Odlar yurdu universiteti f.ü. f d. Sevinc Səlim qızı Məmmədzadə


Özünü yixlamaq üçün suallar və tapşırıqlar



Yüklə 190,5 Kb.
səhifə18/26
tarix19.12.2023
ölçüsü190,5 Kb.
#184625
1   ...   14   15   16   17   18   19   20   21   ...   26
Dilciliyin saslari Metodik Vsait

Özünü yixlamaq üçün suallar və tapşırıqlar:

  1. "Qrammatika"nədir?

  2. Qrammatikanın əsas bölmələri hansılardır?

  3. Morfem nədir?

  4. Morfologiya nəyi öyrənir?

  5. İsmin hansı qrammatik kateqoriyaları vardır?

  6. Sifətin hansı qrammatik kateqoriyaları vardır?

  7. Feil nəyi ifadə edir?

MÖVZU 14
SİNTAKSİS

Sintaksis dilçiliyin təkrarlana bilən dil vahidləri ilə deyil, hər bir fərdi nitq aktında yenidən qurulan konstruktiv vahidlərlə məşğul olan bölməsidir:
Əsas sintaktik vahidlər bunlardır:

    1. mətn;

    2. cümlə;

    3. söz birləşməsi.

Sadalanan sintaktik vahidlərin hər birini üç aspektdə xarakterizə etmək olar:
a) formal-struktur; b) semantik; və c) praqmatik.
Bu sintaktik vahidlərin hər biri nitq statusuna, yalnız, cümlələr isə linqvistik statusa malikdir.
Mətn sadə və mürəkkəb cümlələrin formal-qrammatik və məna-semantik birliyi, əlaqəsi ilə formalaşır. Cümlələrə aid bu əlaqələr daha geniş parametrlərlə mətnə, onun komponentlərinə də aiddir. Cümlə üzvlərinin yeri ilə bağlı inversiya halları cümlənin sintaktik quruluşu və cümlə üzvlərinin aktuallaşdırılması tələbləri ilə bağlıdır. Üzvlərin sırası əsasən tarixən olduğu kimi, indi də normaların ilkin modellərinə əsaslanır.
Mətn özlüyündə performativ xarakter kəsb edir, monoloq, dialoq və söyləmlərlə gerçəkləşir. Performativ mətn kommunikasiya situasiyasında aktuallaşır.
Qrammatik əlaqələr əsasən söz birləşmələrində, mətnin cümlələrində söz sırası ilə təzahür olunur. Söz sırasının sabitlik və sərbəst əlaməti ismin hal kateqoriyası ilə birbaşa əlaqədardır. Hal kateqoriyası zəif olan və ya heç olmayan dillərdə söz sırası sabitləşmə zorunda qalır, ismin hal kateqoriyasının vəzifəsini aparmalı olur, mətnində iştirak edən sözlərin arasındakı qrammatik əlaqələri ifadə edir.
Söz sırası sabitləşmiş xalis ədəbi sıra və canlı danışıq dili sırası olmaqla iki yerə ayrılır. Bəzi dillərdə, məsələn, müasir ingilis dilində mətnlərin daxilində söz birləşmələri tərkibin müstəqilliyinə əsasən təsniflənir (şəxsə və kəmiyyətə görə dəyişir). Tərkibləri sərbəst olmayan birləşmələrdə komponentlərin yerlərini dəyişməsi- inversiyaya məruz qalması mənanın dəyişməsinə, bəzi hallada isə lap mənanın itməsinə gətirib çıxarır. Bu cür söyləmlərdə onu təşkil edən sözlər bir-birindən asılı, sözlərdən biri müstəqil (aparıcı), başqası isə ondan asılı duruma düşür. Məs.:
a country teacher (kənd müəllimi), the boy’s courage (oğlanın cəsarəti) və s.
Sərbəts söz birləşmələrinin isə quruluşunda mühüm komponent işlənmir. Bu cür söz birləşmələrində onu təşkil edən sözlər müstəqil biçimdə özünü göstərir. Məs.: boys and girls (oğlanlar və qızlar), girls and boys (qızlar və oğlanlar) və s.
Mətnin təşkili, onun başlıca keyfiyyətləri, mətn praqmatikası, söz düzülüşü və s. problemlər öz aktuallığı ilə fərqlənir. Bunların arasında inversiya hadisəsi nitqin əmələ gəlməsi və dərk edilməsində xüsusi yer tutan, nitqi əlverişli duruma salan bu hadisə mətn şəraitində sözlərin neytral sırası ilə ziddiyyət təşkil edir.
Mətnin strukturu barədə: Struktur adı altında obyektdəki münasibətlər toplusu - asılılıq toplusu, qarşılaşdırma anlaşılır. Ümumi dilçilik əsərlərində hər bir dilin strukturu 5 əsas xüsusiyyətdən ibarətdir:
1. Dil məzmun və ifadədən ibarətdir.
2. Dil ardıcıl sıradan (yaxud mətndən) və sistemdən ibarətdir.
3. Məzmun və ifadə kommutasiya (iki bildirənin ünsürü) vasitəsilə bir-birilə əlaqədardır.
4. Mətndə və sistemdə müəyyən münasibətlər var.
5. Məzmun və ifadə arasındakı uyğunluq bir sahənin müəyyən ünsürü ilə digər sahənin müəyyən ünsürü arasındakı müstəqil uyğunluq deyil, lakin daha kiçik tərkib hissələrinə bölünə bilir.
Mətnin strukturu müəyyən elementlər çoxluğunun təşkilidir, yəni onların birləşmə qaydalarıdır. Dil, əlbəttə, sistem təşkil edir, bir vahid kimi mətn struktur və funksiyanın birliyindən ibarətdir. Ümumi cəhət mətnin münasibətlər sistemi və immanent struktur sayılmasıdır. "Forma-məna-funksiya" mətnin quruluşunu xarakterizə edir. Təkcə mətnin formasını öyrənmək kifayət eləmir (bu formalizmə aparar), məna və funksiyanı da formadan ayırmaq doğru sayılmır.
Müasir dövrdə nəzəri dilçiliyin başlıca məqsədi mətnin struktur və sistem cəhətlərini öyrənməkdən ibarət olmalıdır. Bir obyekt kimi mətnin struktur-semantik münasibətlərini öyrənməklə onun üzdə olmayan gizli xüsusiyyətlərini, müxtəlif keyfiyyətlərinin yaranma səbəblərini üzə çıxarmaq mümkündür.
Mətnə belə yanaşma əlaqəsiz, rabitəsiz hesab olunan hadisə və faktların (mətn içində) əslində bir vəhdət təşkil etdiyini nümayiş etdirməyə də imkan yaradır.
Mətnin strukturu dilin qaydalarına uyğundur. Yəni burada potensial əlaqələr vardır. Həm də mətndə strukturca xətti əlaqələr - sintaqmatik əlaqələr mövcuddur. Mətnin elementləri arasında paradiqmatik əlaqə də özünü göstərir. Bu əlaqələr, münasibətlər çərçivəsində bir neçə model – sıra mətndə görünə bilir: mübtəda – tamamlıq – xəbər; xəbər – mübtəda – tamamlıq və s.
Məs: Sürücü maşından yerə düşdü. Maşından sürücü yerə düşdü.
Beləliklə, mətnin bütövlüyü məzmun, mahiyyət kateqoriyası kimi dərk edilməli, əlaqə prosesinin meydana gəlməsi və mətnin qavranılması ilə kompleks xarakter daşımalıdır. Mətnin bütövlüyü həm yazılı, həm də şifahi (spontan) mətnləri əhatə edir. Bunlar müəyyən situasiyaya uyğun nəinki mətnin daxili semantik məkanını, eləcə də, real daxili ekstralinqvistik şəraiti mətnə uyğun funksionallaşdırır. Şifahi (spontan) mətnlərdə bütövlüyün yaranması prosodik vasitələrin təsirinə əsaslanır.
Mətnin semantik strukturu şifahi (spontan) və yazılı mətnlər şəklində olur. Həmin mətnlərin baza vasitəsi bütövlük və əlaqəlilikdir.
Mətnin semantik strukturuna onun dərin və səthi adlanan əlaqəliliyi baxımından yanaşmaq lazım gəlir. Mətnin semantik strukturuna həm mətnin mikrotemalarının daxili vahidlərinin mürəkkəb iyerarxik lokal əlaqəsi kimi baxılır, həmçinin də mikrotemalar arasında qlobal münasibət kimi baxılır. Bunlar sxematik, semantik strukturlardır. Hər ikisi mətnin bütövlüyünü təşkil edir.
Mətnin semantik strukturunun öyrənilməsinə dilçilikdə maraq XX əsrin ortalarında meydana gəlmişdir. Mətn linqvistikanın baza anlayışıdır. Bu onunla şərtlənir ki, mətn çoxobrazlı hadisədir, "mətn" kateqoriyası adı altında sintaksis elminin müxtəlif istiqamətləri tədqiq edilir, onun forma və məzmunu nəzərdən keçirilir.
"Semantika" termini qədim yunan sözü olub ("ifadə olunmaq", "işarə edilmək" anlamında işlənib). Dilçilikdə dil vahidinin mənası deməkdir.
Mətnin semantik təhlili dilçiliyin bir bölməsi kimi dil vahidlərinin mənasını öyrənir. Dil vahidlərinin semantik təhlili dilin sosial və mədəni əlamətlərinə istiqamətlənir.
Semantik məna mətn dixotomiyasına əsaslanır.
Bu dixotomiya leksik funksiya nəticəsində reallaşır. Leksik funksiya məna-fikir münasibətlərini təyin edir.
Mətnin semantikasının müəyyən olunmasında sözün valentliyi mühüm rola malikdir. Bu xüsusda sözün iki valentlik növü fərqləndirilir:
1) sintaktik;
2) semantik.
Sintaktik valentlik situasiyanı leksik cəhətdən müəyyənləşdirir. Semantik valentlik isə sintaktik aktantların miqdarını təyin edir.
Mətnin semantikası deyəndə "mətni anlamaq" formal olaraq bilinir. Mətn semantikasını anlamağın bir neçə səviyyəsi dilçilik əsərlərində göstərilir:
1) mətnin məzmun və mahiyyətinin aydınlığı;
2) xüsusi məntiqi genişlənmə;
3) genişlənən mətnin relevant mənası.
Şübhəsiz, mətnin semantik təhlili mətni dərketmənin ayrılmaz hissəsidir.
Mətnin semantik strukturu mətnin dayaq, baza səciyyəsidir: bütövlük, əlaqəlilik və məqsədyönlülükdür.
Dilin mövcudluğunun birinci əlaməti mətndir və hər bir mətnin də spesifik struktur-semantik tutumu onu səciyyələndirir. Mətn möhkəm daxili quruluş əlaqələri olan müxtəlif hadisələrin birliyidir. Mətnin struktur-semantik əlamətləri koherentlik, kogeziya, inteqrasiya kimi vasitələr; tematik, konseptual və modal vahidlər hesabına gerçəkləşir. Mətnin bütövlüyü yalnız məna hadisəsi kimi yox, həmçinin də formal-struktur, kommunikativ-funksional planda özünü göstərir.
Mətn umumi sintaktik səviyyədə müstəqil və xüsusi struktur təşkil edir. Həmin strüukturu, həmin mexanizmi əmələ gətirən cümlələr qrupu və onlar arasındakı əlaqə və münasibətlərin araşdırılması problemi sintaksisə yeni baxış bucağı altında yanaşmağı tələb edir. Burada cümlələr mikro və makromətnləri formalaşdıraraq önun hissələrinə transformasiya olunur. Bu xüsusda mətnin struktur-semantik aspektdə tədqiqi aşağıdakı plan üzrə araşdırılacaq:
1.Mətnin kompozisiya xüsusiyyətləri;
2.Mətnin sintaktik xüsusiyyətləri;
3.Mətnin nominativ xüsusiyyətləri.
Hər üç problem cəmiyyət və dillərin qarşılıqlı əlaqəsi, dil və təfəkkür məsələlərinin həllinə kömək edir. Əsas struktur-kompozisiya qanunauyğunluqları açılır, müasir dövrdə mətnin funksionallaşma problemlərinə aydınlıq gətirilir. İnteqrativ və diferensial əlamətlər müəyyənləşir.
Mətnin strukturu mikrotemanın semantik açılışı prosesində qurulur. Hər bir mətn onu təşkil edən cümlələrin bir-biri ilə əlaqəsi, bağlılığı əsasında əmələ gəlir. Bağlılıq mətnin strukturunda əsas əlamətlərdəndir.
Mətnin semantik xüsusiyyətləri. Bu başlıq altında mətnin presuppozisiya əlamətləri, mətnin referentiv əlamətləri tədqiq ediləcəkdir.
Qəzet mətninin struktur xüsusiyyətlərinə obyektivlik, aktuallıq, relevantlıq, sensasionluq, ekspressivik və emosionallıq cəhətləri aid edilir.
Hər bir mətnin semantikası həmin mətni yaradan dil işarələri ilə əks olunur. Yəni mətnin mənası dil işarələri vasitəsi ilə öz ifadəsini tapır. Mətndəki cümlələr arasındakı fikir bağlılığı müxtəlif işarələrlə gerçəkləşir. Bu işarələr mətndəki cümlələrin strukturu ilə, bağlayıcı sözlər vasitəsi ilə, intonasiya ilə, əlaqələndirici sözlərlə, xüsusiləşmiş (açar) sözlərlə, söz sırasının köməyilə, paralellik vasitəsi ilə reallaşır.
Mətnin semantik xarakteristikasına onun məntiqi-məzmun strukturu, təkrar propozisiya, referent münasibət, intertekstual əlaqə, korrelyasiya aiddir.
Mətnin bağlılığı-koqeziya mətn daxilində cümlələr arasında formal-qrammatik və məzmun-semantik əlaqəni, həmçinin də məntiqi ardıcıllığı əhatə edir. Mətnin qapalılığı onun strukturundakı mövcud formaları, eləcə də mətnin başlanğıc və son hüdudlarını müəyyənləşdirməyə kömək göstərir.
Dil mətnin məcmusudur və nitq fəaliyyətinin nəticəsidir. Dil linqvistik kompentensiyadır, dildə nə varsa mətndə reallaşır. Demək olar ki, fikir məkanı mətndə özünə yer edir. Mətn dildə kommunikasiyanın başlıca vahidlərindən biridir. Mətn cümlələr ardıcıllığıdır. Bu baxımdan mətn cümlənin hərəkətverici qüvvəsi sayılır. Mətnin məna baxımdan qurulmasında bir çox vasitələr iştirak edir.
Mətnin mühüm bir hissəsini diskurs təşkil edir. Diskurs hər hansı bir məsələdən bəhs edən söhbətdir.
Diskurs iki və daha çox şəxs, sosial qrup arasında mədəni söhbətdir. Məsələn, müəllim-tələbə, həkim-pasient, zabit və əsgər arasında olan söhbətlər kimi.
Əgər bu kateqoriyanı – mətn və diskursu fərqləndirməli olsaq, o zaman belə deyə bilərik ki, diskurs ilkindir, bir prosesdir, mətn isə həmin prosesin nəticəsidir. Diskursdan danışan və dinləyən, yazan və oxuyan arasında qarşılıqlı kommunikasi­yanın nəticəsi kimi, cümlələrin və ya cümlə fraqmentlərinin koherentlik birləşməsi kimi istifadə edilir. Bu mənada mətn yazılı diskursa istinad nöqtəsi kimi yanaşır.
Əlbəttə, mətn və diskurs funksional perspektivliyə görə bir-birindən müəyyən dərəcə fərqlənirlər. Bu cəhətdən diskurs mətndənkənar və eyni zamanda mətndaxili kommunikasiya faktı kimi formalaşır.
Diskursiv təhlillərdə diskurs və metafora məsələləri hələ də öz həllini lazımi səviyyədə tapa bilməmiş problemlərdəndir.
Dilin (semiotik sistem olaraq) qanunları müəyyən məntiqə tabedirsə, mətnin əmələ gəlməsi də həmin məntiqə uyğun olur.
Dediyimiz kimi, mətn və diskurs fərqli anlayışlardır. Bu terminlər arasında mahiyyət etibarilə sərhədlər mövcuddur. Bu iki anlayış arasında olan diferensial əlamətlər XX yüzilliyin 70-ci illərində aydınlaşdırıldı. Düşünülür ki, diskurs “mətn + situasiya” deməkdir, mətn isə uyğun olaraq “diskurs minus situasiya” kimi təyin olunur. Linqvistikada bu terminlərə münasibətdə mübahisələr də vardır. Mübahisəsiz, mətn və diskurs qarışıq anlayışlardır. Ona görə də bir tərəfdən, mətn və diskurs termin-anlayışları fərqləndirilir, o biri tərəfdən isə “diskurs - da mətndir” mühakiməsi linqvistikada fikri dolaşdırır.
Ənənəvi dilçilikdə “mətn”in nə olduğu (“nitq əsəri”, “dil materialı”), insan fəaliyyətinin indivudal (fərdi) nəticəsi kimi göstərilir. “Nitq fəaliyyəti - mətn-dil sistemi, nitq fəaliyyəti - mətn”.
Yəni bu o deməkdir ki, mətn nitq fəaliyyətinin məhsuludur, individual səciyyəlidir. Mətn yazılı və şifahi formada gerçəkləşir Mətnin başlıca xüsusiyyəti bütövlük, əlaqəlilik, inteqrativlik, koherentlik əlamətlərinə sahib olmasıdır. Bu əlaqələr mətndə iyerarxik əlaqələrdir.
“Diskurs” termininin (fr. discourse, ing. discourse, lat. discursus - nitq, söhbət, danışıq, hərəkət, dövran, dövretmə və s.) izahı rəngarəngdir. Əsas izah bu terminin real dildə diskursiv fəaliyyəti ilə xarakterizə oluna bilir. Diskurs - nitqdir, “yüklənmiş həyatdır”. Diskurs mətnlə möhkəm biçimdə bağlı olub ekstralinqvistik, praqmatik, sosiomədəni, psixoloji və digər amillərlə şərtlənir.
Diskurs öz strukturuna görə digər dil vahidlərindən də fərqlənir. Diskurs tamın funksional vasitələrini əhatə edir, nisbi olaraq dili bütöv, yaxud hissə şəklində əks etdirir (yenidən hasil edir).
Diskurs ilə mətn arasında prinsipal fərqlərin bəziləri belədir:
Diskurs - praqmatik, mətn isə linqvistik kateqoriyadır. Diskurs proses kateqoriyasıdır, mətn isə kateqoriyanın nəticəsidir; mətn - mücərrəd konstruksiya, diskurs isə onun aktuallaşmasıdır. Diskurs ümumi anlayışdır və diskurs həmişə mətndən ibarətdir. Beləliklə, səbəb və nəticə əlaqəsindəki kimi, diskurs və mətn də bir-biri ilə həmin münasibətdədir. Diskursla mətn arasındakı münasibət “proses-məhsul” əlaqəsi kimidir. Bununla belə, hər mətn elə diskursdur. Mətn və diskurs bir-biri ilə qarşılıqlı əlaqədədir.
Müasir linqvistika artıq öz tədqiqatlarında ümumi antroposentrik istiqamətləri hədəfə çevirərək dildə “insan faktoru”nu qabardır, dilin üslublarında (bədii, publi­sistik və s.) insanın ağlı, şüuru, təfəkkürü, mənəvi-praktik fəaliyyəti və s. əsas götürü­lür. İnsan amilinin rolu dilçilikdə yeni istiqamətlərin-kommunikativ linqvistikanın və koqnitiv semantikanın meydana gəlməsini təmin edir. Dil və onun işarələr sistemi kommunikativ bir fəaliyyət kimi, “mətn” və “diskurs” terminlərinə identik anlayışlar kimi baxır, həmin anlayışlar bir-biri ilə ümumi və fərqli əlamətlərinə görə xarakterizə olunur. Beləliklə, mətnin distiributiv təhlili nəticəsində məlum olur ki, diskurs və mətn bir-birini əvəz edən anlayışlardır. Diskurs nitq fəaliyyətinin məhsulu kimi meydana çıxır. Nəhayət, aydın olur ki, diskursla müqayisədə mətn bir qədər böyük anlayışdır. İstənilən diskurs elə mətndir, amma istənilən mətn diskurs sayıla bilməz. Diskurs praqmatikdir, mətn isə linqvisik kateqoriyadır. Diskurs prosesin, mətn isə nəticənin kateqoriyasıdır.
Sintaksisdə sözlərin sintaktik əlaqə növlərinə və sintaktik funksiyaların formal ifadə üsullarına mühüm yer verilir.
İntonasiya sintaktik əlaqələrin ifadə vasitəsi kimi sintaksisdə mühüm yer tutur. Hər şeydən əvvəl intonasiya cümlələrin növlərini - sorğu, əmr bildirməni məhdudlaşdırır. İntonasiya cümlənin faktiki bölünməsini, təcrid olunmasını və cümlənin ayrı-ayrı üzvlərinin məntiqi və ya emosional ayrılmasını həyata keçirir.

Söz sintaktik vahid kimi


Söz birləşməsi iki və ya daha çox mənalı sözün birləşməsidir, onlar arasında formal şəkildə ifadə edilmiş semantik əlaqənin olması ilə xarakterizə olunur. Söz birləşməsi həm bir cümlə, həm də cümlənin bir hissəsi ola bilər.
Onların quruluşunda formal struktur və semantik komponentlər üstünlük təşkil edir. Söz birləşmələri faktiki söz birləşmələrinin, yəni müəyyən qrammatik siniflərin spesifik sözlərinin birləşmələrinin yaradılması prosesində həyata keçirilən formal struktur və semantik sxemlərdən fərqli olaraq təkrarlanmır. Söz birləşmələrində həm nitq, həm də dil statusu vardır.
Söz birləşməsi iki komponentdən ibarətdir. Bir tərəfdən əsas komponent - qrammatik cəhətdən müstəqil söz, digər tərəfdən asılı komponent fərqləndirilir.
1) isim + sifət;
2) feil + isim (predikat + obyekt);
3) feil + zərf (predikat + hal).
Funksional nöqteyi-nəzərindən asılı olaraq aşağıdakı söz birləşmələri növləri fərqləndirilir:

  1. substantiv;

  2. sifət və ya atributiv;

  3. kollektiv;

  4. şərti.


Özünü yoxlamaq üçün suallar və tapşırıqlar:


  1. "Sintaksis" nədir?

  2. Sintaksisdə istifadə olunan əsas strukturlar hansılardır?

  3. Cümlədə sözlərin hansı sintaktik əlaqə növləri fərqlənir?

  4. Söz birləşmələrinin əsas xüsusiyyətləri nədir?

  5. Söz birləşmələrinin tərkibini müəyyən edin.

  6. Söz birləşmələrinin əsas növlərini adlandırın.

  7. Diskurs nədir?

  8. Diskursla mətn arasındakı fərq nədir?


Yüklə 190,5 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin