- 14 -
Xüsusi biliklər - vəzifənin icrasının xüsusi
tərəfləri əsas götürülməklə
müəyyən edilir. Vəzifənin icrası ilə bağlı işçinin müəyyən səviyyədə xarici dil
biliklərinə, tapşırıqların yerinə yetirilməsi ilə bağlı müxtəlif kompüter proqramları
haqqında təsəvvürlərə malik olması və s. nəzərdə tutulur.
Bacarıq - insan resurslarının idarə edilməsi sisteminin
ikinci tərkib hissəsi
hesab edilir. Bacarıq anlayışı fərdin ümumi bacarıqlara malik olması mənasında
deyil, onun icra etdiyi vəzifənin təyinatı üzrə nəzərdə tutulmuş biliklərə malik olması
bacarıqlarını nəzərdə tutur.
Vərdiş - insan resurslarının idarə edilməsi sisteminin sonuncu tərkib hissəsi
qəbul edilir. İnsan resurslarının idarə edilməsi prosesində
fərdin zəruri səviyyədə
biliklərə malik olması və bu bilikləri mütəmadi olaraq nəzərdə tutulan həddə mövcud
münasibətlərə tətbiq edə bilməsi fərdin fəaliyyətində effektivliyin əldə edilməsini
təmin etməklə lazımi vərdişlərin formalaşmasına imkan verir.
Vərdişləri
bacarıqlardan fərqlənməsinə səbəb olan əsas cəhət bacarıqlar zəruri biliklərin konkret
olaraq hədəflərə tətbiq edilməsi, vərdişlər isə şəxsin fəaliyyətində və davranışında
vəzifə üzrə peşəkarlaşmaqdır. Vərdişlər biliklərin
əldə edilməsindən və onun
bacarıqlar vasitəsi ilə tətbiq edilməsinin sintezindən ortaya çıxır ki, bu da
peşəkarlaşma ilə nəticələnir. Zəruri vərdişlərin əldə edilməsi
ilə şəxsin fəliyyətində
formalaşan peşəkarlaşmanı şərti olaraq iki hissəyə ayrmaq olar:
intellektual peşəkarlaşma;
fiziki peşəkarlaşma.
Dostları ilə paylaş: