Cümlə bitmiş bir fikri ifadə edən dil vahididir. Cümlənin quruluş təsnifatı aşağıdakı kimi həyata keçirilə bilər: bir sözlə: Yanğın! / Su! / İşıqlanır. / Möhtəşəm!
analitik formalı sözlərlə: Bu atlar! / şad edəcəm!
mürəkkəb söz birləşmələri ilə: Şagird dedi ki, valideynləri sabah gəlir.
Cümlələrin mürəkkəbliyinə görə, yəni içindəki predikativ mərkəzlərin sayına görə təsnifatları aşağıdakı kimidir: sadə cümlə - nisbətən dolğun məlumatı çatdırmaq, eləcə də hər hansı mətni qurmaq üçün istifadə olunan elementar vahiddir;
mürəkkəb cümlə - müəyyən qrammatik qaydaya əsaslanan iki və ya daha çox sadə cümlənin birləşməsidir.
Sadə cümlənin qrammatik xüsusiyyətlərini sadalayaq: a) müəyyən qrammatik qəlibə görə formalaşır; b) predikativlik mənasına malikdir; c) semantik quruluşa, formal xüsusiyyətlərə malikdir; d) intonasiyaya malikdir. Sadə cümlələr aşağıdakı kimi təsnif edilir. Birincisi, mesajdan asılı olaraq aşağıdakı cümlələrə bölünür: a) nəqli cümlələr; b) sual cümlələr; c) nida cümlələr. Cümlələrdə xüsusi emosional koloritin olması nida cümlələrini ayırmağa imkan verir. İkincisi, cümlədə ifadə olunan reallığa münasibətin xarakterinə görə sadə cümlələrin növləri aşağıdakı kimi təsnif olunur: a) təstiq cümlələr (cümlənin məzmunu real olaraq təsdiqlənir); b) inkar cümlələr (burada cümlənin məzmunu təsdiqlənmir, inkar edilir). Struktur-semantik modelinin qurulmasından asılı olaraq, cümlənin növbəti növləri: a) tam cümlələr - struktur cəhətdən zəruri olan bütün üzvlərə malik olan cümlələr; b) natamam cümlələr – bu və ya digər üzvlərin iştirak etmədiyi cümlələr. Mürəkkəb cümlə: İki və daha artıq sadə cümlənin birləşməsindən əmələ gələn tabesiz mürəkkəb cümlələr və baş və budaq cümlədən ibarət olan tabeli mürəkkəb cümlələr olmaqla iki yerə ayrılır. Sözdən fərqli olaraq, cümlə mürəkkəb işarə kimi götürülə bilər, yəni o, sadəcə ekstralinqvistik obyekti yox, həm də situasiyanı əks etdirir. Mürəkkəb strukturla səciyyə edilən cümlənin məzmunu adətən semantik struktur və ya alt qat terminləri ilə işarələnir. Beləliklə, müraciət olunan mənbələrdə cümlə məzmun və ifadə planına malik ikitərəfli dil işarəsi kimi nəzərdən keçirilir. Denotatı predmet və ya əlamətin çıxış etdiyi sözdən fərqli olaraq, cümlənin denotatında bütöv situasiya özünü göstərir. Cümlənin (söyləmin) məzmunu praqmatik, qrammatik və semantik aspektlərin, habelə sintaqmatik və paradiqmatik münasibətlərin olması ilə səciyyələnir. Hazırda semantik araşdırmaların geniş vüsət aldığı dövrdə cümləyə heterogen komponentlərin məcmusu kimi şərhlərin verilməsi ayrı-ayrı dilçilər arasında ortaq fikir kimi formalaşmaqdadır. Daha geniş yayılmış ideya isə cümlənin mənasında müxtəlif növ mənaların – obyektiv (reallığı modelləşdirən) və subyektiv (insanın reallığa münasibətini ifadə edən) mənaların qovuşmasına iddia edilməsidir. Cümlənin işarəvi təbiətini inkar etmək və onun dil yox, danışığa aid edilməsi bu halda cümlənin mücərrəd sxem kimi deyil, dil modeli və onun müəyyən leksik dolumlu və müəyyən kommunikativ səciyyəli vahid kimi danışıqda reallaşmasının vəhdəti kimi anlaşılması ilə bağlıdır. Linqvistik mənbələrin araşdırılması göstərir ki, dil işarəsinin - sintaktik və leksik cəhətdən tərtiblənmiş struktur modelin danışıqda konkret reallaşmasını cümlə kimi qəbul edirlər. Bəzi araşdırmalarda isə həmin vahidi işarələmək məqsədilə ikili termin - “cümlə-söyləm” terminindən istifadə edilir. Cümlənin semantik aspektinin (konseptual məzmununun) araşdırlmasını hədəf seçən bu tədqiqat işində biz “dil-norma-danışıq” trixotomiyasından (L.V.Şerbanın konsepsiyasından) çıxış edərək, cümləni konkret leksik dolum, müəyyən modal-kommunikativ, praqmatik keyfiyyətlər əldə edərək konkret söyləmlərdə reallaşan dil, mücərrəd vahid kimi qəbul edirik. Bəzi dilçilər söyləm-cümlədən bəhs edərkən söyləmin bitkinliyinin müəyyənləşdirilməsində intonasiya meyarını əsas götürürlər, lakin, cümlənin struktur sxeminin müəyyənləşməsində bu meyarın daxil edilməsi özünü tam doğrultmur. “Söyləm” termini bəzi nitq kəsiklərini yalnız qrammatik və ya fonetik baxımdan deyil, həm də bütöv kommunikativ törəmə, dil sisteminin faktlarının ötürülməsinin təcəssüm üsulu kimi nəzərdən keçirməyə imkan verir. Bu isə cümlə sintaksisi çərçivəsinə heç cür sığışmır. Cümlənin dil vahidi kimi məzmununun xüsusiliyi onun dildənkənar gerçəkliyin bütöv situasiyasını əks etdirmək qabiliyyətindən irəli gəlir. Strukturalist-deskriptivistlərin cümləyə verdikləri şərh cümlənin müstəqil linqvistik forma, hər hansı bir qrammatik konstruksiya vasitəsilə daha böyük qrammatik formanın tərkibinə daxil olmaması kimi başa düşülür.