Nitqin inkişafı üzrə işin elmi əsasları


Nitqin sintaktik quruluşunun öyrənilməsinin nitqin inkişafına təsiri



Yüklə 0,65 Mb.
səhifə31/55
tarix16.12.2023
ölçüsü0,65 Mb.
#182557
1   ...   27   28   29   30   31   32   33   34   ...   55
Nitq kopyası

Nitqin sintaktik quruluşunun öyrənilməsinin nitqin inkişafına təsiri 

Nitq inkişafı üzrə aparılan işlərin sintaksis elementləri ilə əlaqələndirilməsi şagirdlərin təfəkkürünün inkişafına da çox kömək edir.
Metodik ədəbiyatda nitq inkişafının müxtəlif istiqamətləri ilə bağlı çox dəyərli fikirlər söylənilmişdir, lakin ibtidai siniflərdə sintaksisin nitq inkişafı ilə əlaqəli tədrisinə dair sanballı metodik vəsait hazırlanmamışdır.Hər bir müəllim bu işi bacardığı səviyədə aparır, bu isə istənilən nəticəni vermir.
Cümlə üzərində iş nitq inkişafının əsas məsələlərindəndir. Cümlə haqqında praktik bacarıq və vərdişlər uşağın dil açdığı dövrdən yaranmağa başlayır. Təlimin başlanğıcında şagirdlər müəllimin suallarına cümlələrlə cavab verir, ona sual verməyi bacarırlar. Cümlə üzrə işin müxtəlif yolları vardır:
• suallara cavab vermək;
• cümləyə sual vermək;
• cümlədə buraxılmış sözü yerinə qoymaqla onu tamamlamaq;
• sözü başqası ilı əvəz edib cümləni yazmaq;
• cümlədə qrammatik formanı başqası ilə əvəz etmək;
• oxunmuş mətndən obrazlı söz və ifadələri seçib yazmaq;
• verilmiş çoxmənalı sözləri, omonim, sinonim və antonimləri cümlədə işlətmək;
• cümləni genişləndirmək;
• dağınıq verilmiş sözlərdən cümlə qurmaq
və s.
İbtidai sinif şagirdləri praktik şəkildə cümlə qurmaq vərdişlərinə məktəbə gələnə qədər yiyələnmiş olurlar. Daha doğrusu onlar öz fikirlərini ifadə etmək üçüncümlələrdən istifadə edirlər. Onlar cümlə qurmaq vərdişlərinə iki yolla yitələnirlər: birincisi, tanış sözlərdən özləri cümlə qurur; ikincisi, böyüklərin danışığından, müxtəlif informasiya məbələrindən hazır cümlələri əzbərləyib işlədirlər. Lakin onlar cümlələrdən istifadə etsələr də, cümlənin nə olduğunu, cümlə qurmaq üçün hansı şərtlərə əməl olunmasıni bilmirlər. Məktəbə yenicə gələn şagirdlərin böyük əksəriyəti cümlədə sözləri müəyən qayda ilə deyə bilmir, onları mənaca bir-biri ilə müvafiq şəkildə əlaqələndirməkdə çətinlik çəkirlər. Mübtəda və xəbəri düzgün uzlaşdıra bilmirlər. Cümlələrdə bağlayıcılardan, qoşmalardan az istifadə edirlər. Məntiqi vurğuya, intonasiyaya, ritmik bölgülərə düzgün riayət etmirlər. Məsələn, birinci sinfə gedən bir şagirdin nitqindən götürülmüş cümlələrə diqqət yetirək: “Yayda mən atam-anamla kəndə getmişdik. Orada yekə meşə vardı. Mən uşaqlarla meşəni gəzməyə getmişdik. Meşə mənim çox xoşuma gəldi. Meşə yaman sərin idi”. 
Müəllim şagirdlərin cümlə qurmaq vərdişlərini inkişaf etdirmək üçün bütün vasitə və imkanlardan istifadə etməlidir.
Cümlə üzrə işin yolları çoxcəhətli və müxtəlif. Onlardan ən maraqlı olanları bunlardır:

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin