1.üst tikili göyərtə 2.dayaq sütunları 3.alt dayaq özülləri (qurğunun fundamenti) Bu cür sütunlar dəmir-betondan hazırlanır. Sütunlar quruda və ya sahil tikinti zonasında hazırlanır. 2-ci şəkil bəzi variantlarda dəmir qəliblər quraşdırılma bünövrəsində yerləşdirilir.
№6. Beton, onun xassələri, tərkibinin seçilməsi.
Beton tikinti materialı olun süni şəkildə 4 komponentdən hazırlanır. Bağlayıcı maddə – sement, qum, çınqılşəkilində olan doldurucu və sudan ibarətdir. Bu komponentlərin qarışığında hər birin komponentin çəkisi hesablama yolu ilə təyin edilir. Qarışığın hazırlanma müddəti elə seçilir ki, bu zaman ərzində özünün plastikliyini saxlamalıdır ki, bu da onların qəliblərə tökülməsini asanlaşdırır. Daha sonra qəlibə tökülmüş qarışıq sükunət halında olduğundan onun tərkibini təşkil edən komponentlər qarışığı bərkiyərək zaman keçdikcə möhkəmləşir (bir neçə ilə kimi). Bundan başqa beton qarışığı içərisinə yerləşdirilmiş dəmir elementlərlə yaxşı ilişmə qabiliyyətinə malikdir. Betonun möhkəmliyi onu təşkil edən komponentlərinin xüsusiyyətlərindən asılıdır: qumun, çınqılın və sementin markası. Bundan başqa möhkəmlik su sement qarışığından yaranan sement daşının möhkəmliyindən də çox asılıdır. Betonun hazırlanmasında istənilən təbii qumdan istifadə etmək olar. əsas məhdudiyyət onun tərkibindəki gil və ya gil hissəciklərinin olmasıdır. Betonun möhkəmliyinə qum dənəciklərinin ölçüləri böyük təsir göstərir. Qumun xasssələrinin istənilən dəyişməsi betonun möhkəmliyini azaldır. Bunu aradan qaldırmaq üçün qum kütləsi su şırnağında əsaslı yuyulur. Yuma nəticəsində gil hissəcikləri və kənar qatqılar xaric olunur. Daha sonra yuyulmuş qum kütləsi qurudularaq şəbəkələri müxtəlif ölçülü ələklərdən keçirilərək lazımi fraksiyalı qum kütləsi əldə olunur.
Ələkləmə üsulu ilə təyin olunan dənələrinə görə tərkib şəkildə göstərilmiş ştrixlənmiş zonaya düşməlidir. Sexmdə göstərilmiş ştrixlənməmiş zonaya uyğun diametrli qumlar yalnız 150 markalı sementlərdə istifadə olunur. İri çınqıl doldurucularının tərkibləri 2-3 yerə bölünür və o da şağıdakı cədvəldə verilir:
Betonun tərkibində sement və suyun miqdarının təyini mürəkkəb proses olub özündə 2 hissəni cəmləşdirir:
1.Betonun tərkibinin hesablanması (bütün komponentlərə görə)
2.Əldə edilmiş beton nümunəsinin sınaq edilməsi (yuxarıdakı hesablamalara görə)
Hal-hazırda betonun tərkibinin heasblanması üçün müxtəlif üsulları var. ən çox işlənən – mütləq həcmlər üsulu nəzərdən keçirək. Üsulun məğzi betonu hazırlamaq üçün komponentlərin həcmlərinin cəmidir.
Sem. – sementin çəkisi, – sementin xüsusi çəkisi. Bunu nəzərdə tutaraq
– sement xəmiri; – doldurucu
Yuxarıdakı düstur əsasında hazırlanan beton qarışığının tərkibinin hazırlanması ardıcıllığını nəzərdən keçirək.
1 beton əldə etmək üçün sərf olunacaq sementin təqribi miqdarını qəbul edək. Bunun üçün A.S.Mironov əyrilərindən istifadə edək. Bu əyrilər böyük ölçülü çınqıllar ilə orta ölçülü qum qarışığının sementlə qarışdırılması üçün su sərfinin təyin olunmasına imkan verir.
Beton qarışığının iqtisadi cəhətdən səmərəli olması möhkəmlik və sıxlıq həddləri tələblərə uyğun olmasına əsasən betonun hazırlanması üçün lazım olan sement sərfinin həddləri verilmişdir. Hava və suda yerləşmiş dəmir-beton qurğular üçün 250 kq, bina içində yerləşirsə 200 kq. Təcrübələr göstərmişdir ki, sementin sərfini 300 kq.dan artıq götürdükdə belə betonun möhkəmliyi cüzi dəyişir. Ona görə 1 m3 betonnun hazırlanması üçün istifadə olunan betonun miqdarı 200–300 arasında dəyişir. Sementin markasının yüksəkliyi onun betonunun tərkibində sementin miqdarını azaldır. Belə betonların hazırlanmasında sementin markası betonun markasından 2–2.5 dəfə çox olmalıdır.