№4. Dayaqlı bünövrə üzərində çubuqlu stasionar platformalar.
“Çubuqlu stasionar” platforma dedikdə 3 əsas bloku olan qurğu nəzərdə tutulur: 1.Dirək bünövrəsi; 2.Çubuqlu aparıcı konstruksiya; 3.Üst hissə – “göyərtə” Hər bir blok üçün qısa məlumat yazaq. Dirəkli bünövrə dəniz dibinin qruntuna bərkidilmiş dirəklərdən ibarətdir ki, onlar gələcək qurğunun bünövrəsini təşkil edir. Çubuqlu sistem aparıcı şaquli və maili çubuqlardan ibarət bu çubuqlar öz arasında xüsusi arakəsmələrlə birləşdirilir ki, möhkəmliyini təmin edir.
Bu sxemlərdə belə tip qurğuların sadə konstruksiyası göstərilmişdir. Sxemdən göründüyü kimi 1 göyərtəsi 2 çubuqları üzərində yerləşir ki, bu çubuq konstruksiyası daşıyıcı konstruksiya olaraq dəniz bərkidilmiş dirəkli fundamentin üzərində yerləşdirilir. Bu tip konstruksiyalar donmayan dənizlərdə və ya nazik buz qatı olan suyun dərinliyi 10-20 m olan hövzələrdə qurula bilir. Bunların fərqi ondadır ki, 1-ci sxem şaquli çubuq konstruksiyasından ibarətdir. 2-ci isə şaquli və maili çubuq konstruksiyalardan ibarətdir.
5– dayaq fundamentidir. Sxemdə göstərilmiş çubuqları bir-biri ilə eninə tirlərlə və maili çubuqlarla birləşdirilmişdir. 3 hissədən ibarətdir: göyərtə, bünövrə, çubuqlar. Dirəklərin dəniz dibinə vurulma dərinliyi onun üzərində yerləşəcək iki blokunun çəkisinə görə təyin olunur. Belə dirəklər diametrinə görə 1400 mm olub beton bünövrənin cismində yerləşmiş dəliklərdən dəniz dibinə vurulur.
№5. Dirəklər üzərində platformalar.
Bir qayda olaraq belə platformalar dayaz su platformaları adlanır. Dənizin donan hissəsi üçün dayaz sularda əmələ gələn buz qatının təsirinə davam gətirə bilən qurğular dirək üzərində stasionar platformalar olur. Bildiyimiz kimi tikilməsi və ya quraşdırılması əlverişli olmayan QTSP-ların əvəzinə dirəklər üzərində stasionar platformalar yığılır. Dirək (kalon) dedikdə slindrik və yaxud başqa formada olan en kəsiyi uzunluğu ilə müqayisə oluna bilən tək dayaq dirəyinə deyilir. Məs., diametri 2 m-ə uzunluğu 15 m-ə olur. Sütunlar üçün xarakterik olan parametr onun en kəsik sahəsidir. Sütun üzərindəki DNQHQ-lar konstruktiv olaraq 3 yerə bölünür: