Nitq məDƏNİYYƏTİNİn təDQİQİ, İNKİŞafi və



Yüklə 0,58 Mb.
səhifə50/81
tarix02.01.2022
ölçüsü0,58 Mb.
#42277
1   ...   46   47   48   49   50   51   52   53   ...   81
NITQ-MEDENIYYETI-İSM-1-kurs

Morfoloji prinsip: yazıda sözlərin qrammatik tərkibini əsas götürür. Başqa sözlə, sözün və ya şəkilçinin bir tələffüz forması yazı üçün əsas sayılır, qalan

formalar ona tabe edilir, sözün kökü və şəkilçisi vahid bir formada yazılır. Məs: adi danışıq dilində ayaq-əyaq, qəbуl - qabul, kənar-kanar, xəmir-xamır, pencək -pəncək. bıçaq-pıçaq, bütöv-pütöv və s. kimi ikи variantda işlənilən sözlərin birinci tələffüz formaсы orfoqrafiyada düzgün sayılır. Yaxud, lar/lər, dar/dяр. zar/zər, nar/nər formalarında işlənən kəmiyyət şəkilçisinin bir şəkli -lar/lər yazılı dildə əsas götürülür.

Orfoqrafık qaydaların tərtibində nəzərə alınan başqa bir prinsip tarixi - ənənəvi prinsipdir. Bu prinsipə görə sözün müasir danışıq dilində (ədəbi danışıq dilində) səslənməsindən asılı olmayaraq, onun vaxtilə mövcud olduğu yazılış şəkli saxlanılır, əsas götürüiür. Dilimizdə yazılışı ədəbi tələffüzündən fərqli olan sözlərin müəyyən bir qismi (Məs.: dəftər, Səttar, səkkiz, doqquz, müəllim. növbə, şənbə, vicdan, uşaq, palıd, ailə və s.) tarixi-ənənəvi prinsip əsasında yazılır. Belə sözlərin vaxtilə ola büsin ki, yazılışı ilə tələffüzü arasında fərq olmamışdır. Həmin sözlərin tələffüz tərzi tədricən dəyişmiş, ünsiyyətдя daha yararlı, asan olan bir şəkil almış, bu səbəbdən də yazılı dildə bir sıra sözlərin orfoqrafiyası ilə orfoepiyası arasında uyğunsuzluq yaranmışdır. Belə bir uyğunsuzluq sözlərin yazılışının mənimsənilməsində müəyyən çətinliyя səbəb olur, yazını ağırlaşdırır. Lakin bununla belə, bu prinsipi kənara atıb müəyyən sözləri müasir tələffüzя uyğunlaşdırıb yazmaq da mümkün deyildir. Belə dəyişiklik yazıda ümumi bir dolaşıqlığa, savadsızlığa gətirib çıxarar.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin