Odlar yurdu universiteti f.ü. f d. Sevinc Səlim qızı Məmmədzadə



Yüklə 190,5 Kb.
səhifə20/26
tarix19.12.2023
ölçüsü190,5 Kb.
#184625
1   ...   16   17   18   19   20   21   22   23   ...   26
Dilciliyin saslari Metodik Vsait

Cümlə üzvləri
Cümlə üzvləri cümlədə öz sintaktik kateqoriyaları olan söz və ya söz birləşmələri ilə ifadə olunan struktur və semantik komponentləridir. Nitq hissələri və cümlə üzvləri bir-birindən fərqlənir və bir-biri ilə qarşılıqlı əlaqədə olur, çünki nitqin hər bir mühüm hissəsi cümlə daxilində bu və ya digər üzv kimi çıxış edə bilər.
Cümlə üzvlərinin təsnifatı aşağıdakı meyarlar əsasında həyata keçirilir:
a) məntiqi (və ya semantik);
b) formal (və ya qrammatik);
Cümlənin qrammatik funksiyasına görə aşağıdakı cümlə üzvləri fərqləndirilir:
a) əsas cümlə üzvləri
b) ikinci dərəcəli cümlə üzvləri
Əsas üzvlər aşağıdakı funksiyaları yerinə yetirirlər:
a) cümlə quruluşunun mərkəzi və özəyi rolunu oynayır, cümlənin əsasını məhz onlar təşkil edir;
b) cümlənin qrammatik quruluşunu formal olaraq müəyyən edir, onun qrammatik mənalarını (modallıq, zaman, şəxs) ifadə edir;
c) məntiqi funksiyanı yerinə yetirir.
Cümlənin ikinci dərəcəli üzvləri aşağıdakı funksiyaları yerinə yetirirlər:
a) əsas üzvlərə qoşularaq cümlədə semantik funksiya daşıya bilirlər;
b) bəzən cümlənin baş üzvlərindən daha çox məlumatlı ola bilirlər.
Dilin bütün sistemlərini ahəng əmələ gətirir. Ahəng isə inversiyanı doğurur, sıralanmanın modelini ortaya qoyur. Sıralanmanın öz qanunları mövcuddur. Həmin qanunları müəyyən etmək üçün inversiyaya məruz qalmayan formalara müraciət etmək lazım gəlir. Başqa sözlə demiş olsaq, mətndə cümlə üzvlərinin sıralanması qanunauyğunluqlarını təyin etməkdən ötrü inversiya oluna bilməyən vahidlər bir-birilə tutuşdurulmalı, əldə olunan nəticələr ümumi qanun kimi, norma kimi hesaba alınmalıdır. Bizə elə gəlir ki, inversiyaya məruz qalmayan vahidlərə o zaman müraciət etmək lazımdır ki, onlar dilin potensial imkanlarını inikas etsinlər və dilin daxili qanunları əsasında formalaşsınlar.
İnversiya yerini dəyişmiş cümlə üzvləridir. Yerini dəyişmiş cümlə üzvləri ilə cümlənin yerdə qalan hissəsi arasında fasilə olmur. Əks-sıra-inversiya olunmuş cümlə üzvü avazlanma-intonasiya baxımından fərqlənmir. İnversiya olunmuş üzvlərin mühüm xüsusiyyətlərindən biri onların aktuallaşmasıdır.
İnversiya hadisəsi cümlənin paradoksal sırasıdır. Bu düzümdə intonasiya aktual şəklə düşür. İnversiya danışıq prosesində qüvvətli emosionallıq və ekspessivlik formalaşdırır. İnversiya semantik və üslubi-ekspessiv cəhətdən əhəmiyyətlidir, sıradakı neytrallığı aradan qaldırır, subyektiv münasibəti qüvvətləndirir. Düz və əks sıra üslubi-semantik xüsusiyyətin həm zəifliyi və həm də qüvvətliliyi ilə seçilir.
İnversiya olunmuş üzv qoşulma konstruksiyalara həm oxşayır, həm də fərqlənir. İnversiya olunmuş üzv həmin konstruksiyalardan funksional imkanlarına, kommunikativ-informativ istiqamətlərinə görə də fərqlənir. Belə üzvlər həm danışıq dilində, həm də bədii əsərlərdə funksional işləkliyi genişləndirir. İnversiya cümlənin aktual-semantik üzvlənməsi ilə bağlıdır. Cümlənin semantik üzvlənməsi (tema və remaya ayrılma) ilə qrammatik üzvlənməsi (məlum beş üzv) fərqləndiyi kimi, onların təsiri ilə yaranan sintaktik hadisələr də fərqlənir. Əks-sıra-inversiya nəticəsində tema və remanın hissələri qarışa bilir, biri digərinin içərisində “yoxa çıxır”.
İnversiya mətnin qurulma prinsiplərindən biridir. Bu prinsipləri mətn şəraitində cümlə üzvlərinin bəziləri, qrammatik cəhətdən cümlə üzvləri ilə bağlanmayan sözlər yaradır. Bu prinsipin əsasında yenə də vahid bir model dayanır.
Mətnin ritmik təşkili inversiyalaşmış nitqin ritmik təşkili-dilin universaliyasıdır. Bu, insanın çoxsaylı bioritmik təbiəti və təbiətlə əlaqədardır. Mətndə ritm - struktur vahidlərin müxtəlif cür ayrılması, onun nitqində (yəni mətndə) ritmik-melodik sistemin nizama salınmasıdır.
Məlum olduğu kimi, inversiyalaşmış nitqin düzgün ritmik təşkili onun adekvat dərkedilməsi üçün əhəmiyyətlidir. Əksinə, ritmin pozulması, onun qaydasızlığı nitqin anlaşılmasında çətinlik yaradır.
İnversiya nəticəsində mətnin ritmik parçalanması kiçik vahidlərdən ibarət olan ritmik qrupları yaradır. Güclü heca ritmik qrupların nüvəsini əmələ gətirir. Həmin qrup sintaqmlara bölünür.
İnversiyaya məruz qalmış mətnlər mətni əlaqə və mətnyaradıcı vasitələrə aiddir. Adətən, mətn ritmlə deyilir, poetik mətnlərdə assosiasiya doğurur. Ritm bir vasitə olaraq bədiiliyin təsirini artırır.

Özünü yoxlamaq üçün suallar və tapşırıqlar:


  1. Cümlə nədir?

  2. Hansı növ cümlə təsnifatları mövcuddur?

  3. Sadə cümlənin əsasında hansı qrammatik xüsusiyyətlər dayanır?

  4. Cümlə üzvlərinin təsnifatının əsasında hansı meyarlar dayanır ?

  5. Cümlə üzvlərinin qrammatik xüsusiyyətlərini göstərin.

  6. Cümlələrin mövcud təsnifatlarını sadalayın.

  7. İnversiya hadisəsi nə deməkdir?



Yüklə 190,5 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin