Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə


IV fəsil Etİbarnamələrİn təsdİq edİlməsİ və onların qüvvədə Olmasına xİtam verİlməsİ



Yüklə 470,5 Kb.
səhifə6/15
tarix26.12.2016
ölçüsü470,5 Kb.
#3422
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   15

Mİras əmlakın QORUNMASI üçün tədbİrlər görülməsİ45


80. Mirasın qəbul edilməsinə qədər mirasın açıldığı yerdəki notarius və ya rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndələri zərurət olarsa, mirasın qorunması məqsədi ilə tədbirlər görür. Həmin qayda vərəsənin məlum olmadığı və ya onun mirası qəbul edib-etməməsinin bilinmədiyi halda da şamil edilir.46

81. Miras qoyanın əmlakı və ya əmlakın bir hissəsi vərəsəliyin açıldığı yerdən kənardadırsa, vərəsəliyin açıldığı yerdəki notarius əmlakın qorunması üçün tədbirlər görülməsi haqqında miras əmlakın olduğu yerdəki notariusa və ya rayon, şəhər, şəhər rayonu İcra Hakimiyyətinin nümayəndələrinə tapşırıq göndərir.

Miras əmlakın qorunması üçün tədbirlər görmüş notarius və rayon, şəhər, şəhər rayonu İcra Hakimiyyətinin nümayəndələri göstərilən tədbirlərin görüldüyü haqqında vərəsəliyin açıldığı yerdəki notariusa məlumat verirlər.

Habelə, əmlakın yerləşdiyi yerdəki notarius mirasın açıldığı yerdəki notariusa xəbər verməklə, mirasın qorunması üçün tədbirlər görə bilər.47



Vətəndaşların və təşkilatların məlumat miras əmlakın qorunması üçün tədbirlər görülməsi haqqında ərizələrin uçotu kitabında qeydə alınır.48

82. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır.

Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır.

Müddətli xidmətdə olan hərbi qulluqçuların, habelə daimi yaşayış yerindən kənarda yerləşən təhsil müəssisələrində təhsil alan tələblərin ölümündən sonra vərəsəliyin açıldığı yer onların müddətli hərbi xidmətə çağırılanadək və ya müvafiq məktəbə daxil olanadək daimi yaşadıqları yer hesab edilir.

83. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir.

Notarius həmçinin kütləvi elan verilməsi və mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər.

84. Notarius mirasın qorunması üçün mirası siyahıya alır və bu fəsildə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün əmlak idarəçisini təyin edir.49

85. Notarius əmlak idarəçisini miras əmlakı israf etməyə, özgəninkiləşdirməyə, gizlətməyə və dəyişdirməyə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyəti və vurulan zərər üçün maddi məsuliyyət haqqında xəbərdarlıq edir, bu barədə onlardan iltizam alır. İltizam miras əmlakın siyahıyaalma aktında ifadə oluna bilər.50

86. Miras əmlak, onun siyahısının tutulmasında əmlak idarəçisinin, vəsiyyətnamənin icraçısının və azı iki şahidinin iştirakı ilə siyahıya alınır. 51

Siyahıyaalma aktında miras əmlakın qorunması üçün tədbirlər görülməsi haqqında ərizənin (məlumatın) daxil olduğu tarix, siyahıyaalmanın aparıldığı tarix, siyahıyaalmada iştirak edən şəxslərin soyadı, adı, atasının adı və ünvanı, miras qoyanın soyadı, adı, atasının adı, onun öldüyü tarix və siyahıya alınan əmlakın olduğu yer, notarius gələnədək mənzilin (binanın) möhürlənib-möhürlənmədiyi, əgər möhürlənmişsə-kim tərəfindən möhürləndiyi, plomb və ya möhürün qırılıb-qırılmadığı, əşyaların hər birinin qiyməti və köhnəlmə faizi göstərilməlidir. Siyahıya alınmış əşyalar pərakəndə qiymətlər üzrə (köhnəlməsi nəzərə alınmaqla) pərakəndə qiymətləri olmayan əşyalar isə səriştəli şəxslərin rəyinə əsasən qiymətləndirilir. Daşınmaz əmlak və nəqliyyat vasitələri bazar qiymətləri üzrə və ya inventarizasiya qiyməti üzrə qiymətləndirilir.52

Torpaq sahələri bazar qiymətləri ilə, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Torpaqların yeni normativ qiymətlərinin müəyyən edilməsi haqqında" qərarı ilə müəyyən olunmuş qiymətdən aşağı olmamaq şərti ilə qiymətləndirilir.

Müəssisələrin qiyməti onların son balans qiymətindən aşağı olmamaqla qiymətləndirilir.

Vərəsələr qoyulmuş qiymətlə razılaşmadıqda, qiymətləndirici dəvət edə bilərlər. Qiymətləndiricinin əməyinin haqqını vərəsələr ödəyirlər.

Aktın hər bir səhifəsində əşyaların (əmlakın) miqdarına və dəyərinə, siyahıyaalma başa çatdıqdan sonra isə onların ümumi miqdarına və dəyərinə yekun vurulur.53

Siyahıyaalma aktına ölənin mənzilindəki (binasındakı) bütün əmlak daxil edilir. Ayrı-ayrı əşyaların onlara məxsus olması haqqında qonşuların və digər şəxslərin məlumatı siyahıyaalma aktına daxil edilir, əlaqədar şəxslərə isə həmin əmlakın siyahıdan çıxarılması haqqında iddia ilə məhkəməyə müraciət etmək qaydası izah olunur.54

Əmlakın siyahıya alınması dayandırılarsa və ya bir neçə gün çəkərsə, hər dəfə mənzil (bina) notarius tərəfindən möhürlənir. Siyahıyaalmanın dayandırılması və davam etdirilməsi səbəbləri və vaxtı haqqında, habelə sonralar mənzili (binanı) açarkən plombun və ya möhürün vəziyyəti barədə siyahıyaalma aktında qeyd yazılır.

Aktın sonunda əmlak idarəçisinin soyadı, adı, atasının adı, anadan olduğu il, onun şəxsiyyətini təsdiq edən sənədin adı, nömrəsi, verilmə tarixi, sənədi vermiş idarənin adı, əmlak idarəçisinin yaşadığı yer göstərilir.55

Siyahıyaalma aktı azı 3 nüsxədə tərtib olunur ki, bunlardan da biri əmlak idarəçisinə (vəsiyyətnamə icraçısına) verilir, digəri vərəsəliyin açıldığı yer üzrə notariusa göndərilir, üçüncüsü isə aktı tərtib etmiş notariusda saxlanılır.56

Siyahıyaalma aktı notarius, əlaqədar şəxslər, hal şahidləri və əmlak idarəçisi və ya vəsiyyətnamə icraçısı tərəfindən imzalanır.57

87. Miras əmlakın qorunması üçün tədbirlər görülməsi mümkün deyildirsə (vərəsələr və ya miras qoyanla birgə yaşayan digər şəxslər əmlakın siyahıya alınmasına etiraz edirlərsə, əmlakı siyahıya almaq üçün vermirlərsə, yaxud əmlak başqa yerə aparılmışsa və sairə) notarius akt tərtib edir və bu barədə əlaqədar şəxslərə, zəruri hallarda isə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, maliyyə orqanlarına və ya prokurora məlumat verir.58

Mirasın qorunması üçün nəzərdə tutulmuş tədbirlərlə bağlı xərclər mirasın passivinə aid edilir.59

(Çıxarılıb)60

88. Vərəsələr mirası qəbul edənədək, miras qəbul edilmədikdə isə dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək, notarius miras əmlakın tərkibindəki pul məbləğindən aşağıdakı xərclərin ödənilməsi haqqında sərəncam verir:

1) miras qoyanın xəstəliyi dövründə ona qulluq etməkdən ötrü sərf edilmiş, habelə miras qoyanın dəfnindən ötrü xərcləri ödəmək üçün;

2) miras qoyanın himayəsində olan şəxslərin saxlanılması üçün;

3) əmək qanunvericiliyindən irəli gələn və bunlara bərabər tutulan digər tələblərin ödənilməsi üçün;

4) miras əmlakın qorunması və idarə olunması, eləcə də mirasın açılması barədə vərəsələrə məlumat verilməsi üzrə xərclər üçün.61

Miras əmlakın tərkibində pul məbləği olmadıqda notarius bu bəndin birinci hissəsində göstərilən ehtiyacların ödənilməsinə sərf olunmuş faktiki xərclərin məbləğini aşmamaq şərti ilə miras əmlakdan şeylərin verilməsi barədə sərəncam verir.

89. Ölənin pul məbləği vərəsələrə verilənədək və ya miras əmlak vərəsəlik hüququ üzrə dövlətə keçdikdə dövlət mədaxilinə keçirilənədək bank idarəsində notariat kontorunun depozit hesabına təhvil verilir.

Sikkə, külçə şəklində və xam halında qızıl, gümüş, platin və platin qrupundan olan metallar (palladium, osmium, rodium, rutenium) xarici valyuta və xarici valyuta ilə yazılmış tədiyə sənədləri, emissiya və qeyri emissiya qiymətli kağızları (orderlər, veksellər, çeklər, istiqrazlar, səhmlər, əmtəə kağızları və sair), qiymətli materialdan, qiymətli daşlardan və mirvaridən hazırlanmış məlumat, habelə qiymətli daşlar və mirvari vərəsələrə verilənədək və ya miras əmlak vərəsəlik hüququ üzrə dövlətə keçdikdə dövlət mədaxilinə keçirilənədək saxlanılmaq üçün banka verilir.62

Minimum əmək haqqının 20 mislindən az məbləğdə olan qiymətli şeylər saxlanılmaq üçün miras əmlakın təyin olunmuş əmlak idarəçisinə verilir.

Notariusda sərvətlərin uçotu kitabı aparılır və burada yuxarıda göstərilən sərvətlər qeydə alınır.

Ölənin əmlakı tərkibində silah, o cümlədən ov tüfəngi olduqda, xüsusi siyahı üzrə polis orqanlarına saxlanılmaq üçün təhvil verilir.

Siyahıya alınmalı əmlakın tərkibində qiymətli əlyazmaları, ədəbi əsərlər, tarixi və ya elmi əhəmiyyəti olan məktublar olduqda, bu sənədlər ayrıca qorunması üçün əmlak idarəçisinə (vəsiyyətnamə icraçısına) verilir.63

90. Miras əmlakın qorunması miras qəbul edilənədək, miras onlar tərəfindən qəbul edilmədikdə isə qanunla mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətlər bitənədək davam edir.64

(Çıxarılıb)65


VI fəsil
Vərəsəlİk hüququ haqqında şəhadətnamələrİn verİlməsİ


92. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

93. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

94. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir.

95. Mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir.

Vəsiyyət edən öldükdən sonra notarius gün təyin edərək maraqlı şəxsləri vəsiyyətnamənin məzmunu ilə tanış edir. Notarius bu barədə müvafiq protokol tərtib etməlidir. Əgər vəsiyyətnamənin qoyulduğu zərf möhürlənmişdirsə, möhürün salamatlığı qeyd edilməlidir.

96. Vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamə altı aydan tez də verilə bilər.

Qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə yazıla bilərlər. Razılıq vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək yazılı surətdə ifadə edilməlidir.

Əgər mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu müəyyənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölərsə, onun vərəsələri ilkin miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilərlər.

Vərəsəlik hüququ haqqında şəhadətnamə həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.

97. Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir; əgər miras qoyan şəxs qocalar, əlillər , sağlamlıq imkanları məhdud uşaqlar üçün müəssisələrin, müalicə, tərbiyə və sosial təminat müəssisələrinin təminatında olmuşdursa, onların mülkiyyətinə keçir.66

Əmlak vərəsəlik hüququ üzrə dövlətə keçdikdə dövlətin vərəsəlik hüququ haqqında şəhadətnamə vәrәsәliyin açıldığı gündən altı aydan tez olmayaraq Dövlət Əmlakı Nazirliyinə verilir.

98. Mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında ərizələr yazılı formada olmalıdır.

Bu ərizələrdə vərəsənin imzasının həqiqiliyi notariat hərəkətləri aparan orqan tərəfindən təsdiq edilməlidir.

Vərəsə ərizəni vərəsəliyin açıldığı yerdəki notariusa şəxsən təqdim edərsə, imzanın həqiqiliyinin təsdiq edilməsi tələb olunmur. Bu halda notarius vərəsənin şəxsiyyətini müəyyən edir və imzasının həqiqiliyini yoxlayır, bu barədə ərizədə qeyd edir və şəxsiyyəti təsdiq edən sənədin adını, nömrəsinin verilmə tarixini, sənədi vermiş idarənin adını, vərəsənin anadan olduğu ili göstərir.

Əgər mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında poçtla daxil olmuş ərizədə vərəsənin imzasının həqiqiliyi təsdiq edilməmişsə, notarius ərizəni qəbul edir, lakin vərəsəyə təklif edir ki, lazımi qaydada tərtib olunmuş ərizə göndərsin, yaxud notariat kontoruna şəxsən gəlsin.

99. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

Vərəsə mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

Əgər vərəsələrdən biri miras payını qəbul etməkdən başqa vərəsənin xeyrinə imtina edərsə, belə hərəkət mirasın qəbul olunmaması sayılır.

Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil-istismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə qəbz, mirasın vaxtında qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti və miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər.

Notariusda mirası qəbul etmək üçün əmanət kitabçasının qanunla müəyyən olunmuş müddətdə alınmasını təsdiq edən məlumat olduqda, əmanət kitabçasının olması da miras əmlakı idarə etməyə başlanılmasına sübut ola bilər (miras qoyanın ölümündən sonra miras əmlakı siyahıya almış idarənin, müəssisənin sənədi, əmanət kitabçasının vərəsəyə verilməsi haqqında miras əmlakın qorunması üçün tədbirlər görmüş notariusun sənədi, miras qoyanın dəfnini təşkil edən komissiyanın aktı (əmanət kitabçasının vərəsəyə təqdim olunduğu vaxt bu sənədlərdən görünür), vərəsənin bankdan pul alması haqqında əmanət kitabçasında qeydlər və ya bankın məlumatı, miras qoyanın ölümündən sonra qalan əmanət kitabçasının müəyyən vaxtda vərəsəyə təqdim edildiyi barədə mənzil-istismar idarəsinin arayışı, bu kitabçanın poçtla göndərilməsi haqqında sənəd və sair).67

100. Mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsi ilə qəbul edirlər. Bu halda notarius yetkinlik yaşına çatmamış və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədi ilə vərəsənin yaşayış yeri üzrə qəyyumluq və himayə orqanına məlumat verməlidir (vərəsəlik hüququ haqqında şəhadətnamənin surətini göndərməlidir).

101. Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər.

102. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını, vərəsəliyin açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır.

Ölüm faktı və vərəsəliyin açıldığı vaxt miras qoyanın ölümü haqqında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnaməsi ilə təsdiq edilir.

Mirasın açıldığı yer aşağıdakı sənədlərlə təsdiq olunur: miras qoyanın yaşayış yeri haqqında mənzil-istismar idarəsindən, rayon icra hakimiyyətindən və ya ölənin iş yerindən verilən arayış, ölənin yaşayış yeri məlum olmadıqda isə miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer haqqında sənəd.

Vərəsələrdə həmin sənədlər olmadıqda, notarius vərəsəliyin açıldığı yerin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surətini tələb edir.

Vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri aşağıdakı sənədlərlə sübut edilir: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, yaş kağızı kitablarından çıxarışlar, pasportlarda uşaqlar və ər (arvad) haqqında qeydlər, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrinin surəti.

Ayrı-ayrı hallarda iş və ya yaşayış yeri üzrə idarə və təşkilatların verdikləri arayışlar da qəbul edilə bilər, bu şərtlə ki, onlar digər sənədlərlə birlikdə vərəsələrin miras qoyanla qohumluq münasibətlərini təsdiq etsin.

Qanun üzrə bir və ya bir neçə vərəsə miras qoyanla qohumluq münasibətlərinə dair sübutlar təqdim etmək imkanına malik deyildirsə, onlar miras qoyanla qohumluq münasibətlərinə dair sübutlar təqdim etmiş bütün qalan vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.68

103. Əgər miras qoyanın himayəsində olmuş və özlərini müstəqil saxlaya bilməyən əmək qabiliyyəti olmayan şəxslərin adları vəsiyyətnamədə çəkilməmişdirsə, onlar mirasdan dolanacaq təminatı (aliment) tələb edə bilərlər. Dolanacaq təminatı kimi ödənilməli məbləğin ölçüsü miras aktivin həcmi nəzərə alınmaqla azaldıla bilər.

Himayədə olma faktının sübut olunması üçün aşağıdakı sənədlər təqdim edilə bilər: miras qoyanın himayəsində olan şəxslər haqqında evlər idarəsinin və ya miras qoyanın iş yerinin arayışı, ailəni dolandıranın itirilməsi ilə əlaqədar olaraq pensiya təyin edilməsi haqqında pensiya təyin edən orqanın arayışı, himayədə olma faktının müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti.

Himayədə olanın yaşla əlaqədar əmək qabiliyyətinin olmaması pasport, doğum haqqında şəhadətnamə əsasında yoxlanılır, səhhətlə əlaqədar əmək qabiliyyətinin olmaması pensiya vəsiqəsi və ya tibb-əmək ekspert komissiyasının arayışı ilə yoxlanılır.69

Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır.

104. Notarius vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını, vəsiyyətnamənin olub-olmadığını, vərəsəliyin açıldığı vaxtı və yeri, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır, mirasda məcburi paya hüququ olan şəxslər olub-olmadığını aydınlaşdırır, habelə vəsiyyətnamənin ləğv edilib-edilmədiyini onu təsdiq etmiş notariat kontorunda yoxlayır.

Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə vərəsələrin miras qoyanla qohumluq və ya digər münasibətlər göstərilirsə (vərəsələrin arzusu ilə), notarius bu münasibətləri təsdiq edən sənədləri tələb edir.

105. Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənə verilərkən vəsiyyətnamənin vərəsə tərəfindən təqdim olunmuş əsl nüsxəsi və ya dublikatı notariusda saxlanılır. Vərəsənin arzusu ilə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə vəsiyyətnamənin notariat qaydasında təsdiq olunmuş surəti və ya onun dublikatı əlavə edilə bilər.

106. Əgər vəsiyyətnamədə bütün miras əmlak vəsiyyət üzrə vərəsələr arasında bölüşdürülmüşdürsə, lakin mirasın açıldığı vaxt vərəsələrdən biri sağ deyildirsə, qanun üzrə vərəsəlik əmələ gəlmir və onun əmlak payını vəsiyyət üzrə digər vərəsələr paylarına mütənasib surətdə alırlar.70

107. Miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, notarius daşınmaz əmlakın miras qoyana məxsus olması haqqında hüquq müəyyənedici sənəd, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə qadağanın və ya bu əmlak üzərində həbsin olub-olmadığı barədə arayış tələb edir. Qadağan borc alınması ilə əlaqədar qoyulmuşsa, notarius kreditora bildirir ki, borc alanın vərəsələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

Əmlak üzərində məhkəmə və ya istintaq orqanları tərəfindən həbs qoyulmuşsa, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi həbs götürülənədək dayandırılır.

108. Xüsusi qeydə alınmalı olan əmlakı (avtomobil, motosikl, motorlu qayıq və s.) vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil etmək üçün notarius həmin əmlakın miras qoyana məxsus olması haqqında sənədi (texniki pasportu, gəmi şəhadətnaməsini və s.) yoxlayır və şəhadətnamə verilməsi haqqında ərizədə bu barədə qeyd edir.

109. Miras əmlakın müəyyən hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə almış vərəsələrə sonralar miras əmlakın əvvəlcə verilmiş şəhadətnamədə göstərilməyən digər hissələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilir.

Başqa əmlaka vərəsəlik hüququ haqqında əlavə şəhadətnamə verildikdə və əvvəlcə verilən şəhadətnaməyə daxil edilməmiş vərəsələr gəldikdə, onlar da mirası qəbul etmiş bütün vərəsələrin yazılı razılığı ilə əlavə əmlaka vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.

110. Notarius vərəsəlik işlərinin uçotu kitabını aparır.

Vərəsəlik işlərinin uçotu kitabında aşağıdakı sənədlər qeydə alınır: mirasın qəbul edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, xərclərin miras əmlak hesabına ödənilməsi haqqında sərəncamlar, mirasdan imtina haqqında və mirasın qəbulu haqqında ərizələr, kreditorların tələbləri, habelə miras əmlakın qorunması üçün tədbirlər görülməsi haqqında ərizələr (bu ərizələr əsasına həmin tədbirlər görülmüşsə).71

Qeydə alınmış ərizələr əsasında ölənin adına vərəsəlik işi açılır. Bütün sonrakı ərizələr (əlavə ərizələr, başqa vərəsələrdən və kreditorlardan daxil olan ərizələr) də vərəsəlik işlərinin uçotu kitabında qeydə alınır.

Bütün ərizələrdə onların daxil olduğu vaxt və vərəsəlik işinin nömrəsi göstərilir.

Vərəsələrdən, digər şəxslərdən və idarələrdən tələb olunmuş sənədlər və vərəsəlik hüququ haqqında şəhadətnamənin nüsxəsi vərəsəlik işinə tikilir.


VII fəsil
Ər-arvadın ümumİ əmlakındakı paya mülkİyyət hüququ haqqında şəhadətnamələrİn verİlməsİ


111. Notarius ər-arvadın birgə yazılı ərizəsi əsasında onların birinə və ya hər ikisinə birgə nikah dövründə əldə edilmiş ümumi əmlakdakı paya görə mülkiyyət hüququ haqqında şəhadətnamə verir.

Şəhadətnamə ər-arvadın hər birinə həm nikahda olarkən, həm də nikah pozulduqdan sonra verilə bilər.

Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah müqaviləsində və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artırılan vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchiz etmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah müqaviləsində və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.

112. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

113. Notarius şəhadətnamə verərkən nikah münasibətlərinin təsdiq edən (nikah haqqında şəhadətnamə, nikahın qeyd olunması haqqında pasportda qeyd və s.), nikahları pozulmuş şəxslər (keçmiş ər-arvad) müraciət etdikdə isə nikahın pozulması faktını təsdiq edən sənəd (nikahın pozulması haqqında şəhadətnamə, nikahın pozulmasının qeyd olunması haqqında pasportda qeyd və s.) tələb edir. Vergi və ya rüsum tutulan əmlak barəsində şəhadətnamə verilərkən vergi və ya rüsumun ödənilməsi haqqında sübut təqdim olunur (vergilər idarəsindən arayış, qəbz və s.).

114. Əmlakın tərkibinə yaşayış evi, mənzil, bağ, bağ evi, qaraj, qeyri-yaşayış sahəsi, torpaq sahəsi, digər daşınmaz əmlak, nəqliyyat vasitəsi və digər əmlak daxildirsə, notarius bu əmlakın ər-arvada məxsus olmasını yoxlayır. Bu məqsədlə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı orqanından arayış tələb edir.

Evin tikintisi və ya əsaslı təmiri üçün verilmiş borcla əlaqədar olaraq evin özgəninkiləşdirilməsinə qadağan qoyulmuş olduqda mülkiyyət hüququ haqqında şəhadətnamə borcu vermiş müvafiq bank idarəsinin, yaxud təsərrüfat hesablı müəssisənin, yaxud təşkilatın icazəsi ilə verilir. Ev üzərinə həbs qoyulmuşdursa, mülkiyyət hüququ haqqında şəhadətnamə verilə bilməz.

Yaşayış evinə, mənzilə, bağa, bağ evinə, qaraja, torpaq sahəsinə və digər daşınmaz əmlaka mülkiyyət hüququ haqqında şəhadətnaməni yalnız əmlakın olduğu yerin notariusu verə bilər.

115. Mülkiyyət hüququ haqqında şəhadətnamə ər-arvadın yalnız əmlakdakı paya mülkiyyət hüququnu təsdiq edir. Konkret əmlaka şəhadətnamə verilmir (məsələn, ər-arvadın birinə evə, digərinə avtomobilə şəhadətnamə verilməsinə yol verilmir). Ona görə də əgər ər-arvadın hər hansı biri əmlaka (əşyaya) ayrılıqda mülkiyyət hüququ almaq istəyirsə, notarius onlara şəhadətnamə almaq əvəzinə nikah dövründə birgə əldə etdikləri əmlakın bölüşdürülməsi müqaviləsinin rəsmiləşdirilməsini təklif etməlidir.

116. Ər-arvadın biri öldükdə, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnaməni sağ qalmış ərin (arvadın) ərizəsinə əsasən yalnız mirasın açıldığı yerin notariusu verməli və bu barədə miras qoyanın mirası qəbul etmiş vərəsələrinə məlumat göndərməlidir.

Məlumatda ər-arvadın ümumi əmlakının tərkibi (həmin əmlakda pay barəsində sağ qalmış ər (arvad) mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir) göstərilir, habelə sağ qalmış ərin (arvadın) əmlak tələbləri barəsində vərəsə mübahisə etdikdə məhkəməyə müraciət etmək hüququ izah olunur.

Məlumat poçtla göndərilir, notariusa şəxsən müraciət edən vərəsələrə isə notarius tərəfindən şifahi məlumat verilir, bu barədə sağ qalmış ərin (arvadın) ərizəsində vərəsənin imzası ilə müvafiq qeyd yazılır. Vərəsələr arasında yetkinlik yaşına çatmayan və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər olduqda bildiriş onların yaşayış yeri üzrə qəyyumluq və himayə orqanına göndərilir.

117. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, sağ qalmış ərə (arvada) ər-arvadın ümumi əmlakında paya mülkiyyət hüququ haqqında şəhadətnamə nikah dövründə əldə edilmiş ümumi əmlakın yarısına verilir.

Ər-arvadın biri öldükdə, əmlak isə ər-arvadın birgə nikah dövründə əldə edilibsə və sağ qalan ərin (arvadın) adına rəsmiləşdirilibsə (qeydə alınıbsa), ölənin mirası qəbul etmiş vərəsələrinin ərizəsi əsasında sağ qalmış ərin (arvadın) razılığı ilə ölmüş ərin (arvadın) ümumi əmlakından pay da müəyyən edilə bilər. Bu pay əmlakın 1/2 hissəsindən ibarət olmalıdır. Həmin pay müəyyənləşdiriləndən sonra qanuni vərəsələrin vərəsəlik hüququ haqqında şəhadətnamə almağa hüququ var.

118. Sağ qalmış ərə (arvada) ər-arvadın ümumi əmlakında paya mülkiyyət hüququ haqqında şəhadətnamə verilərkən ərin (arvadın) ölümü haqqında şəhadətnamə, ərizə sahibinin ölmüş ərlə (arvadla) nikah münasibətlərini təsdiq edən sənəd, ər-arvadın əmlakına ümumi (birgə) mülkiyyət hüququnu təsdiq edən sənəd, nikah müqaviləsi tələb olunur.

119. Əmlakın tərkibində yaşayış evi, mənzil, bağ, bağ evi, qaraj, qeyri-yaşayış sahəsi, torpaq sahəsi, digər daşınmaz əmlak, nəqliyyat vasitəsi və digər əmlak daxildirsə, notarius bu Təlimatın 113-114-cü bəndlərində göstərilən qaydalara əməl edir.

120. Vərəsələrin sağ qalmış ərin (arvadın) payının müəyyən edilməsinə dair yazılı razılığı olmadıqda, notarius mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsindən imtina edir və vərəsələrə məhkəməyə müraciət etmək hüququnu izah edir.

121. Ər-arvadın ikisi də öldükdə (bir gündə və yaxud müxtəlif vaxtda), notarius tərəfindən mülkiyyət hüququ haqqında şəhadətnamə vərəsələrin ərizələri əsasında verilmir və onlara məhkəməyə müraciət etmək hüququ izah olunur.

VIII fəsil
Yaşayış evİnİn açıq hərracdan alınması barədə şəhadətnamənİn verİlməsİ


122. Açıq hərracdan yaşayış evlərinin alınmasını evin yerləşdiyi yerin notariusu əldə edənə bu barədə şəhadətnamə verməklə rəsmiləşdirməlidir.

Hərrac Azərbaycan Respublikasının mülki və mülki-prosessual qanunvericiliyində nəzərdə tutulan hallarda və qaydada keçirilir.

123. Hərrac baş tutmadıqda yaşayış evinin əldə edilməsi barədə şəhadətnamə tələbkara verilir.

Şəhadətnamə evin açıq hərrac yolu ilə satılması və ya hərracın baş tutulması ilə əlaqədar olaraq evin tələbkara verilməsi barədə aktın surəti əsasında verilir.

Aktda hərracın keçirildiyi gün, yaşayış evinin yerləşdiyi ünvan, onun satış qiyməti, alıcının (hərrac baş tutmayıbsa, tələbkarın) soyadı, adı, atasının adı, yaşayış yeri (hüquqi şəxsdirsə adı, hüquqi ünvanı, səlahiyyətli nümayəndəsinin soyadı, adı, atasının adı) göstərilməlidir. Aktda hərrac keçirən vəzifəli şəxsin imzası və möhürü olmalıdır.

Akt əsasında notarius alıcıya, hərrac baş tutmayıbsa - tələbkara şəhadətnamə verir.

Şəhadətnamədə:

şəhadətnaməni verən notariusun soyadı, adı, atasının adı, vəzifəsi, şəhadətnamənin verilmə tarixi;

alıcının (tələbkarın) soyadı, adı, atasının adı, yaşayış yeri;

yaşayış evinin ünvanı;

şəhadətnamənin hansı akt əsasında verilməsi barədə məlumat göstərilməlidir.

IX fəsil
Sənədlərİn surətlərİnİn və sənədlərdən çıxarışların düzgünlüyünün, İmzanın həqİqİlİyİnİn və tərcümənİn düzgünlüyünün təsdİq edİlməsİ

Sənədlərin surətlərinin və sənədlərin surətlərindən çıxarılmış surətlərin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiq edilməsi


124. Notariuslar idarələrin, müəssisələrin və təşkilatların verdikləri sənədlərin surətlərini o şərtlə təsdiq edirlər ki, həmin sənədlər qanuna zidd olmasın, hüquqi əhəmiyyət daşısın, sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq etmək qanunla qadağan edilməmiş olsun.

Şəxsin verdiyi sənədin surətinin düzgünlüyü o hallarda təsdiq edilir ki, sənədin əslində həmin şəxsin imzasının həqiqiliyini notarius, müvafiq icra hakimiyyəti orqanı və ya şəxsin işlədiyi, təhsil aldığı və yaxud müalicə olunduğu yer üzrə idarə, müəssisə, təşkilat təsdiq etmiş olsun.

125. Sənədin surətinin düzgünlüyü notariat qaydasında təsdiq olunmuşsa və ya sənədin surətini sənədin əslini vermiş idarə, müəssisə, təşkilat vermişdirsə, notarius sənədin surətindən çıxarılmış surətin düzgünlüyünü təsdiq edə bilər. Sonuncu halda sənədin surəti idarənin, müəssisənin, təşkilatın blankında tərtib edilməli, üzərinə möhür vurulmalı və qeyd olunmalıdır ki, sənədin əsli həmin idarə, müəssisə, təşkilatda saxlanılır.

126. Sənədlərdən çıxarışların düzgünlüyü o halda təsdiq edilə bilər ki, bu sənədlərin məzmunu bir-biri ilə əlaqəsi olmayan bir neçə məsələyə aid olsun. Çıxarış sənədin müəyyən məsələyə aid hissəsinin tam mətnini özündə əks etdirməlidir.

Sənədlərdən çıxarışların düzgünlüyü bu Təlimatın 124-125-ci bəndlərində müəyyən olunmuş qaydada təsdiq olunmalıdır.

127. Sənədin təsdiq edilən surəti və ya sənəddən çıxarış sənədin əsli ilə tutuşdurulur. Sənədin surəti kseroks və yaxud çap və əlyazma üsulu ilə tərtib edilə bilər.



Yüklə 470,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin