Ömrün şəhidlik zirvəsi



Yüklə 8,4 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix22.04.2017
ölçüsü8,4 Kb.
#15262
1   2   3   4   5   6   7   8   9

Xasay Zeynalov 
“Göyçəsiz günlərim” kitabı,  
Bakı, “Nurlan”, 2006. 

Ömrün şəhidlik zirvəsi 
 
 
146 
ADI DASTANLAŞAN EL QƏHRƏMANI 
 
“Türkü öldürmək olar, onu məğlub etmək olmaz” 
Napoleon 
Göyçə  mahalının  ayrı-ayrı  kəndlərindən  olan  igid  el 
qəhrəmanları  1905-1907  və  1918-1919-cu  illərdə  erməni 
işğalçılarına  qarşı  mərdliklə  döyüşmüşlər.  Ardanışdan 
Məşədi  Hümbət,  Ağbulaqdan  Dəli  İsmayıl,  Qaraimandan 
Məşədi  İsə,  Ağkilsədən  Bəşir,  Toğlucadan  Cığal  Həsən, 
Şişqayadan  Kor  Tanrıverdi,  Zoddan  Səməd  ağa  və  neçə-
neçə  belə  ərənlər...  Daşkənd  kəndindən  də  həmin  illərdə 
igidlik  göstərənlər  az  olmamışdır  –  Hacı  Rəhim,  Məşədi 
Qasım,  Qaçaq  İdris,  Mədət  Qocamanoğlu,  Kərbəlayı 
Zeynal,  Əliş  Süleymanov,  Vəli,  Koroğlu  Məhəmməd, 
Ziyad  Babayev,  Nağı  bəy,  Tağı  oğlu  Məhərrəm,  Hacı 
Dünyamalı oğlu Abbasəli və başqaları. 
Tarixi  mənbələrə, sənədlərə və real söyləmələrə əsas-
lanan  bu  araşdırmamız  dövrünün  cəsur  igidlərindən  olan 
Rəsulov  Məşədi  Qasım  Hacı  Kərim  oğlu  haqqındadır. 
Məşədi  Qasım  1863-cü  ildə  Göyçə  mahalının  Daşkənd 
kəndində Rəsullular nəslində anadan olub. O, Göyçə maha-
lında  çох  hörmətli,  adlı-sanlı  şəхsiyyətlərdən  biri,  eyni 
zamanda  erməni  daşnaklarının  hücumlarına  qarşı  хalqı 
səfərbər  edən  başbilən  kişilərdən  оlmuşdur.  Məşədi  Qasım 
Ceyran xanımla ailə həyatı qurmuş, onların Hüsən, Zeynəb, 
Məleykə,  Sayad,  Narın,  Dağbəyi  və  Fəzi  adında  4  oğlu,  3 
qızı olmuşdur. 
Məşədi Qasım Zodlu Səməd ağa, Şişqayalı Kor Tanrı-
verdi,  Məşədi  Allahverdi,  Çaxırlı  Böyük  ağa,  Qaraimanlı 
Məşədi  İsə,  Qanlılı  Hacı  Nağı  və  dahi  aşığımız  Ağkilsəli 
Aşıq  Ələsgər  ilə  yaxın  dоstluq  etmişdir.  Aşıq  Ələsgərlə 
dostluğu  barədə  aşığın  nəvəsi  İslam  Ələsgər  “Haqq  aşığı 

Ömrün şəhidlik zirvəsi 
 
 
147 
Ələsgər” kitabında
1
 da məlumat vermişdir. Sonralar Məşədi 
Qasımın oğlu Sayad (1905-1955) Alməmmədlər nəslindən 
evlənmişdir.  Məşədi  Qasımın  digər  oğlu,  el  şairi  Qəmgin 
Fəzi  (1914-2000)  Aşıq  Ələsgər  оcağı  ilə,  xüsusən  də  Aşıq 
Nəcəf,  Aşıq  Talıb,  Aşıq  Musa  və  Bilal  Məmmədovla 
ömrünün  sonunacan  dоstluq  etmiş,  səmimi  münasibətdə 
olmuşdur. 
Belə  söyləyirlər  ki,  sovetləşmədən  qabaq  Məşədi 
Qasım  adam  vurubmuş.  O  dövrün  qanunlarına  görə  bir  il 
həbs  cəzası  çəkməliymiş.  Qaydalara  uyğun  istənilən  adam 
başqasının əvəzinə cəza çəkə bilərmiş (Bəlkə də Kərbəlayı 
Əmrah  cinayəti  öz  üzərinə  götürüb  –  A.Y.).  Kərbəlayı 
Əmrah özündən kiçik qardaşı Məşədi Qasımın əvəzinə bir 
il  “katorqa”  çəkib.  Deyib  ki,  sən  igidsən,  qoçaqsan,  arxa-
dayaqsan, mən sənin əvəzinə tutularam, amma səni qoyma-
ram tutalar.
2
 
Türkün  qanına  susayan  ermənilər  Göyçə  mahalında 
daha  da  azğınlaşmışdılar.  “1919-cu  il  yanvarın  24-də 
Göyçənin  Çamırlı  kəndinə  basqın  edən  daşnak  terrorçuları 
dörd kişinin başını, altı qadının döşlərini kəsərək on nəfər 
dinc  sakini  vəhşicəsinə  qətlə  yetirmişlər.”
3
  Məşədi  Qasım 
bu  hadisəni  eşidir  və  düşünür  ki,  onlar  kəndləri  yandıra-
yandıra, əhalini vəhşicəsinə öldürə-öldürə bir gün də gəlib 
Daşkəndə  çıxacaqlar.  Ona  görə  də  özünün  təşəbbüsü  və 
başçılığı  ilə  kənddən  Qaçaq  İdrislə,  Hacı  Rəhimlə, 
Qocamanoğlu  Mədətlə,  Kərbəlayı  Zeynalla,  Əliş  Süley-
manovla  və  Ziyad  Babayevlə  birlikdə  Göyçə  gölünün 
cənubundakı  Çamırlı  və  ətraf  kəndlərin  köməyinə  getmiş-
                                                 
1
 İslam Ələsgər “Haqq aşığı Ələsgər”, Bakı, “Maarif”, 1999. səh.42. 
2
 Söyləyəni: Əmrahov Haris Məhəmməd oğlu (76 yaş) 
3
  Əlisahib  Əroğul.  “Erməni-daşnaq  faşizmi  və  Azərbaycan”.  Bakı,  “Təhsil”, 
2007. 

Ömrün şəhidlik zirvəsi 
 
 
148 
dir.  Hətta  Çamırlı  kəndində  gedən  döyüşdə  Süleymanov 
Əliş  Sevdalı  Hüseyn  oğlu  şəhid  olur.  Babası  Kərbəlayı 
Zeynaldan  eşidib-öyrəndiyi  bu  hadisələri  tarixçi-müəllim 
Xasay  Zeynalov  şəxsən  bu  sətirlərin  müəllifinə  danışmış-
dır. Əziz Ələkbərli də bu barədə doğru olaraq yazır: “1918-
1919-cu illərdə bu ərazidə (Göyçə mahalı nəzərdə tutulur – 
A.Y.)  erməni  daşnaklarının  hücumlarına  qarşı  xalqı 
səfərbər  edən  igid  oğullardan  biri  də  Daşkənd  kəndindən 
Məşədi Qasım Hacı Kərim oğlu olmuşdur.”
1
 
Tam  olmasa  da,  araşdırma  və  tədqiqatlarımız  zamanı 
bəzi  mənbələrdə  bir  neçə  məlumatlara  rast  gəldik.  Əli 
Qurban  Dastançı  “Məşədisə  dastanı”  kitabında  Zərzibilli 
Əmrah  kişinin  söylədiklərinə  əsasən  yazır:  “1906-cı  ildə 
Bayaziddə  Qlava  Məşədi  İsəyə  həmən  illərdə  qarışıxlıq 
salanlara  qarşı  yaxşı  mübarizə  apardığına  görə  “Qızıl 
medal” veriləndə gülüb, deyib ki, hünəri Daşkəndli Məşədi 
Qasım  göstərib,  medalı,  özü  də  qızıl  medalı  Qaraimanlı 
Qlava  Məşədi  İsə  alır...  Yəni  ki,  hünər  səninkidi,  ad  mə-
nimkidi...”.
2
  Həmin  yazıda  müəllif  bir  daha  qeyd  edir  ki, 
“Məşədi İsənin Məşədi Qasım haqqında dediyini bir neçə il 
əvvəl  Bərdənin  Yeni  Daşkənd  kəndində  müdrik  ağsaqqal 
olan Abbasəli kişidən ətraflı eşitmişdim”. 
Görkəmli  alimimiz,  akademik  Ziya  Bünyadоvun  baş 
redaktoru  olduğu  “Azərbaycan  SSR  EA  Xəbərləri”  jur-
nalında  ermənilərin  Azərbaycan  xalqına  qarşı  1918-1919-
cu illərdəki etdiyi zorakılıqlardan bəhs edən “Ermənilər və 
Ermənistan Respublikası qoşunlarının Qarabağın və Gəncə 
quberniyası,  İrəvan  quberniyası  ilə  həmsərhəd  qəzaların 
                                                 
1
  Əziz  Ələkbərli,  “Qədim  türk-oğuz  yurdu  “Ermənistan””,  Bakı,  “Sabah”, 
1994. səh. 174. 
2
  Əli  Qurban  Dastançı,  “Məşədisə  dastanı”,  Bakı,  “Əbilov,  Zeynalov  və 
oğulları”, 2000. səh. 216. 

Ömrün şəhidlik zirvəsi 
 
 
149 
müsəlman  əhalisinə  qarşı  törətdikləri  zorakılıqlar  barədə 
Daxili  İşlər  Naziliyi  dəftərxanasının  işlərindən  çıxarış  (80 
saylı  işdən  –  1918-ci  il,  IV  şöbə)”  ümumi  başlıqlı  53 
bənddən  ibarət  raport,  ərizə,  teleqram  və  xahişnamələrdən 
19, 51, 52-ci hissələrdən oxuyuruq:
1
 
19. İrəvan Quberniyası Yenibəyazit qəzası Daşkənd 
kənd  sakinləri  Məşədi  Qasım  Hacı  Kərim  oğlu  və  Böyük 
Əli  Hacı  Mirzə  Ələkbər  oğlunun  Daxili  İşlər  Nazirinin 
adına 23 yanvar 1919-cu il tarixli xahişnaməsi. 
Erməni  hökuməti  qoşunlarla  məmur  qismində  müsəl-
man kəndlərinin sakinlərini tamamilə talan etdi: – 1)Zağalı, 
2)Daşkənd,  3)Zod,  4)Hüseynquluağalı,  5)Sarıyaqub, 
6)Böyük  Qaraqoyunlu,  7)Kiçik  Qaraqoyunlu,  8)Aşağı 
Narçamor,  9)Yeni  Keti,  10)Qayabaşı,  11)Qoşabulaq, 
12)As-Kdisa, 13)Zərzibil, 14)İnəkdağı, 15)Sultanəliqışlağı, 
16)Oğruca, 17)Böyük Məzrə, 18)Bala Məzrə, 19)Kəsəmən, 
20)Şişqaya,  21)Sətənəxaç,  22)Qızıl-Payka.  Qoşunlar  hər 
kənddə  5-6  gün  qalırlar.  Talan  etdikdən  sonra  çıxıb  başqa 
kəndə gedirlər.  
Aşağıdakı  kəndləri  tamamilə  yandırmışlar:  1)Örkülü, 
2)Alçalı,  3)Kəminli,  4)Yarpızlı,  5)Qanlı,  6)Kərkibaş, 
7)Çaxırlı,  8)Kefli-Kürdü  və  9)Böyük  Məzrə.  (18  saylı  iş, 
1919-cu il, IV şöbə) 
51.  Gəncə  Qubernatorunun  11  mart  1919-cu  il 
tarixli 352 saylı teleqramı: 
Yenibəyazit qəzasının Daşkənd, Şorca, Nevksiti, Sarı-
yaqub,  Qaraqoyunlu,  Oğruca,  Qayabaşı  və  Qoşabulaq 
kəndlərinin  nümayəndələri  Məşədi  Qasım,  Abbasəli  (Hacı 
Dünyamalı oğlu – A.Y.), Məhərrəm Tağı oğlu bildirirlər ki, 
erməni  qoşunları  onları  mütamadi  olaraq  talan  edir,  bütün 
                                                 
1
 Azərbaycan SSR Еlmlər  Akadеmiyasının хəbərləri (tariх, fəlsəfə və hüqüq 
sеriyası) №4, Bakı, «Еlm», 1989. səh.87. (baş rеdaktоr: Ziya Bünyadоv) 

Ömrün şəhidlik zirvəsi 
 
 
150 
taxılı, yemi, mal-qaranı, silahı götürmüşlər; özləri ilə çoxlu 
insanlar aparmışlar, onların taleyi məlum deyil.  
52.  İrəvan  Quberniyası  Yenibəyazit  qəzası  Göyçə 
mahalının  26  kənd  sakininin  həmin  il  2  mart  tarixli 
ərizəsi Gəncə Qubernatoru tərəfindən 6 mart 1919-cu ildə 
3162 sayla təqdim edilmişdir. 
1919-cu  il  fevralın  28-də  romistr  Silikov,  kornet 
Xaçaturov və adyutantın dəstəsi müsəlman kəndlərinə gəldi 
və hər kənddən 750 pud taxıl və 100 pud quru ot tələb etdi; 
həmin  şeylər  bu  miqdarda  olmadığından  xalq  mükəlləfiy-
yətdən  azad  edilməyi  xahiş  etdi;  bu  zaman  Silikov  qamçı 
ilə  vurmağa  və  söyməyə  başladı  və  hətta  Zod  kəndinin 
sakini  Məci  Süleyman  oğlunu  öldürdü,  qalan  zabitlər  isə 
daha  dörd  müsəlmanı  yaraladılar.  Təlaşlanmış  xalq  hücum 
edib dörd zabiti və on beş əsgəri öldürdü, bu Zod kəndində 
olmuşdu.  
Martın 2-də ermənilər Qoşabulaq, Daşkənd və Böyük 
Məzrə kəndlərini ələ keçirməyə çalışdılar, lakin hələlik dəf 
edildilər.” 
Sənədlərdən də görünür ki, Məşədi Qasım, Böyük Əli 
Hacı  Mirzə  Ələkbər oğlu, Hacı Dünyamalı  oğlu Abbasəli, 
Tağı oğlu  Məhərrəm və  digərləri böyük fədakarlıq göstər-
miş,  ermənilərə  qarşı  döyüşməklə  yanaşı,  Azərbaycan  hö-
kumətini  də  bu  zorakılıqlardan  hali  etmişlər.  1919-cu  il 
aprelin 20-də artıq Göyçə mahalının Kəlbəcərlə qonşu olan 
kəndləri, eləcə də Daşkənd kəndi işğal edilmişdir. 
Məşədi  Qasım  Göyçə  mahalındakı  döyüşlərdən  sоnra 
ailəsi ilə birlikdə Qarabağa gəlmiş, Laçınlı Sultan bəyin si-
lahdaşı оlmuş və erməni  millətçilərinə qarşı  qəhrəmanlıqla 
vuruşmuşdur.  Laçınlı  Sultan  bəylə  Məşədi  Qasımın  tanış-
lığı  Göyçənin  ağır  günlərində  Sultan  bəy  Göyçəyə  – 
Basarkeçərə,  Zoda  köməyə  gələrkən  olmuşdur.  Məşədi 

Ömrün şəhidlik zirvəsi 
 
 
151 
Qasımda ermənilərə  qarşı  qisasçılıq istəyi və  Sultan bəyin 
də  ermənilərə  qarşı  apardığı  mübarizə  Məşədi  Qasımın 
Qarabağa  gəlməsinə  səbəb  olmuşdur.  O,  sərrast  atıcı  kimi 
1919-cu  ildə  Qarabağda  baş  verən  hadisələrdə  xüsusən 
fəallıq  göstərmişdir.  Bir  il  Sultan  bəy  və  qardaşı  Xosrov 
bəyin məsləhəti ilə kəndin vergisi də ona verilməklə Xocalı 
ətrafında  bir  kənddə  (deyilənlərə  görə  Ağdamın  Qasımlı 
kəndi) yaşamışdır. 1921-ci ildə Məşədi Qasım оrada qızdır-
madan  vəfat  etmişdir  və  dostu  Məmmədquluya  etdiyi  və-
siyyətinə  əməl  olunaraq  Şuşa  şəhərində  dəfn  оlunmuşdur. 
Məşədi Qasımın vəfatından sonra qardaşı Kərbəlayı Əmrah 
Qarabağa gələrək onun uşaqlarını dоğma ata-baba yurdları 
Göyçəyə aparmışdır. 
Məşədi  Qasımın  həyat-fəaliyyəti  haqqında  dövri  mət-
buatda və kitablarda çox yazılmışdır. Onun haqqında hesab 
edirik  ki,  ən  müfəssəl,  doğru  məlumatları  nəvəsi  Xasay 
Zeynalov  “Göyçə  mahalında  1917-1920-ci  illərin  hadisə-
ləri”  məqaləsində
1
  yazmışdır.  Daha  iri  həcmli  məqalə  isə 
Eldar Həsənlinin “Göyçəli sərkərdə Məşədi Qasımın Əsgə-
ran  döyüşü”  adlı  məqaləsidir.
2
  Lakin  müəllif  məqalədəki 
məlumatlarda bəzi təhriflərə yol vermişdir. 
Məşədi Qasımın XX əsrin əvvələrində ermənilərə qar-
şı apardığı mübarizəni həmin əsrin sonlarında onlarla nəvə-
nəticələri də davam etdirdilər. Onlardan nəvəsi Yasif, nəti-
cələri Abbas və Nəbi Qarabağ döyüşlərində şəhidlik zirvə-
sinə ucaldılar.   
Araz Yaquboğlu, 
tədqiqatçı 
                                                 
1
 Xasay Zeynalov, “Göyçəsiz günlərim”, Bakı, “Nurlan”, 2006. 
2
  Eldar  Həsənli,  “Göyçəli  sərkərdə  Məşədi  Qasımın  Əsgəran  döyüşü”, 
“Ədalət” qəzeti, 25 may 2004-cü il. 

Ömrün şəhidlik zirvəsi 
 
 
152 
Hörmətli  oxucular!  Kitabın  sonunda  ulu  sərkərdə 
Məşədi  Qasımın  layiqli  nəvəsi  –  silahı  ilə  deyil,  siyasəti, 
elmi fəaliyyəti, qələmi ilə ermənilərə qarşı  mübarizə apa-
ran  dəyərli  ziyalımız,  professor  Azər  Kərimov  haqqında 
yazdığım “Kəndimizin ilk professoru” adlı məqaləni bura-
da verməyi özümə mənəvi borc bildim. 
Kərimоv Аzər Fəzi оğlu 29 dekabr 1951-ci ildə Qərbi 
Azərbaycanın  Göyçə  mahalının  Basarkeçər  rayonunun 
Daşkənd kəndində el şairi Qəmgin Fəzinin ailəsində anadan 
olub.  1953-cü  ildə  ermənilərin  mənfur  siyasəti  nəticəsində 
doğma  yurddan  ailəsi  ilə  birlikdə  Bərdə  rayonuna  depor-
tasiya olunmuşdur. 
1968-ci  ildə  Bərdə  rayonu  Yeni  Daşkənd  kənd  orta 
məktəbini bitirmişdir. 
1968-ci ildə Azərbaycan Politexnik İnstitutunun İnşaat 
fakültəsinə  qəbul  olmuş  və  1973-cü  ildə  həmin  institutun 
tikintinin  iqtisadiyyatı  ixtisasını  fərqlənmə  diplomu  ilə 
bitirmiş, təhsil aldığı institututda müəllim vəzifəsini tutması 
məsləhət görülmüşdür. 
Moskvada  aspiranturada  təhsil  aldıqdan  sonra  disser-
tasiya  işini  müdafiə  edərək elmlər namizədi  adını alıb. Və 
Bakıya  qayıdaraq  pedaqoji  fəaliyyətini  davam  etdirib. 
Səmərəli  müəllimlik  fəaliyyətinə  görə  Ümumittifaq  Ali 
Attestasiya  Komissiyası  tərəfindən  dosent  elmi  vəzifəsinə 
layiq  görülüb.  Moskvada  elmi  işinin  nəticələrinin  tətbiq 
olunması  üzrə  “Elm  texnika”  sahəsində  Azərbaycan  SSR 
Lenin  Komsomolu  mükafatına  layiq  görülmüşdür.  Qeyd 
edək ki, bu mükafata institutut müəllimi kimi layiq görülən 
yeganə ziyalıdır. 
Azər  Kərimovun  elmi  işinin  əhəmiyyəti  hələ  sovetlər 
dönəmində  xaricilərin  marağını  cəlb  edib  və  1985-1987-ci 
illərdə  Moskva  şəhərində  xarici  dil  kursu  keçdikdən  sonra 

Ömrün şəhidlik zirvəsi 
 
 
153 
1987-ci  ildə  Azərbaycan  SSR  Təhsil  Nazirliyi  və  Xarici 
İşlər Nazirliyinin təqdimatı ilə  müsabiqədə 20 nəfər nami-
zəd  arasında  qalib  gələrək  pedaqoji  fəaliyyətini  davam 
etdirmək  üçün  Çexoslovakiyaya  göndərilib.  Slovakiya 
Texniki Universitetinin rektoru, tanınmış elm xadimi Anton 
Blaje  onun  sənədlərinin  qəbul  olunmasına  xüsusi  diqqət 
ayırıb.  Ona  ayrılan  vaxtın  başa  çatmasına  baxmayaraq 
Çexoslovakiya  Texniki  Universitetinin  rəhbərliyi  SSRİ  tə-
rəfinə Azər Kərimovun daha bir-neçə il bu ölkədə qalması 
xahişi ilə müraciət edib.  
1994-cü  ildə  Slovakiyada  doktorluq  dissertasiyasını 
müdafiə  etmiş,  texnika  elmləri  doktoru  alimlik  adını  al-
mışdır.  Bundan  altı  ay  müddətində  pedaqoji  və  elmi 
fəaliyyətinə, nəşr etdirdiyi kitablara, metodiki göstərişlərə 
görə  professor  vəzifəsinə  layiq  görülmüşdür.  Hazırda 
Çexiya Universitetlərində dərs deyən  yeganə azərbaycanlı 
professordur. 
O,  20  ildən  çoxdur  ki,  (1990-cı  ildən)  Avropada  – 
Çexiya  Respublikasında  119  ildən  artıq  tarixi  olan  qədim 
elm  ocağı  Moraviya  Texniki  Universitetində  professor 
doktor  kimi  müəllimlik  fəaliyyəti  ilə  məşğuldur.  Azərbay-
can  Respublikası  Təhsil  Nazirliyi  və  Xarici  İşlər  Nazir-
liyindən  müsabiqə  yolu  ilə  Avropaya  göndərilən  professor 
Azər  Kərimov  dövlətimizi,  xalqımızı,  elmimizi,  milli-mə-
nəvi dəyərlərimizi Avropada layiqincə təmsil etməklə bəra-
bər son iki  ildə  ona daha böyük etimad göstərilmiş,  Mora-
viya  təhsili,  akademik  senatı  tərəfindən  MDB  dövlətləri 
üzrə  koordinator  vəzifəsinə  seçilmişdir.  Onun  Azərbaycan 
Respublikası  Beynəlxalq  Diaspora  Mərkəzinin  Avropa  nü-
mayəndəliyinin  rəhbəri  kimi  dünya  məkanında,  Avropa 
dövlətlərində  Azərbaycan  diasporunun,  lobbizmin  möh-
kəmlənməsi,  inkişaf  etdirilməsi,  soydaşlarımızın  torpağa 

Ömrün şəhidlik zirvəsi 
 
 
154 
sədaqət,  Vətənə  xidmət  naminə  bir  bayraq  altında  həmrəy 
olmaq  işindəki  xidmətləri  də  təqdirəlayiqdir.  Professor 
Azər  Kərimov  Vətənimizin  prоblеmlərini,  еrmənilərin  iş-
ğаlçılıq  siyаsətini  dünyа  ölkələrinin  nəzərinə  çаtdırmаqlа 
böyük ictimаi-siyаsi fəаllıq göstərir. Gеniş еlmi və ictimаi-
siyаsi  fəаliyyətlə  məşğul  оlub  ölkəmizlə  bаğlı  həqiqətləri 
dünyа  ictimаiyyətinə  çаtdırır.  Bu,  ümummilli  liderimiz 
mərhum  prezident  Heydər  Əliyevin  –  “Vətən  birdir  və  hər 
bir  azərbaycanlı  bu  vətənə  xidmət  etməlidir”  tövsiyəsinin 
əməli  nəticəsi  kimi  qiymətləndirilməlidir.  Onun  altı  dildə 
sərbəst dаnışması da təqdirəlayiq haldır. Çünki avropalı ilə 
onun öz dilində danışmağın əhəmiyyəti danılmaz reallıqdır. 
Dövri  mətbuatda  mütəmadi  məqalələri  çap  olunan 
professor  Azər  Kərimovun  səyi  və  rəhbərliyi  nəticəsində 
1998-ci  ildə  Moraviya  Texniki  Universitetinin  nəzdində 
Çex-Azərbaycan Mədəniyyət Mərkəzi  yaradılmışdır. Bura-
da  çex,  macar,  rus,  polyak,  belarus,  ukraynalı  alimlər  təd-
qiqat işləri aparır, elmi məqalələr yazır və problemləri birgə 
həll edirlər. 
Аzər  Kərimоvun  səyi  nəticəsində  ənənəvi  olaraq  ta-
nınmış şərqşünаslar, аlimlər, siyasətçilər Azərbaycanda sə-
fərdə olmuş, Azərbaycan mədəniyyəti və tarixi ilə yaxından 
tanış  olmuşlar.  Bunlardan  çехiyаlı  prоfеssоrlar  İvаn  Mеz-
nik və Frantişek Çapkanı xüsusilə qeyd etmək olar. 
Professor A.F.Kərimov xaricdə  yaşayan  bir alim, elm 
adamı  kimi  2001-ci  il  9  noyabrdan  keçirilməyə  başlayan 
Dünya azərbaycanlılarının Qurultayının daimi iştirakçısıdır. 
 
Araz Yaquboğlu 

Ömrün şəhidlik zirvəsi 
 
 
155 
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT 
 
1.  Azərbaycan  SSR  Еlmlər  Akadеmiyasının  хəbərləri 
(tariх,  fəlsəfə  və  hüqüq  sеriyası)  №4,  Bakı,  «Еlm»,  1989. 
(baş rеdaktоr: Ziya Bünyadоv
2.  Azər  Kərimov,  “Kimə  deyim  fəryadımı”,  “Vətən  səsi” 
qəzeti, №11(47). 14 mart 1991-ci il. 
3.  Amalya  Qasımova,  “Yollara  boylanma,  ana!”,  “Yeni 
Samux” qəzeti, №01(01), 22 iyul 1992-ci il. 
4. Hidayət Hacıyev, “Ömrün zirvəsi şəhidlikdir”, «Ədalət» 
qəzeti, 8 sentyabr 1992-ci il. 
5.  Azər  Kərimov,  “Əsgər  sülaləsi”  (Atamla  söhbət), 
“Azərbaycan” qəzeti, 15 oktyabr 1992-ci il. 
6.  Azər  Kərimov,  “Son  görüş”,  “Aydınlıq”  qəzeti, 
№13(142). 19 mart 1993-cü il. 
7.  Sənubər  Məmmədova,  “Dərd  üstündən  dərd”,  “And” 
qəzeti, №10(22). 19 mart 1993-cü il. 
8.  Azər  Fəzi,  “Vətən  məni  yetişdirib...”,  “Vətən  səsi” 
qəzeti, 7 may 1993-cü il. 
9. Əziz Ələkbərli, “Qədim türk-oğuz yurdu “Ermənistan””, 
Bakı, “Sabah”, 1994. səh. 174. 
10. Xasay  Zeynalov,  “Kəpəz ona lay-lay deyir”, “Sərhəd” 
qəzeti, 27 iyul 1994-cü il. 
11. Sərraf Şiruyə, “Ağlama bülbül, ağlama”, Gəncə, 1994. 
səh.304-324. 
12.  “Samux  şəhidləri”,  (tərtib  edəni:  Amalya  Qasımova), 
Bakı, “Önər”, 1995. 
13. Qədir Аslаn. “Göyçə şəhidləri”, Bаkı, “İşıq”, 1997. 
14.  İslam  Ələsgər,  “Haqq  aşığı  Ələsgər”,  Bakı,  “Maarif”, 
1999. səh.42. 

Ömrün şəhidlik zirvəsi 
 
 
156 
15.  Əli  Qurban  Dastançı,  “Məşədi  Qasım”,  “Məşədisə 
dastanı” kitabı, Bakı, “Əbilov, Zeynalov və oğulları”, 2000. 
16.  Azərbaycan  Respublikası  Xatirə  Kitabı,  III  cild,  Q 
hərfi, Respublika Xatirə Kitabı Redaksiyası, Bakı, 2001. 
17.  Eldar  Həsənli,  “Göyçəli  sərkərdə  Məşədi  Qasımın 
Əsgəran döyüşü”, “Ədalət” qəzeti, 25 may 2004-cü il. 
18.  Mir  Cəfər,  “Bərdə  şəhidləri”,  Bakı,  “Sabah”,  2005. 
səh.128-129. 
19.  Əli  Qurban  Dastançı,  “İki  Məşədi  Qasım”, 
“Qəhrəmanlıq mücəssəməsi (Dəli Alı dastanı)” kitabı, 
20.  Xasay  Zeynalov,  “Göyçəsiz  günlərim”,  Bakı, 
“Nurlan”, 2006. 
21. Səyyad Şairov“Yaralı Göyçə”, Bakı, “Nurlan”, 2006. 
22. Azərbaycan Respublikası Xatirə Kitabı, VII cild, K, 

(Q...-Qaz.) 
hərfləri, 
Respublika 
Xatirə 
Kitabı 
Redaksiyası, Bakı, 2007. 
23.  Qocaman  Qocamanov,  “Göyçə  mahalında,  Daşkənd 
elində”, Bakı, “Nurlan”, 2007. 
24. Zülfiyyə Şiruyəqızı, “Mən bir sınmış budağam”, Bakı, 
“Nurlan”, 2007. səh.45. 
25.  Fərqanə  Mehrabova,  “Elin  cəsur  oğlu”  “Respublika 
gəncləri” qəzeti, №9(265). 18 mart 2008-ci il. 
26. Аrаz Yаqubоğlu, “Dаşkənd aşıqlаrı və şаirləri”, Bаkı, 
“Nurlan”, 2008. 
27.  Sərraf  Şiruyə,  “Seçilmiş  əsərləri”  II  cild,  Bakı, 
“Nurlan”, 2008. səh.303-329. 
28.  Sərraf  Şiruyə,  “Göyçədən  gələn  səslər”,  Bakı, 
“Nurlan”, 2008. 
29.  Xasay  Zeynalov,  “Vətən  həsrətində,  el  firqətində”, 
Bakı, “Hərbi Nəşriyyat”, 2009. 

Ömrün şəhidlik zirvəsi 
 
 
157 
30.  Füzuli  Rаmаzаnоğlu.  “Bu  dа  bir  tаlеdir”,  Bаkı, 
«Nurlаn», 2009.  
31.  Azərbaycan  Respublikası  Xatirə  Kitabı,  IX  cild, 
M(M...-Məmmədov  L.),  Respublika  Xatirə  Kitabı  Redak-
siyası, Bakı, 2009. səh.256. 
32.  Aqşin  Hacızadə,  “Tanrı  bizi  bağışlamaz”,  Bakı,  “Elm 
və təhsil”, 2010. səh.33. 
33.  Sənubər  Fəziqızı,  “Şəhid  olmaq  istəyirəm,  ay  ana!” 
“Press-Media” qəzeti, №13(137). 26 fevral 2010-cu il. 
34.  Kənan  Məmmədov,  “Şəhid  ruhu  yad  edildi”  (“Biz 
şəhid  olduq  ki,  vətən  yaşasın”).  “Press-Media”  qəzeti, 
№14(138). 12 aprel 2010-cu il. 
35. Fərqanə Nürəddinqızı, “Onlar şəhidlik zirvəsinə ucal-
dılar”. “Göyçənin səsi” qəzeti, №1 (01). 11 aprel 2011-ci il. 
36.  Azərbaycan  Respublikası  Xatirə  Kitabı,  XI  cild, 
“Respublika  Xatirə  Kitabı  Redaksiyası”.  Bakı,  2011. 
səh.641-647. 
37.  Araz  Yaquboğlu,  “Laçın  vüqarlı  Yasif”,  “Dünya” 
qəzeti, №39-40, 2012-ci il. 
38.  www.аz.wikipеdiа.оrg  sаytındа  “Məşədi  Qasım”, 
“Yasif  Kərimov”,  “Abbas  Qasımov”,  “Nəbi  Zeynalov”, 
“Ziyafət  Balıyev”,  “Mehdi  Məhərrəmov”,  “Rəsul  İlyasov” 
məqalələri. 
 
 
 
 
 

Ömrün şəhidlik zirvəsi 
 
 
158 
MÜNDƏRİCAT 
 
Vətənin şəhid oğulları (Atamla söhbət) ........................ 3 
Şəhid olmaq istəyirəm, ay ana! ..................................... 6 
Taleyinə şəhidlik qismət olan qardaşım ........................ 10 
Ömrün zirvəsi şəhidlikdir .............................................. 14 
Laçın vüqarlı Yasif ........................................................ 16 
Əbədiyaşar qəhrəman .................................................... 18 
Qorxmazlığını hamı bilirdi ............................................ 20 
Dərd üstündən dərd ....................................................... 22 
Qeyrətli oğul idi ............................................................ 23 
Cəsur döyüşçü ............................................................... 26 
Yasif Kərimovu xatırlarkən........................................... 29 
Son görüş ....................................................................... 30 
Şəhid ruhu yad edildi .................................................... 31 
Elin cəsur oğlu ............................................................... 33 
Kərimov Yasif Fəzi oğlu ............................................... 34 
Onlar şəhidlik zirvəsinə ucaldılar.................................. 35 
Qarabağ qaziləri ilə görüş ............................................. 40 
Ay Ana .......................................................................... 47 
Unudulmaz igidim ......................................................... 48 
Qardaş itirmişəm mənə toxunma .................................. 50 
Yasifin ad gününə ......................................................... 51 
Bu qara torpaq ............................................................... 52 
Ağlama, ağlama, şəhid anası ......................................... 53 
Vətən vurğunu (poema) ................................................. 54 
İki Məşədi Qasım .......................................................... 72 
Məşədi Qasımın iki şəhid nəticəsi................................. 79 
Ay Nəbi ......................................................................... 82 
Kəpəz ona lay-lay deyir ................................................ 83 

Ömrün şəhidlik zirvəsi 
 
 
159 
Yollara boylanma, Ana! ................................................ 84 
Qasımov Abbas Talıb oğlu............................................ 86 
Rəsullu şəhidlərindən üçü ............................................. 87 
Şəhid qəbirləri ............................................................... 90 
Dönüb igidlər ................................................................ 93 
Sizə laylay çəkəmmirəm ............................................... 94 
Vədəsiz .......................................................................... 96 
Şəhidlər.......................................................................... 97 
Rəsullular II Dünya Müharibəsində .............................. 98 
Fəzi Məşədi Qasım oğlu ................................................ 102 
 
Şəhid Yasif Kərimovun babası igid el qəhramanı 
Məşədi Qasım haqqında 
Kimə deyim fəryadımı .................................................. 104 
Göyçə mahalında 1917-1920-ci illərin hadisələri ......... 108 
Ay baba ......................................................................... 115 
Göyçəli sərkərdə Məşədi Qasımın Əsgəran döyüşü ..... 116 
Məşədi Qasım haqqında ................................................ 126 
Məşədi Qasım Əsgəranda ............................................. 128 
Məşədi Qasım ................................................................ 129 
Qəhrəmanlıq mücəssəməsi ............................................ 131 
Yurd yeri (poemadan bir parça) .................................... 133 
Aşıq Nəcəf dastanı (ixtisarla) ........................................ 137 
Adı dastanlaşan el qəhrəmanı........................................ 146 
Kəndimizin ilk professoru ............................................. 152 
İstfadə edilmiş ədəbiyyat ............................................... 155 
 
 
 
 

Ömrün şəhidlik zirvəsi 
 
 
160 
  
ÖMRÜN ŞƏHİDLİK ZİRVƏSİ 
 
Bakı, “Elm və təhsil”, 2012. - 160 səh. 
 
 
 
“Elm və təhsil” nəşriyyatının direktoru:  
professor Nadir MƏMMƏDLİ 
 
Kompyuter və dizayn:  
Araz Yaquboğlu, 
Zaur Osmanov 
Korrektor: 
Mütəllim Həsənov 
Operator: 
Cəlal Arifoğlu 
 
 
Yığılmağa verilmişdir: 03.03.2012 
Çapa imzalanmışdır: 15.09.2012 
Şərti çap vərəqi: 10 ç.v., Sifariş №113 
Kağız formatı: 60x84, 1/16. Tiraj: 500 
Kitab “Elm və təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində  
hazır diapozitivlərdən çap olunmuşdur. 
E-mail: elm_ve_tehsil@box.az 
Tel: (+99412) 497-16-32, (+99450) 311-41-89 
Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4 
 

Yüklə 8,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin