● Quranda “ruh” sözü 21 dəfə aşağıdakı mənalarda işlədilmişdir: insan cisminə üfürülmüş ruh1, vəhy2, Quran3, Ruhul-qüdüs4, böyük mələk5.
Hər halda bəşər ruhu qapalı, tanınmamış bir həqiqət, ilahi nəfəsdir. Onun səmavi yönümü var və yalnız Allah tərəfindən tanınır.
● İmam Baqir (ə) “qəlil” (“az”) sözünün az elmə yox, az fərdlərə işarə olduğunu bildirmişdir.6 Yəni kamil elm yalnız az bir qismə verilər, yalnız onlar ruhdan xəbərdar olar.
1. Peyğəmbərlər xalqın suallarla müraciət ünvanı olmuşlar.
2. Ruh insan düşüncəsinin fövqündə olan bir həqiqətdir və ilahi sirlərdəndir.
3. Bütün bəşəri biliklər ilahi hədiyyədir.
4. İnsanın elmi məhdud və çox azdır.
● ayə 86:
﴿وَلَئِن شِئْنَا لَنَذْهَبَنَّ بِالَّذِي أَوْحَيْنَا إِلَيْكَ ثُمَّ لاَ تَجِدُ لَكَ بِهِ عَلَيْنَا وَكِيلاً﴾
“Əgər istəsək, hər vaxt sənə vəhy etdiyimizi (yaddaşından) apararıq. Sonra səni Bizdən qoruyacaq bir kəs tapmazsan.”
Dostları ilə paylaş: |