Oxu üçün ədəbiyyat:
Galtung J. and Ruge M.N. : «Tne Structure of Foreign News», Journal of Pease Researsh,
2/1965.
Gans Herbert J.: Deciding What’s News. Vintage, New York, 1979.
Stephens, Mitchell: A History of News, Harcourt Brace Collage, 1977.
21
MÜHÜM HADİSƏ HAQQINDA
XƏBƏR VERMƏLİ!
Jurnalistin vəzifəsi dəni qabıqdan
ayırııb qabığı çap etməkdir.
Anonim həyasız.
Teleqraf
agentliklərinin məlumatları, press-relizlər, görüş və
konfranslara dəvətlər – bütün bunlar redaksiyalara gələn
informasiya axınının kiçik qollarıdır. Bunlara jurnalistlərin öz
müntəzəm işləri üçün müstəqil şəkildə apardıqları axtarışları da
əlavə etmək olar. Bununla belə, bütün informasiya materialının az
bir hissəsi işıq üzü görür. Bəs yenilikləri müəyyən edən nədir?
MÜHÜMLÜLÜK MEYARI
İri redaksiyaların və xəbərlər şöbələrinin əksəriyyəti öz
əməkdaşlarının gündəlik xəbərləri seçmələrini yüngülləşdirməkdən
ötrü informasiya materialı ilə işləmək üçün öz qaydalarını
müəyyənləşdirirlər. Belə sənədə misal olaraq İsveç Radiosunun
«Exo» xəbərlər redaksiyasının iş prinsipini göstərmək istərdim:
Biz mühüm olan hər şeyi veririk. Yəni çoxları üçün
mühüm və nəticəsi olan hər şeyi. Bizim verdiyimiz
informasiya həqiqətə uyğun və cəmiyyət üçün mühüm
olmalıdır.
Biz mürəkkəb, bəzən də qavranılması çətin olan
hadisələri ardıcıl olaraq işıqlandırmalıyıq. (Ekopolisy)
«Exo»
redaksiyasının fəaliyyətini müəyyənləşdirən
bu sənəd artıq 30 ildir ki mövcudur. Bu sənəddə «mühüm» sözü
əsas amildir. Redaksiyanın çap olunmaq və efirə verilmək üçün
seçdiyi xəbərlər ölkədə və dünyada baş verən hadisələri başa
22
düşməkdə vətəndaşlara kömək etməlidir. Reportyora yüngül,
hamıya xoş gələn sensasiyalı xəbərlər seçmək yaramaz. O elə
xəbərlər seçməlidir ki, çoxları üçün əhəmiyyət kəsb etsin. Onun
hadisələr və bunların insanların həyat şəraitinə təsir göstərməsi
arasındakı rabitəyə diqqət yetirməsi vacibdir.
Oxuculara,
dinləyicilərə və tamaşaçılara bədbəxt hadisələr
haqqında xəbərdən də daha vacibi dövlət büdcəsindəki defisitdən
məlumat verməkdir. Büdcə defisiti mövzusu daha mürəkkəbdir və
daha az əks olunandır, amma ölkənin əhalisi üçün cinayətkarlıqdan
daha böyük əhəmiyyət daşıyır. Axı burada söhbət dövlət və ya
bələdiyyə orqanlarının öz üzərlərinə götürdükləri məxaricdən və
uzunmüddətli maliyyələşdirməni təşkil edə bilməmələrindən gedir.
Vətəndaşların bu sahədə nə baş verdiyindən xəbərləri olmamışdır.
Çünki zaman keçdikcə bu borclar üçün onların uşaqları cavab
verməli olacaqlar.
Mağazanın soyulmasındansa, nüvə tullantılarının
basdırılması barədə xəbər vermək daha vacibdir. Məşhur
müğənninin şəxsi həyatındansa, NATO-nun genişləndirilməsi
məsələsinin müzakirəsi daha əhəmiyyətlidir. Əhalinin sosial
təminatı məsələlərini qaldırmaq, kriminal hadisənin qanlı
təfərrüatını növbəti dəfə təkrarlamaqdan daha vacibdir.
JURNALİSTİKANIN TƏNQİDİ
Son
illər istər İsveçdə, istərsə də digər ölkələrədə
jurnalistikanın tənqidi daha kəskin forma almışdır. Tənqid ilk
növbədə xəbərlərin daha çox səthi və fasilə ilə verilməsinə
yönəldilmişdir. Kütləvi informasiya vasitələrinin
kommersiyalaşdırılması bunlarda bəsit təsəvvürlərin və
uydurmaların artmasına gətirib çıxarır. Zorakılıq, seks, cinayətlər,
bədbəxt hadisələr və skandallar xəbərləri doldurmaqdadır.
İnformasiya xidmətələri transmilli korporasiyaların əlinə keçir. Nə
jurnalistikanın məzmununa, nə də demokratik cəmiyyətdə onun
roluna əhəmiyyət verməyən iri biznes sahibləri ancaq qazanc
qayğısı ilə yaşayırlar.
23
Siyasi
icmalçılar öz auditoriyalarına daha çox intriqalardan
və gizli mübarizələrdən bəhs edirlər və həqiqətən mühüm olan
məsələlərə getdikcə daha az diqqət yetirirlər. Vurnuxmalar ciddi
məsələləri əvəz edir, sensasiyalar məsələnin məğzini sıxışdırıb
aradan çıxarır. İqtisadi məsələləri işıqlandıran reportyorlar çox vaxt
özləri də bilmədən iri müəssisələrin xeyrinə işləyirlər. Danışmağa
aludə olanlar həvəslə televiziya müzakirələrində səthi, bəzən də
cahil şərhlərlə çıxış edirlər, tamaşaçıları çaşdırır, müxtəlif
hadisələrin səbəblərini və nəticələrini anlamaqda onlara mane
olurlar. Onların hadisələrin dəqiq olmayan, əsassız və populist
izahları baş verənlərin dərin təhlilini əvəz edir. Ayrı-ayrı şəxslər
arasındakı mübarizəyə və cəncəl işlərin gedişatına kütləvi
informasiya vasitələrinin ciddi diqqət yetirməsi ona gətirib çıxarır
ki, insanları ölkədə işsizliyin yüksək səviyyəsi, vətəndaşların sosial
problemlərinin həll edilməsi, dövlət büdcəsindəki kəsr və s. kimi
mühüm məsələləri dərindən başa düşmək imkanından məhrum edir.
Bu
tənqidə diqqət yetirmək lazımdır. Çünki bu, faktlarla
təsdiq olunmuş və tamamilə əsaslandırılmışdır. Kütləvi informasiya
vasitələrinin kommersiyalaşdırılması az təhlükə deyil, bu,
jurnalistikada bir sıra mənfi nəticələrə gətirib çıxarır. Biz
jurnalistlər insanlara demokratik cəmiyyətin vətəndaşları rolunda
çıxış etmələrinə imkan yaratmalıyıq. Redaksiya öz auditoriyasına
ölkənin iqtisadi və siyasi həyatında baş verən mürəkkəb hadisələr
barədə vaxtında səriştəli izahat verməlidir. İctimaiyyətin bu və ya
digər qərar və qanunların qəbul edilməsi barədə informasiya
almağa imkanı olmalıdır. İnsanların məsələlərin müzakirəsi zamanı
müxtəlif tərəflərin baxışı və dəlili barədə məlumat almasında
kütləvi informasiya vasitələri həmin kanal rolunu oynamalıdır.
Bəzi redaksiyalar çox vaxt öz vəzifələrini bəsitləşdirirlər.
Bu gün onlar məktəb yeməklərinə ayrılan pul vəsaitinin azaldılması
ilə bağlı etirazlardan söz açır, o biri gün isə yerli poliklinikanın
bağlanmasına qarşı çıxış edən hiddətlənmiş nümayişçiləri
göstərirlər. Zərər çəkənlərin mövqelərini qeyri-tənqidi təsvir
edərkən biz insanları o biri tərəfin bu və ya digər qərarı qəbul
etməkdə nəyə əsaslandığını və onların bu qərarı müdafiə edərkən
24
hansı dəlillər irəli sürdüyünü başa düşmək imkanından məhrum
edirk.
PUBLİC JOURNALİSM – İCTİMAİ JURNALİSTİKA
Səthi və populist jurnalistikaya qarşı etiraz reportyorlar
arasında artmaqdadır. ABŞ-da bu etiraz public journalism, yəni
ictimai jurnalistika adını daşıyan cərəyanın yaranmasına səbəb
olmuşdur. Bu cərəyana qoşulan jurnalistlər qarşılarına belə bir
vəzifə qoymuşlar: ölkənin vətəndaşları ilə birlikdə cəmiyyət üçün
ən mühüm və vacib olan məslələri müəyyən etmək, birlikdə aşkara
çıxarılarn problemli vəziyyətdən çıxış yollarını tapmaq və təklif
etmək.
Bu
məsələlərin müzakirəsi ictimaiyyət və ya ayrı-ayrı
rayonların əhalisi ilə jurnalistlərin təşkil etdikləri görüşlərdə
keçirilir. Qəzet, radiostansiya və ya televiziya kanalı müzakirə və
təkliflər üçün meydan yaradır. Son illər Amerika Birləşmiş
Ştatlarının yüzlərlə redaksiyası ictimai jurnalistika çərçivəsində
çoxsaylı layihələr irəli sürmüşlər.
Peşəkar dairələrdə public journalismə münasibət birmənalı
deyil. Bu hadisə bizi cəmiyyətdəki rolumuz barədə yenidən
düşünməyə vadar edir. Jurnalistin hansı bir problemisə həll
etməkdə iştirakı nə qədər mümkün və nə qədər məsləhətdir?
Reportyoru məruzəçidən, təbliğatçıdan, yaxud siyasətçidən ayıran
gözəgörünməz sərhəd haradan keçir? Jurnalist öz rolunu dəyişərkən
hansı məsuliyyəti daşıyır? Bu halda kimin marağını müdafiə edir?
Cəmiyyətdə jurnalistin vəzifələri haqqında müzakirə hələ də
davam edir. Bununla əlaqədar həmişəki kimi yenə də bütün suallara
hazır cavablar yoxdur. Bizim ən aydın və əsas vəzifəmiz mühüm
məsələ barədə xəbər verməkdir. Böyük informasiya axınından dərc
etmək üçün seçdiyimizin auditoriyadan ötrü əhəmiyyəti olmalıdır.
Məhz buna görə də xəbərlərlə işləyən repotyorlar xəbər vermək
üçün material seçərkən həmişə özünə belə bir sual verməlidir: bu
informasiya mənim tamaşaçıma, dinləyicimə, oxucuma nə verir?
25
JURNALİSTİN VƏZİFƏLƏRİ
Cəmiyyətin demokratik əsaslarını müdafiə etmək üçün
müstəqil informasiya xidmətləri zəruri amildir. Bu prosesdə
jurnalistlərin rolu çox mühümdür və bu rolun formalaşmasının
uzun tarixi var. Bu proses öz kökləri ilə Qərbin liberal mətbuatının
ənənələrinə dayanır.
1975-ci
ildə mətbuat işləri üzrə komissiyanın Qəzet
Naşirləri Assosiasiyası, Jurnalistlər İttifaqı və İsveç Radiosu
tərəfindən müdafiə olunan təklifi ilə İsveç parlamenti Riksdaq
müasir dövrdə ölkənin kütləvi informasiya vasitələrinin rolu və
vəzifələri haqqında rəy qəbul etdi. Bu rəydə demokratik
cəmiyyətdə kütləvi informasiya vasitələrinin dörd mühüm vəzifəsi
sadalanır.
İnformasiya vəzifəsi.
Kütləvi informasya vasitələri mühüm ictimai məsələlərdə
ölkənin vətəndaşlarının öz mövqelərini müəyyənləşdirə
bilməsi üçün zəruri informasiya təqdim etməlidir. Xalq deputatları
öz növbəsində kütləvi informasiya vasitələrinin köməyi ilə müxtəlif
siyasi məsələlər üzrə ayrı-ayrı adamların və ya təşkilatların rəyi
haqqında müntəzəm məlumat almaq imkanı əldə etməlidirlər.
Şərh etmək vəzifəsi.
Kütləvi informasiya vasitələri istər cəmiyyətin maraqlarının
carçısı kimi, istərsə də tamamilə müstəqil maraqları təmsil edərək
ölkədə və dünyada baş verənləri şərh etməlidir.
Nəzarət vəzifəsi.
Cəmiyyətin maraqlarını təmsil edən kütləvi informasiya
vasitələri hakimiyyət orqanlarının işini yoxlamalı və ona nəzarət
etməlidir.
Əlaqələndirmək vəzifəsi.
26
Kütləvi informasiya vasitələri ölkədəki siyasi, həmkarlar
ittifaqları və ictimai təşkilatların daxilində və aralarında olan
əlaqələrə təsir göstərməlidir.
Yuxarıda göstərilən maddələri mübahisəsiz qəbul etmək
çətindir. Son maddədə göstərildiyi kimi, kütləvi informasiya
vasitələri doğrudanmı partiyalar və təşkilatlar arasında informasiya
vermək kanalı kimi hansısa rol oynamalıdır? Əlbəttə, elə nəşrlər
var ki, onların vəzifəsi müəssisələrin işçilərinə, partiya, həmkarlar
ittifaqları üzvlərinə və digər təşkilatlara informasiya verir, lakin
belə qəzetlərin və jurnalistlərin redaksiyalarının sahibkarlarla
münasibəti bir qədər başqadır və azad məlumatdan fərqlidir.
Bunların vəzifələri də müstəqil jurnalistlərin vəzifələrindən əsaslı
şəkildə fərqlənir.
Kimsə yəqin deyə bilər ki, kütləvi informasiya vasitələrinin
əsas vəzifəsi öz sahiblərinə gəlir gətirməkdir. Kommersiya
telekanalını ilk növbədə qayğılandıran tamaşaçıları vasitəsilə
reklam almaqdır. Digər tərəfdən isə kim deyər ki, iqtisadi gəlir
üçün çalışmaq ciddi jurnalistika ilə heç cür bir araya sığmır?
Jurnalistikanın təsvir etmək, şərh etmək və nəzarət etmək
vəzifələri bəzən ziddiyyət əmələ gətirir. Eyni reportyor praktiki
baxışa görə belə, eyni zamanda bu üç vəzifəni yerinə yetirə bilməz.
Amma jurnalistin cəmiyyətdəki vəzifəsini mən məhz bu cür ifadə
etmək istərdim: yoxlamaq, izah etmək, şərh etmək.
Yoxlamalı
Jurnalistikanın nəzarət vəzifəsi qanun pozuntularını və
qalmaqalları ifşa etməkdir. Jurnalistika cəmiyyətdə siyasi
quruluşların, sənaye dünyasının və təşkilatların əksi kimi fəaliyyət
göstərir. İsveçdə kütləvi informasiya vasitələrini üçüncü dövlət
hakimiyyəti (parlament və hökumətdən sonra) adlandırırlar, bəzi
ölkələrdə isə KİV dördüncü hakimiyyət hesab olunur.
Sui-istifadənin ifşa edilməsi demokratiyanın xeyrinədir. Bu
onun mövqeyini qüvvətləndirir. Qalmaqallar cəmiyyətdə gərginliyi
27
azalda bilər. Məmurların və ya siyasətçilərin qəzet səhifələrinə və
televiziya ekranlarına düşmək qorxusu bir çox sui-istifadələrin,
maxinasiya və qanun pozuntularının qarşısını alır. Demokratiyanın
təsir vasitələrindən biri lazım gələrsə anonimliyi saxlanmaqla
insanların baş verən qanunsuzluqları mətbuatda, radio və
televiziyada ifşa etmək imkanına sahib olmasıdır. İfşalar və
qalmaqallar bir çoxlarında qərəz və acı hisslər oyada bilər. Bununla
belə, yaddan çıxarmaq olmaz ki, cəmiyyətin müxtəlif təşkilatlarının
işinə müstəqil şəkildə nəzarət edilməsi demokratiyanın əsasıdır.
Tənqidi meylli reportyor kiminsə gizlətmək istədiyi şeylərin
üstünü açmağa çalışır. O, işlərin həqiqi vəziyətini hay-küylü
sözlərlə və təmtəraqlı ifadələrlə müqayisə edir. Direktor iddia edir
ki, məktəblilərin yeməyinə ayrılan vəsaitin azalmasına
baxmayaraq, yeməklər əvvəlkindən heç də pis deyil. Bu belədirmi?
Şagirdlərin özləri, həkim-fizioloq, yeməkxana işçiləri bu barədə nə
deyirlər? Jurnalist faktları toplamalı və araşdırmalı, səbəb və
nəticəni müşahidə etməli, yekunu qiymətləndirməlidir.
Lakin
tənqidə və ifşaedici materiallara aludəçilik o dərəcəyə
gətirib çıxarır ki, qalmaqal və sensasiya xarakterli xəbərlər analitik
materialları və izahedici şərhləri sıxışdırıb çıxarır. Siyasətçilərin
xidməti kredit kartlarından sui-istifadə faktlarını ifşa etmək ardınca
qaçan jurnalistlər mühüm hadisələr barədə xəbərləri kölgədə qoyur,
beləliklə, vətəndaşları ölkənin həyatında baş verən iqtisadi və siyasi
hadisələri müşahidə etmək imkanından məhrum edir. Bill
Klintonun Monika Levinski ilə məhəbbət macərası ilə bağlı Ağ
Evdəki qalamaqal Amerikanın kütləvi informasiya vasitələrində
həddindən artıq şişirdirlmişdi. Bu da ona gətirib çıxardı ki, bir çox
mühüm məsələləri cəmiyyət hiss edə bilmədi.
İzah etməli
Kütləvi informasiya vasitələri təkcə kimisə ifşa etmir, həm
də ölkənin və dünyanın həyatında baş verən hadisələri əks etdirir,
hadisələr barədə hesabat təqdim edir. Müxbir öz oxucularına,
dinləyicələrinə və ya tamaşaçılarına xəbər verir:
28
-Bu gün yerli inzibati orqanlar filan məsələ barədə qərar
qəbul etmişdir…
-Dünən yerli siyasətçilərin iş adamları ilə görüşü
olmuşdur…
-Səhər tezdən filan küçədəki evdə yanğın baş vermişdir…
Bu cür jurnalistika ilə məşğul olan reportyorlar təsadüfi
hallarda «qızıl qələm» prizini və ya təhqiqatçı jurnalistlər
cəmiyyətinin mükafatını ala bilərlər. Müxtəlif hadisələr barədə
informasiya alan vətəndaşlar cəmiyyətdə baş verənləri müşahidə
edə biləcəklər. Bu və ya digər tədbir haqqında məlumat verən
jurnalist baş verənlər və söylənənlər barədə informasiyanı
çatdırarkən nəzakət qaydalarına maksimum əməl etməlidir.
İntəhasız parlament müzakirələrini və ya rəsmi məlumatları passiv
şəkildə təkrar edən redaksiyalar öz vəzifələrini bəsitləşdirirlər və
jurnalistikanın mühüm nəzarət etmə vəzifəsini unudurlar.
Danışmaq və başa salmaq iddiası yoxlamaq və ifşa etmək
vəzifəsini ikinci plana çəkir.
Şərh etməli
Şərh etmək bizim işimizin ayrılmaz hissəsidir. Şərhçi ayrı-
ayrı hadisələr arasındakı rabitəni izləməyə çalışır, bu və ya digər
hadisənin, yaxud qərarın arxasında nəyin gizləndiyini izah edir.
Lakin şərh jurnalistin şəxsi fikri deyil, bu və ya digər hadisənin nə
üçün baş verdiyini izah etməyə cəhd göstərməkdir. Eresun boğazı
üstündə körpü salınıb-salınmaması məsələsini reportyor həll etmir,
lakin o, bütün etirazlara baxmayaraq, körpünün çəkilişinə nə üçün
başlanıldığını öz auditoriyasına izah edir.
Reportyor
hadisələri təhlil edərkən öz şərhlərində
auditoriyanı həqiqətdən uzaqlaşdırmaq qorxusu ilə üz-üzə qala
bilər. Şərhçilərin heç də hamısı «necə olmalıdır» fikrindən yaxa
qurtara bilmir, halbuki «nə» baş verdiyini və «nə üçün» baş
verdiyini təhlil etməlidir. Tarazlığı saxlamaq üsullarından biri
müzakirə olunan məsələnin məğzinə əsaslanmaqdır.
29
PERSPEKTİVLƏRİ GÖRMƏLİ
Hansı xəbər daha əhəmiyyətlidir? Necə edəsən ki,
informasiya axınının içində itib-batmayasan? Jurnalistlərin çoxu
onların özləri və auditoriyaları üçün nəyin daha mühüm və
əhəmiyyətli olmasını müəyyənləşdirməyə çalışır. Müəyyən sahədə
çalışan reportyor (coğrafi mənada, yaxud obyekt mənasında)
özünün hər bir məlumatı üçün qırmızı xətti tapmalı və mövzunu
təyin etməlidir. Mühüm cəhət ondan ibarətdir ki, o nə vaxtsa xəbəri
qiymətləndirmək üçün müəyyənləşdirdiyi qaydanın içində ilişib
qalmasın və müntəəzəm olaraq axtarış aparsın.
Yerli
hadisələrin işıqlandırılması ilə məşğul olan
reportyorun rayonun (bölgənin) ən başlıca və vacib məsələləri
barədə təsəvvürü olmalıdır. Onlar nəyi müzakirə edirlər? Hansı
mühüm qərarların qəbul olunması gözlənilir? Şəhərin (rayonun,
vilayətin) iri müəssisələrində işlər nə vəziyyətdədir? Dərs ili üçün
məktəblərə ayrılan pul bəs edəcəkmi?
Siyasi
icmalçı işləyərkən mən hər il parlament ilinin
başlamasından xeyli əvvəl Riksdaqın növbəti dövrdə daha mühüm
olan hansı məsələləri müzakirə edəcəyini müəyyənləşdirməyə
çalışırdım. Mən oxuyur, fikirləşir, başqaları ilə bu məsələləri
müzakirə edir və beləliklə, tədricən işimin mövzusunu
müəyyənləşdirirdim. Bir ilimi dövlət büdcəsindəki kəsirin
öyrənilməsinə və işıqlandırılmasına həsr etdim, o biri il məni
İsveçin Avropa Birliyinə daxil olması maraqlandırdı. Əhalinin
məşğulluğu, vətəndaşların enerji ilə təchizatı, sosial sığortası –
bunlar daha vacib olan məsələlər idi və mən bu məsələlərə üstünlük
verirdim. Bunları müəyyənləşdirdikdən sonra bu iri və mühüm
mövzuları işıqlandırmaq üçün yollar axtarırdım.
Bu
iş üsulunun əsası ondan ibarətdir ki, məsələni özün
fikirləşirsən və həmkarlarınla müzakirə edirsən: müəyyən müddət
üçün, məsələn, yaxın aylarda mənim auditoriyamdan ötrü ən
mühüm problem nədir? Amerika Birləşmiş Ştatlarında public
journalism cərəyanının tərəfdarları bu istiqamətdə ilk addımı
atmışlar. Ümdə məsələləri aydınlaşdırmaq məqsədilə iri
30
nəşriyyatlar, televiziya və radio stansiyaları dəfələrlə vətəndaş
forumu təşkil etmiş, ictimai fikri öyrənmək üçün dəfələrlə rəy
sorğusu aparmışlar.
Beləliklə, söhbət öz işimiz üçün ağır və çətin mövzu
seçməkdən gedir, amma bu o demək deyil ki, biz bu barədə
darıxdırıcı xəbərlər verməliyik. Sənətimiz bizdən tələb edir ki, hətta
darıxdırıdcı mövzunu da maraqlı yazaq.
XƏBƏRLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ
Jurnalistin
gündəlik fəaliyyətində xəbərlərin seçilməsinin və
qiymətləndirilməsinin ən mürəkkəb iş olduğuna kim şübhə edə
bilər? Xəbərləri seçərkən redaksiyaların qərarları çox vaxt ədalətli
olur. İnformasiyanın seçilməsi prosesinin tədqiqatı haqqında birinci
fəsildə söz açmışdıq. Bu prosesin mürəkkəbliyinə baxmayaraq, hər
halda biz işimiz üçün əsas ola biləcək ayrı-ayrı meyarları qeyd edə
bilərik. Xəbərlərdə əsas şey nədir?
Təzəlik. Xəbər nə qədər təzədirsə, qiyməti bir o qədər
yüksəkdir. Hadisənin baş verdiyi andan nə qədər çox vaxt keçirsə,
ona olan maraq da düz mütənasib şəkildə azalır. Hətta kiçik bir
xəbər də böyük effekt yarada bilər. Əgər bu xəbər «deadline»dən
(didlayn - materialın nömrəyə verilməsinin, radio və televiziya
proqramının efirə çıxmasının son həddi) azca əvvəl baş verən
hadisəni təsvir edirsə, proqramın əsas xəbərini kölgədə qoyur.
Lakin bir qayda olaraq bu xəbər yeniliklərin növbəti buraxılışında
«solur», çünki daha az aktual xarakter daşıyır, öz yerini digər əsas
xəbərlərə verərək ininci dərəcəli olur.
Əvvəllər məlum olmayan. İnsanların geniş dairəsinə
məlum olmayan hadisənin açılması – bu hadisə bir qədər əvvəl baş
versə belə, şübhəsiz ki, xəbərdir. Bu mövqedən çıxış edərək
materialı qiymətləndirərkən, nisbətən keçmiş hadisəni də xəbər
kimi dəyərləndirmək olar, o şərtlə ki, bu hadisə cəmiyyətə məlum
deyil.
Auditoriyaya yaxınlıq. O şey ki, bizə coğrafi və ya mədəni
cəhətdən yaxındır, haradasa baş verən hadisə ilə müqayisədə
31
həmişə bizdə böyük maraq oyadır. Xəbərin qiyməti baş verən
hadisənin məsafəsinin auditoriyadan uzaqlığı ilə düz mütənasib
olaraq azalır. Hind radio dinləyiciləri üçün Kəlküttə yaxınlığında
baş verən və iyirmi nəfərin ölümünə səbəb olan qatar toqquşması
barəsindəki xəbər daha çox maraq doğurur, nəinki Baltik dənizində
yüzlərlə qurbana səbəb olan paromun fəlakətə uğraması haqqında
verilən məlumat.
Qeyri-adilik. Təyyarənin qəzaya uğraması xəbərdir,
təyyarənin mənzil başına çatması isə yox. İti qapan adam haqqında
söhbət adamı qapan it haqqında söhbətdən daha böyük xəbərdir.
Qeyri-adi, nadir, qəribə hadisələr yaxşı, əyləndirici qiymət kəsb
edən xəbərlər ola bilər, halbuki xəbər məfhumunun əylənməklə heç
bir əlaqəsi yoxdur.
«Durğunluq». Bəzən bizi əhatə edən mühitdəki müxtəlif
dəyişiklikləri kor-koranə qeyd edirik və bu zaman ununduruq ki,
dəyişməyən şeylər və durğunluq da mühüm xəbər ola bilər. İllər
boyu sututarlara zəhərli maddələr axıdan zavod və ya bələdiyyə
təmizləmə quruğusu xəbərdir və onun qiyməti bu pozuntuya son
qoyulanadək azalmır. Komissiyanın gəldiyi nəticələrin diqqətə
alınmaması elan olunmağa layiq faktdır.
Dostları ilə paylaş: |