Üst tikililərin blokları üzrə işlərin görülməsi ardıcıllığı:
Ş.14.1
1-DNQQ-lərin modul üzsulu ilə tikintisinin mümkünlüyünün tədqiqi.
2 a/b (suüstü/sualtı) modullarının tətbiqinin tədqiqi
3a/b (suüstü/sualtı) modullarının konstruktiv hazırlanması
4- modulların hazırlanma yeri
5- hazırlanmış modulların quraşdırılma nöqtəsinə çatdırılmasının tədqiqi
6a/b (suüstü/sualtı) DNQQ-nin yerləşmə yerinin tədqiqi
7- müxtəlif modullarının ümumi üst tikililər sisteminə qoşulması
Ş.14.2. üst tikililərdə blok modulların yerləşdirilməsi sxemləri.
Modulların ölçülərinin və ağırlığının seçilməsi layihələndirici institutun istəyindən asılı deyil. Əsas tələb aparıcı dayaq blokunun yük daşıma qabiliyyətini aşmamasıdır.
№15. Açıq dəniz şəraitində yerinə yetirilən işlərin tərkibi.
Açıq dəniz şəraitində görülən işlərin ardıcıllıq sxemi verilmişdir. Hər bir görülən işin qısa xarakteristikasını nəzərdən keçirək.
Ş.15.1
A DNQQ-nin quraşdırılma nöqtəsinə nəqlinə tam hazır olmasını göstərir. Bu hal sahil tikintisi bazasında başlayıb tamamlanır (üst tikililərin açıq dənizdə quraşdırılması işləri istisna olmaqla).
B vəziyyəti müəyyən olunmuş zamandan fundament yəni bünövrə bloklarının və svay dayaq bloklarının hazır olmasını göstərir.
(1) dəniz neft qaz qurğusunun sahil və sahil yanı tikinti sahəsindən açıq dənizə çıxarılması işləri.
(2) DNQQ-lərin lazımi üzmə qabiliyyəti və dayanıqlılığının təmin olunması vəziyyətinə gətirilməsi.
(3) DNQQ-nin açıq dənizdə nəqlə hazırlanması. Dartıcı gəmilərin sayı, gücü təyin edilir və DNQQ nəql edilir.
(4) NQQ-nin istismar nöqtəsində qurulması (yerləşdirilməsi) seçilmiş vəziyyətə bərkidilməsi.
(5) DNQQ-nin verilmə dərinliyə endirilməsi və onun dayaq bloku üzərinə və ya svay tipli dayaq blokunun üzərinə qurulması.
(6) bünövrə üzərində DNQQ-nin bərkidilməsi. Əgər sahil tikinti zonasında üst tikililər DNQQ üzərinə quraşdırılmayıbsa onların bu mövqedə quraşdırılması işləri.
(7) DNQQ ərazisində yerləşən komunikasiya xəttlərinin birləşdirilməsi. Lazım gələrsə sualtı boru kəmərləri və elektrik kabelləri quraşdırılır.
Göstərilən bu 7 vəziyyət DNQQ-lərin qurulmasının əsas əməliyyatlarını göstərir. Halbuki hər əməliyyat daxilində mürəkkəb texnoloji işlər görülür.