Ön söz Giriş



Yüklə 2,36 Mb.
səhifə68/93
tarix21.12.2023
ölçüsü2,36 Mb.
#188821
1   ...   64   65   66   67   68   69   70   71   ...   93
meden-geologiyasi-muhazire

Kcari

0,44

0,039

0,23

0,015

9,528

1,98

2,5

1,0

43,8

7,26

Kson

0,49

0,033

0,29

0,022

8,715

1,98

1,51

1,0

43,8

22,6

Meyarlar =0,05 əhəmiyyətlilik dərəcəsində hesablanmışdır.

Neft yataqlarının işlənilmə nəticələrinin qeyd olunmuş kəskin fərqlərin səbəblərini aşkar etmək üçün onların neftvermə əmsallarını formalaşdıran amillərin əhəmiyyətlilik dərəcələri tədqiq olunmalıdır. Bu məqsədlə korrelyasiya-reqressiya (M.T. Abasov, Ç.Ə. Sultanov, 1980) və faktor (B.Ə. Bağırov, İ.M. Allahverdiyev, 1982) analizlərindən istifadə edilmişdir. Son vaxtlar qarışıq rejimlə səciyyələnən yataqlarının neftvermə modellərinin tərtibində aşağıdakı 11 parametrin orta qiymətlərindən istifadənin məqsədəuyğunluğu əsaslandırılmışdır (B.Ə.Bağırov,2006): layların effektiv qalınlığı (x1), süxurların məsaməliyi (x2), keçiriciliyi (x3) və qumluluğu (x4), layların bölünmə əmsalı (x5), neftin özlülüyü (x6) və sıxlığı (x7), quyu şəbəkəsinin sıxlığı (x8), işlənilmənin ilk dövrünə hasilatın çıxarılma tempi (x9) və sulaşma dərəcəsi (x10), işlənilmə zamanı təzyiq düşküsü və cari lay təzyiqi (x11). Neftdə həll olmuş qaz rejiminə mənsub yataqlardan isə 16 lay parametri seçilmişdir: burada yuxarıda qeyd olunan parametrlərdən əlavə süxurlarda sementləyici maddənin miqdarı (x12), doyma təzyiqi (x13), neftin həcm əmsalı (x14), lay temperaturu (x15) və qaz amili (x16) matrisə daxil edilmişdir.


Beləliklə, korrelyasiya-reqressiya analizinin realizəsi nəticəsində neftvermənin aşağıdakı modelləri alınmışdır.
Neftdə həllolmuş qaz rejimi ilə xarakterizə olunan obyektlər üçün:
Y2=2,751 + 0,165(x1) + 0,115 (x2) + 0,115 (x3) - 0,994(x7) - 1,06(x8) + 3,733(x11) –
-1,397 + 0,092(x12) - 1,665(x13) + 0,115
Burada, cəm korrelyasiya əmsalının qiyməti Rcəm=0,81 təşkil edir.

Qarışıq rejimlə xarakterizə olunan obyektlər üçün:


Y1=1,024 - 0,655(x1) + 5,334 + 0,212(x 6)-1 -0,457(x7)+1,714(x10)+3,126(x11)
Burada isə cəm korrelyasiya əmsalının qiyməti Rcəm=0,84 bərabərdir.
Qeyd etmək lazımdır ki, tənliklərin strukturuna yalnız neftverməyə əhəmiyyətli dərəcədə (müsbət və yaxud mənfi) təsir göstərən parametrlər daxil edilmişdir. Digər parametrlər isə az əhəmiyyət daşıdıqlarından tənliklərdə öz əksini tapmamışlar.
Müxtəlif rejimlərlə işlənilmədə olan yataqlarda lay parametrlərinin təsirinin xarakterini əyani müşahidə etmək üçün onların sxemi tərtib olunmuşdur (şəkil III.31). Göründüyü kimi neftdə həllolmuş qaz rejimi ilə xarakterizə olunan yataqların neft ehtiyatlarının mənimsənilməsinə müsbət təsir göstərən parametrlər bunlardır: layların effektiv qalınlığı, süxurların məsaməliyi, kollektorların keçiriciliyi, quyu şəbəkəsinin sıxlığı, hasilatın sulaşması və qaz amili. Mənfi təsir göstərən parametrlərə isə layların bölünmə əmsalı, neftin özlülüyü, obyektlərin işlənilməsi zamanı lay düşküsü daxildir.
Qarışıq rejimlə səciyyələnən yataqların işlənilmələrinə müsbət təsir göstərən parametrlərə – kollektorların keçiriciliyi, obyektlərin işlənilməsi zamanı lay düşküsü daxildir. Mənfi təsir göstərən parametrlər isə layların effektiv qalınlığı, bölünmə əmsalı, neftin özlülüyü olmuşdur.

Yüklə 2,36 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin