Nqhq tikintisi və istismarı


№31. DNQQ-lərin yerləşdirilməsi və stabilləşdirilməsi



Yüklə 297,09 Kb.
səhifə28/30
tarix07.01.2024
ölçüsü297,09 Kb.
#211311
1   ...   22   23   24   25   26   27   28   29   30
C fakepathmühazir Tikinti-istismar

№31. DNQQ-lərin yerləşdirilməsi və stabilləşdirilməsi.


Mövqeləşdirmə dedikdə, DNQQ-lərin statik təyin olunma sahəsində üzmə və ya yarı batırılma vəziyyətində saxlanılması adlanır. Statik təyin olunma zonası dedikdə DNQQ-lərin mövcud texniki vasitələrlə (buksir gəmiləri, təminat gəmiləri, lövbər sistemi) özünün planda göstərilmiş vəziyyətini saxlanmasıdır.

Ş.31.1
a) şəklində statik təyin olunma zonası 1 göstərilmişdir. Yəni DNQQ özünün plandakı vəziyyətini bu çevrə daxilində dəyişə bilər. Göstərilən çevrə daxilidə DNQQ qırıq-qırıq göstərilmiş istənilən vəziyyəti ala bilər. Bu yerdəyişmə 2 buksur gəmiləri və ya 3 lövbər sistemləri ilə əldə etmək mümkündür. b) şəklində DNQQ-nin yüklənməsi və ya boşalması nəticəsində onun hündürlük vəziyyətini -dan , vəziyyətlərinə qədər dəyişə bilir. Bu endə qalxmalar DNQQ-nin üzərinə ağır yüklərin yerləşdirilib götürülməsi ilə əldə edilir. Bu zaman bünövrə bloku altının çökməsi həddi yükün çəkisindən asılı verilməlidir. Hündürlük boyu DNQQ-nin yerdəyişməsi hündürlük dəyişməsinin statik təyin olunma zonası adlanır. Mövqeləşdirmə dedikdə, DNQQ-nin istinad və ya reper nöqtəsinə bağlanmamaq şərtində onun hər hansı bir mövqe tutmasıdır. Bu zaman DNQQ-nin istənilən tərəfə yerdəyişməsi mümküdür. DNQQ-nin stabilləşmiş vəziyyəti onun üzmə vəziyyəti və ya yarı batırılmış vəziyyətdə verilmiş koordinatlarda yerdəyişmə şərti ilə bərkidilmiş vəziyyətidir. Bu koordinatlar layihə çərçivəsində müəyyən edilir. Məs., monoblok şəkilli DNQQ-nin dayaq tilinin bünövrə blokuna otuzdurulması və onun bərkidilməsi prosesi DNQQ-nin koordinatları verilmiş nöqtədən stabilləşməsi prosesi adlanır. Əgər mövqeləşdirmə prosesində DNQQ-nin verilmiş həddlərdən yerdəyişməsinin məhdudlaşdırılması lazımdırsa, stabilləşdirmə zonasında yerdəyişmələr buraxıla bilməz. DNQQ-nin planda göstərilən hündürlüyə görə dəqiq mövqe tutması vacibdir. Ona görə də stabilləşmə mövqeləşmə prosesindən daha ağırdır. DNQQ-lərin bərkidilmə vəziyyətini saxlamaq üçün onlarda lövbər sistemləri tətbiq edilir. Lövbərlər konstruktiv xüsusiyyətlərinə görə müxtəlif materiallardan hazırlana bilər. Bu və ya digər lövbərlərin seçilməsi dəniz dibinin qruntların fiziki və mexaniki xassələrindən asılıdır. Belə ki, qaya qruntlarında ənənəvi dəniz tipli lövbərlər horizontallar qüvvələri saxlamaqda effektiv deyil.



Yüklə 297,09 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin