- 28 -
A qrupu - bu qrupa aid edilənlər hazırki vaxtda yuxarı
vəzifələrə yüksəldilə
bilinən namizədlərdir.
B qrupu - yaxın bir neçə il ərzində vəzifə
yüksəlişi nəzərdə tutulan
namizədlərdir.
Kadr ehtiyatının mənbə və prinsipləri aşağıda qeyd olunan prinsiplər əsasında
formalşdırılır:
kadr ehtiyatın aktuallığı və ya kadr ehtiyatının əvəz edilmə tələbatının real
olması.
seçilən namizədin vəzifəyə nə dərəcədə uyğun olması və ehtiyat tipinin təyin
olunması namizədin işləyərkən ixtisaslaşdırılmasına
olan tələblər nəzərdə
tutulur.
seçilmiş olan namizədin perspektivliyi, təhsili, yaşı, bütövlükdə vəzifə üzrə iş
stajı və karyeranın dinamikliyi, sağlamlığı.
Rəhbər vəzifələr üçün kadr ehtiyatı mənbələri ola bilər:
Əsas, törəmə səhmdar cəmiyyətin və müəssisənin rəhbər isçiləri;
Baş mütəxəsssislər və eyni zamanda aparıcı mütəxəssislər;
Nəzərdə tutulmuş müvafiq ali təhsilə malik olan və
fəaliyytində özünü müsbət
tanıdan mütəxəssislər;
Təcrübə dövrünü uğurla başa vuran gənc mütəxəssislər.