Nqhq tikintisi və istismarı


№7. Sualtı beton və dəmir-beton qurğularının quraşdırılma texnologiyası



Yüklə 297,09 Kb.
səhifə7/30
tarix07.01.2024
ölçüsü297,09 Kb.
#211311
1   2   3   4   5   6   7   8   9   10   ...   30
C fakepathmühazir Tikinti-istismar

№7. Sualtı beton və dəmir-beton qurğularının quraşdırılma texnologiyası.


QTDNQQ-lərin tikilməsində onların dəniz dibində dayanıqlılığının təmin edən dəni dibinə dayanmış hissəsi dəmir-beton materialdan hazırlanır ki, buna da QTP bünövrəsi deyilir. Bünövrələr həndəsi formalarına görə müxtəlif cür ola bilir: dairəvi, kvadrat, halqavari və s.. Bütün bu bünövrələrə qoyulan əsas tələbat DNQQ-nın quraşdırıldığı bünövrənin dəniz dibinə dayanaraq dayanıqlığını təmin etməkdir. Etibarlılıq dedikdə bünövrənin ona düşən bütün yüklərin qəbul edərək formalarını dəyişərək dayanıqlı olmasıdır.




Massiv bünövrələr: QTP-ın bəzilərinin bünövrələrinin sahəsi 1 neçə min təşkil edir. Əgər QTP donan dəniz dibində yerləşirsə ona qravitasiya qüvvələrindən başqa böyük yerdəyişdirici buz kütlələri də təsir edir. Qeyd etmək lazımdır ki, bünövrələrin tikilməsində beton işləri açıq dəniz sahəsinin su basmış hissələrində aparıla bilməz. Ona görə də bünövrə bloklarının tikintisi sahil tikinti bazalarında hazırlanaraq bünövrənin tam qurulması üçün suya batırılaraq bünövrənin quraşdırılma nöqtəsinə aparılır. Dartıcı buksir gəmiləri vasitəsilə açıq dənizdə quraşdırılma nöqtəsinə yerləşdirilir. Nəhəng massiv bünövrələr parçalara bölündükdən sonra tikintisinə başlanır.
Bu qurğuların tikilmə xüsusiyyətlərinə görə müxtəlif növləri mövcuddur.


1.Dirəklərin arakəsmə və sahilyanı tikintisində istifadəsi. Sahilyanı dedikdə sahildə yerləşmiş dayaq divarları yanalma qurğuları və estakadaları misal göstərmək olar.


Burada, a – dəmir-beton döşəmənin tam eni, b – kənar dirəklərin mərkəz oxları arasındakı məsafə, c – sahil körpücüyü, h – dirəyin vurulma dərinliyi, d – dirəklər arasında məsafə. Dirəklər dəmir borulardan hazırlanmış olub diametrləri üzərinə düşən maksimal yükə görə seçilir. Maksimal yük dedikdə maşın, kran, traktorların ağırlığı nəzərdə tutulur.
Bu zaman həm dirəklərin çəkiclə vurulması və ya yüksək tezlikli titrəmələr vasitəsilə vurulması baş verir. Hər iki halda dirəklərin vurulması gəmi kranları vasitəsilə aparılır.2.Dirəklərin dərin sularda bədilməsi.

Dirəklər dərin sularda yalnız müxtəlif növlü platformaların dayaqlarının bünövrəsini bərkitmək üçün istifadə olunur. Dəniz sularında dirəklərin yerləşdirilməsində çətinliklər baş verdiyindən burada mürəkkəb qurğular istifadə olunur.


Ona görə də belə bünövrələrin layihələndirilməsinda böyük yük götürmə qabiliyyətinə malik dirəklərdən istifadə olunur. DNQQ tikilməsi təcrübəsi göstərir ki, boru tipli dirəklərin diametri -ə qədər dəyişə bilər. 60 sm diametrli dirəklərin dəniz dibinə batırılma dərinliyi onların yük daşıma qabiliyyətinə əsasən müəyyən olunur. 150 m dərinliyinə batırılmış dirəklər də mövcuddur. Halbuki, orta batma dərinliyi arasında dəyişir. Dirəkli bünövrələrin dəniz dibinə vurulmasında qabaq hazırlıq işləri aparılır ki, bu da dayaq blokunun bir hissəsi olan konduktorların dəniz dibinə bərkidilməsidir.
Göstərdiyimiz kimi dirəklər 150 m dərinliyə vurula bilər. Diametri 2,5 – 3 m arasında dəyişir. Qalınlığı 30 – 60 mm arasında dəyişir. Dirəklər ayrı-ayrı arasında parçalardan yığılır. Gəmi kranları vasitəsilə kranlar seksiyaları asılı vəziyyətdə saxlayıb digər qarmaq vasitəsilə digər hissə asılı halda olan seksiyaya birləşdirilir. Bundan başqa DNQQ-lərin tikilməsi dayaq bloklarının dəniz dibinə bərkidilməsi böyük maraq oyadır.




Yüklə 297,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin