I Aparıcı: Səməd Vurğun Azərbaycan poeziyasının iftixarıdır. Səməd Vurğun Azərbaycanxalqının ən qüdrətli ədəbi simalarından biridir.Onun yaradıcılığı nəhəng, poetik yaradıcılıqdır.Vurğun canlı həyat şairi, qurub-yaradan xalq şairi idi.
Səməd Vurğun təpədən-dırnağa ana Vətənə, doğma poeziyaya bağlıdır. Bütün şəfaverici nuruyla, dünyaya mərhəmət səpən hərarətiylə! Səməd Vurğun əsl müdrik, bütöv ömrüylə Vətənə- vətəndaş, vətəndaşlığa Vətən- ünvan olmuşdur.
II Aparıcı:Vətən, xalq taleyi Vurğun yaradıcılığından çıraqban, düşüncəli zəhmət yollarıkimi keçir. Onun poezisiyası- şairin bitib-tükənməyən xəzinəsidir. O, ana yadigarı, ata töhfəsi, Vətən, xalq kürsüsüdür; elə bir vətəndaşlıq yoludur ki, ulu bir diyardan- Kür qırağından, sazlı-sözlü bir ocaqdan başlayıb, dünyanın ən izdihamlı meydanlarından keçir, ən təntənəli kürsülərinə qalxır. Bu kürsüdən Vurğun səsi ucalır- Azərbaycan arxalı, təəssübkeş bir övlad səsi; bu kürsüdən Vurğun nəğmələri qanadlanır- bu həğmələr heç vaxt susmayacaq, səngiməyəcək, saralıb-solmayacaq.Çünki kökü- ilhamlı, qüdrətli bir xalqın ürəyindədir.
Üç oxucu “AZƏRBAYCAN” şerini söyləyir
I Oxucu :
Dostlar! Gəlin sizə bir-bir danışım
Min bağın, bağçanın barı məndədir.
Sinəm oylağıdır gözəlliklərin
Hər sevən ürəyin yarı məndədir.
Nə çoxdur qoynumda almalı bağlar!
Qüdrətim göylərin dilini bağlar.
Meşəli dərələr sal buzlu dağlar
Dağların süd kimi qarı məndədir.
İnsan bir uşaqdır, vətən bir ana Ömür bir çıraqdır, könül pərvana.Yolunuz düşdümü bizim Şirvana? Gül açan heyvası, narı məndədir
II Oxucu :
İgidlər yurdudur, bu dağ, bu aran
Bu dağlar başında qalmamış boran. Hər təzə çiçəkdən bir şirə soran Pətəyə bal düzən an məndədir.
Çoxdur düzlərimdə otlar, yarpızlar Körpə şamamalar, iri qarpızlar. Bulaq başıındakı oğlanlar, qızlar
Elin kamançası, tan məndədir.
Ağdaşın pambığı çiçək-çiçəkdir Şəkinin bəzəyi şaldır, ipəkdir.Qarabağ gözəli dünyada təkdir İsti yanaqların narı məndədir.
Ölsün bu yerlərdən ilham almayan Qəlbini saz kimi tutub çalmayan.Yarışda gənclikdən geri qalmayan Min qoca məndədir, qarı məndədir.
IIIOxucu :
Şirindir insanın öz azadlığı Könül azadlığı, göz azadlığı, Qələm azadlığı, söz azadlığı
Dünyanm ən böyük varı məndədir.
Gəldi ömrün gözəl bahar çağlan Açılmışdır könüllərin bağları.Qarış-qanş dolan bizim dağlan Diş göynədən bulaqları məndədir.
Bu yerlərin hər torpağı, hər daşı Yaranmışdır ayın, günün sirdaşı.Əyilməmiş bu dağların dik başı Koroğlunun mərd vüqarı məndədir.
Ləkə yoxdur mənim bu ağ üzümdə Ceyran qaçar, cüyür mələr düzümdə. Bağlanmda gilas da var, üzüm də Min çiçəyin çəmənzarı məndədir.
I Oxucu :
Hər budaqda bir bülbülə yuvam var, Ağır elli oymağım var, obam var, Xəstələrə dərman verən havam var, Səhərlərin xoş ruzgarı məndədir.
Sarı limon çay üstündə dad olur, Gözüm görür, könlüm evi şad olur, Hansı namərd dost evinə yad olur? Məhəbbətin vəfadarı məndədir.
Dil açmışdır bu sədəfli sazlarım
Mahnı qoşur gözəl-göyçək, qızlarım.Göllərimdə alaboğaz qazlarım Durnaların düz qatan məndədir.
Ölüb getdi günlərimi saymağım, Dildən-dilə dastan oldu oymağım, Təmiz südüm, şəkər kimi qaymağım, Dövlətimin ixtiyan məndədir.
II Oxucu :
Yaz gələndə qışın ömrü pozular, Dağ döşünə seyrə çıxar quzular,
Hələ dayan! Şairin çox sözü var,
Ana yurdun sənətkarı məndədir.
Buruqlarım nərə çəkmiş çöllərə, Ayılmışdır yuxusundan dağ, dərə. Alqış! Bizim bol işıqlı ellərə, İnsanların bəxtiyarı məndədir.
Axşam üstü Bakıya bax doyunca,
Ulduzlarım yanır sahil boyıınca.
Dağ üstündə o qərənfil, o yonca
Vətənimin laləzarı məndədir.
III Oxucu:
Nə zindan var, nə yumruq var, nə de din
Könlüm quşu! Bir də dillən, bir də din,
Nizaminin, Füzulinin, Vaqifin
Gözəl-gözəl yadigarı məndədir.
Mən xoşbəxtəm azadlığım gələli,
Tarix yazır ellərimin öz əli,
Bayrağımdır qızıl Şərqin gözəli
Azadlığın düz qərarı məndədir.
Sinəm oldu bir yıxılmaz söz dağı
Bir də ellər görməyəcək göz dağı.
Vətənimin günəş üzlü bayrağı
Yer üzünün bayraqdarı məndədir.
Vurğun deyər ellə çıxdım qəfəsdən Doymamışam bu nəğmədən, bu səsdən Min il keçsə könlüm düşməz həvəsdən Şerimizin ilk baharı məndədir.
I Aparıcı: Səməd Vurğun yaradıcılığında poemalar xüsusi yer tutmnuşdur. O 15-dənartıq poema yazmışdır. Məsələn, “Aygün” poeması əsasən ailə-məişət mövzusunda yazılmışdır.Şair “Aygün” poemasında insan əməyindən, bu əməyin xarakterləri dəyişmək qüdrətindən danışmışdır.Əsərdə zamanın tələblərindən geri qalan, dövrlə səsləşə bilməyən xudbin və qısqanc Əmirxan əsərin sonunda əməyin qüdrətilə dəyişir, yenidən tərbiyə olunur.
I Aparıcı: 1939-cu ildə yazdığı "Xanlar" dramında şair artıq yaxın keçmiş - Bakıproletariatını tarixiinqilabi mübarizəsi mövzusuna müraciət edir və məşhur inqilabçı Xanlar Səfərəliyevin surətini yaradır. XVIII əsrin şairi və cəngavəri kimi, XX yüzllliyin Bakı fəhləsi də əslində, mahiyyatcə geniş xalq kütləsinin milli-mənəvi və ictimai mənafeyinin təmsilçisi olaraq qalır.Lakin hadisələrin bədii rəsmində, üsyana qalxan xalqın taleyi və mübarizəsinin bolşeviklər partiyasının inqilabi fəaliyyəti ilə sıx əlaqədə təsviri, xüsusən Koba surətinin ideya şərhində şəxsiyyətə pərəstiş kultunun o illərə xas ədəbi stereotipləri də aşkar şəkildə özünü göstərir.
II Aparıcı: Xalq şairi Səməd Vurğun yalnız dili, ifadə tərzi, üslubu etibarilə deyil, düşüncəsi, təfəkkürü etibarilə də məhz Azərbaycan şairidir. Öz qaynağını xalq yaradıcılığı çeşməsindən götürmüş Səməd Vurğun sənəti xalqın dühası kimi zəngin olduğu qədər də sadədir. O sehrli sadəliyi ilə Vurğun sənəti bu gün də bizim ədəbiyyatımızın yollarını işıqlandıran bir məşəldir.
“SON SÖZ “ şeri
I Aparıcı :
Sən ey mədən torpağından qüvvət alıb gülən diyar, İgid ərlər meydanısan, qəhrəmanlar yuvasısan.Səndə sönməz bir əməlin göylər qədər mənası var. Sən inqilab ocağısan, əməkçilər obasısan.
Qarlı dağlar şahid durur keçirdiyin dövranlara, Çox zamanlar zülm elinin bir kölgəsi sayılmısan. Dənizlər dalğalandiqca, səs düşdükcə ormanlara, Xoş baxışlı bir günəşin gülüşündən ayrılmısan...
II Aparıcı:
Ancaq unutma bir şeyi, unutma ki, bu dünyada
Ehtiyatsız bir gözəli qara yellər tez soldurar.
Burjua qanlı bir dəniz, sən ortalıqda bir ada,
O dalğalar zaman-zaman sənə coşar, səni vurar.
Gözəl ölkəm! Sən gözəlsən, gözəlsən öz əməlinlə.
Zəncirlərdən azad olan bir dünyanı yapasısan.
Bu da mənim son sözümdür, dinlə məni, bir az dinlə:
Sən bu sağlam şüurunla qoca Şərqin qapısısan.
ƏDƏBİYYAT SİYAHISI :
KİTABLAR
-
Əhmədov T. Səməd Vurğun .-B.:İşıq, 1986.-364 s.
-
Səməd Vurğunun aforizmləri.- B.: 1987.-96 s.
-
Qalacaqdır dünyada.S.Vurğun haqqında xatirələr-B.: 1973.-260 s.
-
Nəzirli Ş. Vurğun keçib bu yerlərdən.- B.: Yazıçı, 1986.- 168 s.
-
Səməd Vurğun : böyük sənət uğrunda.- B.: Gənclik, 1970.- 192 s.
-
Vahabzadə B. Səməd Vurğun.- B.: Gənclik,1984.- 379 s.
-
Bayramov A. Vurğun ocağı.- B.:, 1997.- 74 s.
-
Mehdi F. Alovlu publisist Səməd Vurğun- B.: Gənclik,1967.- 190 s.
-
Vurğun yaşayır.- B.: Yazıçı, 1986.- 120 s.
-
Əfəndiyev P. Səməd Vurğun və xalq yaradıcılığı.- B.:Yazıçı, 1992.- 120 s.
-
Abdullayev C. Səməd Vurğun poetikası.- B.: Gənclik, 1976, 160 s.
-
Cəfər M. Səməd Vurğun.- B.: 1966, 52 s.
-
Nəzirli Ş. Yaddaşlarda yaşayan Vurğun.- B.: Şərq-Qərb, 1996.- 292 s. 14.Mən ellər oğluyam.- B.: Gənclik, 1984.- 272 s.
-
Səməd Vurğun. Seçilmiş əsərləri. I cild.- B.: Şərq-Qərb, 2005.- 264 s.
-
II cild.- B.:, Şərq-Qərb, 2005.- 248 s.
-
III cild.- B.:, Şərq-Qərb, 2005.- 424 s.
-
IV cild.-B.: Şərq-Qərb, 2005.-400 s.
-
V cild.- B.: Şərq-Qərb, 2005.- 382 s.
-
Səməd Vurğun.Seçilmiş əsərləri .-B.: Dövlət, 1976.- 288 s.
SƏMƏD VURĞUN DÖVRÜ MƏTBUATDA
-
Səməd Vurğun-100. “Vaqif”, “Fərhad və Şirin” pyesləri Naxçıvan səhnəsində.// Mədəniyyət, 11 fevral 2006
-
Əhmədov T. Azərbaycan poeziyasının korifeyi // Respublika, 16 fevral, 2006
-
Cəbrayılova Ş. Səməd Vurğun haqqında xatirələrim.
//Yeni Azərbaycan, 17 fevral, 2006
-
Hüseynov R. Xalqın qəlbində yaşayan şair.// Xalq qəzeti, 25 mart, 2006
-
Kazımzadə A. Səməd Vurğun və kino // Kino, 26 mart, 2006
-
Vüsal B. Baharla gələn bahar.// Yeni Azərbaycan, 7 aprel 2006
-
Bayramov A. “A bala, özündən muğayat ol!” (Səməd Vurğun-100).
-
// Mədəniyyət, 8 apel, 2006
-
Vüsal B. Səməd Vurğun-100. O, heç yana tələsmirdi.
-
// Yeni Azərbaycan, 21 aprel, 2006
-
Xəlilzadə F. Səməd Vurğun-100. Unutmazbuoba, bumahalsəni. // Azərbaycan, 24 aprel, 2006
-
Sadıqzadə H. Böyük şairimizinxatirəsianıldı.// Respublika, 28 aprel, 2006
-
Mustafaqızı T. Səməd Vurğun ədəbi irsi onu bu gün də yaşadır.
Yaddaş, 13 may, 2006
-
Əliyeva N. Vətəndaşlıq nümunəsi, vətənpərvərlik duyğularının etalonu. // Xalq qəzeti, 20 may, 2006
-
Nəzakət. Səməd Vurğun-100.(Ölüm sevinməsin qoy). // SƏS, 27 may, 2006
-
Rzayev F. Səməd Vurğun-100 “Qalib gələcəkmi cahandar kamal?”
(“İnsan” pyesinin səhnə həyatının 60 illiyi).// Yaddaş, 3 iyun, 2006
-
Abdullayev C. Vurğun sənətinə yeni baxış.// Mədəniyyət, 9 sentyabr 2006
İNTERNETDƏ :www.google.az www.anl.az www.chalgi.com www.edebiyyat.az w.ww.edebi.quqqu.com
Tərtib edən:
Metodika və biblioqrafiya şöbəsinin müdiri: Rəna Hüseynova.
Kompüter dizayneri:
Metodika və biblioqrafiya şöbəsinin metodisti: Aygün İbrahimova.
Dostları ilə paylaş: |