Nqhq tikintisi və istismarı



Yüklə 297,09 Kb.
səhifə14/30
tarix07.01.2024
ölçüsü297,09 Kb.
#211311
1   ...   10   11   12   13   14   15   16   17   ...   30
C fakepathmühazir Tikinti-istismar

MOS-M tipli özüllər dənizin dərinliyi 4–16 m olan və qazılan quyunun dərinliyi 3500 m-ə qədər. MOS-M dayaq bloku fəza konstruksiyası olub, dördkünc ayaqlarından (teleskopik) ibarətdir. Daxili dirək dayaq başmaqları ilə təmin edilir. Çıxarıla bilən dirəklərdə şlits birləşmələri tətbiq edilir. Daxili dayaqların 2 orta dirəyi dayaq başmaqsız icra olunmuşdur. Blokun xarici ayaq dirəkləri üst tərəfdən ferma tipli qurğularnan birləşmişdir. Dayaqların alt hissəsi isə üfüqi tirlərlə və içi boş borularla bərkidilmiş olur. Bu borular blokun ayaqlarını bir-birinə bərkidilməsi üçün istifadə olunur. Öz növbəsində bu maili tirlər bir-biri ilə ortadan sərt rabitələrlə birləşdirilir. Beləliklə qurğunun üst hissə və ayaqları birlikdə sərt hərəkət edən blok təşkil edir. Belə bloklar hündürlüyə çox asan olaraq 1,5 m-ə qədər qaldırıla bilər, bu da dənizin relyefindən asılıdır. MOS-M tipli eynilə MOS kimi 3 ölçüdə icra olunur:
1.MOS1-M 4–6 m
2.MOS2-M 7–10 m
3.MOS3-M 11–16 m
Üst fermalar arası böyük diametrli preventerlərin işini asanlaşdırılması, gəmilərin yanalma və vertalyot meydançalarının gücləndirilməsi, Üst hissənin fermalarının 150 t yük daşımasını təmin etmək üçün gücləndirilməsi məqsədi ilə MOS-M özülünü modernləşdirilməsi; onların bir sıra düyünlərinin istismar xüsusiyyətlərinin yaxşılaşdırılması; düyünlərin gücləndirilməsi aparılmışdır.

№19. Hidrotexniki qurğuların tikintisində xarici təsir amilləri.


Xarici təsir amilləri dedikdə təbiət və hava şəraitində asılı olan yüklər nəzərdə tutulur. Təbiət yükləri dedikdə (metroloji şəraiti nəzərə almadan) qabarma və çəkilmə, axınlar, seysmik yüklər, sərbəst hərəkət edən buz parçaları, aysberqlər, stamuxlar (duzlu sudan yaranan buzlar); hava şəraiti dedikdə isə külək, dalğalanma, buzlaşma və qar başa düşülür. Göstərilən təsirlər xarakterinə görə aşağıdakı düsturla təyin olunur:

Külək: – – orta külək yükü ; – ani anda külək artım yükü
Axın: – qabarma qasırğa dalğası və okean axınlarından yaranan yük; – külək təsiri nəticəsində yaranan axın yükü; – dalğadan yaranan orta yük; – az dəyişən dinamik yük; – dalğadan əmələ gələn yük (bir qayda olaraq horizontal yükdür)
Buz: – buzlaşma sahəsinin orta yükü; – buzlaşma sahəsinin az dəyişən dinamik qüvvəsi; – buzların dağılması nəticəsində əmələ gələn dinamik yük.
Seysmik yüklər: – zəlzələdən əmələ gələn təcil qüvvəsi; – dinamik əlaqələr nəticəsində yaranan gərilmələrin yükü.
Çox illik tədqiqatlar göstərmişdir ki, xəzər dənizinin səviyyəsi daimi dəyişərək müxtəlif səviyyələri almışdır. Xəzər dənizinin səviyyəsinin ölçülməsi 1837-ci ildən başlayaraq indiyə kimi davam edib. 80-90-cı illərin tədqiqatları göstərmişdir ki, Xəzər dənizinin səviyyəsinin dəyişməsi günış aktivliyinin dəyişməsinin 11 illik tskli ilə izah oluna bilər. Belə ki, 11 ilin ilk 5-6 ili ərzində günəş aktivliyi maksimum qiymətə qalxaraq son 5-6 ildə isə əvvəlki vəziyyətinə qayıdıb.

Şəkil.19.1. W – günəş aktivliyini xarakterizə edən volf ədədidir.
1837-ci ildən bu tərəfə 1995-ci ilə kimi Xəzər dənizinin dəyişmə amplitudu –25,5 -dən –29 -a düşüb.

Yüklə 297,09 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin