Arakəsmələr bir qurğu kimi suyun bir hissəsini ayırmaq üçün istifadə olunur.
Üzən platforma və gəmilər – bu tip qurğular özlərinin istismar mobilliyi ilə səciyyələnir. Belə qurğular dəniz şəraitində axtarış-kəşfiyyat işlərinin aparılmasında geniş istifadə olunur. Gəmilər həm axtarış-kəşfiyyat, həm də qazma işlərində işlədilir.
Ü zən platformalar bir qayda olaraq panton tipli gövdəyə malik olurlar. Gövdələri ferma tipli birləşmiş borulardan hazırlanmış göyərtə qurğusudur. Onların üzmə qabiliyyəti quraşdırılmış pantonlar vasitəsilə təmin edilir. Sahil tikinti zonalarında tikintisi aparılmış dayaq blokları, özüllər və digər HT qurğular nəql edilmələrinə görə iki növə ayrılır:
Qurğunun müsbət üzmə qabiliyyəti əsasında
Xüsusi nəqletmə bərələri vasitəsilə.
Tikilmiş hidrotexniki qurğular boş borulardan qurulduğunu nəzərə alaraq onların müsbət üzmə qabiliyyətinə malik olması böyük əhəmiyyət kəsb edir. Belə qurğular yalnız nəql olunan zaman üzmə qabiliyyətinə malik olur.
Daimi üzən platformalar sahil tikinti zonasında tikilərək üfüqilik vəziyyətini saxlamaq şərtilə açıq su hövzəsinə çıxarılır.
№2. Stasionar platformaların quruluşları və sxemləri.
Stasionar platformalar dedikdə birbaşa dəniz dibinə bərkidilmiş qurğulardan bəhs olunur. Konstruktiv quruluşlarına görə bu qurğular buzlaşan və buzlaşmayan dənizlərdə istifadə oluna bilər. Onların en kəsikləri düz bucaq və kəsilmiş pramida şəklində ola bilər. Belə qurğular dəmir borulardan hazırlanmış fermalardan və dəmir betondan hazırlanmış gövdələrdən ibarətdir. Bu cür hidrotexniki qurğular qravitasiya tipli stasionar platformalar (QSP) adlanır. Belə ki, onların dəniz dibində stabil dayanıqlığı qravitasiya qüvvəsi hesabına təmin olunur. Bu cür platformalar dəniz dibinin zəlzələ, müxtəlif tektonik pozuntuların olması şəraitində əlverişlidir. Böyük dalğaların, yüksək sürətli küləyin şəbəkə şəkilli SP-ya təsiri zəif olsa da, buz qatının təsirinə davam gətirə bilmirlər. Aşağıdakı qravitasiya tipli platformaların sxemlərini nəzərdən keçirək: