Nqhq tikintisi və istismarı


№8. Sahil tikinti zonalarının xarakteristikaları



Yüklə 297,09 Kb.
səhifə8/30
tarix07.01.2024
ölçüsü297,09 Kb.
#211311
1   ...   4   5   6   7   8   9   10   11   ...   30
C fakepathmühazir Tikinti-istismar

№8. Sahil tikinti zonalarının xarakteristikaları.


Tikinti təcrübəsində texniki qurğuların yığılma yerləri müxtəlif terminlərlə ifadə olunur (tikinti bazası, tikinti quraşdırılma ərazisi və s.). Bütün bu sahələr üçün eyni olan bu sahələrdə əsas texniki işlərin görülməsi imkanıdır. QTP-lərin tikintisi üçün quraşdırma ərazisini nəzərdən keçirək.
1-ci sahə - Beton və dəniz-beton işlərinin aparılması sahəsi. Bu sahədə görülən işlərin çətinliyi avadanlıqların bir sahədən digər sahəyə aparılması çəkisinin çoxluğudur.
Qəliblərin toplanması anbarları:
2-ci sahə armatur qəfəslərin, karkasların quraşdırılması, müxtəlif profilli (şveller), tırtıllı və yaxud digər növlü hərəkət edən kranlar.
3-cü sahə gələcək platformanın həndəsi ölçülərini nəzərə alaraq qəlib elementlərini və hissələrini sadə və mürəkkəb qəlib sxemləri. Mürəkkəb müxtəlif cür əyrixətli hissələr üçün qəlblər.
4-cü sahə müxtəlif növ DNQQ-lər üçün dəmir beton elementlərin yığılma sahəsi.
5-ci sahə mühafizə arakəsməsi ilə dənizdən təcrid edilmiş katlavan. Bu katlavanlarda DNQQ-lərin dayaq bloklarının quru şəraitində tikilməsindəki bütün əməliyyatlar aparılır. Bütün quraşdırılma əməliyyatları bitdikdən sonra 5 sahəsi su ilə doldurulub qurğuların suda üzmə qabiliyyəti müəyyən edilir.
6-cı sahə dəniz şəraitində DNQQ-lərin üst tikililərinin quraşdırılması aparılır. 5-ci zonada hazırlanan dayaq bloku 6-cı zonaya çıxarılaraq bərkidilir ki, köməkçi barja gəmilərində hazırlanan dəmir-beton qarışığı ilə üst tikililərin yığılması aparılır.
7-ci sahə hazırlanmış DNQQ-nin dalğalardan mühafizə olunması üçün lövbər vasitəsilə yerləşdirilməsi zonası.
8-ci sahə gəmi kranları, buksirlərin və digər üzmə qurğularının toplanması sahəsi.

№9. Sahil zonasında DNQQ-lərin tikilməsində görülən əsas işlərin texnologiyası.


QTP-lərin tikilməsində görülən işlərin ardıcıllığını nəzərdən keçirək. Əvvədə qeyd etdiyimiz kimi DNQQ-lər 3 əsas blokdan ibarətdir: bünövrə bloku (dayaq bloku), əsas aparıcı blok (dayaq blokunu üst tikiliyə birləşdirən blok), üst tikililər bloku.


Təbiidir ki, tikinti işləri dayaq bloklarınd formalaşmasından başlanır. Dayaq bloklarının əsas xüsusiyyətlərindən biri üzmə qabiliyyətinə malik olması aralıq və üst tikililər blokunun özündə saxlama qabiliyyətinə malik olmasıdır. Dayaq blokunun tikilməsi 5 katlavanında və ya quru DOC-da 5 ərazisinin blokunun yığılmasının həndəsi formalara bölünməsi və ərazinin müstəvi şəkilinə salınması aparılır. Belə ki, hazırlanan blokun müsbət üzmə qabiliyətinə malik olması üçün boşluqlardan ibarət olur. Bu halda şəbəkə dəmir-beton divarlı slindrik divarlı quruluşa malik olurlar. Divarın qalınlığı elə seçilir ki, qurğunun suda nəqli zamanı su divar qatından süzülərək şəbəkənin içini doldura bilməsin bunun əldə etmək üçün slindirlərin ya iç ya da xarici səthi dəmir lövhələrlə işlənmış olur.
Nəql zamanı bu slindirlərin daxilinə suyun keçməməsi üçün bəzi hallarda onların daxili və ya xarici dəmir təbəqələrlə təchiz olunur.
Bünövrənin ölçüləri nə qədər böyük olsa diametr də böyük olar. Bünövrəni təşkil edən şəbəkələr slindrik formadan əlavə düzbucaqlı, kvadrat ola bilər. Slindrik şəbəkənin quraşdırılması çətindir. Aşağıdakı şəkildə boşluqlu şəbəkənin sxemi göstərilmişdir.
5-zonasının ərazisi düzləndirildikdən sonra dayaq blokunun alt hissəsinin bütün elementləri ölçülərinə görə o sahə də qeyd olunur. Ölçüləri verilmiş elementlərə görə dayaq elementləri quraşdırılır. Bundan sonra dayaq elementlərinin birləşdirilməsi üçün işçi armatur tam quraşdırılır. Bundan sonra divarları təşkil edən armaturlar müxtəlif diametrli polad dayaqlara bərkidilir ki, bu da karkas adlanır. Dayaq blokunun alt hissənin armatur şəbəkəsi aşağıdakı kimi yığılır. Beton işi saat əqrəbinin əksi istiqamətində müəyyən texnologiya üzrə aparılır.





Yüklə 297,09 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin