Nqhq tikintisi və istismarı


Su səthindən boru kəmərinin pantonlar vasitəsilə su dibinə yerləşdirilməsi



Yüklə 297,09 Kb.
səhifə24/30
tarix07.01.2024
ölçüsü297,09 Kb.
#211311
1   ...   20   21   22   23   24   25   26   27   ...   30
C fakepathmühazir Tikinti-istismar

2. Su səthindən boru kəmərinin pantonlar vasitəsilə su dibinə yerləşdirilməsi. B/k-ların su dibinə maksimal dərinliyə endirilməsi onun b/k-nın buraxıla bilən gərginliyindən asılıdır.


Ş.28.2
Pantonla b/k-ların su dibinə endirilməsi bir sıra hallarda pantonların asılmasına qədər b/k-nın müsbət üzməyə malik olmasında istifadə edilir. Belə b/k-ların su dibinə batırılması onların içərisinə suyun verilməsilə həyata keçirilir. Bəzi hallarda su səthinə b/k-ların su dibinə endirilməsi eninə gərilmə ilə də aparıla bilər. Sərbəst batırılma üsulunun əsas çatışmazlığı onun çox dərin olmayan sularda istifadə olunmasıdır. Diametrində belə b/k-lar suyun 10-15 metr dərinliyinə endirilir. Belə ki, keçid əyrisi buraxıla bilən kiçik radiuslarda böyük dərinliklərdə əldə edilir. Suya dalma dərinliyini artırma yollarından biri onlarda ox boyunca gərginliklərin yaradılması yoludur.

Ş.28.3
3 boru kəməri üzərək çərçivəyə yerləşdirilir. Bu borunun bir ucu sahildə 1, 2 ankerləri ilə bərkidilir. Borunun digər ucu 4 trosu ilə 6 yedək gəmisindəki 5 bucurqadına birləşdirilir. Yedək gəmisi 7 lövbəri ilə verilmiş vəziyyətdə saxlanılır. Bucurqad vasitəsilə ox boyunca gərginlik yaradılır. Bu zaman boru divarında yaranan gərginliklər onun su dibinə su doldurma ilə və ya pantonları açmaqla endirilməsi gərginliyindən çox olmamalıdır. Bundan sonra b/k-nın endirilməsinin maksimum dərinliyinin hesablanmasına keçirilir. Hesablanmalar b/k-nın sərt ip/çubuq şəklində aparılması şəklində aparılır.
3. Boru düzən gəmilər vasitəsilə b/k-ların qurulması texnologiyası. Bu üsulla boruların çəkilişində aşağıdakı texniki vasitələrdən istifadə olunur:
1) su səthində üzən müxtəlif obyektlərin yerdəyişməsini təmin etmək üçün buksir gəmiləri
2) təzyiqləri tənzimlənən pantonların istifadəsi üçün xüsusi gəmilər.
3) gövdələrində xüsusi barabanlar yerlışdirilmiş gəmilər
4) b/k-nın su dibinə yönəldici qurğularla təchiz olunmuş gəmilər. Bu qurğular b/k-nı üfüqə nəzərən maili bucaq altında yerləşdirilməsində istifadə olunur.
5) borunu sualtına yönəltmək üçün stingerlərlə təchiz olunmuş boru düzən gəmilər. Bu stingerlər borunun dəniz dibinə endirilməsi zamanı əyri xətli kəməri almaq üçün istifadə olunur.
6) yüksək yek qaldırma qabiliyyətinə malik gəmi kranları
7) sualtı texniki işlərin aparılması üçün xüsusi gəmilər
8) bucurqadlarla təchiz olunmuş xüsusi dartıcı gəmilər
Sualtı b/k-ların dəniz dibində yerləşdirilməsinin bir neçə variantı mövcuddur.
Sxem 1. Su dibinə b/k-lar barabanlı gəmilərlə aparılır. Bu barabanlara b/k-nın bir hissəsi dolanmış olur. Adətən belə b/k-ların diametri 600 mm-dan böyük olmur. İlk dəfə olaraq bu üsulla 1944-cü ildə II dünya müharibəsində desant gəmilərinin normandiya sahillərinə gəlməsi zamanı onların yanacaqla təmin edilməsində istifadə olunmuşdur. Bu üsulla çəkilən b/k-ların ən məhşuru şimal dənizində dərinliyi 150 m olan su hövzəsində diametri 190–300 mm olan b/k olmuşdur. Barabanlarının yerləşməsinə görə bu cür boru düzən gəmilərdə



Ş.28.4
1.baraban, 2.düzləndirici qurğu, 3.gərilmə qurğusu, 4.istiqamətləndirici qurğu, 5.b/k.
Bu cür bərələrə nümunə kimi “Santafe İnt.” şirkətinin istifadə etdiyi şaquli barabanlı bərəni nəzədən keçirək. Bərənin uzunluğu 173 m, eni 31.7 m, göyərtəsinin hündürlüyü 13.7 m, suya batma dərinliyi 8.5 m, su tutumu 26.8 min ton, kreyser sürəti 31.4 km/saat. Bu bərə diametri 150–610 mm olan b/k-nın düzülməsi üçün olan dalğa hündürlüyü 4.6 m, külək sürəti 90 km/saat-dir. 150-dən 610-a artıqca maksimal batırılma dərinliyi 900 m-dən 600-ə enir. Bu zaman borunun düzülmə sürətinin maksimal sürəti 3 km/saat-a qədər olur. Bərədə 4 cür diametrli borular dolanmış barabanlar mövcuddur:
150 mm –– 90 km;
305 mm –– 52 km;
457 mm –– 20 km;
610 mm –– 11 km.
Barabanın xarici diametri 30.5 m, eni 12 m. Borunun barabandan açılması və barabana dolanması kanat tutumu 2130 m olan. Bucurqad bərənin arxasında yerləşir. Dartılma qüvvəsini və bərəni çərçivə daxilində saxlanmaq üçün bərə 2 ədəd pərli mühərrik və 4 ədəd burun və arxa hissədə yerləşmiş sükanlaşdırıcı mühərriklərdən ibarətdir. Bərədə 8 ədəd lövbər sistemi mövcuddur. Bərədə qaldırma qabiliyyəti 800 ton olan 1 ədəd fırlanan, 2 ədəd fırlanmayan 100 tonluq kran quraşdırılmışdır.
Sxem 2. Üzən qurğulardan b/k-ların yerləşdirilməsi. Bu sxemdə b/k dənizçilikdə boru düzən gəmilər adlanan xüsusi üzmə qurğularından həyata keçirilir. Bu cür gəmilər istənilən dərinlikdə b/k-ların düzülməsi üçün nəzərdə tutulmuş bütün əməliyyatları həyata keçirmək üçün aqreqat və avadanlıqlarla təmin edilir.

Ş.28.5
Şəkildə a) “S” şəkilli sxem, o – kəmərin əyilmə nöqtəsi; b) üst hissəsi, yəni o nöqtəsinə qədər düz şəkilli alfa bucağı altında olan sxem; c) “L” şəkilli su səthində alfa 90dərəcə olan. Ən böyük suya batırılma dərinliyi “L” şəkillidə əldə etmək mümkündür.
Boru düzən bərə uzunluğu 200 m, eni 30–60 m olan dəniz qurğusudur. Bərə Göyərtəsində boru ehtiyyatını təmin etmək məqsədi ilə sahə ayrılmışdır. Bundan başqa göyərtədə dalğıc avadanlığı, qaynaq avadanlığı, qaynaq tikişlərinin tədqiq məntəqəsi, boruların yedək gəmilərindən boşaldılması üçün kranlar və quraşdırılma işlərinin aparılması üçün lazım olan müxtəlif materiallar üçün sahələr ayrılmışdır. Boruların suya endirilməsini asanlaşdırmaq üçün bərənin arxa hissəsində stringer yerləşdirilmişdir.
Bərələrdə lövbər bucurqadları, güc avadanlıqları, dəniz suyunun durulaşdırılması üçün avadanlıqlar, ballast tankları və vertolyot meydançası var. Lövbər sistemi dedikdə, 8–12 lövbər nəzərdə tutulur. Hər bir lövbərin çəkisi onun batırılacağı qruntun xassəsindən asılıdır. Lövbərlər yedək gəmiləri vasitəsilə bərkidiləcəyi yerə nəql olunur. Bu barjalardan başqa boruların su altında düzülməsi üçün boru düzən gəmilərin tətbiqi son zamanlar geniş yayılmışdır. Belə gəmilər adətən təyinatlarına görə dərin sularda boru düzmək üçün istifadə olunur. Biri-birindən boru düzmə sürətinə görə fərqlənirlər. Boru düzən gəmilərdə bərələrdə olduğu kimi boruların sualtında düzülməsi işlərinin aparılması üçün göstərilən avadanlıqların hamısı mövcuddur.



Yüklə 297,09 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin