Nqhq tikintisi və istismarı


№25. Dəniz sualtı boru kəmərləri



Yüklə 297,09 Kb.
səhifə21/30
tarix07.01.2024
ölçüsü297,09 Kb.
#211311
1   ...   17   18   19   20   21   22   23   24   ...   30
C fakepathmühazir Tikinti-istismar

№25. Dəniz sualtı boru kəmərləri.


Dəniz şəraitində sualtı boru kəmərlərinin çəkilişi dəniz şəraiti və hidrometeroloji şəraitdən asılı olaraq bir neçə cür olur: dartılma, sərbəst dalma, dəniz dibinə bilavasitə boru düzənlərlə yerləşdirmə üsulları. Dartılma üsulunda borular sahil quraşdırma zonasında 2 qaynaq məntəqəsində qaynaq edilərək yığılırlar. 1-ci qaynaq məntəqəsi 2 borunu bir-birinə qaynaq etmə məntəqəsi, 2-ci isə bu boru cütünü boru xəttinə qaynaq etmə məntəqəsidir. Böyük dərinliklərdə istifadə olunmur (60 m-ə qədər).
Keçiriləcəyi su hövzələrinin tipindən asılı olaraq çay, dəniz, bataqlıqdan keçirilir. Nəql olunan məhsula görə sualtı boru kəmərləri sualtı neft, neft məhsul kəmərləri, qaz kəmərləri, su kəmərlərinə bölünür. Su hövzəsini tam keçən sualtı boru kəmərləri keçid sualtı boru kəmərləri adlanır. Bu tip bütün boru kəmərləri yüksək basqılı boru kəmərləridir ki, magistral boru kəmərlərindən keçən maddəni tam götürə bilsin. Sualtı boru kəmərləri suyun dərinliyinə görə aşağıdakılara bölünür:
1.400 metrədən çox – xüsusi dərin sularda yerləşmiş
2.40–400 m – dərin sularda yerləşmiş
3.10–40 m – orta dərinlikli sularda yerləşmiş boru kəmərləri.
4. <10 m – dayaz sularda yerləşmiş boru kəmərləri.
Boru kəmərləri daxili təzyiqə görə:
1) 12 Mpa-dan böyük bərabər – yüksək təzyiqli
2) 12 Mpa-dan kiçik – alçaq təzyiqli
3) Özü axan
Daxili diametrlərinə görə:
1) 1000 mm-dan çox bərabər – xüsusi şəkilli böyük diametrli
2) 800 – 1000 mm – böyük diametrli
3) 600–800 – orta diametrli
4) 400–600 – kiçik diametrli
5) 400-dən kiçik – xüsusi kiçik diametrli
Dəniz dibinə yerləşməsinə görə:
1) dəniz dibində xəndəklərdə yerləşdirilmiş
2) dənizin səthində yerləşdirilmiş
3) dəniz dibinə daş qırıntıları ilə bəndləşdirilmiş
4) dəniz dibində dayaqlar üzərində yerləşdirilmiş
Su hövzələrinin təbii səthinə nəzərən boru kəmərləri dəniz dibi səviyyəsindən aşağıda və dəniz dibi səviyyəsindən yuxarıda yerləşdirilə bilər. Dənizlərin tiplərindən asılı olaraq ən geniş yayılmış üsul xəndək üsuludur ki, bu üsulda çəkilmiş boru kəməri xarici təsir amillərinə məruz qalmır. Dəniz dibi səthində çəkilmiş b\k-ları su hövzəsində hərəkət edən gəmilərin lövbərləri tərəfindən zədələnmə ehtimalı çox böyükdür. Dibdə yerləşdirilmiş və ballaslaşdırılması zəif aparılmış b/k-lar axınların daimi dinamik təsirlərinə malik qalırlar. Xəndəklərdə xəndək üsulu ilə boruların çəkilməsində əsas şərt onların dəniz dibinin proqnozlaşdırılmış (isitismar müddətinə hesablanmış) yuyulma dərinliyindən aşağıda yerləşməsidir. Belə şəraitdə yerləşdirilmiş boru kəmərlərinin mexaniki, dinamiki təsirlərdən mühafizə edilməsinə ehtiyac yoxdur. Boru üzərinə çəkilmiş korroziyaya qarşı çəkilmiş örtük, mənfi üzmə qabiliyyətini əldə etmək üçün xüsusi beton örtüyü istifadə olunur. Sualtı boru kəmərələrinin xəndəklərə yerləşdirilməsi əməliyyatı əvvəlcədən görülən işlərin mürəkkəbliyi ilə səciyyələnir. Boru kəmərlərinin xəndək üsulu ilə çəkilməsində çox dəqiq hazırlıq işləri aparılmalıdır. Əvvəldə qeyd etdiyimiz kimi sualtı boru kəmərlərinin çəkilişinin bir neçə üsulları vardır ki, bunlardan biri boru kəmərlərinin dartılma üsulu ilə xəndəklərə yerləşdirilməsidir. Bu əməliyyat əsasən sualtı keçidlərdə özünün geniş əksini tapmışdır. Əsas görülən işlərin texnoloji ardıcıllığı aşağıdakı kimidir:
1) borular sahil tikinti zonasında qaynaq edilərək kəmər şəkilinə gətirilir. Bundan sonra boru kəməri hidravliki sınaqdan keçirilir, izolə işləri aparılır, lazım gəldikdə ballaslaşdırma əməliyyatı aparılır və pantonlarla təchiz edilir.
2) b/k-nin xəndəyə edirilməsi üçün sahildə cığır açılır. Sonra bu cığıra dartılan boru kəməri yerləşdirilir.
3) qazılmış xəndəyin dibi ilə tros (dartıcı vasitə) çəkilir. Boru kəmərinin xəndəklərdən dartılması traktor, bucurqad və xüsusi avadanlıqlarla aparılır.
4) dartılma əməliyyatı bitdikdən sonra borunun xəndəkdəki vəziyyəti tətqiq olunur, sınaq keçirilir və sonra xəndək örtülür.
Dartılma üsulu ilə boru kəmərlərinin çəkilməsinin bir növü də sahil tikinti zonasında boruları ardıcıl əlavə etmək üsuludur, yəni borular dartılaraq əmələ gəlmiş tikinti sahəsində əlavə borular əlavə olunur. Sulatı boru kəmərlərinin çəkilişinin bir üsulu da onların su səthindən su dibinə yerləşdirilməsi üsullarıdır ki, sərbəst batırılma və dayaq qurğularından endirilir. Bu üsullar əsasında boru kəmərləri sahil tikinti zonasında hazırlanaraq onalara müsbət üzmə qabiliyyəti verildikdən sonra onların ağırlaşdırılaraq əvvəlcədən qazılmış xəndəklərə endirilməsi ilə həyata keçirilir. Boru kəməri sahil tikinti sahəsində yığılaraq suya endirildikdən sonra yedək gəmiləri vasitəsilə dartılaraq xəndəyin mərkəzi oxu boyunca yerləşdirilərək su ilə dorulub xəndəyə endirilməsi aparılır. 1220 mm-dən böyük diametrə malik olan boru kəmərləri sahil quraşdırılma zonasında xüsusi suya endirmə meydançasından suya endirilir.

Yüklə 297,09 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin