Yazılı nitq. Orfoqrafiya normaları. Durğu işarələri.
Нитq mədəniyyətindən söhbət gedəndə, adətən, onun şifahi forması nəzərdə tutulur, yazılı nitq bu anlayışa daxil edilmir. Əslində isə nitq mədəniyyəti problemlərini nitqin səlis qurulması, dil vahidlərinin məqsədəuyğun, dəqiq, ahəngdar, aydın, məzmunlu və lakonik ifadə edilməsi və digər bu kimi məsələlərlə məhdudlaşdırmaq düzgün olmazdı. Nitq mədəniyyəti problemi bunlaria yanaşı, dilin əyani, konkret ifadə vasitəsi olan yazı ilə də son dərəcədə bağlıdır. Dil sisteminin həm şifahi, həm də yazılı formalarında ədəbi diл yeni orfoqrafıya lüğətində öz əksini tapmışdır. Şübhəsiz, dil daimi inkişaf edir, onda yeni sözlər yaranır və ünsiyyət prosesində istifadə olunur. Bu sözlərin də tərtib olunacaq növbəti lüğətə salınması zəruri hesab edilir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti, ümummilli liderimiz Hейдяр ƏIiyevin 2 yanvar 2003-cü il tarixli fərmanı ilə qüvvəyə minmiş «Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu»nun 13-cü maddəsinin 2-ci bəndində yazılır: «Müvafiq icra hakimiyyəti orqanı 5 ildə bir dəfədən az olmayaraq yazı dili normalarını təsdiq edən lüğətin (orfoqrafiya lüğətinin) nəşr olunmasını təmin edir».
Dilimizin tətbiqi dairəsinin günü-gündən genişləndiyi indiki zamanda hər an yeni orfoqrafik qaydalaрын təsdiqi, ona müvafiq təkmil lüğətin, dilə hər gündə yaranan və kənardan daxil olan söz və ifadələrin yazılışını göstərən yeni sorğu kitabları «Yeni sözlərin orfoqrafiya iüğəti», «Necə yazılmalıdır?», «Bitişik, yoxsa ayrı?», «Biz düzmü yazırıq?», «Orfoqrafiyamızda mübahisəli məsəлələr» və s. başlıqlar altında nəşr olunub istifadəyə verilməlidir. Belə vəsaitlər orfoqrafiyadakı dəyişiklikləri, yenilikləri perativ şəkildə diqqətə çatdırmaq, göstərmək baxımından əhəmiyyətli вя vacib sayılmalıdır.
Orfoqrafiya qaydaları tərtib olunarkən üç prinsip əsas götürülür: fonetik, morfoloji və tarixi-ənənəvi prinsip.
Dostları ilə paylaş: |