Ön söz Giriş



Yüklə 2,36 Mb.
səhifə67/93
tarix21.12.2023
ölçüsü2,36 Mb.
#188821
1   ...   63   64   65   66   67   68   69   70   ...   93
meden-geologiyasi-muhazire

III.14. Layların neftveriminə təsir edən amillərin təyini.
Neft yataqlarının işlənilməsi kompleks yataq parametrlərinin fasiləsiz təsiri ilə aparılır. Onların bəziləri nefti quyu dibinə hərəkət etdirirsə, digərləri, əksinə, məsaməli mühitdə neftlərin dinamik göstəricilərini çətinləşdirir. Onu da qeyd etmək lazımdır ki, yataq parametrlərinin təzahüretmə intensivliyi də işlənilmə prosesində sabit qalmır. Məsələn, lay təzyiqi, neftlərin özlülüyü və sıxlığı bu dövrdə müxtəlif dəyişmələrə məruz qalır. Odur ki, mövcud işlənilmə rejimləri çərçivəsində yataqların hər hansı bir dövrü üçün neftvermə modelləri tərtib olunur. Onların analizi əsasında isə konkret tip yataqlarda neftin hasilatına müsbət və ya mənfi təsir edən parametrləri müəyyən etmək olur. Belə modellər dünyanın müxtəlif neftçıxarma regionları üçün yaradılmış və onlardan elmi-təcrübi məsələlərin həllində geniş istifadə edilir. Qeyd etmək lazımdır ki, bu tip modellər Azərbaycan yataqları üçün də tərtib olunmuşdur. Lakin müəyyən olunmuşdur ki, modellər hər hansı bir mədən və ya tektonik rayonu bütövlükdə təmsil etdikdə onun nəticələri kifayət qədər dolğun olmur. Onların interpretasiya nəticələri isə çox vaxt geoloji-mədən məlumatları ilə tam uzlaşmır. Aparılmış elmi tədqiqatlar nəticəsində müəyyən olmuşdur ki, belə bir vəziyyətin yaranma səbəbi onların öyrənilməyə lay rejimlərini nəzərə almadan birgə cəlb edilməsidir. Yatağın rejimi isə neftverməni formalaşdıran əsas göstəricidir. Məhz lay rejimlərinin nəzərə alınması ilə yataqların neftvermə modellərinin tərtibi düzgün yanaşma hesab edilir və onların nəticələri geoloji-mədən göstəriciləri ilə uzlaşır (B.Ə.Bağırov,1984).
Cənubi Xəzər hövzəsi yataqlarının böyük əksəriyyəti qarışıq və neftdə həll olmuş qaz rejimləri ilə xarakterizə olduğundan onların neftçıxarma modellərinə və müqayisəli analizinə baxaq.
1. Qarışıq rejim - burada neft yatağının işlənilməsinin lay enerjisi, kontur arxası zonaların və yatağın məhsuldar hissəsindəki neftdə həllolmuş qazın təzyiqlərindən təşkil olunur. Qeyd etmək lazımdır ki, qarışıq rejimin təzahürü həm məkan, həm də zaman xarakteri daşıyır. Birinci tip obyektlərin işlənilməsi əsasən neftdə həllolmuş qaz enerjisinin hesabına istismar edilir. Lakin belə yataqlarda konturarxası zonaların az da olsa təsiri də özünü göstərir. İkinci tip qarışıq rejimli yataqların işlənilməsi isə bir qədər fərqlidir: əvvəlcə rezervuarın əsas həcmi başlıca olaraq neftdə həllolmuş qazın enerjisi hesabına drenaja cəlb olunur, sonra isə lay təzyiqinin azalması ilə tədricən daha çox konturarxası sahələrin təsiri aktivləşir.
Qarışıq rejimlə səciyyələnən yataqlarda işlənilmənin tənzimlənməsi, mayenin çıxarılması, laylara suyun vurulmasının istiqamətinin və həcminin dəyişdirilməsi və s. mümkündür. Bütün bu məsələlər yalnız kompleks amillərin neftverməyə təsirini müəyyən etməklə həll edilə bilər.
Cənubi Xəzər hövzəsi mədənlərində belə rejimlə səciyyələnən yataqlar məhsuldar qatın alt şöbəsinin qırməki altı lay dəstəsi (QAD), qırməki üstü qumlu lay dəstəsi (QÜQ) və balaxanı lay dəstəsinin V, VI, VII horizontları və sair obyektlərlə əlaqədardır. Bu yataqların əsas fərqləndirici xüsusiyyətlərindən biri onların 50 və daha çox il bundan əvvəl qazılmış xüsusi quyu şəbəkəsi ilə bazis obyekti kimi işlənilmələridir. Hazırda bu obyektlərin cari neftvermə əmsallarının orta qiyməti 0,45 təşkil edir.
2. Neftdə həllolmuş qaz rejimi. Məlum olduğu kimi həllolmuş qaz rejimində neftin laydan quyu dibinə hərəkəti əsasən neftdən ayrılan qaz qabarcıqlarının genişlənilməsi nəticəsində baş verir. Belə rejimlə xarakterizə olunan yataqlarda ətraf suların təsiri özünü göstərmir; lay təzyiqləri kəskin azalmağa məruz qalır. İşlənilmənin ilk dövründə qaz hasilatı nisbətən az, sonradan isə kəskin artır. İşlənilmənin son dövrlərində belə yataqlar qazsızlaşır və lay neftlərinin özlülüyü artır. Təbiidir ki, bu cür lay enerjisi yataqların ehtiyatlarının müvəffəqiyyətlə realizəsini təmin edə bilməz. Odur ki, mütəxəssislər bu cür yataqlarda son neftvermə əmsalının 0,25-0,30 səviyyəsinin mümkünlüyünü qəbul etmişlər.
Qeyd etmək lazımdır ki, obyektlərin işlənilməsinin son mərhələsində, yəni qaz resurslarının tükənməsi nəticəsində qarışıq rejim qravitasiya rejiminə keçir ki, bu da neftvermənin artımına əhəmiyyətli təsir göstərmir.
Neftdə həllolmuş qaz rejimli yataqlar adətən kollektor süxurlarının yüksək qeyri-bircinsliliyi ilə xarakterizə olunurlar. Ona görə də bu tip yataqlarda tətbiq olunmuş müxtəlif modifikasiyalı suvurma prosesləri müsbət nəticə verməmişdir (hətta, müstəsna hallarda, yüksək təzyiqlə laylara suyun vurulması belə effektli olmamışdır).
Qeyd etmək vacibdir ki, məhsuldar qatın yataqlarında neftdə həllolmuş qaz rejiminin təzahürü spesifik xüsusiyyətə malikdir. Belə yataqlar sahə üzrə və kəsiliş boyu yüksək qeyri-bircinslidir, yaxşı və zəif keçiricili layların növbələşməsi və hətta pazlaşması müşahidə olunur; suvurma prosesi praktiki olaraq heç bir yerdə müsbət nəticə verməmişdir. Bu yataqların əksərində qeyd olunan rejim bir qədər fərqli formada özünü göstərir: neftçıxarmanın II mərhələsi başa çatdıqdan sonra hasilatın tərkibində bir qədər su qeyd olunur ki, bu da genezisinə görə lay sularına aiddir. Sonradan işlənilmənin III və IV mərhələsində laydan çıxarılan suyun miqdarı tədricən artaraq, bəzi hallarda hətta 90-95% çatır. O da məlumdur ki, yataqların işlənilməsi nəticəsində neft-su konturunun hərəkəti baş vermir. Görünür ki, yataq sahəsinin müxtəlif hissələrindən çıxarılan sular konturarxası zonalardan ayrı-ayrı yüksək keçiriciliyə malik laylardan daxil olmuşlar. Qeyd etmək vacibdir ki, bu dinamiki prosesin mexanizmi çox mürəkkəbdir. Yataq kəsilişində layların pazlaşması fonunda suların belə hərəkəti görünür ki, mikroçatlar və qazılmış çoxsaylı quyuların kəmər arxası hissələri ilə əlaqədardır (sement həlqəsinin olmaması və yaxud birtərəfli sementlənmənin olması səbəbindən). Qeyd etmək lazımdır ki, bu məsələnin kifayət qədər etibarlı həlli quyu kəsilişlərinin və yataq məlumatlarının geoloji-geofiziki üsulların tətbiqi ilə həyata keçirilə bilər. Hal-hazırda bu problem neft-mədən geologiyası elminin az öyrənilmiş sahəsinə aid edilir.
Beləliklə, bütün qeyd olunanları nəzərə alaraq drenaj rejimlərinə görə tədqiqatı aparılan yataqların ehtiyatlarından istifadə müxtəlifliyinin aşkar edilməsi problemi aktual hesab olunur. Odur ki, eyni tipli yataqların ehtiyatlarının realizə dərəcələrinin müxtəlifliyinin səbəblərini öyrənmək məqsədi ilə respublikamızın quru ərazisində istismarda olan neftdə həll olmuş qaz rejimi ilə xarakterizə olunan 106 və qarışıq rejimlə səciyyələnən 120 obyekt seçilmişdir (B.Ə.Bağırov, 2003). Həmin obyektlərin işlənilməsi haqqında ümumi məlumatlar cədvəl III.3 verilmişdir.

Azərbaycanın qarışıq və neftdə həllolmuş qaz rejimi ilə xarakterizə olunan istismar obektlərinin işlənilmə nəticələri haqqında məlumat


Cədvəl III.3

L a y
r e j i m l ə r i

İstismar
obyektlərin
sayı

İlk ehtiyatlar, mln. t.

İşlənilmənin əvvəlindən toplanmış neft hasilatı,
mln. t.

Neftvermə əmsalları

Qalıq ehtiyatlar,
mln. t.

balans

çıxarı-labilən

cari

son

balans

çıxarıla-bilən

Neftdə həll olmuş qaz

106

320

108

81

0,23

0,29

239

27

Qarışıq

120

526

285

262

0,45

0,49

254

23

Hazırkı tədqiqatın ən vacib elementlərindən biri müqayisəli analizin aparılmasıdır ki, bu da müxtəlif təbii şəraitlərə mənsub neft yataqlarının ehtiyatlarının realizəsinin xüsusiyyətlərini aşkar etməyə imkan verir.


Müqayisəli analizin aparılması əməliyyatı neft-qaz mədən geologiyasının bir çox məsələlərinin həllində geniş sınaqdan keçmiş statistik üsullardan Bartlet, Fişer və Stüdent meyarlarını cəlb etməklə həyata keçirilmişdir.
Müvafiq statistik meyarlar əsasında yataqların ayrılmış eyni tipli qrupları hüdudlarında ehtiyatların realizəsinin müxtəlif xarakterliyini və onların fərqlənmə dərəcəsini aşkar etmək məqsədi ilə hər iki rejimlə səciyyələnən yataqların cari və son neftvermə əmsallarının müqayisəli təhlili aparılmışdır. Çox maraqlıdır ki, yataqların rejimlərinə görə neftvermə əmsallarını bir-biri ilə müqayisə etdikdə kəskin geoloji müxtəlifliyin olduğu aşkar edilmişdir (cədv.III.4). Həqiqətən, bu obyektlər lay enerjisinin təzahür xarakterinə görə kəskin fərqlənirlər.

Qarışıq və neftdə həllolmuş qaz rejimi ilə xarakterizə olunan istismar obyektlərinin neftvermə əmsallarının müqayisə nəticələri


Cədvəl III.4

Neft-vermə əmsal-ları

Təbii drenaj rejimləri

Meyarlar

Qarışıq

Neftdə həllolmuş qaz

Stüdent

Fişer

Bartlet

Orta qiymət

Dispersiya

Orta qiymət

Dispersiya

thes.

tcədv.

Fhes

Fcədv

Bhes

2cədv


Yüklə 2,36 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin