1.Şaquli divarlı QP (qravitasiya plat.) A və B sxemlərində 1 platformanın göyərtəsidir. Yuxarıdakı sxemlərin ikisində də yan tərəflərinin en kəsiyi düzbucaqlıdır. Göyərtənin ölçüləri texnoloji və yaşayış məişət tələblərinə görə təyin olunur. Bu göyərtə üzərinə energetik qurğular, yaşayış modulları, qazma qurğuları və vertalyot meydançaları yerləşdirilir. Göyərtənin altı dəniz səviyyəsindən h hündürlüyündə yerləşir. 2 boşluğunda qazma borularının keçməsi üçün slindirik fəza mövcuddur. Bu slindrik qurğunun ətraf hissələri platformada yerləşdiriləcək yedək hissələrinin saxlanma tutumlarıdır. Bütün göstərilən SP-ların dayaq blokları tətbiq sahəsindən asılı olaraq ya monolit ya da ayrı-ayrı dəmir-beton bloklardan hazırlanır (hazırlanma zamanı metal təbəqələrdən hazırlanmış kessom tutumları ilə təchiz olunur). 4 boşluqları qurğuya əlavə ağırlıq vermək məqsəd ilə qum və ya çınqılla doldurulur. A – buzlaşmış, B – buzlaşmamış. 2.Maili yan səthli QTSP Platformaya edilən təzyiq yüklərinin azaldılması məqsəd ilə ona kəsilmiş pramida forması verilir. A düz mailli yan tilli, B qırıq-qırıq mailli yan tillidir. Bu cür platformaların ölçüləri yuxarı göyərtənin vəziyyəti və yan səthlərinin maillik bucağı ilə təyin olunur. Belə platformaların üst göyərtələrinin su səthindən məsafəsi su hövzəsinin səthinin dayanıqlıq hündürlüyündən asılıdır. Əgər qabarma gərilmə hadisələri baş verərsə, hündürlüyündən qabarma nəticəsində suyun qalxması , dalğanın ən hündür nöqtəsinin hündürlüyü . Mailli səthə dalğanın dəyməsi zamanı suyun qalxma hündürlüyü və naviqasiyasiya ehtiyyatı bir qayda olaraq meterologiya tərəfindən verilir. Demək olar ki, bu cür platformaların dayaqlarının en kəsik ölçüləri dənizin dərinliyindən, üst göyərtəsinin verilmiş ölçülərindən və maillik bucağından asılıdır. Platformanın göyərtəsi üst tikili adlanır, sualtında yerləşmiş 2 massivində 3 tutumları yerləşdirilir ki, burada həm ağırlaşdırmaq üçün qum-çınqıl yığılması və yaxud ehtiyyat qazma boruları və başqa ehtiyyat qurğular yığılır.