- 82 -
resurslarının doğru formada idarə olunmasından asılıdır. Müəssisə məqsədləri və
hədəfləri əldə edilərkən, fərdi tələblər və gözləntilər təmin edilməli, işçilər yalnız
maliyyə cəhətdən deyil eyni zamanda ruhani mükafatlarla motivasiya edilə bilər. Bir
çox fərd üçün, bir karyeranın maliyyə mükafatlarına görə daha əhəmiyyətli olduğunu
unutmamalıyıq. Effektiv karyera idarəçiliyi ilə, işçiləri motivasiya etmək və onların
performansını yaxşılaşdırmaq olar. Planlı şəkildə təkşil olunmuş karyera idarəetməsi
ədalətli, şəffaf, neytral və dəstəkverici olmalıdır, eyni zamanda ədalətli olmaq
xüsusən nəzərə alınmalıdır. Karyera imkanları və imkanları hər kəs üçün eyni
formada təşkil olunmalıdır. Karyera kanalları bütün işçilər üçün açıq olmalıdır.
Karyera qurma imkanları, işçini kollektivinə bağladığı kimi eyni zamanda müəssisə
xaricində olan ixtisaslı şəxsləri cəlb edəcəkdir. Karyera addımları üçün xüsusiyyətlər
əvvəlcədən təyin edilməli və strukturlaşdırılmış karyera addımları üçün istifadə
olunacaq fərdi məlumatlar realist və dəqiq olmalıdır. Karyera idarəetmə prosesində
subyektiv qiymətləndirmələrin qarşısını almaq lazımdır.
Dostları ilə paylaş: