Nitqin ikinci forması spontan, yəni xüsusi hazırlıq olmadan, bədahətən, sərbəst söylənilən nitqdir. Bu, danışıqda bir növ improvizasiyadır. Bəzən belə iti, yeyin, tez, hazır, qabaqcadan düşünülməmiş nitqə ekspromt da deyilir. Adamlar öz gündəlik fəaliyyətində rəy söyləmək, məlumat vermək, münasibət bildirmək, müəyyən məsələni izah etmək, aydıniaşdırmaq və s. formalarda danışmağa cəlb olunurlar. Belə nitq təşkil olunmuş nitqlə müqayisədə xeyli çətindir. Burada danışan ani vaxt яrzində, danışıq prosesindəcə öz fikirlərini cəmləşdirməli, nədən danışacağını, nələri qeyd edəcəyini, hansı faktı gətirəcəyini, mülahizələrini nə cür əsaslandıracağını, həmin məzmunu vermək üçün hansı formanı seçəcəyini, yəni nitqinə necə başlayacağını, fikrinin daha aydın, daha təsirii olması üçün hansı söz və ifadələri, cümlələri işlədəyəcəyini, nitqin intonasiyasını və sairəni özü üçün müəyyənləşdirməlidir.