KARYERANIN MƏRHƏLƏLƏRİ № Karyeranın mərhələləri Yaş Məqsədin əldə edilməsinə tələbat Mənəvi tələbat Fizioloji və maddi tələbat 1
Ilkin mərhələ 25 yaşa qədər Təhsil, müxtəlif işlərdə sınaq
Özünü təsdiqin başlanğıcı Varlığın təhlükəsizliyi
2
Təşəkkül mərhələsi 30 yaşa qədər İşin mənimsənilməsi, vərdişlərin
inkişafı, ixtisaslı mütəxəssisin və
ya rəhbərin formalaşması
Özünü təsdiq, müstəqilliyin
əldə edilməsinin başlanğıcı
Varlığın təhlükəsizliyi,
sağlamlığı, əmək haqqının
normal səviyyəsi
3
Irəliləyiş mərhələsi 45 yaşa qədər Xidməti nərdivan üzrə irəliləyiş,
yeni vərdiş və təcrübənin
qazanılması, peşəkarlığın
yüksəlməsi
Özünütəsdiqin yüksəlişi,
böyük müstəqilliyin əldə
edilməsi, özünü ifadənin
başlanğıcı
Sağlamlıq, əmək haqqının
yüksək səviyyəsi
4
Saxlama mərhələsi 60 yaşa qədər Mütəxəssisin və ya rəhbərin
ixtisasının təkmilləşdirilməsinin
zirvəsi. Öz peşəkarlığının
yüksəlişi. Gəncliyin
öyrədilməsi
Müstəqilliyin
stabilləşdirilməsi,
özünümüdafiənin yüksəlişi,
hörmətin başlanğıcı
Əmək haqqı səviyyəsinin
yüksəlişi, başqa gəlir
mənbələrinə maraq
5
Tamamlanma mərhələsi 60
Pensiyaya getməyə hazırlıq.
Özünə əvəzedicinin hazırlanması
və pensiyada yeni fəaliyyətin
hazırlanması
Özünümüdafiənin
stabilləşdirilməsi, hörmətin
artması
Əmək haqqı səviyyəsinin
saxlanılması və yeni gəlir
mənbələrinə marağın
yüksəlməsi
yaşdan yuxarı
6
Pensiya mərhələsi 65 yaşdan
sonra
Yeni növ fəaliyyətdə məşğul
olmaq
Yeni fəaliyyət sferasının
özünümüdafiə, hörmətin
stabilləşməsi
Pensiyanın ölçüsü. başqa
gəlir mənbələri, sağlamlıq
Karyeranın ilkin mərhələsinə orta və ali təhsil almaq aid edilir və bu şəxsin 25
yaşınadək davam edir. Bu dövr ərzində insan onun tələblərini ödəyə bilən fəaliyyət
növünün seçilməsində bir neçə iş dəyişdirə bilər.
Növbəti olaraq təşəkkül mərhələsigəlir. Bu mərhələ təxminən 25 - 30 yaş arası
dövrü əhatə edir. Bu mərhələdə işçi seçdiyi peşəni mənimsəməyə eyni zamanda
zəruri vərdişlər qazanmağa, peşəkarlığa, özünütəsdiq etməyə başlayır.
İrəliləyiş mərhələsi30 - 45 yaş arası dövrü əhatə edir. Bu mərhələyə işçinin
ixtisasının yüksəlməsi baş verir, xidmət nərdivanın pillələrini ilə yüksəlir. Yeni –
yeni vərdişlər, praktiki təcrübələr vasitəsilə yüksək səviyyəyə çatır ki, bu da işçidə
özünü ifadəetmə tələbatını inkişaf etdirir, işçinin bir şəxsiyyət kimi özünü
təsdiqləməsinə imkan verir. Saxlama mərhələsində əldə olunmuş nailiyyətlər möhkəmləndirilir və 45-dən
60 yaşa qədərki dövrü əhatə edir. İşçinin öz ixtisasını təkmilləşdirməsi, aktiv
fəaliyyəti və əldə etdiyi xüsusi təhsili vəzifə yüksəlişinə səbəb olur. Bu mərhələ
- 33 -
özünüifadə ilə xarakterizə olunur ki, insan müstəqilliyin və özünüifadənin son
zirvəsinə çatır.