O n q I z I l qaydas I



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/12
tarix22.04.2017
ölçüsü2,8 Kb.
#15299
1   2   3   4   5   6   7   8   9   ...   12

 
Rəy müsahibəsi  –  demək olar ki, ən geniş yayılmış 
müsahibə formasıdır. Burada müsahib tanınmış siyasətçi və alim də 
ola bilər, heç kəsin tanımadığı, yoldan keçən bir adam da. Belə 
müsahibənin məqsədi konkret məsələ barədə respondentin fikrini 
öyrənməkdir. 
  
-Eresun boğazından keçən körpünün tikintisi barədə  nə 
düşünürsünüz? 
-Bunun ətraf mühitə təsiri necə ola bilər? 
-Ölkənin vahid valyuta ittifaqına girməsinin faydası barədə 
sizin arqumentləriniz  nədir? 
-Siz nəyi nəzərdə tutursunuz? 
 
Belə müsahibələri mürəkkəbləşdirmək lazım deyil. Bunların 
məqsədi müsahibə verənin öz nöqteyi - nəzərini bildirməsidir. 
Sonradan cavab verənin rəyini başqa adamların, yaxud reportyorun 
özünün baxışları ilə qarşı-qarşıya qoymaq olar. Belə müsahibələrdə 

 
 
85 
işin geniş yayılmış metodu jurnalistin suallarına müxtəlif baxışlı 
adamların cavablarıdır ki, bu da bir söhbətdə hər iki tərəfin təmsil 
olunmasına imkan verir. Belə bir müsahibə apararkən jurnalist 
siyasətçiyə tamamilə bir-birinə zidd olan siyasi qütbləri əks etdirən 
suallar ilə müraciət edir. İri müəssisənin rəhbərindən isə bir 
aksioner kimi onu narahat edən məsələlər barəsində soruşur və bu 
sual ilə müəssisə  işçilərinin rəyini də öyrənə bilir. Bu halda 
jurnalist bu və ya digər məsələ ilə bağlı müsahibin arqumentlərini 
öyrənmək məqsədilə suallar verir. 
Ehtiraslı siyasətçi ilə söhbətdə onu sıxışdırmaq üçün bir 
qədər fəal çıxış etmək olar, ancaq küçədən keçənlə söhbət zamanı 
müəyyən qədər nəzakəti gözləmək lazımdır. Lakin bu o demək 
deyil ki, küçədən ötən adi adamlara mürəkkəb suallar vermək 
olmaz. Nəyə isə etiraz edən, yaxud hansısa qərardan narazı olan 
adamlar öz mövqelərini izah və müdafiə etməyi də bacarmalıdırlar. 
Bəzi jurnalistlər sadə adamlarla söhbətdə etirazdan və  kəskin 
suallardan qaçırlar və onları incitmək istəmirlər. 
 
Şahidlə müsahibə  – bu hansısa bir olayın, bədbəxt 
hadisənin və ya cinayətin şahidi olmuş adamla müsahibədir. 
 
-Lütfən, nə olduğunu deyə bilərsinizmi? 
-Siz nə gördünüz? 
-Hadisə necə baş verdi? 
-Siz indi nə hiss edirsiniz? 
 
  
Söhbətin başında reportyorun susması  bəlkə  də yaxşı 
sualdan daha effektlidir. Eyni zamanda unutmaq olmaz ki, belə 
müsahibələrdə reportyorun üzərinə böyük məsuliyyət düşür.  Şok 
vəziyyətinə düşmüş adamlar bəzən özlərini apara bilmir və 
emosiyaya qapılırlar. Avtomobil qəzasında bir az əvvəl oğlunu 
itirmiş ana söhbət zamanı isterik gülüşə tutula bilər. Bunu 
televiziya ekranında göstərmək jurnalist, yaxud onun redaksiyası 
üçün yolverilməzdir. Biz faciə keçirmiş insanların dərdinə hörmət 
etməliyik. 

 
 
86 
 
Şahidin söhbəti radio və televiziyanın  ən maraqlı  və 
cəlbedici cəhətidir. Hansı bir hadisəninsə  şahidinin və ya 
iştirakçısının baş verənləri öz dilindən nəql etməsi heç də qəzetdə 
oxuduğun kimi deyil. Bu halda reportyorun vəzifəsi müsahibinə 
sözünü bitirməyə imkan vermək, ona mane olmamaq, çoxlu 
suallarla və replikalarla onun danışığını kəsməməkdir. 
 
 
Qarşıdurma müsahibəsi  - bu isə tamamilə başqa janrdır. 
Belə müsahibə apararkən biz hakimiyyət nümayəndələrini divara 
dirəyə bilərik, onların qarşısında öz hərəkətlərini izah etmək 
zərurətini qoya bilərik. Tənqidə  məruz qalan şəxsə isə iradlara 
cavab üçün imkan verilməlidir, ancaq o da öz növbəsində  ifşaedici 
amansız suallara cavab verməkdən ötrü hazır olmalıdır. 
 
 -Nəyə görə siz şəxsi məqsədləriniz üçün xidməti kredit 
kartından istifadə etmisiniz? 
 -Gecə klubu xoşunuza gəldimi? 
 -Sizə arvadbaz deyirlər, buna necə cavab verərdiniz? 
 
-Siz saunada fahişələrlə nə edirdiniz? 
 
 Belə müsahibələrə hazırlıq və bunların keçirilməsi 
başqalarından xeyli fərqlənir. Burada çəkilişdən  əvvəl müsahibə 
obyekti ilə səmimi söhbətə ehtiyac yoxdur, veriləcək suallarla tanış 
olması ona təklif edilmir və  sınaq çəkilişi aparılmır. Belə 
müsahibənin tempi və taktikası hücum xarakteri daşıyır. Praktiki 
nöqteyi-nəzərdən pis olmaz ki, ən kəskin və amansız sualı söhbətin 
axırına saxlayasan. Bəzən elə olur ki, çox kəskin sualdan sonra 
müsahib  əsəbiləşərək otağı  tərk edir. Əgər siz müsahibəni bu cür 
sualdan başlasanız, onda heç nəyə nail ola bilməyəcəksiniz. 
 
Sıxışdırılan siyasətçi, yaxud hakimiyyət nümayəndəsi bəzən 
müdafiə üçün çekker üsulunun köməyinə  əl atır. Bu üsul ilk dəfə 
1952-ci ildə seçkiqabağı kampaniyada Riçard Nikson tərəfindən 
tətbiq edilmişdir. Məhz o vaxt senator Nikson ABŞ-ın vitse-
prezidentliyi vəzifəsinə öz namizədliyini irəli sürmüşdü. Niksonu 
seçkiqabağı  kampaniyanın keçirildiyi dövrdə rüşvət almaqda 

 
 
87 
ittiham edirdilər. Hər tərəfdən gələn hücumlardan özünü qorumaq 
üçün Nikson nitq söyləmək qərarına gəldi və bütün siyasi mübarizə 
tarixində ilk dəfə bu nitq açıq efirlə translyasiya edildi. Nikson 
dərdli sifətini kameraya dikərək dedi ki, o, qazandığı və xərclədiyi 
hər bir sent haqqında Amerika xalqı qarşısında hesabat verməyə 
hazırdır. Onun yazıq arvadının norka xəzindən palto almağa imkanı 
yoxdur, o, adi palto ilə keçinməyə  məcburdur. Nikson dedi ki
bütün bu söhbətlər paxılların – liberalların işidir. Onlar o yerə gəlib 
çıxıblar ki, onu xallı kokker – spaniyel Çekkeri* hədiyyə kimi 
(yəni rüşvət kimi) almaqda ittiham edirlər. 
 -Qoy 
ağıllarına nə  gəlirsə danışsınlar, amma biz   iti öz 
yanımızdan buraxmayacağıq, - deyə Nikson təntənə ilə elan etdi və 
kamera qarşısında özünü qayğıkeş  ər və heyvanların dostu kimi 
göstərərək televiziya tamaşaçılarının rəğbətini qazandı. Onu 
seçdilər, o da öz növbəsində tarixin gedişatını dəyişdirdi. 
 Çekker 
üsulunun 
əhəmiyyəti özünə  rəğbət qazandırmaq və 
dərdinə  şərik tapmaqdan ibarətdir: yəni paxıl jurnalistlərin bir 
məqsədi var; - başqalarını ləkələsinlər və onlara zərər 
 
 
*Checker – şahmat taxtası (ing.) deməkdir (tərc.). 
yetirsinlər, mənə  və ailəmə hücum edənlər haqsızdırlar, bizi 
ləkələyir və  təqib edirlər. Qəribə olsa da, tamamilə aydın olan bu 
taktiki gediş  bəzən qələbə ilə başa çatır. Bu üsul müxtəlif 
qalmaqallarda adı hallanan bir çox siyasətçi tərəfindən tətbiq 
 
edilmişdir  və indi də tətbiq olunmaqda davam edir. 
 Müsahibə aparan reportyor müsahibinin belə taktikadan 
istifadə edə biləcəyinə hazır olmalıdır və tora düşməmək üçün 
sayıqlığını itirməməlidir. Müsahibə obyekti göz yaşı axıdaraq 
haqsız və amansız münasibətdən  şikayətlənəndə jurnalist çıxılmaz 
vəziyyətə düşür, daha bir kəskin, ifşaedici sual vermək onun üçün 
çətin olur. Çekker prinsipi tələsinin mənası da budur. «Hə, sən də 
vur, yıxılana balta çalan çox olar!» deyərək reportyora irad tutacaq. 
Belə  şəraitdən çıxmağın  ən yaxşı yolu söhbətin gedişini kəskin 

 
 
88 
dəyişmək və tamaşaçıya, yaxud dinləyiciyə bu göz yaşlarının 
timsah göz yaşları olduğunu başa salmaqdır. 
 
 
-Kütləvi informasiya vasitələrinin sizə olan ədalətsiz 
münasibətinə konkret olaraq nəyi  misal göstərə bilərsiniz? 
 -Yataq 
otağının pəncərəsindən sizi kim çəkmişdir? 
 -Bu 
nə vaxt olub? 
 
 
Xeyirxah, sakit suallar kamera  və ya mikrofon qarşısında 
özünü doğrultmağa çalışan müsahibin əzabkeş imicini tez 
darmadağın edə btlər, ikinci tərəfin jurnalistlərin ünvanına 
söylədiyi ritorik priyomları isə ifşa etməyə kömək göstərər.  Əgər 
reportyor onun üçün qurulmuş  tələni görməzsə, ittihamedici 
sözlərlə ifşaedici suallarına davam edərsə, müsahibə obyekti heç 
bir problem olmadan auditoriyanın rəğbətini qazanacaqdır. 
Aqressiv suallar həmişə effektli olmur. Əksinə, çox zaman 
müsahibinə diqqət yetiriərək  xeyirxah suallar verməklə, amma 
özünü soyuq və inamlı aparmaqla daha çox nəticə  əldə etmək 
mümkündür. 
 
 
Mətbuat konfransı    şəraitində tam keyfiyyətli müsahibə 
almaq çətindir. Çekker üsulunun köməyi ilə hakimiyyət 
nümayəndələrinin bir-birinə sual verməkdə mane olan reportyorlar 
yığınının qarşısında sudan quru çıxmaq üçün yaxşı şansları vardır. 
Halbuki adi, ölgün gedən  İsveç mətbuat konfranslarında az sual 
verilir. Bəzən elə  də olur ki, yerli inzabati hakimiyyət başçısının 
mətbuat konfransında ümumiyyətlə heç bir replika eşidilmir. 
İsveçdə  mətbuatla görüş adətən bir qayda ilə aparılır: mətbuat 
konfransını çağıran şəxs  hadisəni, qərar və ya təklifi  kifayət qədər 
təfsilatı ilə izah edir, bundan sonra müxbirlərə sual üçün imkan 
verilir. Mətbuat konfransı zamanı bütün deyilənlərin televiziya və 
radio jurnalistləri tərəfindən lentə alınması əhəmiyyətlidir. Ola bilər 
ki, deyilənlərin orijinalı lazım olsun. Əgər söhbət böyük hadisədən, 
məsələn, baş nazirin istefasından gedirsə, bu halda tamaşaçılar və 

 
 
89 
dinləyicilər onun qəbul etdiyi qərar haqqında izahatını bütünlüklə 
eşitmək istəyəcəklər. 
 
İsveç mətbuat konfranslarının fərqləndirici cəhəti ondan 
ibarətdir ki, jurnalist ona danışmağa imkan veriləcək dəqiqəni 
gözləmədən özü söz alır. ABŞ-da prezidentin mətbuat konfransında 
prezident və ya onun mətbuat katibi istədikləri jurnalistlərə söz 
verirlər. Digər jurnalistlər ən yaxşı halda şərh etməyi istəyə bilərlər. 
 Bu, 
hakimiyyətə informasiya üzərində  məhdudiyyətsiz 
nəzarət  imkanı verir. Xoşa gəlməyən jurnalistləri saymamaq da  
olar, xoşagəlməz suallara cavab verməmək də mümkündür. Əgər 
prezident təkcə bir sualı şərh edirsə, elə bunun özü də yaxşıdır. Elə 
buna görə  də  İsveç jurnalistləri uzun müddət  ərzində    mətbuat 
konfranslarını  təşkil edənlərin  kütləvi informasiya vasitələri 
nümayəndələrinə bilərəkdən söz verməmək fürsətinə qarşı 
çıxırdılar. Bəzən bu mübarizə xaosa çevrilirdi, çünki müxbirlər bir 
ağızdan replika verir, bir-birinə mane olurdular və bu heç də  işin 
xeyrinə olmurdu. Bella Venesiya zalında keçirilən mətbuat 
konfranslarında ilk sıralarda əyləşən radio və televiziya jurnalistləri 
bir-birlərinin sözünü kəsməklə öz suallarını verməyə çalışırdılar. 
 Canlı efirdə bir neçə  qəzadan sonra jurnalistlər mətbuat 
konfranslarında özlərini necə aparmaq barədə öz qaydalarını 
müəyyənləşdirdilər. Konfransdan əvvəl jurnalistlər toplaşıb kimin 
birinci sual verəcəyini razılaşdırırlar. Mətbuat konfranslarını canlı 
efirdə  işıqlandıran redaksiyaların müxbirləri,  əlbəttə, birinci 
növbədə sual vermək imkanı  əldə etməlidirlər. Parlament 
reportyorları birliyinin üzvlü olan jurnalistlər arasında bağlanmış 
qeyri-formal sazişə görə, sual vermiş müxbir mövzunu inkişaf 
etdirmək üçün iki-üç sual da verə bilər, bundan sonra o öz yerini 
başqasına verməlidir. Bu könüllü pakt birinin, yəni ən təcrübəli  və 
diribaş reportyorun üstünlüyü imkanını məhdudlaşdırır. 
 
Bəzən elə  ümidsiz şərait yaranır ki, kimsə öz sualı ilə 
müraciət edə bilmir. Buna görə də zalda bir anlıq sükut yarananda 
həmin reportyor ayağa durub ucadan qısa, dəqiq, düşünülmüş 
sualını verir. Bir qayda olaraq bu, bomba effekti yaradır və zalda 
əyləşən reportyorlar danışmağa macal tapmırlar. Lakin bu 

 
 
90 
priyomdan sui-istifadə etmək olmaz, çünki bu üsul öz effektliyini 
tez itirir.                                          
                                                                                                          
                                   ETİKA MƏSƏLƏLƏRİ 
 
 Müsahibə aparmaq istədiyiniz adamın hüquqlarına hörmət 
etmək lazımdır.  İmkan daxilində onun qarşıdakı müsahibənin bəzi 
müddəaları barədə – müsahibənin hansı kanalla veriləcəyi, hansı 
proqramda göstəriləcəyi, nə münasibətlə aparılacağı, efir müddəti, 
müzakirə mövzusu haqqında  əvvəlcədən məlumat almaq arzusu 
müsbət qarşılanmalıdır. 
 Doğrudur, qarşıdakı söhbətin suallarını  əvvəlcədən 
sadalamaq nə ağlabatandır, nə də ki mümkündür. Çünki onların bir 
çoxu müsahibə obyektinin verəcəyi cavablardan asılıdır. Üstəlik, 
hər zaman gözlənilməz cavablar və  qəfil suallar üçün də vaxt 
saxlamaq lazımdır. Digər tərəfdən, reportyor öz həmsöhbətinə 
müsahibənin məqsədi və xarakteri barədə  məlumat verə bilər, 
müzakirə olunacaq məsələlərin tematikasını açıqlaya bilər. 
 
Əgər müsahibə obyekti bu və ya digər qərar, yaxud hərəkətə 
görə  tənqid olunursa, tənqidi cavablandırması üçün ona hökmən 
şans verilməlidir. Təəssüf ki, bir çox reportyorlar bu prinsipə məhəl 
qoymurlar. Bu, respondentə qarşı münasibətdə qeyri-səmimilikdir, 
etikasızlıqdır. Müsahibə sizin həmsöhbətiniz üçün tələ olmamalıdır. 
Müsahibiniz onun ünvanına yönəldilən tənələrə cavab vermək 
imkanına sahib olmalıdır. Digər tərəfdən, müxbir bütün sualları 
əvvəlcədən açıqlamağa borclu deyil. O öz suallarını lazımi 
məqamda vermək, hansısa cavabı  dəqiqləşdirməyi tələb etmək, 
bəzən də müsahibini gözlənilməz sualla çaş-baş qoymaq haqqına 
sahibdir. 
 Müsahibənin montajı da səmimi  şəkildə aparılmalıdır. 
«Bəli»ni «xeyr»lə əvəz etmək olmaz, cavabları bütünlüklə vermək 
lazımdır, fikrin mənasını  təhrif etmək məqsədilə onları  kəsib-
doğramaq, ixtisar etmək olmaz. Reportyorun sualını da başqa sualla 
əvəz etmək doğru deyil. Müasir texnikadan istifadə etməklə səs və 
videosıranı manipulyativ montajın obyektinə çevirmək 

 
 
91 
mümkündür, lakin etika nöqteyi-nəzərindən buna qətiyyən yol 
vermək olmaz. Reportyorun üzərinə böyük məsuliyyət düşür. 
 
Əgər hər hansı  şəxs jurnalistlə müsahibədə  iştirak etmək 
üçün müəyyən şərtlər irəli sürürsə, müxbir və ya onun redaksiyası 
necə  hərəkət etməlidir? Bir tərəfdən, kimisə müsahibə verməyə 
məcbur edən qanunlar yoxdur, digər tərəfdən, jurnalistin kütləvi 
informasiya vasitələrinin nümayəndələri ilə söhbətdən qaçanlara 
sual vermək hüququ var, hətta bu onun vəzifəsidir. 
 
Əslində isə müsahibə verməsini xahiş etdiyiniz hər bir adam 
söhbətdə iştirak etmək üçün müəyyən şərtlərin yerinə yetirilməsini 
tələb edə bilər. Redaksiya da öz növbəsində bu tələbləri haqlı hesab 
etməzsə, onları bütünlüklə rədd etmək haqqına sahibdir. Proqramın 
aparıcısı elan edə bilər ki, irəli sürülən tələblər bir növ müxbirin 
suallarına cavab verməkdən imtina deməkdir. Redaksiya bu 
vəziyyətdən çıxmaq üçün başqa imkanlar tapmağa çalışa bilər. 
Məsələn, şərh üçün müxalifət nümayəndələrinə, yaxud tənqidçilərə 
xahişlə müraciət etmək olar, sualları cavabsız oxumaq olar, yaxud 
da cavab verməyi rədd edən adam ictimai yerlərdə görünəndə 
həmin sualları hər dəfə ona vermək olar. 
 Müsahibədən imtina bu məsələ barədə redaksiyanın tənqidi 
fikirləri və faktları öz auditoriyasına çatdırmaq qərarına mane ola 
bilməz.  İsveçdə söz azadlığı haqqında qanunun bu prinsipial və 
vacib amili 50-ci illərdə hamı üçün aydın deyildi. O zaman 
yazılmamış belə bir qayda var idi: siyasətçinin, məmurun, məsul 
işçinin, yaxud münaqişə  tərəflərindən birinin müsahibədə  iştirakı 
rədd etməsi o demək idi ki, radio bu şəxsin ünvanına yönələn 
tənqid barədə susmalıdır. 1956-cı ildə uzun və gurultulu 
debatlardan sonra bu tabu ləğv edildi. Bu gün heç bir İsveç 
redaksiyası jurnalistin suallarına cavab vermək istəməyən vəzifəli 
şəxsə  və ya siyasətçiyə münasibətdə  tənqidi ört-basdır etməz.  
Proqramın aparıcısı, yaxud jurnalist müsahibə  iştirakçısının yalan 
söylədiyini uca səslə bəyan etmək haqqına da sahibdir. 
 Hakimiyyətdə olanların müsahibə vermək üçün jurnalisti 
özlərinin seçmələrinə etika baxımından qətiyyən yol vermək olmaz. 
Biz də siyasətçinin, yaxud müəssisə  rəhbərinin özünə xeyirxah 

 
 
92 
münasibət bəsləyən reportyoru, sevdiyi kanalı və ya radiostansiyanı 
seçməsinə yol verə bilmərik. Tapşırığı yerinə yetirməyə kimin daha 
çox yaradığını redaksiya özü müəyyənləşdirir. Məmur, yaxud 
siyasətçi tanış olmaq üçün sualların mətnini  əvvəlcədən tələb  edə 
bilər, həmçinin yalnız birbaşa efirdə  çıxış etməyi tələb edə bilər, 
ancaq redaksiya da bu tələbləri  tamamilə  rədd etmək haqqına
yaxud müsahibəni keçirməkdən ümumiyyətlə imtina etmək haqqına 
malikdir. Lakin bir qayda olaraq kütləvi informasiya vasitələri  
məmurun, müəssisə rəhbərinin, yaxud siyasətçinin jurnalisti deyil, 
əməkdaşlıq etmək istədiyi redaksiyanı seçməsinə qarşı  çıxmırlar. 
Bəzən çətin vəziyyətə düşən siyasətçi seçdiyi kanalın 
jurnalistlərinin suallarına cavab verməyə razı olur və redaksiya sərt 
rəqabət  şəraitində  vəziyyətin bütün xoşagəlməzliyinə baxmayaraq 
nadir hallarda bu şansdan imtina edir. Müasir media aləminin bu 
təzahürü ilə yeganə mübarizə metodu təklifi qəbul etmiş 
redaksiyanı, habelə müsahibənin keçirilməsi üçün həmin 
redaksiyanı seçmiş siyasətçini, yaxud vəzifəli  şəxsi açıq debat və 
tənqidi təhlilə  məruz qoymaqdır. Bu metod kütləvi informasiya 
vasitələrinin tənqidinə tuş olan şəxslər tərəfindən televiziya və 
radio kanallarını üz-üzə qoymaq və beləliklə, özünü qismən 
qorumaq üçün ara-sıra istifadə edilir. 
 
Respondent çox zaman xahiş edir ki, efirə buraxılmaq üçün 
hazırlanmış müsahibənin mətni və ya lenti ilə tanış olmasına imkan 
verilsin. Radio və ya televiziyanın xəbərlər proqramında istifadə 
edilən sinxronlardan söhbət gedirsə, bu xahişi yerinə yetirmək 
praktiki olaraq mümkün deyil. Əgər bu xahişin xüsusi əsasları 
varsa, onda hazır lenti telefonla «fırlatmaq»  olar. Bu əsla o demək 
deyildir ki, reportyor, yaxud redaksiya müsahib tərəfindən montajın 
və ya mətnin təqdir edilməsinə nail olmalıdır. Məsələnin bu cür 
qoyuluşu  əsla yolverilməzdir. Ancaq çox vaxt söhbətin mətni, 
yaxud lenti ilə tanış olmasını  vəd etdiyiniz adam bu vədi 
müsahibənin efirə verilməsini dayandırmaq hüququ kimi başa 
düşür.  Əslində, onun belə bir hüququ yoxdur! İsveçdə  nəyin dərc 
olunacağına və ya efirə buraxılacağına qərar verən yeganə  şəxs  
mətbu orqanlarda  məsul naşir, radio və televiziyada isə  məsul 

 
 
93 
buraxıcıdır. Bu hüquq heç bir şəkildə respondentə verilə bilməz. 
Reportyor müsahibə obyektinə heç vaxt yalançı ümidlər üçün əsas 
verməməlidir ki, guya o, söhbətin mətnini və ya lentini efirdən 
əvvəl bəyənib-bəyənməmək haqqına sahibdir. Əvvəlcədən 
şərtləşilməmişsə, söhbətə razılıq vermiş şəxsin müsahibənin  efirə 
çıxmasını dayandırmağı tələb etməyə haqqı yoxdur. Dərc olunan və 
ya efirə gedən material üçün məsuliyyəti  məsul  naşir, yaxud  
məsul  buraxıcı  daşıyır. 
 
Həm reportyor, həm də onun redaksiyası yazılmış 
müsahibənin məzmununun mahiyyət etibarilə verilməsində maraqlı 
olmalıdırlar. Xüsusi hallarda çapa hazır materialın (mətn və 
reportyorun özünün şərhi də daxil olmaqla) baxılması üçün ekspert 
dəvət etməyin faydası çoxdur. Bu, təhrif və  səhvlərdən qaçmağa 
imkan verir. Bəzən hədsiz dərəcədə maraqlı olduğu müsahibələri 
aparmaq üçün redaksiya müsahibə obyekti ilə müxtəlif cür 
müqavilələr bağlamağa razılıq verir ki, onların məzmunu, 
bəzilərinin fikrincə, jurnalistikanın  əsas prinsiplərinə ziddir. Bu 
hallarda birgə qərar qəbul etmək üçün əvvəlcədən redaktora və ya 
rəhbərliyə müraciət etmək lazımdır. 
 
İsveçin kütləvi informasiya vasitələrinin redaksiyaları 
informasiya toplamaq, bu və ya digər materialın xalqa 
çatdırılmasına dair qərar qəbul etmək baxımından olduqca geniş 
hüquqlara malikdir. Misal üçün, qabaqcadan razılaşma olmasa da 
reportyor ictimai yerlərdə  vəzifəli  şəxslərə müraciət edə bilər, 
müsahibi bunu istəməsə belə mikrofonu  və ya kameranı işə salaraq 
söhbəti lentə ala bilər. Lent   isə, təbii ki, redaksiyanın mülkiyyəti 
olur. Məmur, fərdi  şəxs və ya hakimiyyətin nümayəndəsi olub-
olmamasına baxmayaraq belə müsahibəyə  məruz qalan heç kəs 
lentin efirə verilməsinin qarşısını ala bilməz.  İsveç kütləvi 
informasiya vasitələrinin reportyorları xəbərdarlıq etmədən çəkilişə 
başlamaq barədə qanuni hüquqa malikdirlər. Jurnalist özünün 
iştirak etdiyi söhbətin gizli çəkilişini aparmaq haqqına da sahibdir. 
Reportyorun özünün iştirak etmədiyi söhbətin gizli çəkilişi gizlicə 
qulaq asmaq sayılır və İsveç cinayət məcəlləsinə görə cinayət hesab 
olunur, hətta azadlıqdan məhrum etmə ilə də nəticələnir. 

 
 
94 
 
Bəzi iş metodları qanunla yasaqlanmasa da, bu o demək 
deyil ki, onlar etik cəhətdən doğrudurlar.  İsveçdə bir çox 
redaksiyalar özlərinin xüsusi qaydalarını  işləyib hazırlayırlar. Bu 
qaydalar gizli çəkilişləri və  səsyazmaları ciddi şəkildə 
məhdudlaşdırır.  Əsas qaydalardan birində deyilir:  müsahibə 
obyekti çəkilişin başlanması  və ya davam etməsi barədə  xəbərdar 
edilməlidir.  İstisnalara ancaq o hallarda yol verilir ki, vacib və 
mühüm  şərait başqa  şəkildə  işıqlandırıla bilməsin. Söhbət 
sənədləşdirilməsi və ifşası gizli kamerasız, yaxud mikrofonsuz 
mümkün olmayan cinayət hadisələri və maxinasiyalardan gedir. 
 Bu 
metoddan 
istifadə yolu ilə müşavirləri kapital 
sahiblərinə vergidən yayınmaqda kömək edən bankları ifşa etmək 
mümkündür. Gizli kameranın köməyi ilə sağlam adamlara rüşvətlə 
xəstəlik bülleteni verən həkimlər, qara bazar möhtəkirləri, irqçilər 
ifşa olunmuşlar. Gizli kamera tətbiq etmək işin elə üsullarından 
biridir ki, jurnalistlər ondan çıxılmaz  şəraitlərdə  istifadə edirlər. 
Ancaq bu işdə sui-istifadəyə yol vermək olmaz. Gizli kameranın 
tətbiqi özlüyündə məqsəd, yaxud material üzərində işin dramaturji 
forması ola bilməz.  İsveç Televiziyası  və  İsveç Radiosu  bu 
metodun tətbiqini məhdudlaşdıran qaydalar işləyib hazırlamışlar. 
Gizli kamera ilə çəkilmiş videosıradan və gizli mikrofonla yazılmış 
lentdən istifadə  şəxsiyyətin toxunulmazlığı prinsipinə  xələl gətirə 
bilər, belə hallar hətta mətbuat, radio və televiziya işləri üzrə 
komissiyada müzakirə mövzusuna çevrilə bilər. 
 
Bir çox ölkələrdə reportyorlar telefon danışıqlarını söhbətin 
protokolu üçün diktofona yazırlar. Bəzi redaksiyalarda bu iş 
metodu istisnadan daha çox qaydadır. Həm də jurnalist bu zaman 
öz müsahibinə söhbəti lentə yazdığını da söyləmir. Bu halda 
diktofon bir növ qeyd dəftərçəsi rolunu oynayır. Qeydlər efir, 
yaxud çap üçün nəzərdə tutulmur. Əgər müsahibiniz söhbətin lentə 
yazılıb-yazılmadığını soruşsa, cavabdan boyun qaçırmayın, səmimi 
şəkildə söyləyin ki, bunu praktiki mülahizələrlə edirsiniz. 
 
Son olaraq zəruriliyi bu kitabın müəllifinin acı 
təcrübələrindən doğan bəzi praktiki məsləhətlər vermək istəyirəm: 
 

 
 
95 
 *Müsahibə aparmağa getməzdən  əvvəl batareyaları 
yoxlayın, ehtiyat batareyalar götürməyi unutmayın! 
 *Müsahibə başlayanda maqnitofonun, yaxud kameranın işə 
düşdüyünə əmin olun! 
 *Müsahibə zamanı  səsin, yaxud təsvirin lentə yazıldığını 
yoxlamağa macal tapın! 
 
 
Daha bir məsləhətim var. Müsahibəni bu sözlərlə bitirməyə 
adət edin: 
 -Söhbətdə heç nəyi unutmadıq ki? 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin