1. Fonetik normalar. Ədəbi dilin səs sistemi də müəyyən normalar əsasında tənzimlənir. Səslərin sözlərdə müəyyən düzülüş forması və ünsıyyətdə məгbul sayıлan fonetik dəyişmələrə uyğun variantları və ənənəvi deyiliş forması norma kimi qəbul olunur. Məsələn, dilimizin ahəng qanununa görə şəkilçilər sözlərin son hecasının ahənginə uyğun olaraq onlara qoşulurlar. Əgər binalar, anam, almaq, qəlmək kimi sözlərdə şəkilçilər binalər, anəm. almək, qəlmax kimi işlədilirsə, bu, fonetik normaya görə qüsur sayılır. Başqa bir misal: dilimizdя şəkilçi tərkibində e, o, ö saitiləri işlənmir. Yerli dialektdя sözlər aton, nənön, qəler, alacek kimi işlədilirsя, deməli, burada da fonetik norma pozulmuş olur. Azərbaycan dilinə məxsus sözlərdə vurğu, əsasən, sözün son hecası üzərinə düşür. Bəzilərinin danışığında sözlər o'xu, da'ha, ba'sla кими ифадя олунур.