Nöqtələr
●Quran leksikonunda ölüm və həyat dedikdə həm təbii, həm də mənəvi ölüm və həyat nəzərdə tutulur.
Quran haqq sözün təsir etmədiyi kəsləri ölü sayır. Təkrar-təkrar bəyan olunur ki, şəhidləri ölü saymayın, onlar diridir, şaddır, bir-birinə müjdə verir, ilahi ruzidən bəhrələnirlər. Bəli, daş qəlbli və inadkar insan ölü, dünyadan getmiş şəhid diridir. Məsələni bir qədər də açıqlayaq:
Həyat mərhələləri
●Həyatın müəyyən mərhələləri var:
1. Nəbatat həyatı–Quranda buyurulur ki, torpaq öləndən sonra Allah onu yağış vasitəsi ilə dirildir.1
2. Heyvani həyat–Quranda buyurulur ki, Biz sizə həyat verdik.2
3. Ruhi həyat–Ayələrdə oxuyuruq ki, diri insanlar oyadılsın, yəni sağlam ağıl və fitrəti olanlara xəbərdarlıq edilsin. Qeyd olunur ki, peyğəmbərlərin dəvəti sizin həyatınız üçündür.3
4. İctimai-siyasi həyat–Əgər qisas hökmünün icrası ilə ədaləti bərqərar etsəniz, cəmiyyət diridir.4
5. Axirət həyatı–dünya həyatını puça çıxarmış insanın dilindən nəql olunur ki, kaş axirətdə həqiqi həyat üçün bir şey göndərmiş, azuqə toplamış olaydım.5
Dostları ilə paylaş: |