Nitq məDƏNİYYƏTİNİn təDQİQİ, İNKİŞafi və



Yüklə 240,5 Kb.
səhifə26/36
tarix02.01.2022
ölçüsü240,5 Kb.
#42276
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   36
NITQ-Mədəniyyəti-I-kurs-İSM

Mühazirə. Məruzə. Çıxış

Monoioji nitqin quruluş sxemi və xüsusiyyətlərinə görə fərqlənən bir sıra növləri vardtr: mühazirə, məruzə. məlumat, çıxış, nitq və s.



MÜHAZİRƏ. Mühazirə ən çox ali məktəblərdə müəyyən fənn üzrə materialın konkret faktlara əsaslanan, geniş nəzəri mühakimə və ümumiləşdirmələrdən ibarət şərhidir. Nitqin bu formasından digər elmi idarələrdə, kütləvi tədbirlərdə və s. yerlərdə də istifadə olunur. Mühazirənin məruzədən bir fərqi ondadır ki, birincidə dialoqa yol verilə bilər. Yəni şərhin gedişində dinləyicilər natiqə sualla müraciət edə bilərlər. Mühazirəçi elə oradaca suala müvafiq cavab verib öz şərhini davam etdirir. Yaxud dinləyicilər mühazirənin gedişində replikalarla onları maraqlandıran məsələlərin daha ətraflı izah olunmasını xahiş edə bilərlər. «Mühazirə oxumaq» ifadəsi şərti olaraq işlədilir.

Nitqi səlis və aydın olsun, fikrini əsaslandırmaq üçün göstərdiyi sübutlar, faktlar, çıxardığı neticələr reallsğı əks etdirsin, incə mətləbiəri dinləyiciyə çatdırmaq, onların marağını ələ almaq, hisslərinə təsir etmək məqsədilə müvafıq nitq nümunələrindən, dil vasitələrindən, şifahi şərhin bir sıra formalarından (təsvir, xarakteristika, izah, mühakimə və s.) daha münasib şəkildə istifadə etməyi bacarsın və s. Mühazirə idraki ehəmiyyət daşımalı, elmi dərinliyi və məntiqi şərhi ilə fərqlənməlidir. Orada elmi ümumiləşdirmələrə, faktik materialın təhlilinə geniş yer verilməlidir.



MƏRUZƏ. Məruzə bir mövzu haqqında əvvəlcədən hazırlanıb söylənilən nitqə deyilir. Məruzə müxtəlif mövzu və şəraitdə aparıia bilər: görülmüş işlərin yekunu ilə bağlı hesabat məruzəsi, yaranrnış vəziyyət barədə yüksək vəzifə sahibinin qarşısında məruzə, elmi-praktik konfranslarda məruzə və s.

Mövzudan asılı olaraq məruzə qısa və geniş ola bilər. Məsələn, hər hansı bir kriminal vəziyyətlə bağlı yuxarı təşkilat qarşısında edilən məruzə bir qədər konkret və yığcam olmalıdır. Beynəlxalq vəziyyətə dair, yaxud elmi mövzuda auditoriyada, kütlə qarşısında edilən məruzələr öz əhatəüliyi, genişliyi ilə əvvəlkindən fərqlənməlidir.

Məruzə giriş, əsas hissə və nəticə olmaqla üç hissəyə bölünür. Birinci hissədə bəhs edilən məsələrin əhəmiyyətindən, aktuallığından danışılır, qarşıya qoyulan məqsədə çatmaq üçün hansı yollardan, üsullardan istifadə edildiyi göstərilir. Məruzənin əsas hissəsində isə görülən işin məzmunu göstərilir, münasibət bildirilir. Sonda isə araşdırmalara yekun vurulur, müvafiq təkliflər söylənilir.
ÇIXIŞ. Rəsmi və ictimai tədbirlərdə (iclaslaria, yığıncaqlarda, müşavirələrdə, nümayişlərdə, konfranslarda və s. yerlərdə) edilən məruzə ətrafında dinləyicilə öz fikrini, münasibətini bildirməsidir. «Çıxış» sözü hazır bir qədər də geniş dairədə işlədilir: müzakirə zamanı edilən çıxışlar, təbrik çıxışları, təşviqat xarakterli çıxışlaş, matəm çıxışları, məclis (stol) çıxışları, radio, televiziya, qəzet vasitəsilə edilən çıxışlar və s. Lakin çıxış deyəndə daha çox adamların qarşısında söylənilən nitq forması başa düşülür.

Dinləyicilər məruzədəki fikrə həmrəy olmaq, yəni fikrə nəyisə əlavə etmək, nəyəsə münasibət bildirmək va s. məqsədlərlə çıxış etməli olurlar. Bu çıxışlar o zaman effektli olur, dinləyiciləri razı salır ki,:

a) yığcam olsun, çox vaxt aparmasın;


  1. danışan müzakirə olunan mövzudan kənara çıxmasın;

  2. məruzədə və ya əvvəlki çıxışlardakılar təkrar edilməsin;

ç) deyilənlərdə ardıcıllıq və rabitəlilik olsun;

  1. sözlər, cümlələr aydın, hamının eşidə biləcəyi bir səs tonu ilə tələffüz edilsin;

  2. danışıqda loru və tüfeyli sözlərə, ifadələrə, şivə f tələffüzünə və s. yol verilməsin.

Nitq söyləmək. Adamlar müxtəlif şəraitdə müəyyən məqsədlə nitq fəaliyyətində olurlar. Bu baxımdan nitq bir sıra növlərə ayrılır: ictimai-siyasi nitq, məişət nitqi, məhkəmədə söylənilən nitq və s.


Yüklə 240,5 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin