NƏZƏRİ və ƏMƏLİ BİLİK



Yüklə 312 Kb.
səhifə2/2
tarix25.12.2016
ölçüsü312 Kb.
1   2

Lev Tolstoy
Müasir dövrdə elmi və texnoloji bilik kimi məlum olan iki əsas bilik növünə müvafiq olaraq hələ insanın əmələ gəldiyi ilk dövr­lərdə də iki müxtəlif bilik növü: koqnitiv və əməli biliklər möv­cud ol­muş­dur. Birincilərin əsasında canlı seyr, ikincilərin əsa­sın­da maddi fəa­liy­yət – praktika dayanmışdır.

Zehni biliklər insan – təbiət qarşılıqlı münasibə­tində ikincinin bi­rinciyə təsirini əks etdirir və təbiəti, dünyanı dərk etmək, "ni­yə?", "han­sı səbəbdən?" suallarına cavab vermək təşəbbüsün­dən irə­­li gəlir. Bu proses tarixən seyrlə başlansa da, dünyaya fəal, də­yiş­dirici müna­sibətin nəticələrini də idrak süzgəcindən ke­çir­mək­lə da­ha intensiv xarakter alır. Təbiətin ilkin təsirləri ilə yanaşı in­sa­nın fə­al müdaxiləsinə olan əks təsirlər də informasiya mənbəyinə çevrilir.

İnsanın məqsədəuyğun dəyişdiricilik fəaliyyəti isə bilavasitə bu fəaliyyətə xidmət edən, «necə», «hansı yolla» suallarına cavab verən bi­­liklərə tələbat yaradır. Mücərrəd təfəkkürün və nitqin formalaşması sayəsində sinkretik əməli vərdişlərdə maddi və ideal komponentlərin ayrılması baş verir və əməli biliklər müstəqillik kəsb edir. (Bu gün bir qayda olaraq, biliklər əməli vərdişlərə çevrildiyi halda, tarixən əksinə olmuşdur).

Seyr özü insanla yaşıd olsa da, insanın təbiətə passiv, seyrci münasibətindən törəyən, təməlində inikas prosesi dayanan koq­ni­tiv bi­liklər nisbətən sonra yaranmışdır. Belə ki, ilk dövrlərdə mən­ti­qi təfəkkür hələ formalaşmadığından, seyr hec də biliklərə yox, yalnız tə­səvvürlərə gətirib çıxarmışdır. L.Levi-Bryulun yazdığı k­imi, məntiqə­qədərki (praloqiçeskoe) və mistik təfəkkür dövründə an­layış və biliklər əvəzinə yalnız "kollektiv təsəvvürlər" olmuşdur.

Maddi fəaliyyət nəticəsində hasil olan, sonralar həm də onun əsasında dayanan əməli biliklər isə, lap əvvəldən realistik xarakter da­şımış, hər cür mistikadan uzaq olmuşdur. Maddi istehsal prosesi sa­yəsində insanın özünü təbiətdən getdikcə daha çox ayırdığı və hətta özünü ona qarşı qoyduqu bir şəraitdə, mənəvinin maddidən ayrılaraq nisbi müstəqil bir tərəf kimi onunla əkslik təşkil etdiyi bir vaxtda iki müxtəlif bilik növü bir-birindən getdikcə daha aydın, fərqlənsə də, onların arasında müəyyən qarşılıqlı əlaqə və vəhdət yaranmışdır. Ona görə də, bu bilik növlərini fərqləndirmək və tari­xi baxımdan müqayisə etmək çətindir.

Bununla belə, tarixən məhz əməli bilklərin ilkin olması, koq­ni­tiv biliklərin isə mifoloji təsəvvürlərlə, "məntiqəqədərki təfək­kür­lə" əməli biliklərin birləşməsindən, yəni nisbətən sonra yaranması fik­ri xeyli dərin əsasa malikdir. Sadəlövh realizm mövqeyinə görə, əməli biliklər elmi inkişafın yeganə mənbəyidir. Əsasən mifoloji və mistik xarakter daşıyan başqa mənşəli biliklər isə bilavasitə maddi istehsal prosesin­dən hasil olan əməli biliklər tərəfindən sıxışdırılıb çıxarılmışdır.

Lakin tədqiqat göstərir ki, elmi biliklər hec də yalnız induk­tiv metodla əldə edilməmişdir. İnsanların maddi fəaliyyəti ilə bi­la­va­sitə bağlı olan və çox vaxt ondan ayrılmayan, ayrıla bilməyən, müs­təqil­ləşməyən, ideal mövcudluq statusu kəsb etməyən əməli bi­lik­lər nəinki elmi biliklərin yeganə mənbəyi deyil, hətta çox vaxt onun­la əks qütb təşkil edir. Elmi biliklərin əsasında ilkin koqnitiv bi­lik­lər dayandığı halda, əməli biliklər nisbi müstəqilliyini indiyə qə­dər saxlamaqla müasir texnoloji biliklərin əsasında dayanır. Ona gö­rə, müasir dövrdə elm ilə texnologiya arasındakı münasibətin mən­şəyi də koqnitiv və əməli biliklərin dialektikasında axtarılmalıdır.

Digər tərəfdən də, bu biliklərin inkişaf yolu insan-təbiət mü­na­sibətlərinin inkişaf yolu ilə üst-üstə düşür. Maddi fəaliyyətin, in­sa­nın təbiətlə münasibə­tinin xarakteri dəyişdikcə, onun şüur tərzi və malik olduğü biliklərin xarakteri də dəyişmiş olur. C.Bernal ov­çuluqdan əkinçiliyə keçidi bu baxımdan təhlil edərək belə qə­naə­tə gəlir ki, əmək məhz əkinçiliyə keçid sayəsində mümkün olur. Do­ğurdan da, ovçuluq mərhələsində məqsədlə fəaliyyət hələ vəh­dət halında idi, onlar hələ ayrılmamışdı. Məqsəd, fəaliyyət və onun nə­ticəsi arasında vasitələn­dirici mərhələlər, xüsusi keçid prosesi hə­lə yox idi. Lakin burada C.Bernal belə bir cəhəti qeyd etməyi unu­dur ki, ovçuluğun əkinçiliyə nə­zərən belə spesifik cəhəti, struktur fər­qi ovçuluğun yalnız ilk mər­hələlrinə aiddir. İnsanın sonrakı in­ki­şafı sayəsində ov məqsədilə qa­baqcadan xüsusi alətlər hazırlanır ki, bu da məqsəd, fəaliyyət və nə­ticənin artıq bir-birindən ayrıl­dı­ğını, məqsədlə əməli nəticənin vasitə­ləndiyini göstərir və bu şüurlu, məq­sədəuyğun fəaliyyət mənasında əmək ovçuluq sahəsinə də aid­dir. Əsas məsələ «mədəniyyətin yaratdığı istehsal alətlərinə» əsas­la­nan əkinçiliyə keçidin bir keyfiyyət sıçrayışı kimi qiy­mət­lən­di­ril­mə­sidir. Bu iki mərhələ arasındakı fərq yalnız əmək səhələrinin fərq­ləndirilməsindən ibərət olmayıb daha prinsipial xarakter daşı­yır və fiziki və zehni əmək bölgüsünün əsasında dayanır. Lakin əkinçilik gözlənilən məhsulun alınması ücün bir sıra aralıq fəa­liyyət formalarının icrasını tələb edirdi. Bu baxımdan, ovçuluğun əkin­çiliklə deyil, maldarlıqla müqayisəsi daha əyanidir. Heyvanı hazır şəkildə ovlayıb yemək (xüsusən bişirmədən yemək; çünki od­dan isti­fadə aralıq mərhələlər zəncirində daha bir halqadır və va­si­tələndirici fəaliyyətə aiddir) ücün onu bəsləyib-yetişdirmək və bu məqsədlə onun həyatını öyrənmək, bilmək vacib deyil. Lakin əgər insanlar sonradan gərək olacaqları ücün heyvanları əhliləşdirir və bəsləyib böyüdürlərsə, bu artıq vasitələndirici prosesdir və ilkin koq­nitiv və əməli biliklərə əsas­lanmadan, kortəbii olaraq həyata ke­­çirilə bilməz. Bu coxpilləli fəa­liyyətin müvəffəqiyyətlə icra edil­məsi ücün maddi fəaliyyətdən ay­rıl­mamış əməli biliklərlə yanaşı, məqsədəuyğun surətdə idarə edilməli olan hadisələr haqqında obyektiv məlumat – koqnitiv biliklər zəruri şərtdir. Bu biliklər, yu­xa­rıda artıq göstərdiyimiz kimi, seyrlə başlayır. C.Bernal yazırdı: «...Bu vaxt artıq heyvan və bitki həyatının bütün tarixi müşahidə predmetinə cevrilmişdir. Yalnız heyvanı necə tutmağı, yaxud bitkini necə yığmağı deyil, həm də onların necə çoxaldığını və böyüdüyünü də bilmək zəruri idi».1

Məqsədlə fəaliyyətin nəticəsi arasında dayanan əlaqələndirici vasitə, süni alətlər və bu alətlərdən istifadə vərdişləri ilk texniki nü­munələr idi və onların tarixi sivilizasiyanın tarixi ilə üst-üstə düşür. V.M.Mejuyev yazır: «Mədəniyyət, hər şeydən əvvəl, tarixən yaranmış biətə insani münasibətdir».2 Bu fikri dəqiqləşdirərək demək olar ki, mə­dəniyyət insanın özünü təbiətdən ayrırmasından və ya təbiətə vasitəli münasibətindən başlanır. Bilavasitə əldə, əlin hə­rə­kət­lərində maddilə­şən şüur zaman keçdikcə, fəaliyyət coxpilləli qu­ru­luş kəsb etdikcə, va­sitələndirici mərhələlərdə maddiləşməyə baş­la­mışdır. Bu vasitə isə məhz texnikadır. Deməli, texnika tarixən elm­dən əvvəldir və sivi­lizasiyanın təməli məhz texnika ilə qo­yul­muş­dur.

Maraqlıdır ki, mədəniyyətin, sivilizasiyanın mənşəyini əmək alət­ləri, texnika ilə bağlamaq yalnız müasir nəzəri təhlilin gəldiyi qənaət deyil. Qədim adamlar özləri də texnikanın onların həya­tın­da oynadığı mühüm dəyişdirici rolu görmüş, özlərini vəhşilərdən yal­nız texnikaya malik olmaqla üstün tutmuşlar. Məsələn, b.e.ə. III minilliyə aid olan "Enki və kainat"3 adlı şumer poemasında «allah Enki əsas eti­barilə toxanı, kərpic ücün formanı – qəlibi ixtira edən, evləri, pə­yəni, arxacı tikən və cütcü kimi, bir sözlə şumer dünyasını ibtidai icma dün­yasından fərqləndirən "texniki" nailiyyətlərin yaradıcısı kimi göstəril­mişdir».4 Lakin şübhəsiz ki, qədim adamların özləri haqdakı fikirləri yalnız tarixi məlumat mənbəyi kimi əhəmiyyətlidir, nəzəri təhlil ba­xımından isə mötəbər mənbə sayıla bilməz. Kecmişin məlu­matları müasir məntiqin im­kanları mövqeyindən təhlil edilməlidir.

Tarixi keçmiş müasir intellektual səviyyədən təhlil olunarkən gö­rünür ki, doğrudan da, texnika insanla təbiət arasında qarşılıqlı mü­nasibəti (məhz qarşılıqlı münasibəti, çünki texnika həm də təbiətin insana təsirinə, başqa sözlə insanın təbiətdən informasiya al­masına xidmət edir; məsələn, gözlük, mikroskop, teleskop, loka­tor, rentgen qur­ğusu və s.) vasitələndirməklə yanaşı, nitqlə birlikdə həm də bilik­lərin maddiləşməsi və ötürülməsinə xidmət etmişdir. Biliklər çox vaxt sözlə ifadə edilməkdən daha çox əməli şəkildə nü­ma­yiş etdirilirdi. An­layışlar hələ kifayət qədər təkmilləş­mə­di­yin­dən, əməli biliklər isə fəa­liyyətdən tam ayrılmadığından ilk dövr­lər­də biliyin başqalarına əyani nümunə ilə ötürülməsi sözlə ötürül­mə­sindən asan idi. Söz daha çox dərəcədə koqnitiv biliklərin ifa­də­si ücün zəruri idi. Ona görə texni­kanın inkişafı ilə müqayisədə məhz elmin inkişafında sözün, dilin rolu böyük olmuşdur.

Texnika primitiv şəkildə də olsa, ilk insan qruplaşmaları za­ma­nından, birinin düzəltdiyi əmək vasitələrindən, digərlərinin də is­ti­fa­də etdiyi vaxtdan meydana gəlmişdir. Belə vasitələrin dü­zəl­dil­məsi də mü­əy­yən zəruri ictimai tələbin ödənilməsi – minimal sər­vət bollu­ğunun yaranması halında mümkün olmuşdur. S.Lilli ya­zır: «Yalnız öz əkin işlərinin öhdəsindən müvəffəqiyyətlə gələn bəzi adamlar və ailələr əmək alətləri düzəltmək üçün sərbəst vaxt əldə edir və ya məhsulun artıq hissəsini verib sənətkarlardan müa­sir əmək alətləri alırdılar»1. İnsanlarda şüurluluq və ictimailəşmənin zəif inkişaf etdiyi dövrlərdə – sabahkı həyata inam hissinin azlığı şəraitində əsas məq­­səd gündəlik yem tədarükü görməkdən, öz başına çarə qıl­maq­dan ibarət olub. Ona görə də, yalnız öz maddi ehtiyacını kifa­yət qədər ödəmiş olan adamlar başqa işlə məşğul olmaq üçün sər­bəst vaxt əldə edə bilərdi... Belə bir dövrdə elm və texnikanı so­sial sis­tem kimi qəbul etmək mümkün­dür­mü? Əsla yox. Əvvəla, ona gö­rə ki, həmin dövrdə spesifik əmək böl­güsü yox idi; yəni tex­ni­ki va­sitələrinin hazırlanması ilə məşğul olan adamlar hələ əkin­çi­lik­dən tamamilə ayrıla bilməzdilər, zira bu halda onların şəxsi həyatı şüb­hə altına düşə bilərdi. İkincisi, müxtəlif ərazi­lərdəki insan qrup­la­rı arasında əlaqələrin zəif olması nəticəsində bir yerdə istifadə olunan texniki vasitələr başqa yerlərə ötürülə bilmirdi və s. Bü­töv­lük­də cəmiyyət miqyasına uyğun gələn, daxili tamlığa ma­lik olan vahid texnika sistemi hələ formalaşmamışdı. Texnikanın is­tehsal prosesinin ayrılmaz tərkib hissəsi və özünəməxsus daxili tam­lığa malik olan bir tərəf kimi formalaşması yalnız kapitalizmin inki­şafı sayəsində mümkün olmuşdur və eyni zamanda bu inkişafın özünə böyük təkan vermişdir.



Elmin bir sosial sistem kimi formalaşması da məhz bu dövrə tə­sadüf edir. Nə zaman ki, informasiyanın ötürülməsi vasitələrinin inki­şaf səviyyəsi elmi nailiyyətlərin bütün cəmiyyət miqyasında ya­yıl­ma­sına imkan vermişdir, nə zaman ki, elmi yaradıcılıqla isteh­sa­lın qoy­duğu tələblər arasında müntəzəm qarşılıqlı əlaqə ya­ran­mış­dır, o vaxt­dan başlayaraq elm də qlobal miqyas kəsb etmiş, bir so­sial sistem ki­mi formalaşmışdır.

 Àíëàéûøëàðäàí, äàùà äîüðóñó, ñþçëÿðäÿí (÷öíêè ñþçëÿð, ùÿì äÿ ìÿ­æà­çè, ðÿìçè ìÿíàëàðäà èøëÿíÿ áèëèð) èñòèôàäÿ åäÿðÿê éåíèäÿí ùèññè îáðàç­ëàð éà­ðàòìàã âÿ èíñàíû äöøöíäöðìÿêëÿ éàíàøû, ùÿì äÿ òÿñèðëÿíäèðìÿê õöñóñè éà­ðàäûæûëûã ñàùÿñè îëàí áÿäèè ÿäÿáèééàòûí ôóíêñèéàñûäûр.

1 К.Маркс. Капитал. 1-жи жилд, Азярняшр, 1969, сящ. 375

1 Анчишкин А.И. Наука – Техника – Экономика. М., 1986, стр. 165

1 Дж. Бернал. Наука в истории общества. М., 1956, стр. 61-62.

2 В.М.Межуев. Культура в истории. М., 1977, стр. 107.

3Бах: С.Н. Крамер. История начинается в Шумере. М., 1965, стр. 116 -дан сонра.

4 И.П. Вейнберг. Человек в культуре древнего Ближнего Востока. М., 1986, стр. 23-24.

1 С.Лилли. Люди, машины и история. М., 1970, стр. 21.






Поделитесь с Вашими друзьями:
1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə