LAM-1 suyun dərinliyindən <6 m qədər, LAM-26-10 m dərinliyə qədər quraşdırılır. LAM-1 LAM-2 -dən mərtəbələr arasında şaquli ferma müstəvisi olmasına görə fərqlənir. LAM-1 dəniz bloku dəniz dibinə anker dirəkləri vasitəsilə birləşdirilir (qazılmış quyuya batırılmış) (şurf). Anker birləşmələrinin yerləşdirmək üçün özülün üst hissəsindən dayaq ayağının hərəkət edən hissəsinin içərisindən şurf qazılır. İlk dəfə olaraq LAM tipli iri bloklu özül dəniz sahilindən 3 km içəridə Kürsəngi dəniz bölgəsində 1946-cı ildə quraşdırılmışdır. Bu tip özüllərin quraşdırılmasının üstün cəhətləri:
1)Aparılan işlərin hava şəraitindən az asılı olması.
2)Dəniz şəraitində görülən tikinti işlərinin azalması
3)Dənizin 10 m-ə qədər dərinliyində özüllərin tökülmə imkanı.
Mənfi cəhətləri:
1)Konstruksiyanın çox bloklu olması
2)Blokların ölçülərinin çox kiçik olması quraşdırılma zamanı dayanıqlılıq əmsalənın kiçilməsinə səbəb olur.
3)Böyük metal sərfi.
№18. MOS və MOS-M tipli özüllərin tikilməsi.
Dəniz neft-qaz yataqlarının işlənməsinin səmərəliliyini artırmaq məqsədi ilə LAM tipli iribloklu özüllərdən sonra daha müasir olan MOS tipli iribloklu özüllərin tikilməsi və layihələndirilməsi aparılmışdır. Bu tip özüllərin tikintisi dəniz şəraitindən tamamilə asılı olmadan aparıla bilər və tikinti işlərinin müasir üsulla aparılmasına və metal sərfinin azaldılmasına imkan vermişdir. MOS tipli iribloklu özüllərin tikilməsində əsas olaraq 6 dayaqlı dirək tipli dayaq blokları götürülmüşdür (ölçüləri 8x16 m). Dayaq sütunları içboş, teleskopik borulardan ibarətdir. Uzunluğunun 2 dəfə artırılması bu quruluşun sahəsinin və möhkəmliyinin artırılmasına gətirilir. DAM bloklarına nisbətən dəniz dibində bərkidilmə sahəsi böyük olduğundan nisbətən dayanıqlığı yüksək olur. (MOS-4, MOS-8, MOS-10, MOS-20 – suyun dərinliyini göstərir)
Ş.18.1
MOS tipli özülün qurulması özündə aşağıdakıları cəmləşdirir:
-6 dirəkli 3 dayaq bloku: Bunlar bir-birin 8 m məsafədə quraşdırılır. Bloklararası boşluqlar fəza seksiyaları vasitəsilə hər boşluğa 2 ədəd düşməklə birləşdirilir. Yaşayış bloku əsas özüldən 30 m aralıda yerləşdirilir. Dənizin dərinliyi m olduqda 4 dirəkli ölçüləri 8x8 m olan dayaq bloku qurulur. Dənizin dərinliyi m olduqda isə belə qurulmuş dayaq blokunun sabitliyi zəif olduğundan əvəzinə 6 dayaqlı bünövrə bloku yerləşdirilir.
Özülün markası
Dənizin dərinliyi
Blokun hündürlüyü
MOS1-4
4
10
MOS1-6
6
12
MOS2-8
8
14
MOS2-10
10
16
MOS3-12
12
18
MOS3-14
14
20
MOS3-16
16
22
MOS3-18
18
24
MOS3-20
20
26
MOS2 dayaq blokunda mərtəbələr arasında şaquli müstəvi (tillərlə bərkidilmiş) təchiz edilir. Bunun nəticəsində qurğunun maili tillərinin bərkidilməsi bir-birindən təcrid edilir. Müvafiq olaraq 3 qatlı MOS dayaq blokunda arakəsmə müstəvilərinin sayı 2?-dir. Başmaqların dəniz dibinə bərkidilməsi LAM tipli dayaq bloklarının dirəklərinin dəniz dibinə bərkidilməsinə analojidir. MOS tipli özül dalğanın tam hündürlüyü 6 m, dalğa uzunluğunun 60 m, axın sürətinin 1 m/san qiymətlərinə uyğun olaraq hazırlanmışdır. Küləy yükü 2 əmsal ilə maksimum sürəti 40 m/san olan küləklər üçün hesablanmışdır. Özülün yanalma qurğularında gəmilər dənizin 2–3 bal dalğalanmasında, küləyin isə 4 baldan çox olmayan sürətində həyata keçirilə bilər. Belə tip özüllərin dəniz dibinə anker birləşməsi hesabatı orta qruntlar üçün qəbul edilir. İstismar müddəti ərzində belə tip qurğuların dayanıqlılığa hesabatlarının 12–14 il ərzində doğru olduqları aşkar edilmişdir.
6>