Məşədi Qasım oğlu 1905-ci ildə Göyçə mahalınının Basar-
keçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Sayad
Kərimov yaxşı atıcı olduğuna görə 1920-ci illərdə yaran-
maqda olan Ağdam milis idarəsinə işə qəbul edilmişdir.
Məşədi Qasımın vəfatından sonra onun uşaqlarını qardaşı
Kərbəlayi Əmrah Qarabağa gələrək dоğma ata-baba yurd-
ları olan Göyçəyə aparmışdır.
1941-ci ildə Sayad Kərimov Basarkeçər RHK-dan or-
duya çağırılmışdır. Müharibədən sonra ordudan tərxis olun-
muş, 1953-cü ildə ermənilərin deportasiya siyasəti nəti-
cəsində qardaş-bacıları, yaxın qohumları və həmkəndliləri
ilə birlikdə Bərdə rayonuna köçürülmüşdür.
Sayad Kərimov 1955-ci ildə Göyçəyə qohumlarının
yas mərasiminə gedərkən Kəlbəcər rayonunda avtomobil
qəzasında həlak olmuş və doğulduğu Basarkeçər rayonu-
nun Daşkənd kəndində dəfn olunmuşdur.
Fəzi Kərimovun bibisi Baharın oğlu və həm də bacısı
Narının həyat yoldaşı Kazımov İsrafil Kərbəlayi Zeynal
oğlu 1896-cı ildə Göyçə mahalının Basarkeçər rayonunun
Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan Bö-
yük Vətən Müharibəsinə çağırılmışdır. 60-cı atıcı briqada-
nın atıcısı olan qızıl əsgər İsrafil Kazımov 1943-cü ilin 30
aprelində döyüşdə həlak olmuşdur. O, Krasnodar vilayəti
Krım rayonu Neberdjayev stansiyasının 4,5 km şərqində
dəfn edilmişdir.
Allah Vətən uğrunda canını fəda edənlərə rəhmət
eləsin!
Ömrün şəhidlik zirvəsi
104
ŞƏHİD YASİF KƏRİMOVUN BABASI
İGİD EL QƏHRƏMANI
MƏŞƏDİ QASIM HAQQINDA
KİMƏ DEYİM FƏRYADIMI
Dədə Ələsgər, Aşıq Nəcəf, Aşıq Əsəd, Növrəs İman,
Usta Abdulla kimi misilsiz saz və söz ustadlarının vətəni
Göyçə mahalı olmuşdur. Bu səfalı yerə inqilabdan əvvəl və
sonra ermənilər köçmüş, elə həmin vaxtlardan da hərc-
mərclik, münaqişə yaratmağa çalışmışlar.
Bilərəkdən təxribatçılıq edən mənfur erməni millətçi-
ləri burada yerli azərbaycanlılara göz verib işıq verməmiş,
onları təqiblərə məruz qoymuşlar. Erməni quldurları Göyçə
mahalına sahib olmaq həsrətini çəkirdilər.
Hələ 1918–1919-cu illərdə milli ixtilaf dövründə Ana
torpağı qorumaq məqsədi ilə Göyçə mahalının igid oğulları
silaha sarılaraq düşmən təcavüzlərinə əzmlə müqavimət
göstəriblər.
Bu döyüşlərdə igidlik göstərən xalqımızın qeyrətli
oğullarından biri Daşkəndli Məşədi Qasım Hacı Kərim
oğlu olmuşdur. (Bax: Azərbaycan SSR ЕA хəbərləri, №4,
1989. s.87,91)
Məşədi Qasım dəfələrlə Bakıya, N.Nərimanova teleq-
ram vurub erməni quldur dəstələrinin Azərbaycan kəndləri-
ni yandırıb, sakinləri olmazın əzab-əziyyətlərə düçar etmə-
si, dəhşətli qırğınlar törətməsi barədə məlumat vermiş, on-
dan kömək istəmişdir.
Ömrün şəhidlik zirvəsi
105
Göyçə münaqişəsində ingilislərə arxalanan erməni
daşnakları dinc əhaliyə divan tutmuş, çoxlu insan tələfat-
larına səbəb olmuşlar. Belə bir çətin məqamda ölümü
Vətən ayrılığından üstün tutan Məşədi Qasım qan düşməni
olan Daşkəndli həmkəndlisi İdris Kalvayı Rüstəm oğlunu
Vətənin, torpağın köməyinə, müdafiəsinə çağırmışdır.
Erməni cəlladlarının Daşkənd kəndinə olan hücumları
zamanı Məşədi Qasım bir neçə igidlə birlikdə günlərcə ac-
susuz müqavimət göstərmişdir.
Daşnaq Selikovun quldur dəstəsi kəndi talamış, Məşə-
di Qasımın Daşkənddəki var-dövlətini də dağıtmış, hətta
onun tutulması məqsədi ilə çoxlu qızıl mükafatı ayırmışdı.
Belə ağır məqamda Məşədi Qasım Şuşalı Axund
Məmmədqulu tərəfindən Laçınlı Sultan bəyin məktubunu
almışdır. Bu məktubda onu Qarabağa, azərbaycanlıların kö-
məyinə dəvət edirdilər. Beləliklə, Məşədi Qasım öz yaxın
qohumu Ziyadla Əsgərana – Malıbəyli kəndinin köməyinə
gəlmiş, 14 gün mühasirədə olmasına baxmayaraq, igidliklə
atışmışdır. Həmin döyüşün şahidi olan yaşlı adamların
söylədiklərinə görə, onun bir gülləsi belə boşa çıxmamış, 7
nəfər patron daşıyanı olmuşdur.
Sonralar Məşədi Qasım Ağdam rayonunun Əhmə-
dəvar kəndində Hacı Zeynalın evində qalmışdır. Həmin
müddətdə Xocalı kəndi ona bağışlanmışdır. O, bu təklifə
razı olmamış, xidmətə görə dəvət olunduğu Ağdam rayonu
milis şöbəsində dəvət olunduğu vəzifəyə igidlikdə ad qa-
zanmış böyük oğlu Sayadı məsləhət bilmişdir.
Aranın ağır təbiətinə, böyüyüb boya-başa çatdığı doğ-
ma torpağın ayrılığına tap gətirə bilməyən Məşədi Qasım
Əhmədəvar kəndində ömrünün son günlərini yaşamış, öz
vəsiyyəti ilə Şuşalı olan köhnə dostu Axund Məmmədqulu-
nun evində axirət dünyasına köçmüşdür.
Ömrün şəhidlik zirvəsi
106
Hazırda həmin kənddə kənd camaatının dərin hör-
mətini qazanmış böyük qızı mərhum Məleykənin çoxlu
nəvə-nəticəsi yaşayır.
Atası barədə eşitdiklərini, o vaxtkı hadisələri güclə
xatırlayan yeganə oğlu, el ağsaqqalı, hazırda Bərdə rayonu
Yeni Daşkənd kəndində yaşayan çoxlu övlad, nəvə-nəticə
tərbiyə edən, böyüdüb boya-başa çatdıran, Böyük Vətən
müharibəsi əlili Kərimov Fəzi Qasım oğlu, qəddar erməni
quldurlarının Göyçə mahalının camaatına qarşı etdikləri
vəhşiliklərdən birini belə xatırlayır: Göyçə toy mərasim-
lərinin birində silahlı erməni quldurları tərəfindən əsir tutu-
lan sevimli el aşığı Aşıq Nəcəf onların təkidi ilə 2 gün ac-
susuz çalıb-oxumuş, ələ salınmışdır. Buna dözməyən pol-
kovnik Selikovun arvadı məclislərin birində irəli çıxıb aşığı
müdafiə etmiş, qudurğan daşnak zabitlərinin hərəkətlərinə
etirazını bildirmiş, hətta aşığı yıxıb təpikləyən, yekəpər
daşnak kapitanını sillə ilə vurmuş, üstünə qışqırmışdır.
Arvadının bu hərəkətinə dözməyən Selikov ordaca onu
güllə ilə öldürmüşdür. Bu əhvalatdan sonra Aşıq Nəcəf Ça-
xırlı kəndi ilə Basarkeçər (hazırkı Vardenis rayonu) ara-
sında olan Kül təpəsinin üstündə kürəyinə qaynayan samo-
var bağlanaraq ağır işgəncə ilə qətlə yetirilmişdir.
Əsir düşərkən heç bir köməyə gümanı olmayan Aşıq
Nəcəfin son məqamda söylədiyi “Bir xəbər gətir” şeirində
Məşədi Qasımı haraya çağırması onun igidliyinə bir daha
sübutdur:
Könül quşu uç get ana Vətənə,
Mənə o yerlərdən bir xəbər gətir.
Əhvalımı yetir nər igidlərə,
Qasımı, Ziyadı bir təhər gətir.
Ömrün şəhidlik zirvəsi
107
Görən nələr çəkir çarəsiz ana,
Deginən ömrü getdi bəd fəna,
Qoy düşmən gülləsi dəyməsin mana,
Daşkənddən içməyə tez zəhər gərir.
Samovarı bağladılar belimə,
Məşədi Qasım, nəriskardır elimə,
Bari ilahi əlin yetir əlimə,
Qohumdan, qardaşdan bir xəbər gətir.
Mən bilmədim polkovnikin adını,
Güllə ilə vurdu öz arvadını,
Kimə deyim fəryadımı, dadımı,
Qardaşdan, sirdaşdan bir xəbər gətir.
Nəcəf deyər, harda qaldı Gülüstan,
Şəmsəddin, Şəmistan, Mikayıl, Asdan,
İsmayıl körpədi çıxmadı yasdan,
İlahi üzünə xoş səhər gətir.
Vaxt gələcək xalqımızın haqq işi qalib gələcəkdir.
Qoy həmvətənlərimiz, igid babaların adlarını daşıyan
balalar, doğma torpağın qorunması üçün vətənə vurğunluq,
yurda bağlılıq ruhunda böyüsünlər.
Babalardan yadigar müqəddəs ana torpağın hər bir
qarışını düşməndən qorusunlar.
Azər Kərimov
“Vətən səsi” qəzeti,
№11(47). 14 mart 1991-ci il.
Ömrün şəhidlik zirvəsi
108
GÖYÇƏ MAHALINDA
1917-1920-Cİ İLLƏRİN HADİSƏLƏRİ
Böyük Ermənistan dövləti yaratmaq xülyasında olan,
1893-cü ildə yaranmış, millətçi “daşnak” (“Daşnaksutyun”)
partiyasının başçılığı altında erməni cəlladları, XX əsrin
əvvəllərində 1905, 1914-1915, 1917-1919, 1918-1920-ci
illərdə Zəngəzur, Zəngibasar və Göyçə mahallarına hücum
etmiş, qanlı faciələr törətmişlər. I Dünya Müharibəsi illə-
rindəki (1914-1918) vəziyyətdən istifadə edən erməni cəl-
ladı, qaniçən Andronik Uzunyanın şəxsi heyəti daşnak-
lardan və müsəlman, türk, azərbaycanlılara düşmən xaçpə-
rəst ermənilərdən ibarət nizami ordusu məkrli siyasətə xid-
mət edən bir neçə polkovnikin rəhbərliyi ilə Göyçə ma-
halına hücum edir. Ordunun bir hissəsi Göyçə gölünün şi-
mal, digər hissəsi isə cənub sahili ilə qərbdən şərqə doğru
hərəkət edir. Kəndlərdə bir neçə dəfə güclü müqavimətə
rast gəlir və bir neçə ay Göyçə mahalının Basarkeçər rayo-
nuna ayaq basa bilmir.
Yaşlı ağsaqqalların eşitdiklərinə və söylədiklərinə gö-
rə Göyçə gölünün cənubunda yerləşən Ağzıbir (Hacı Mu-
ğan) və Ağqala kənd sakinləri Kəvər rayonunda Mir Məcid
ağanın köməyi ilə Ağqalalı Vəli, Musa və İsa qardaşlarının
təşkil etdiyi döyüşçü dəstələri düşmənin irəliyə doğru hərə-
kətinin qarşısını almış və məğlubiyyətə uğratmışdılar.
1919-cu ilin əvvəllərində öz çirkin niyyətlərini həyata
keçirmək üçün daşnak ordusu güclü silahlarla silahlanaraq,
Göyçə gölünün cənub sahillərini işğal edib, Qaranlıq (Mar-
tuni) rayonu ərazisində, Gözəldərə ətrafında güclü müqa-
vimətə rast gəlirlər. Gözəldərə (Vartenik) və Çamırlı kənd-
ləri ətrafındakı vuruşmalara Basarkeçər rayonunun böyük
kəndlərindən Zod, Nərimanlı, Şişqaya, Daşkənd və s. könül-
Ömrün şəhidlik zirvəsi
109
lü dəstələr təşkil olunub göndərilir. Daşkənddən təşkil olun-
muş könüllü dəstələr, ana babam Məşədi Qasım Hacı Kərim
oğlunun və İdris Süleymanovun başçılığı ilə köməyə gedir.
Bu bir həqiqətdir ki, Çamırlı döyüşlərində xeyli yara-
lananlar olur. Daşkəndin Qızıl Hacılı tayfasından olan Sü-
leymanov Əliş Sevdalı Hüseyn oğlu həlak olur. Onu gətirib
Daşkəndin qəbristanlığında dəfn edirlər.
1919-cu ilin əvvəlində gölün şimal tərəfi ilə Basar-
sakeçərə tərəf hərəkət edən erməni ordusu Toğluca, Cil,
Ardanış kəndlərində ağır itkilərə məruz qalır. Ardanışdan
igid və cəsur Məşədi Hümbətin, Toğlucadan Cığal Həsən
və Topal Orucun könüllü dəstələri daşnak ordusuna ağır
zərbələr endirir, lakin, təpədən dırnağa qədər silahlanmış
ermənilər Göyçə gölünün hər iki sahilində yaşayan azər-
baycanlılara divan tutur, varını, sərvətini talan edir, kənd-
ləri talayıb Basarkeçər rayonu ərazisinə daxil olurlar.
Şişqaya kəndində daşnak cəlladları qarşılarına çıxan
azərbaycanlıları Kor Tanrıverdi adlı varlı bir şəxsin mal töv-
ləsinə doldurub, od vurub yandırmaq, tüstü ilə boğmaq kimi
işgəncələrlə məhv etmək istəyirlər. Ermənilər tövlənin ətra-
fında gözətçilər qoyurlar. Deyilənlərə görə Daşkənd sakin-
lərindən Molla Abuzəri, onun əmisi oğlu Hasanqulunu və
mahir saz və söz ustası, aşıq sənətinin görkəmli dahilərindən
biri, oxuyanda 20-30-luq çıraqları məlahətli səsi ilə söndür-
məyə qadir olan Aşıq Ələsgərin sevimli şəyirdi Aşıq Nəcəfi
də Şişqayada həmin tövləyə salırlar. Hasanqulu kişi bu
hiyləni başa düşüb, fürsət tapıb tövlənin qaranlıq bir yerində
pərdiləri sındırıb deşik açır və Molla Abuzəri də çıxarıb
qaçır. Hasanqulu kişi qoçaq imiş, həm də qaçaq olubmuş.
Bu zaman gözətçilər onları görüb tutmaq istəyəndə Hasan-
qulu kişi cibindən qızıl pulları çıxarıb səpir, gözətçilər ton-
Ömrün şəhidlik zirvəsi
110
qalın işığında pulları görüb yığanda onlar qaçıb canlarını
qurtarırlar. Bunlar qaçanda Aşıq Nəcəfə əlləri çatmır.
Tövlə qaranlıq olduğundan və onlar qaçanda Aşıq Nə-
cəf yanıqlı-yanıqlı oxuduğundan çıxıb qaçmasına imkan ol-
mur. Aşıq Nəcəfin yaxşı oxumağını görəndə tövləyə od ve-
rən daşnaklar onu oradan çıxarıb Qızılbulaq (Çaxırlı) kən-
dinə aparırlar. Orada onu bir neçə gün oxutduqdan sonra
öldürməyi qərara alırlar. Tövləyə od verib yüzlərlə azər-
baycanlını işgəncələrlə məhv edirlər. Bu faciənin həqiqət
olduğunu Molla Abuzər və eşidənlər dəfələrlə söyləmişlər.
Molla Abuzər 1956-cı ildə Bərdə rayonunun Yeni Daşkənd
kəndində vəfat etmişdir.
Bu hadisələri Hatəm səxalı, el-oba qədri bilən Zod
kəndinin adlı-sanlı sakini Səməd ağa eşidir. Göyçə maha-
lının böyük kəndlərindən olan cəsur, təmkinli, müdrik ağ-
saqqalları Zod kəndinə çağırtdıraraq daşnaklara qarşı tədbir
görmək və məsləhətləşib mübarizə aparmağı qərara alır.
Daşnaklar isə işğal etdikləri kəndləri talan edir, öz
köhlən atlarına arpa toplayaraq Zoda doğru irəliləyir.
Səməd ağanın çağırışına cavab olaraq Zodlu Məşədi Məcid,
Qaraimandan Məşədi İsə, Daşkənddən Məşədi Qasım, Hacı
Rəhim, Tağının oğlu Məhərrəm, Kərbəlayi Zeynal, Nəri-
manlıdan Məşədi Mehdinin başçılığı ilə nümayəndələr, ta-
nınmış şəxsiyyətlər Zod kəndinə yığılıb məsləhətləşirlər.
Bu zaman daşnak ordusunun bir komandiri, Andronik
Uzunyanın silahdaşı polkovnik Sulikov öz dəstəsi ilə Zoda
daxil olmaq istədikdə güclü müqavimətə məruz qalır. Suli-
kovu Yusif adlı bir Zodlu vurub yaralayır. Sulikovda iki ta-
pança varmış, onun biri əlindən düşüb irəli atılır. İkinci ta-
pança ilə o da iki Zodlunu vurur. Həmin anda Daşkəndli
Hacı Rəhim Sulikovun başını kəsir.
Ömrün şəhidlik zirvəsi
111
Sulikov öldürüldükdən sonra daşnak dəstələri Zoddan
qaçıb Qızılbulaq (Çaxırlı) kəndində başqa bir polkovnikin
yanında toplaşırlar. Deyilənlərə görə Daşkəndli Aşıq
Nəcəfi Şişqayadan Qızılbulağa gətirib, həmin kənd sakini
Böyük Ağanın tikdirdiyi böyük bir otaqda bir neçə gün
oxutduqdan sonra daşnaklar tarixdə görünməyən amansız-
lıqla, işgəncə verməklə, yəni belinə qaynar samovar bağla-
yıb öldürmüşlər. Bu hadisələrin həqiqət olduğunu dillərdə
əzbər olan Aşıq Nəcəfin bir neçə şeiri, o cümlədən onun
“Bir xəbər gətir” adlı qoşması da təsdiq edir. Həmin qoş-
manı olduğu kimi Sizə təqdim edirəm.
Könül quşu, uç get Ana Vətənə,
Elimdən, obamdan bir xəbər gətir!
Əhvalımı yetir nər igidlərə
Qohumdan, qardaşdan bir xəbər gətir!
Əzizinəm hər aylar,
Hər həftələr, hər aylar.
Başım cəllad əlində
Dilim sizi haraylar.
Kimə qılım, fəryadımın dadını,
Mən bilmədim polkovnikin adını.
Bu insafsız vurdu öz arvadını
Yoldaşdan, sirdaşdan bir xəbər gətir!
Əzizinəm ələ bax,
Əmələ bax, ələ bax,
Zülm edən, qanlar tökən
O insafsız ələ bax.
Ömrün şəhidlik zirvəsi
112
Qaynar samovar bağladılar belimə,
Məşədi Qasım pəliskardı elimə,
Barilahim əlin yetir əlimə
İdrisdən, Ziyaddan bir xəbər gətir.
Yox aşıq minən gələ,
Düşmüşəm min əngələ.
Dərdimin bu vaxtında
Düldülü minən gələ.
Görsən nalə çəkir uğursuz ana,
Deginənki, ömrüm gedir bəd fəna.
Düşmənin gülləsi dəyməsin mənə,
Daşkənddən içməyə bir zəhər gətir.
Mən aşıq ay azaldı,
Gün keçdi, ay azaldı.
Qəddar əlinə düşdüm
Ömrüm də ay azaldı.
Nəcəf deyər, harda qaldı Gülüstan,
Şəmiddin, Şəmistan, Mikayıl, Astan,
İsmayıl körpəydi, çıxmadı yasdan
İlahi, mənə bir xoş xəbər gətir.
Əzizinəm gəmi gəldi,
Dəryadan gəmi gəldi.
Üzündən öpəmmədim
Ayrılıq dəmi gəldi.
Ömrün şəhidlik zirvəsi
113
Gülüstan Aşıq Nəcəfin ömür-gün yoldaşı, Şəmiddin,
Şəmistan, Mikayıl, Aslan və İsmayıl isə oğlanları imiş.
Qızılbulaqda erməni ordusuna Andronikin əmri ilə
yeni güclü qüvvələr göndərilir, həm də zəmanəyə görə
güclü silah olan top əldə edirlər. Daşnaklar Daşkənd kən-
dini hədəfə tuturlar. Bu zaman Məşədi Qasımın başçılığı ilə
Süleymanov İdris Kərbəlayi Rüstəm oğlu, Babayev Ziyad
və Koralların Vəlisi Daşkənd sakinlərini qorumaq üçün
təsəvvür edilməz dərəcədə şücaət göstərirlər. Kəndin qər-
bində Oyuqlu təpəsində və Dəmyədə səngər qazıb kəndi
müdafiə edirlər.
Bunları gözü ilə görən yaşlı kişilərin dediyinə görə
Oyuqlu təpəsində topun gülləsi Məşədi Qasımın atını öldü-
rür. Məsafə qismən uzaq olduğundan bunların atdığı güllə-
lər topla silahlanmış erməni ordusuna çatmır. Ermənilər
topla fasiləsiz həmlələr endirirlər. Səngərin torpağı bunların
üstünə uçur. Fürsətdən istifadə edib Məşədi Qasım İdrisin
atına minib oradan qaçaraq kəndin şərqində “Səngər təpəsi”
və “Uzun güneydə” səngər qazıb ermənilərə cavab atəşi
açırlar və kəndin camaatını xilas edirlər. Bir müddətdən
sonra Daşkəndin sakinləri həmin dağılmış səngərlərdən
“Beşatılan” tüfəngin patronlarını, gilizlərini, daraqlarını və
top güllələrini tapmışdılar. Bunlara baxmayaraq Göyçə ma-
halı güclü, nizamlı daşnak ordusu tərəfindən işğal edilir.
1919-cu ilin aprel ayının 15–20-də pis hava şəraitində
Daşkəndlilər “Tərsə”, “Keyti” dağlarından aşıb Kəlbəcər
rayonunun kəndlərində pənahlanırlar. Bu hadisələr zamanı
onlarla qoca, qadın və uşaq həlak olur. Göyçə mahalı işğal
olandan sonra Məşədi Qasım eşidir ki, Andronik öz ordusu
ilə Qarabağa hücum edir. Bu hücuma qarşı Laçınlı Sultan
bəy mübarizə aparır. Məşədi Qasım Kəlbəcərdən Sultan
Ömrün şəhidlik zirvəsi
114
bəyin yanına gedir. Göyçədə baş verən faciəli hadisələri
Sultan bəyə söyləyir. Sultan bəy Məşədi Qasımın ağıl və
şücaətini görüb, özü ilə daşnaklara qarşı vuruşmağını məs-
ləhət bilir. Qarabağda daşnak ordusu məğlubiyyətə uğra-
yaraq Andronik oradan qaçandan sonra Sultan bəy quber-
nator vəzifəsində işləyən qardaşı Xosrov bəylə məsləhət-
ləşib Ağdam rayonunda, Xocalı ətrafında bir kənddə Mə-
şədi Qasıma yer verir və o kəndin idarə olunmasını ona tap-
şırır. Məşədi Qasım burada yaşamalı olur. Onun qızı
Məleykə xanım orada Əşrəf bəy adlı bir şəxslə evlənir.
Onun iki oğlu Knyaz və Sahib, iki qızı Dilşad və Hamar
adlı övladları olur. Məleykə xanımın Hamardan olan nəvə-
ləri indi də yaşayırlar. 1993-cü ildə məcburi qaçqın düşərək
Mingəçevir şəhərində məskunlaşırlar. Onlar son vaxtlar
Ağdamın Əhmədavar kəndində yaşayırmışlar. Məşədi Qa-
sım və həyat yoldaşı Ceyran xanım deyilənə görə 1920-ci
ildə orada dünyasını dəyişirlər. Ondan sonra Məşədi Qası-
mın iki oğlu Sayad və Qəmgin Fəzi və bir qızı orada qalır.
1921-ci ildə Göyçəlilər və o cümlədən Daşkəndlilər öz doğ-
ma yurdlarına, Göyçəyə qayıdırlar. Məşədi Qasımın yetim
qalmış uşaqlarını qardaşı Kərbəlayi Əmrah və kürəkəni
Kərbəlayi Zeynal Qarabağdan Göyçəyə gətirir. Onların ata-
larının doğma ocağında böyüməsinə və yaşamasına şərait
yaradırlar.
İndi Məşədi Qasımın kiçik oğlu Fəzinin övladları
Bərdə rayonunun Yeni Daşkənd kəndində və Bakı şəhərin-
də yaşayırlar.
Xasay Zeynalov
“Göyçəsiz günlərim” kitabı,
Bakı, “Nurlan”, 2006
Ömrün şəhidlik zirvəsi
115
AY BABA
XX əsrin əvvəllərində daşnaklara qarşı məharətlə
vuruşan babam Məşədi Qasımın xatirəsinə
Haqq səni yaratdı cəsur bir insan
Gecəni gündüzə qatdın, ay baba.
Elinə, obana hey həyan olub
Nə qədər səngərdə yatdın, ay baba.
Şahiddi “Oyuqlu”, “Səngər təpəsi”,
İdris, Ziyad, Koralların Vəlisi,
Atını öldürüb topun gülləsi
Dizədək torpağa batdın, ay baba.
Gecə-gündüz köhlən atınla getdin,
Şəhri Xorasana bir səhər yetdin,
İmami Rzanı ziyarət etdin
Arzu, amalına çatdın, ay baba.
Vüqarlı dağlardan ilhamın aldın,
Şücaət göstərdin, eldə ucaldın,
Şərəflə Məşədi adını aldın
Parlaq günəşiydin, batdın, ay baba.
Xasayam, yaxşını pisdən seylədin,
Daşnakları dağa-daşa teylədin,
Sultan bəylə sadiq dostluq eylədin.
Dəyişdin dünyanı, getdin, ay baba.
Xasay Zeynalov
“Göyçəsiz günlərim” kitabı,
Bakı, “Nurlan”, 2006
Ömrün şəhidlik zirvəsi
116
GÖYÇƏLİ SƏRKƏRDƏ MƏŞƏDİ
QASIMIN ƏSGƏRAN DÖYÜŞÜ
Təkcə tarixi ərazi kimi deyil, qədim oğuz yurdunun
həyata bəxş etdiyi Allah vergisi qədər müqəddəs olan ulu
Göyçənin ürəyi sayılan, zamanın sərt sınaqlarına sinə gə-
rən, öz igidləri, ərənləri, qeyrətli oğulları ilə diqqəti daha
çox cəlb edən, tarixi ensiklopediya qədər geniş olan, Əmir
Teymur kimi məşhur bir fatehin nəzərindən yayınmayıb,
onun tərəfindən adı tarixə həkk olunan ulu Daşkənd əsrlər
boyu mahalda, eldə sayılıb seçilən bir cənnətməkan olmuş-
dur. Bununla bahəm o, tarix qarşısında heç də borclu qal-
mayıb. Ona dağ vüqarlı, pəhləvan cüssəli, Savalan duruşlu,
Qoşqar əzəmətli Məşədi Qasım, Hacı Rəhim, Qaçaq İdris,
Nağı bəy, Koroğlu Məhəmməd, Vəli, Ziyad kimi ərənlər,
igidlər bəxş etmişdir.
Günəş qədər möhtəşəm, ocaq kimi müqəddəs olan bu
kənd Məşədi Qasım kimi bir azmanı bəxş etməklə ürəklərə
istilik, damardakı qanlara qeyrət, iradələrə bir möhkəmlik
gətirmişdir. Haqqında söhbət açacağımız qeyri-adi insan,
mərd, cəsur, qorxmaz, qeyrət və namus təcəssümü olan
Məşədi Qasım bu kəndin, bu məkanın ərsəyə gətirdiyi
əvəzolunmaz tarixi bir şəxsiyyəti olubdur.
Rəsilli nəslindən olan Məşədi Qasım Hacı Kərim oğlu
1860-cı ildə Daşkənd kəndində dindar ailədə həyata göz aç-
mışdır. Hələ uşaqlıq illərində onun davranışında, hərəkət-
lərində xüsusi əlamətlər duyulurdu. Həyata açıq gözlə ba-
xan, uşaq ikən cəldliyi, at minməyi, öz tay-tuşları ilə gü-
ləşməyi, qılınc oynatmağı, quşu göydə güllə ilə gözündən
vurmağı onun qeyri-adi olmağının xüsusi təzahürləri idi.
Ömrün şəhidlik zirvəsi
117
İllər bir-birini əvəz etdikcə Məşədi Qasım daha da
püxtələşirdi, həqiqi mənada həyatda bişirdi. O, xalqın doğ-
masına, istəklisinə çevrilir, ürəklərdə yurd-yuva salırdı.
Həyatda baş verən olaylar onun maraq dairəsini daha
da genişləndirirdi. Az keçmir ki, müqəddəs sandığımız
Allah evinə ziyarət onun qəlbinə, duyğusuna siraət edir.
Çox güman ki, imkanlı dindar bir ailədə onun ziyarətə get-
məməsi mümkün deyildi. Ona görə də böyük bir həvəslə
İranın Məşhəd şəhərinə gedərək oranı ziyarət edib hörmətli,
kamallı bir məşədi kimi doğma Daşkəndinə qayıdır və
Məşədi kimi sorağı bütün mahallara yayılır. Kasıblara,
əlsiz-ayaqsızlara Hatəm səxavətilə kimliyindən asılı olma-
yaraq hamıya kömək durur. Həm məşədi kimi, həm böyük
yenilməz bir igid kimi Məşədi Qasımın adı ətraf mahallara,
kəndlərə ildırım sürətilə yayılır. Ulu Göyçənin ən qeyrətli,
ən yenilməz, mərd, mübariz oğullarından biri və birincisinə
çevrilir. Az müddət ərzində hamı ondan məsləhət almağa,
nicat diləməyə pənah gətirir, görməyənlər onun nurlu çöh-
rəsini görməyə can atırlar.
Həm də bu o vaxta təsadüf edir ki, qan içən erməni
daşnakları Azərbaycanın hər yerində – Qubada, Şamaxıda,
Bakıda, Şəkidə, Ağsuda olduğu kimi Qərbi Azərbaycan
torpağında da ölüm-dirim savaşına başlamışdılar. Erməni
daşnaklarına layiqli cavab vermək üçün bütövlükdə Göyçə
mahalının sayılıb-seçilən oğulları Qaranlıq (Martuni) rayo-
nunun Alçalı-Çamırlı kəndlərinə toplaşaraq Türk dövlət-
çiliyi tərəfindən göndərilmiş türk paşasından döyüş taktika-
sının sirlərinə yaxından bələd olur və erməni daşnaklarına
bu istiqamətdən lazımınca cavab verirlər. Bu ölüm-dirim
savaşında özünün xüsusi çəkisi və ayrıca yeri olan daş-
kəndli Məşədi Qasım da öz ciyərparası olan böyük oğlu
Ömrün şəhidlik zirvəsi
118
Hüsənlə birlikdə çiyin-çiyinə ata-bala birlikdə səngərdə
yüksək peşəkarlıqla erməni daşnaklarına yetərincə cavab
verirdilər. Məşədi Qasımın atdığı güllənin birinin də
hədəfdən yayınmadığını görən hərbi təlimi keçən türk pa-
şası Məşədi Qasıma sərkərdə adı verərək onu 300 nəfərlik
bir döyüşçü ordusuna komandir təyin etmişdir. Ölüm-dirim
savaşının gün-gündən alovlandığını görən türk paşası silah-
sursat gətirmək üçün sərkərdə Məşədi Qasıma onunla
Türkiyəyə getməyi təklif edir və bu təklifi sərkərdə Məşədi
Qasım qəbul edir. Türkiyəyə getmək Məşədi Qasımın
maraq dairəsində idi. Çünki sərkərdə Məşədi Qasımın ulu
babası XIV əsrdə Türkiyənin Sulduz vilayətindən Qazax
rayonuna gəlmiş, oradan isə Göyçə mahalına səpələnmişlər.
Sərkərdə Məşədi Qasım, oğlu Hüsən və bir neçə döyüşçü
türk paşası ilə birlikdə Türkiyəyə gedirlər. Türkiyədə Nuru
Paşa sərkərdə Məşədi Qasımın və şir biləkli oğlu Hüsənin
hərəsinə bir dəst türk döyüşçüsünün paltarını hədiyyə et-
mişdir. Az müddət ərzində Türkiyədən sərkərdə Məşədi
Qasım kifayət qədər silah-sursat və Göyçə mahalına bir
uzaqvuran top gətirir. Qaranlıq, Çamırlı, Alçalı istiqamə-
tində gedən şiddətli döyüşlərin birində sərkərdə Məşədi Qa-
sımın ciyərparası, şir südü əmmiş oğlu Hüsən və həm-
kəndlisi olan Sevdalı Hüseynin oğlu Əliş həlak olmuşlar.
Hər ikisi sərkərdə Məşədi Qasımın köməkliyi ilə öz doğma
kəndlərində torpağa tapşırılmışdır.
Sərkərdə Məşədi Qasımın Türkiyədən gətirdiyi topun
səsi-sorağı ətraf mahallara yayıldığı kimi Basakeçərdə
erməni Avetis ağaya da çatmışdır.
Göyçədəki azərbaycanlı kəndlərini bir-bir qılıncdan
keçirmək erməni daşnaklarının çoxdankı arzuları idi. Hər
halda bu aqibət başqa kəndlər kimi Daşkəndi də gözləyirdi.
Ömrün şəhidlik zirvəsi
119
Daşnaklar ələlxüsus Məşədi Qasım kimi igidləri olan,
qeyrətli say-seçmə oğulları olan Daşkəndi yerindən tərpət-
məyə birinci üstünlük verirlər. Amma bu yolda Məşədi Qa-
sım böyük bir maneə kimi onların canına vəlvələ salmışdı.
Əlbəttə, onlara məlum idi ki, məqsədə nail olmaq üçün
birinci növbədə nəyin bahasına olursa-olsun Məşədi Qası-
mı aradan götürmək lazımdır.
Basarkeçərdə Avetis ağa barışıqlıq pərdəsi altında
qonaqlıq düzəltdirir və Məşədi Qasıma xəbər göndərib onu
qonaqlığa dəvət edir. Təklifi qəbul edən Məşədi Qasım
Avetis ağanın evinə gəlir. Atdan düşərkən həyətdə kim-
sənin olmadığını bilən bir erməni qadını məsələnin nə yer-
də olduğundan Məşədi Qasımı hali edir və deyir ki, «səni
aradan götürmək üçün buraya çağırtdırıblar. Qaç buradan,
canını qurtar». Son dərəcə ölümün fövqünə enməyən,
qorxmaz və məğrur olan Məşədi Qasım erməni qadınına,
«Kafərin gülləsi mənə dəyə bilməz» – deyib qonaqlıq adı
ilə düzəldilmiş məclisə daxil olanda görür ki, Avetis ağa
başının dəstəsilə onu gözləyir və hamısı silahlıdır.
Avetis ağa kinayə ilə Məşədi Qasıma deyir ki, «Bu nə
cür qonaqlığa gəlməkdir?» Məşədi Qasım məsələdən hali
olaraq şəstlə cavab verir ki, «Bu cür qonaqlığa bu cür də
gələrlər».
Avetis ağa başının dəstəsinə him-cim edərkən dərhal
Məşədi Qasım məsələnin nə yerdə olduğunu anlayır və cəld
çuxasının altından onatılan silahını çıxararaq ermənilərə
sarı tuşlayıb onların üstünə qışqıraraq deyir: «Yerinizdən
tərpənməyin, yoxsa hamınızı qıraram».
Sərkərdə Məşədi Qasımın məğrur görkəmindən, qə-
zəbli zəhmindən qorxuya düşən və Məşədi Qasımın sərrast
Ömrün şəhidlik zirvəsi
120
güllə atması ilə yaxından tanış olan Avetis ağa, nə də onun
başının dəstəsi Məşədi Qasıma güllə atmağa cəsarət etmirlər.
Məşədi Qasım bayıra çıxıb atını minərkən erməni
qadını ona yalvarır ki, «Məşədi, səni and verirəm sizin
Seyid Bayram ağaya ki, bizə dəymə. Özü də kəndinizə
Daşkənd yolu ilə getmə. Erməni daşnakları Basarkeçərlə
Daşkənd arasındakı Qaraburun deyilən yerdə pusqu qurub-
lar. Səni öldürərlər. Kəndinizə Qoşabulaq istiqamətilə get».
Məşədi Qasım erməni qadının sözünə məhəl qoymayıb Ba-
sarkeçərdən Daşkəndə uzanan yolla kəndlərinə yola düşür.
Qaraburun adlanan yerdən gəlib keçərkən pusquda dayan-
mış ermənilər qəfildən Məşədi Qasımı güllə yağışına tutur-
lar. Düşmən gülləsi onun atını yaralayır. Atdan tullanan
Məşədi Qasım cəld bir qayanın arxasına çəkilərək ermə-
nilərlə atışmağa başlayır. Xeyli tələfatdan sonra ermənilər
atışmanın mənasız olduğunu görüb qaçmağa öz tuturlar.
Həmin məqamda Qırxbulaq kəndindən bir erməni
Daşkəndə Məşədi Qasıma xəbər göndərir ki, erməni daş-
nakları ingilislərdən top alıblar, həmin toplarla ermənilər bu
gün Daşkəndə basqın edib yerli əhaliyə divan tutacaqlar.
Ona görə də kəndi gecə ikən tərk etməyiniz məsləhətdir.
Lakin doğma ata-baba yurdunu tərk etməyi mənliyə
sığışdırmayan Məşədi Qasım öz doğma kəndinin igid oğ-
lanlarından Qaçaq İdris, Hacı Rəhim, Kalvayı Zeynal, Ko-
rallar tayfasından Vəli, Babakişilər tayfasından Ziyadla bir-
likdə Basarkeçərdən başlanacaq hücumun qarşısını almaq
üçün Daşkəndin girəcəyindəki səngərdə mövqe tuturlar.
Məşədi Qasım ən etibarlı, yaxın silahdaşı kimi Kal-
vayı Zeynala patron daşımağı tapşırmışdı. Basarkeçərdən
Daşkəndə uzanan yolu durbinlə müşahidə edən sərkərdə
Məşədi Qasım görür ki, bir dəstə yaraqlı erməni topla bir-
Ömrün şəhidlik zirvəsi
121
likdə artıq Daşkəndə yaxınlaşırlar. Məşədi Qasım yaxın-
laşan dəstə başçısını hədəfə alıb yerə sərir. Dəstə başçısının
ölümünü görən dəstə üzvləri bir yanda mövqe tutur, topa-
tanlar topu işə salırlar. Birinci və ikinci mərmi hədəfdən
yayınır. Üçüncü mərmi topdan açılan kimi səngərin kə-
narında torpağı Məşədi Qasımın üstünə tökür. Bunu görən
Qaçaq İdris bir əli ilə erməniyə güllə atır, o biri əli ilə tor-
pağı təmizləyir.
Keçmişdən aralarında qatı düşmənçilik ədavətləri olan
Məşədi Qasımla Qaçaq İdris kəndin müdafiəsini bir
damarda axan qan kimi, bir bədəndə bölünməz ürək kimi
bir səngərdə öz doğma kəndlərinin müdafiəsində daya-
nırlar. Döyüşün daha da şiddətləndiyini, özünün yaralan-
dığını görən Məşədi Qasım Qaçaq İdrisə deyir ki, «İdris,
qaç, səni öldürərlər». İdris isə cavab verir ki, «bu gün vətə-
ni faciədən, fəlakətdən qurtarmalıyıq və sənin kimi qeyrətli
bir sərkərdəni tək qoyub gedə bilmərəm. Burada ölsək də
bir yerdə öləcəyik, qalsaq da».
Qaçaq İdrislə Kalvayı Zeynal yaralanan sərkərdə Mə-
şədi Qasımı ata mindirib hadisə yerindən uzaqlaşdırırlar.
Bu hadisədən sonra Məşədi Qasım yaralı halda Kəlbəcər
rayonunun Bəzirxana kəndində dostunun evində sığınacaq
tapır.
Göyçə qaçqınlığı zamanı Məşədi Qasımın həyat yol-
daşı Ceyran və kiçik oğlu Dağbəyi Kəlbəcər rayonunda
dünyalarını dəyişir və Başlıbelin Ağcaqız qəbirstanlığında
dəfn olunurlar.
Göyçədə baş verən bu hadisələr eyni vaxtda Azər-
baycanın müxtəlif yerlərində, ələlxüsus Qarabağda, Şuşada,
Əsgəranda daha qızğın şəkildə baş alıb gedirdi. Həmin
döyüşə Məşədi Qasımın yaxın dostu, əslən şuşalı olan,
Ömrün şəhidlik zirvəsi
122
varlı-hallı tacirlər taciri Dəmirçi Məmmədqulu və tarixdən
tarixin daş yaddaşına çevrilmiş laçınlı Sultan bəy başçılıq
edirdi. Göyçə mahalının dağılmasını ürək ağrısı ilə eşidən
sərkərdə Məşədi Qasımın sadiq və ən yaxın dostu olan
şuşalı Dəmirçi Məmmədqulu bu hadisədən çox təsirlənir və
mütəəsir olur. Eşidilir ki, sərkərdə Məşədi Qasım Kəlbə-
cərin Bəzirxana kəndindədir. Dəmirçi Məmmədqulu dostu
sərkərdə Məşədi Qasımla görüşmək üçün Kəlbəcərin Bəzir-
xana kəndinə gəlir və bu yenilməz sərkərdənin yüngül yara-
landığını görüb sevinir. Hal-əhvaldan sonra o, Qarabağda
da bu hadisələrin geniş qaydada vüsət almasını, dərinləş-
məsini sərkərdə Məşədi Qasıma bildirir. Qarabağda Məşədi
Qasım kimi dəyanətli, cəsur, mətin bir sərkərdənin hava və
su kimi lazım olduğunu dostu Məşədi Qasıma bildirir və
ondan mənəvi dayaq, taktiki gedişdə dünyagörüşlü, baca-
rıqlı bir sərkərdə kimi kömək əlini uzatmağı xahiş edir. Hə-
min gündən etibarən Məşədi Qasım dostu Məmmədqulu ilə
Qarabağda, əsasən, Əsgəranda cərəyan edən şiddətli döyüşə
qoşulur. Az bir müddət ərzində misli görünməyən, böyük
bir şücaətlə ad-san qazanıb ermənilərin canına vəlvələ salır
və özünün yenilməz, mübariz sərkərdəlik bacarığı ilə elin
qəlbində sönməz bir məşələ çevrilir. Əsgəran döyüşündə
sərkərdə Məşədi Qasımın qoçaqlığı bütün mahallara, ellərə
yayılır. Onun sədası öz maddi və mənəvi köməyini xalqına,
vətəninə əsirgəməyən, özünün topxanası, cəbhəxanası olan
laçınlı igid Sultan bəyə çatır. Ermənilərin bu geniş miqyaslı
hücumu doğma qardaş ölkələrə də çatmışdı. Ona görə də
Qarabağda, əsasən Əsgəranda baş verən qırğınların qarışı-
sını almaq üçün, oraya xüsusi qüvvə göndərilməsi haqqında
Nuru Paşa dərhal əmr vermişdir. Bu əməliyyata Bakı qar-
nizonunda olan və əməliyyatı həyata keçirəcək I Azər-
Ömrün şəhidlik zirvəsi
123
baycan diviziyasının komandanı polkovnik Cəmil Cihad
bəy başçılıq edirdi. Əməliyyat ildırım sürətilə elə bir geniş
vüsət aldı ki, bir yandan sərkərdə Məşədi Qasım, bir yan-
dan Dəmirçi Məmmədqulu tərəfindən endirilən zərbə, digər
tərəfdən aparılan uğurlu əməliyyatlar nəticəsində ermənilər
təslimçilik əlaməti olaraq ağ bayraq qaldırmışlar.
Göyçə mahalının dağılması ilə əlaqədar olaraq Məşə-
di Qasım, Azərbaycan xalqının qeyrətli oğlu, SSRİ Xalq
Komissarları Sovetinin sədri Nəriman Nərimanova, Gəncə
quberniyasına və İrəvana buradakı vəziyyət haqqında teleq-
ram vurur. Hər halda bu, Azərbaycan Elmlər Akademiyası-
nın 1989-cu ildə çap olunmuş «Xəbərlər» jurnalının 4 saylı
fəlsəfə və hüquq seriyasında 87-ci səhifəsində jurnalın baş
redaktoru Azərbaycan SSR Elmlər Akademiyasının aka-
demiki Ziya Bünyadov tərəfindən öz təsdiqini tapmışdır.
Ən başlıcası budur ki, əməliyyatın gedişində sərkərdə
Məşədi Qasımın ifadə olunmaz dərəcədə şücaəti, misli
görünməmiş qəhrəmanlığı Cəmil Cihad bəyi riqqətə gətirir
və onda bu igidə qarşı çox böyük etibar, məhəbbət hissi
oyanır. Əməliyyatın uğurla başa çatmasının Cəmil Cihad
bəydə yaratdığı sevinc və xoş təəssüratlar, bir yanda sər-
kərdə Məşədi Qasımın bu bənzərsiz qoçaqlığı Cəmil Cihad
bəyin ovqatına bir şirinlik, sərinlik gətirdi. Cəmil Cihad
bəy sərkərdə Məşədi Qasıma yaxınlaşıb ona öz təşəkkürünü
bildirir və ondan artıq dərəcədə xahiş edir ki, Məşədi
Qasım onunla birlikdə Türkiyəyə getsin və orada hərbi
komandanlıq tərəfindən ən böyük hərbi rütbəyə sahib
olsun. Ancaq sərkərdə Məşədi Qasım bu torpaqdan kənarda
bir anda olsun ayrı yaşamayacağını Cəmil Cihad bəyə
birdirir. Məsələni bu cür görən Cəmil Cihad bəy əfəndim
deyə belindəki türk tüfəngini hədiyyə olaraq sərkərdə
Ömrün şəhidlik zirvəsi
124
Məşədi Qasıma bağışlayır. Bu mənzərəni kənardan böyük
diqqətlə müşayət edən sərkərdə Məşədi Qasımın yaxın
dostu Dəmirçi Məmmədqulu və Laçının Qırxqız dağı qədər
əzəmətli oğlu Sultan bəy də eşidir. Məşədi Qasıma
yaxınlaşan Sultan bəy deyir: – «Bir halda ki, sən Cəmil
Cihad bəyin təklifi ilə razı deyilsən, onda səndən xahiş
edirəm gəl mənim böyük hərbi sursata malik olan topxa-
nama, cəbhəxanama böyük bir sərkərdə kimi ağsaqqallıq,
başçılıq et». Sərkərdə Məşədi Qasım cavab əlaməti olaraq
Sultan bəyin təklifinə öz minnətdarlığını bildirir və ona
deyir ki, «Sultan bəy təklifinizə görə çox sağ olun, amma
məlumunuz olsun ki, mənim dostlarım çox olduğu kimi
düşmənlərim də çoxdur. Əgər mən sizin təklifinizlə razı-
laşıb cəbhəxananıza, böyük topxananıza başçılıq etsəm, de-
yəcəklər ki, Məşədi Qasım qorxusundan Sultan bəyin
himayəsinə sığınıb». Bu məqamı görən yaxın dostu Dəmir-
çi Məmmədqulu və Sultan bəy belə bir qərara gəlirlər ki,
kəndlərdən birini hədiyyə kimi (hərgah bu, Ağdamın kənd-
lərindən biri olub, hal-hazırda da Qasımlı adını daşıyır)
Məşədi Qasıma bəxş etsinlər və bu kəndin bütün baratı Mə-
şədi Qasımın özünə məxsus olsun. Amma buna baxmaya-
raq Məşədi Qasım bir müddət ona bəxş olunan Qasımlı
kəndində yaşadıqdan sonra ailəsi ilə birlikdə Ağdam
rayonunun ərazisində Qarqar çayının kənarında yerləşən
Əhmədavar kəndində Hacı Zeynalın karvansarasında qalır.
Yeri gəlmişkən deyək ki, Məşədi Qasımın 4 oğlu – Hüsən,
Sayad, Fəzi, Dağbəyi, 3 qızı – Zeynəb, Məleykə, Narın
olmuşdur. Hacı Zeynalın karvansarasında qalarkən Məşədi
Qasımın yaxın dostu Dəmirçi Məmmədqulunun razılığıy-
nan Hacı Zeynalın oğlu Əşrəf bəylə sərkərdə Məşədi
Qasımın qızı Məleykə xanım ailə qurmuşdular.
Ömrün şəhidlik zirvəsi
125
Artıq o vaxt gəlir ki, Azərbaycanda Sovet hakimiyyəti
qurulur. Həmin vaxt Məşədi Qasımı Ağdam rayonuna milis
rəisi vəzifəsinə qoymaq istəyirlər. Amma o buna razılıq
vermir və böyük oğlu Sayadı o vəzifəyə məsləhət görür.
Oğlu Sayad 3 ay Ağdamda milis rəisi vəzifəsində işlə-
dikdən sonra o vaxtın milisinin qanunsuzluğunu başlıca şərt
kimi əsas gətirərək oğlu Sayadı həmin vəzifədən azad et-
dirir və az müddətdən sonra sərkərdə Məşədi Qasım ermə-
nilərlə döyüşdə aldığı ağır yaradan sonra Şuşada dünyasını
dəyişir və Şuşa qəbirstanlığında dəfn olunur. Milyonlar
kimi sərkərdə Məşədi Qasımın da ruhu müqəddəs göylərə
pənah gətirib əbədiyyətə qovuşur.
Sərkərdə Məşədi Qasımın oğlu, el şairi Fəzi Kərimov
yaxın illərə qədər Bərdə rayonununYeni Daşkənd kəndində
yaşamışdır. Hal-hazırda Məşədi Qasımın 100-dən artıq
nəvə-nəticəsi var. Onlardan Xuraman Kərimova, Sabir
Kərimov, Savalan Kərimov, Zakir Kərimov, Azər Kə-
rimov, Novruz Qasımov, Dilqəm Kərimov, nəticələri
Naqif, Aqif, Qasım, Vurğun və Zaur, qız nəvələri Xasay
Zeynalov, Səməd Babayev, Pərişan xanım Məşədi Qasımın
davamçılarıdır.
Əlbəttə, böyük sərkərdə, xalqımızın qədirbilən, igid,
cəsarətli oğlu Məşədi Qasım haqqında tədqiqata hələ bundan
sonra böyük ehtiyac var. Ümidvaram ki, böyük tədqiqat-
çılarımız, ədəbiyyatçılarımız, tarixçilərimiz bu böyük şəxsiy-
yət haqqında daha dərinliklərə baş vuracaqlar, onu bütün
Türk dünyasına olduğu kimi daha dəqiq tanıtdıracaqlar.
Dostları ilə paylaş: |