Ön söz Giriş


III. 13. İşlənilən neft yataqlarının təsnifat üsulları



Yüklə 2,36 Mb.
səhifə66/93
tarix21.12.2023
ölçüsü2,36 Mb.
#188821
1   ...   62   63   64   65   66   67   68   69   ...   93
meden-geologiyasi-muhazire

III. 13. İşlənilən neft yataqlarının təsnifat üsulları.
Neft-qaz regionlarının əksəriyyəti işlənilmə prosesində olan yataqların sayı çoxdur. Məsələn, respublikamızın təkcə quru hissəsində hazırda 400-dən artıq istismar obyekti mövcuddur. Belə hallarda hər hansı bir yataq üçün ayrıca layihələr və ya digər layihə sənədlərini operativ tərtib etmək çox çətindir. Odur ki, işlənilmənin effektivliyinin artırılmasına doğru yönəldilmiş tədbirləri ayrı-ayrı yataqlar üçün deyil, oxşar yataqlar üçün hazırlamaq məqsədəuyğun hesab edilir. Bu tip məsələlərin həllində təsnifat üsullarından istifadə edilir.
Neft geologiyasında müxtəlif təsnifat üsulları mövcuddur: yataqların əmələgəlmə və formalaşması üzrə; təbii rejimlər və işlənilmə tempinə görə; kollektorların tipinə görə və s. Həlli tələb olunan məsələnin qoyuluşundan asılı olaraq müxtəlif təsnifat modellərindən istifadə edilir.
Kompleks geoloji-texnoloji göstəricilərinə görə təsnifat. Bəzən mədən və ya bütövlükdə regionun işlənilmədə olan neft yataqlarının kompleks geoloji-texnoloji göstəricilərinə görə qruplaşdırılması tələb olunur. Belə məsələlərin həlli ilə mədənin və ya regionun eyni tipli yataqlarının qruplaşdırılmasını və onun əsasında müəyyən bir müvafiq texnologiyanın bu qruplarda tətbiqini əsaslandırmaq olar. Yataqların qruplaşdırılmasının iki variantda aparılması məqsədəuyğundur:

  1. yataqların təbii-geoloji göstəricilərinə görə təsnifatı (suxurların kollektorluq qabiliyyəti, lay flüidlərinin xarakteristikası, ilk lay təzyiqi və temperaturu və s.). Bu təsnifat mədəndə və ya regionda yataqları istismara verilmə zamanı oxşarlıq dərəcəsinə görə qruplaşdırmaga imkan verir.

  2. yataqların kompleks geoloji və texnoloji parametrlərini birgə nəzərə almaqla aparılan təsnifat. Belə təsnifatı nəticəsində mədən və ya regionda işlənilmə obyektlərinin ayrılmasında onların oxşarlıq dərəcəsindən istifadə edilir.

Beləliklə, göründüyü kimi təsnifatın yuxarıda göstərilən hər iki variantı yataqların çoxölçülü parametrlərinin qiymətlərinin nəzərə alınmasını tələb edir. Belə olduqda klaster-analizi effektli riyazi üsul kimi istifadə edilə bilər. Üsul standlaşdırılmış n-ölçülü evklid məsafəsi və ya korrelyasiya əmsalının istifadəsinə əsaslanır. Klaster analizinin nəticəsi dendroqramlarla təsvir olunur ki, bu da qruplaşdırılmanı əyani göstərməyə imkan verir (“Əlavələr”də üsulun riyazi qoyuluşu və həlli yolları göstərilmişdir).
Məsələnin həllini konkret misalda – Qaraçuxur mədəninin timsalında şərh edək.
Bu mədən çoxlaylı olmaqla 1928-ci ildən işlənilmədədir. Burada məhsuldar qat 28 işlənilmə obyektinə bölünmüşdür. Onların geoloji şəraitini yataqların effektiv qalınlığı və sahəsi, süxurların məsaməliyi və keçiriciliyi, layların bölünməsi, neftin və suyun fiziki səciyyəsi və balans ehtiyatının həcmi xarakterizə edə bilər. Bu göstəricilərin qiymətləri əsasında tərtib edilmiş qruplaşdırma modeli şək.III.27-də verilmişdir. Göründüyü kimi bu mədəndə təbii göstəricilərə görə 5 oxşar qrup obyektlər mövcuddur. O cümlədən 1-ci qrupa 7, 2-ci qrupa 9, 3-cü qrupa 7, 4-cü qrupa 3 və 5-ci qrupa 2 yataq daxildir.
Qeyd edək ki, geoloji göstəricilərinə görə ayrılmış yataqların qruplaşdırılması əsaslı sayıla bilər. Belə ki, məsələn, hərgah 1-ci qrupa qumlu-alevritli süxurlarla səciyyələnən obyektlər daxil olmuşsa, 4-cü qrupa yüksək qumluluqla fərqlənən obyektlər (QÜQ2 və QÜQ1) daxildir.



Şəkil III.27. Qaraçuxur mədəninin yataqlarının geoloji parametrlərinə
görə qruplaşdırılması (ilk dövr)

Yataqların texnoloji parametrlərinin (quyu şəbəkəsinin sıxlığı, lay təzyiqinin düşküsü, sulaşma faizi və s.) qiymətlərini də əlavə etməklə yataqları işlənilmə obyektləri kimi qruplaşdırmaq olar. Qruplaşdırmanın belə qoyuluşla aparılma nəticələri şək.III.28 göstərilmişdir. Bu modeldə 6 oxşar qrup obyektlər təsvir olunmuşdur. İşlənilmənin ilk və cari dövrləri üçün tərtib olunmuş təsnifat modellərinin müqayisəsi göstərir ki, obyektlər arasında fərqlənmə dərəcələri vaxt etibarı ilə bir qayda olaraq artır. Onu da qeyd etmək lazımdır ki, bəzi obyektlərin bir qrupdan digərinə keçməsinə təsadüf edilir. (şək. III.28).





Şəkil III.28. Qaraçuxur mədəninin yataqlarının geoloji-texnoloji
parametrlərinə görə qruplaşdırılması (cari dövr)

Neft-qaz-mədən geologiyası təcrübəsində bəzən təsnifatın digər qoyuluşlarından da istifadə tələb olunur. Məsələn, mədəndə və ya regionda iki və ya daha çox bir-biri ilə kəskin fərqlənən işlənilmə obyektlərinə rast gəlinə bilər. Burada yeni kəşf edilmiş naməlum obyektin və ya obyektlərin onların hansı birinə mənsubluğunun sübut edilməsi tələb olunur. Belə qoyuluşla təsnifat məsələsinin həlli diskriminant analizinin tətbiqi ilə həyata keçirilə bilər (“Əlavələr”).


Qeyd olunanları konkret misalda göstərək. Tutaq ki, regionda uzun müddət işlənilən 150 obyekt mövcuddur. Bunların işlənilmə nəticələri geniş diapazonda dəyişir: cari neftvermə əmsallarının qiymətinə görə onları biri-birindən kəskin fərqlənən iki qrupda cəmləşdirmək olar. 1-ci qrupda neftvermə əmsallarının qiyməti qənaətbəxş olmayan 52 obyekt cəmləşmişdir (cari neftvermə 20%-dən artıq deyil). 72 istismar obyektlərində isə, əksinə – yüksək neftvermə göstəricilərinə nail olunmuşdur: onların cari neftvermə əmsalının qiyməti 0-30÷0-60 hüdudlarında dəyişir.

Şəkil III.29. İşlənilən yataqların cari neftvermə əmsalının paylanma qrafiki



Şəkil III.30. Yataqların diskriminant analizi vasitəsilə qruplaşdırması
Maraqlıdır ki, burada daha bir qrup obyektlər (21 obyekt) vardır ki, onların neftvermənin cari göstəricilərinə görə yuxarıda ayrılmış qrupların heç birinə mənsubluğunu geoloji-mədən üsulları ilə təyin etmək mümkün deyil: bu obyektlərdə neftvermə əmsalının qiyməti 0,20-0,30 hüdudlarında dəyişir (şək.III.29). Bu məsələnin həllində diskriminant analizinin tətbiqi göstərmişdir ki, yuxarıda qeyd olunan naməlum qrupdakı 21 obyektdən 12-si 1-ci qrupa, 9-u isə 2-ci qrupun obyektlərinə uyğun gəlir (şək. III.30). Alınan nəticələrin interpretasiyası göstərir ki, bu regionun yuxarıda qeyd edilən 9 obyekti daha böyük maraq kəsb edir. Belə ki, onların neftverməsi yüksək olan qrupa mənsubluğu burada tətbiq olunan neftcıxarma texnologiyasının çatışmamazlıgı ilə əlaqələndirilə bilər. Belə olduqda bu obyektlər işlənilmə üçün diqqət mərkəzində olmalıdır.



Yüklə 2,36 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin