43
Onu da nəzərə almaq lazımdır ki, bu üslubda müb-
təda bir qayda olaraq, idarə, müəssisə və təşkilatların ad-
ları ilə ifadə olunur. Sənədlərin tərtibi zamanı həmcins
üzvlü cümlələrə daha çox yer verilir. Həmin cümlələrdə
adətən bir mübtəda bir neçə xəbərlə və yaxud bir neçə
xəbər bir neçə mübtəda ilə uzlaşdırılır.
Sənədlərin tipləri məzmununa (hansı rəsmi-işgüzar
vəziyyətin əks olunmasına görə) və formasına (sənədin
mətninin əsas elementləri olan rekvizitlərin quruluş sxemi
ilə) görə təsnifləşdirilir . Elmi-nəzəri ədəbiyyatda işgüzar
üslubun aşağıdakı yarımüslubları (altsistemləri) fərqləndi-
rilir:
- sırf rəsmi-işgüzar;
- hüquqi (qanun və fərmanların dili);
- diplomatik.
Ədəbiyyatda göstərilir ki, qeyd olunan bu üç altsis-
tem arasında bir sıra fərqlərin olmasına baxmayaraq, bu
altsistemlər xarakterik cəhətlərinə görə yaxındırlar. Rəs-
mi-işgüzar və diplomatik sənədləri bir-birinə yaxınlaşdı-
ran
cəhət ondan ibarətdir ki, hər ikisi tərəflər arasında razı-
lıq əldə olunmasına və diplomatik formulların etik təbiəti-
nə əsasən tərəflərin mövqelərinin müəyyən olunmasına
xidmət edirlər; onlardan fərqli olaraq, “qanunlar”ın dili
üçün xarakterik cəhət konkret şərt və vəzifələrin, onların
hüquqi məsuliyyətlərinin sadalanmasıdır. Lakin işgüzar-
rəsmi üslub bütünlükdə öz xüsusiyyətlərini dəftərxana
sənədlərində göstərir.
Rəsmi üslub rəsmi sənədlərə məxsusdur. Müasir
dövrdə rəsmi üslub artıq formalaşmış, kifayət qədər tək-
milləşmiş bir üslubdur.Bu üslubun digər üslublarla oxşar
44
və
fərqli
cəhətlərivardır.
Rəsmi
üslubun
əsas
xüsusiyyətləri aşağıdakılardır:
- inandırıcılq;
- ardıcıllıq;
- dəqiqlik;
- aydınlıq;
- sadəlik;
- məntiqilik.
Qeyd etmək lazımdır ki, nəinki işgüzar yazışmala-
rın aparılmasında həmçinin işgüzar nitqin müvafiq hüquqi
qüvvəyə malik olan sənədlərdə də işgüzar üslubun dil va-
sitələrindən geniş istifadə olunur.
Rəsmi- işgüzar üslubun xarakteristikası özündə xü-
susiyyətlərinə görə fərqlənən iki normanı əks etdirir:
- Sənədin sxeminə uyğun dil materiallarını idarə
edən dil normalarını;
- Sənədin məzmununu, mətnini idarə edən mətn
normalarını. Sənədlərdə təkcə xüsusi üslubu deyil, həmçi-
nin onların tərtib olunması qaydalarının düzgünlüyünü,
ştampların mövcudluğunu da ayırırlar. Buna görə də çox
vaxt hazır blanklardan istifadə olunur. Rəsmi-işgüzar üs-
lub sənədlərin-beynəlxalq razılıqların, dövlət aktlarının,
hüquqi qanunların, işgüzar sənədlərin və s. üslubudur.
Məzmun müxtəlifliyinə və janr fərqlərinə baxmayaraq,
rəsmi-işgüzar üslub bir sıra ümumi cəhətlərlə xarakterizə
olunur. Buraya aiddir:
- mətnin yığcamlığı;
- materialın
standart formada yerləşməsi;
- terminologiyanın, nomenklaturanın, mürəkkəb sözlə-
rin ixtisarı, abreviaturanın və s.
istifadəsi;
45
- mürəkkəb cümlənin hissələrini əlaqələndirmək üçün
müxtəlif söz
birləşmələrinin, məsdərlərin
işlənməsi;
- sadalamadan istifadə;
- cümlədə sözlərin düzgün ardıcıllığı;
- mürəkkəb cümlələrin çoxluğu;
- ekspressiv leksikanın yoxluğu;
- fərdi olmaması.
Bundan başqa, işgüzar nitqdə şəxs əvəzliklərinin
(o, onlar) istifadəsi yol verilməzdir. Belə ki, onlar məzmu-
nun dəqiqliyinə və aydınlığına xələl gətirə bilər.
Sintaksis baxımından işgüzar nitq məntiqi olmalı,
faktlara əsaslanmalıdır. Bu səbəbdən də işgüzar mətnlərdə
mürəkkəb konstruksiyalar üstünlük təşkil edirlər; bağlayı-
cılı mürəkkəb cümlələr məntiqi münasibətləri ifadə etmək
üçün ən yaxşı vasitədir.