Ön söz Giriş



Yüklə 2,36 Mb.
səhifə70/93
tarix21.12.2023
ölçüsü2,36 Mb.
#188821
1   ...   66   67   68   69   70   71   72   73   ...   93
meden-geologiyasi-muhazire

Çöküntülərin bölünməsi. İstismar obyektinin kəsilişində müxtəlif xarakterli layların növbələşməsi burada bərabər maye axımını təmin etməyə imkan vermir. Odur ki, rejimlərindən asılı olmayaraq, layların bölünməsinin artması onların son neftvermə əmsalına mənfi təsir göstərir.
Neftin özlülüyü. Məlum olduğu kimi, neftin özlülüyü artdıqca, onların lay şəraitindəki hərəkəti məhdudlaşır. Təsadüfi deyil ki, hər iki modeldə bu parametr mənfi yüklü olmaqla iştirak edir.
Neftin sıxlığı. Bu göstəricinin modellərdə iştirak etməməsi onun neftin özlülüyü ilə müsbət korrelyasiyası ilə izah olunur.
Quyu şəbəkəsinin sıxlığı. Neftdə həllolmuş qaz rejimli yataqların işlənilməsi sıx quyu şəbəkəsi ilə aparıldıqda müsbət nəticələr vermişdir. Qarışıq rejimli yataqlarda isə analoji effekt qeyd olunmur. Bu hal onların aktiv hidrodinamiki xüsusiyyətləri ilə əlaqədardır. Hətta quyular arasındakı məsafənin ən böyük qiymətlərində belə kənar suların aktiv təsiri nəticəsində layda toplanmış neft resursları son nəticədə istismar quyularına doğru sıxışdırıla bilir.
İşlənilmənin ilk mərhələsində neftçıxarma tempi. Mərkəzi Abşeronun neftdə həll olmuş qaz rejimli yataqlarında işlənilmənin ilk dövründə həddən çox miqdarda mayenin hasilatı onların son neftvermə əmsalına müsbət təsir etməmişdir. Belə ki, bu dövrdə əldə edilmiş yüksək hasilat lay enerjisinin (neftdə həllolmuş qazın) xeyli istifadəsi nəticəsində əldə edilmişdir. Qarışıq rejimli yataqlarda isə işlənilmənin ilk dövrlərində hasilatın böyük götürülməsi onun III və IV mərhələlərdə tempini tədricən azaldır və nəticə etibarilə son neftvermə yüksəlmiş olur.
Layların sulaşması. Bu göstərici hər iki tip yataqların işlənilməsində müsbət rol oynayır. Belə ki, ətraf suların süxur məsamələrində neftləri sıxışdırma qabiliyyətinə malik olduğu şəraitdə yatağın ehtiyatlarının böyük hissəsini realizə etmək mümkün olur.
Lay təzyiqi. Neftdə həll olmuş qaz rejimi ilə işləyən yataq­lara bu göstərici müsbət təsir göstərdiyi halda, qarışıq rejimli ya­taqlarda onun təsiri nəzərə çarpmır.
Qaz amili. Neftdə həllolmuş qaz rejimli yataqlar üçün bu parametrin müsbət rolunu izah etməyə ehtiyac yoxdur. Qarışıq rejimli yataqlarda isə bu göstəricinin rolu qeyd olunmur.
Neftin həcm əmsalı, susuz neftvermə əmsalı, layın temperaturu, işlənilmə prosesində təzyiq düşküsü, doyma təzyiqi kimi parametrlərin hər iki təbii rejimlə səciyyələnən yataqlar üçün əhəmiyyətli təsiri qeyd olunmamışdır.
Beləliklə, Azərbaycanın quru ərazisində yerləşən neft yataqlarının işlənilməsində özünü büruzə verən lay rejimləri üzrə neftvermə modelləri alınmış və onların müqayisəli təhlili verilmişdir. Müəyyən olunmuşdur ki, ayrı-ayrı parametrlərin təbii rejimlərlə səciyyələnən yataqların işlənilməsinə təsiri müxtəlifdir ki, bu da neftvermə prosesinin tənzimlənməsində nəzərə alınmalıdır (şək.III.31).



Yüklə 2,36 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin