra
C) Əməliyyatdan 3-5 gün sonra
D) Əməliyyatdan 10-21 gün sonra
E) Əməliyyatdan 28-40 gün sonra
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
836) Əməliyyatdan sonrakı intraplevral qanaxma zamanı hansı templi davam edən qanaxma təcili retorakotomiyaya göstərişdir?
A) 0,2 – 0,3 litr/saatda, 2-3 saat ərzində aparılan hemostatik konservativ tədbirlərin effekti və müsbət dinamika olmadıqda
B) 0,3 – 0,4 litr/saatda
C) 0,5 litr/saatda və daha templi
D) 0,2 – 0,3 litr/saatda
E) 0,5 litr/saatda və qanın laxtalanmasının pozğunluğu haqda göstəricilər olmadıqda
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
837) Rezeksiya olunmuş sağ ağ ciyərin seqmentlərinin patoloji dislokasiyasının ən çox müşahidə olunan variantı hansıdır?
A) 7-ci seqmentin xarici kostodiafraqmal sinusa yerdəyişməsi
B) 6-cı seqmentin plevral boşluğun kümbəzinə yerdəyişməsi
C) 8-ci seqmentin arxa kostodiafraqmal sinusa yerdəyişməsi
D) 6-cı seqmentin arxa kostodiafraqmal sinusa yerdəyişməsi
E) Orta payın plevral boşluğun kümbəzinə yerdəyişməsi
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
838) Şəkərli diabet fonunda ağ ciyərin vərəmi ilə olan xəstələrdə cərrahi müdaxilənin aparılması zamanı nə vacibdir ?
A) Sadə insulinin dozasını endirmək
B) Insulinin sutkalıq dozasını artırmaq
C) Xəstənin müalicəsini mütləq adekvat dozalanmış sadə insulinə keçirmək
D) Sadə insulinin və peroral hipoqlikemik preparatların kombinə olunmasını təyin etmək
E) Dyurant preparatlara keçməklə insulinin dozasını endirmək
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
Dostları ilə paylaş: |