№3. Hidrotexniki qurğuların tikintisində torpaq işləri.
Dəniz dibinə bərkidilmiş DNQQ-ləri 2 növdə təsvir etmək olar:
1.Statik və dinamik qüvvələr hesabına (qravitasiya qüvvəsinin) 2.Müxtəlif çeşidli bərkidici sistemlər vasitəsilə dəniz dibinə bərkidilən. I qrup DNQQ-lər elə çəkiyə malik olmalıdırlar ki, bu çəki hesabına qurğunun dib süxurları elə dayanıqlı ilişməsi təmin edilsin. II qrup qurğular müsbət üzmə qabiliyyətinə malik olub DNQQ-nin lazımi vəziyyətdə saxlanması üçün diblə birləşmə qurğularının elementlərinin reaksiyası qüvvələri ilə təmin olunur.
Birinici tip qurğuların tikintisi zamanı onların dəniz dibinə stabil yerləşdirilməsi üçün bünövrə elementlərinin dəniz dibində bərkidilməsi bilavasitə dəniz dibində torpaq işlərinin aparılması ilə əlaqədardır. Belə ki, bünövrələrin dəniz dibində yerləşdirilməsi üçün bünövrə blokları qazılmış katlavanda yerləşdirilməlidir. Bu katlavanların qazılması üçün sualtı torpaq işlərini aparan sualtı avadanlıqlardan istifadə olunur (sualtı xəndəkqazan buldozer). Göstərilən qurğular kənardan idarə olunur. Torpaq işləri bir qayda olaraq əsasən sahilyanı zonalarda çox aparılır. İstənilən təbii çökmə qruntlarda katlavan və tranşeyin qazılması ilə əlaqədar işlər torpaq işləri adlanır. Sahilyanı zona dedikdə suyun sahildən kəsilmə xəttindən başlayan ərazi adlanır. Belə zonalarda bütün torpaq işləri adi qaydada buldozer kəfkirli traktor, qreyder və digər bu cür avadanlıqlarla aparılır.
Şəkil.3.1. Sahilyanı tikinti zonalarının torpaq işlərinin sxemi
Torpaq işləri əsasən ekskvatorlar vasitəsilə katlavan içindən, katlavan çölündən aparılır. Dərin katlavanda troslu kəfkirli ekskvatordan istifadə olunur. Torpaq işləri əsasən hidrotexniki qurğulara aid olan danbaların tikilməsində süni adaların salınmasında böyük həcmə malikdir. Tikinti işlərinin bir hissəsi də sualtı boru kəmərlərinin çəkiləsi zamanı aparılır. Sualtı boru kəmərlərinin çəkilişi onların xəndəklərə doldurulması və dəniz dibində yerləşdirilməsi yolu ilə aparılır.
Xəzər dənizində sualtı b/k-nin çəkilişi dəniz dibinin səthi ilə aparılır. Onunla bir-başa əlaqəsi olan dənizdə sualtı b/k çəkilişi xəndəkyə basdırılma yolu ilə aparılır. Torpaq işlərinin aparılması torpağı təşkil edən qruntların təbiətlərinə görə kateqoriyalara ayrılması ilə səciyyələnir. Özüllərin yerləşdirilməsi üçün qazılmış bünövrə altı katlavanlar bünövrənin işlənməsi zamanı emal olunan torpağın həcm düzbucaqlı və trapesiya şəkilli hesablanır.