№10. Sahil akvatoriyasında suda görülən işlərin texnologiyası.
Sahil tikinti zonasında betonlama işi başa çatdıqdan sonra betonun möhkəmlənməsinə lazım olan zamanı gözləmək şərtilə yığılmış dayaq bloku açıq dəniz hövzəsinə köçürülür. Bunun üçün 5 ərazisi su ilə doldurulur və bünövrə bloku üzmə qabiliyyəti əldə edilir. Bu zaman qurulmuş dayaq blokunun vəziyyəti tam şəkildə öyrənilir. Blokda su sütunları olduqda katlavanın su ilə doldurulması dayandırılır və sızıntıların səbəbi araşdırılır. Dayaq bloku katlavanın dibindən ayrıldıqda onun lazımi üzmə səviyyəsini alması təmin edilir. Əvvəla dayaq blokunun üfüqiliyi dəqiq izlənilir. əgər hansı mərhələdəsə maillik aşkar olunarsa, o zaman ona müvafiq tutum su ilə doldurulur. Yoxlama əməliyyatlarını apardıqdan sonra DNQQ-nın onun suda yerdəyişməsi ilə əlaqədar bütün üzmə xarakteristikaları tədqiq olunur. Qurulmuş dayaq blokundakı bütün dəliklərin, tutumların, blokların qapanması işləri aparılmasıdır ki, suda nəql zamanı sızıntılar baş verməsin. Tikilmiş qurğulara 6-cı zonada ləngərləmə üsulu ilə onların su tutumlarının təyin olunması aparılır. Bu zaman qurğunun yan hissəsindəki su səviyyəsi xətti sakit su səviyyəsindən fərqlənə bilər. Ləngərləmə tutumlardan birini su ilə doldurmaqla aparılır.
№11. Aparıcı blokun elementlərinin tikilməsi.
Bildiyimiz kimi aparıcı blokun elementləri dedikdə dayaq blokunun üst tikili ilə birləşdirən konstruksiyaları nəzərdə tuturuq. Bu konstruksiyalar üzəri dəmir təbəqə ilə işlənmiş və ya işlənməmiş dəmir-beton dirək tipli (1, 2, 3 və s.) konstruksiyalardan ibarət olur. Qabarit ölçüləri quraşdırılması nəzərdə tutulan dəniz şəraitinin metereoloji xassələrindən asılıdır.
Belə ki, üst qatı buzla bağlanan dəniz şəraiti üçün qurulan qurğunun aparıcı bloku massiv olaraq böyük ölçülü olur. Belə ki, sahil tikinti zonasında hər zaman aparıcı blokun tikilməsi mümkün olmadığından (tikinti zonasında dərinliyin məhdud olması) – 10-15 m arasında dərinliyi olduğundan, onların tikilmə prosesi açıq dənizdə aparılır.
Aparıcı blokun sahil tikinti zonasında üzmə sxemi aşağıdakı kimidir.
Ş.11.1
Dayaq bloku