Bildirişlər
1. Vəhy və səmavi kitabın nazil olması ilahi rübubiyyət şərtidir və insanların tərbiyəsinə yönəlmişdir.
2. Quran istənilən bir dəyişiklik və təhrifdən uzaqdır. İslam Peyğəmbəri (s) son peyğəmbər olduğu kimi, Quran da son səmavi kitabdır.
● Ayə 28:
﴿وَاصْبِرْ نَفْسَكَ مَعَ الَّذِينَ يَدْعُونَ رَبَّهُم بِالْغَدَاةِ وَالْعَشِيِّ يُرِيدُونَ وَجْهَهُ وَلَا تَعْدُ عَيْنَاكَ عَنْهُمْ تُرِيدُ زِينَةَ الْحَيَاةِ الدُّنْيَا وَلَا تُطِعْ مَنْ أَغْفَلْنَا قَلْبَهُ عَن ذِكْرِنَا وَاتَّبَعَ هَوَاهُ وَكَانَ أَمْرُهُ فُرُطًا﴾
“Sübh və şam vaxtı Rəblərini çağıran və Onun razılığını diləyənlərə qarşı dözümlü ol. Gözünü onlardan çəkmə ki, dünya bər-bəzəyi istəyəsən. Qəlbini Allah zikrindən xəbərsiz qoyduqlarımıza və öz həvəslərinin ardınca gedənlərə, işlərində həddi aşanlara tabe olma.”
Dostları ilə paylaş: |