№28. Su səthindən sualtı boru kəmərlərinin düzülməsi (sərbəst batırılma üsulu)
Dartılma üsulu ilə boruların çəkilməsi mümkün olmadıqda təcrübədə b/k-ları su səthindən düzülməsi üsulu tətbiq edilir. Bu üsulda əsas amil b/k-nın su içərisində istənilən istiqamətə yönəldilməsinin mümkünlüyüdür. Bu aşağıdakı 3 amillə səciyyələnir:
1) Boru kəməri müsbət üzməyə malikdir
2) Boru kəməri mənfi üzməyə malikdir, amma quraşdırılmış pantonlarla ona müsbət üzmə qabiliyyətinin verilməsinin mümkünlüyü
3) B/k-nın su dibinə xüsusi boru düzən gəmilərlə quraşıdırılması
Müsbət üzməyə malik b/k-ların dəniz dibinə düzülməsi ilk üsul olduğundan onun prinsipial sxemini nəzərdən keçirək.
Ş.28.1
B/k-nın suyun dibinə enməsini təmin etmək üçün onun hər hansı bir 2 hissəsində ona mənfi üzmə qabiliyyəti verilməlidir. Suya enməyə başlayan b/k hər hansı bir keçid xətti yəni 3 zonası ilə 1 zonasını birləşdirən keçid əyrisi əmələ gətirir. Dəniz dibində boru xətti mənfi üzmə qabiliyyətinə, keçid əyri xəttinin bir qismi də həmçinin mənfi üzməyə malikdir. Keçid əyri xəttinin uzunluğu boruların xarakteristikasından asılıdır. Bundan başqa əyri xətli hissənin vəziyyəti mənfi-müsbət üzmə qabiliyyətinin nisbətindən asılıdır. Sualtı boruların su səthindən sərbəst batarılma ilə quraşdırılmasının sxemlərindən biri borunun su ilə doldurularaq dəniz dibinə batırılmasıdır. Bu üsulda b/k-nın uzunluğundan asılı olaraq bütün kəmər birdən suya batırıla da bilər və ya uzunluq çox olduqda isə onun hissə-hissə batırılması həyata keçirilir. Fərz edək ki, b/k-nın uzunluğu 100 km-dır, təbiidir ki, b/k-nın bu çərçivəyə (b/k-nın quraşdırılma trassı belə adlanır) yerləşdirilməsi mümkün deyil. Ona görə də bu çərçivə uzunluqları 1, 2, 5 və ya 10 km olan hissələrə parçalanır. Belə b/k-ların hissələrinin dəniz dibinə yerləşdirilməsi ayrı-ayrılıqda aparılır. Əməliyyat sahildən başlanır. Çəkilmiş kəmər hissəsinə çərçivə boyunca digər kəmər bərkidilir, bu minvalla əməliyyat davam edir. Sərbəst batırılma ilə b/k-ların su dibinə yerləşdirilməsi müsbət üzməyə malik boruların istismar müddətində içərisində maye olması hesabına mənfi üzmə qabiliyyəti verəcək borularda istifadə edilir. B/k çərçivəyə daxil edildikdən sonra gərilmə trosları ilə çərçivə sahəsində gərilmiş vəziyyətdə tutulur. Borunun su ilə doldurulması boru başlığındakı əlavə boru ilə həyata keçirilir. Suyun vurulması ilə əmələ gələn hava b/k-nın ayrı-ayrı parçalarında yerləşdirilmiş vantuz ilə hava xaric edilir. Boru daxilinə su vurucu nasoslar ilə daxil edilir. Dalmanın əvvəlində boruya su kiçik templə vurulur. Bu da boru kəmərlərində hava tıxaclarının qarşısını almaq üçün kiçik su yempindən istifadə edilir. Çünki hava tıxacının olması borunun su səthinə çıxamasına səbəb ola bilər. Bu vəziyyəti asanlaşdırmaq üçün b/k-nın əmələ gələn əyri xətli hissəsinin yüklə yükləmək məqsədə uyğundur. Suyun boruya vurulması sürətinin b/k-da əyri xətli hissənin əmələ gəlməsindən və ya borunun bir hissəsinin oturmasından sonra artırma olar. B/k-nın su səthinə oturması sürəti aşağıdakı düsturla təyin olunur.