Ön söz Giriş


Neft yataqlarının neftveriminə təsir edən amillərin müqayisəli təhlili



Yüklə 2,36 Mb.
səhifə69/93
tarix21.12.2023
ölçüsü2,36 Mb.
#188821
1   ...   65   66   67   68   69   70   71   72   ...   93
meden-geologiyasi-muhazire

Neft yataqlarının neftveriminə təsir edən amillərin müqayisəli təhlili.

Yuxarıda qeyd edildiyi kimi, müxtəlif enerji mənbəyinə malik olan yataqların işlənilməsində lay parametrlərinin rolu özünü müxtəlif cür büruzə verir. Onların müqayisəli təhlili yeni istismara verilən yataqlarda işlənilmə prosesinin elementlərini əvvəlcədən proqnozlaşdırmağa imkan verir.


Layların effektiv qalınlığı. Bu parametr hər iki rejim­li yataqlarda modellərin strukturunda əhəmiyyətli amil kimi iştirak edir. Lakin onun neftverməyə təsiri müxtəlif rejimlərdə müxtəlif cür özünü göstərir. Neftdə həllolmuş qaz rejimində yataqların effektiv qalınlığının artması onların neftverməsinə müsbət təsir göstərirsə, qarışıq rejimli yataqlarda isə əksinə, quyuda süzgəcin həddən artıq artırılması onların işlənilməsinin son göstəricisinə mənfi təsir göstərir.



Effektiv qalınlıq, X1




Коллектор сцхурларынын мясамялийи Х2




Коллектор сцхурларынын keçiriciliyi Х3




Коллектор сцхурларынын гумлуluğу Х4




Sement materialının miqdarı, Х5




Коллектор сцхурларынын бюлцнмяси Х6




Нефтин юзлцлцйц Х7




Нефтин сыхлыьы Х8




Гуйу шябякясинин сыхлыьы Х9




Ишлянилмянин яввялиндя чыхарылма темпi Х10




Сулашма Х11




Тязйиг дцшкцсц Х12




Doyma təzyiqi Х13




Həcm əmsalı Х14




Layın temperaturu Х15




Qaz amili Х16

Şəkil III.31. Müxtəlif lay rejimi ilə səciyyələnən yataqların neftveriminə təsir edən parametrlərin müqayisəli təsviri


Bu texnoloji xüsusiyyətləri aşağıdakı kimi interpretasiya etmək olar: neftdə həll olmuş qaz rejimli yataqlarda ilkin süzgəc intervalından quyuya neftin hərəkətini təmin edən qazın həcmi azaldıqca quyuya axan mayenin həcmi də azalır. Hasilatı saxlamaq məqsədilə süzgəcin intervalının artırılması hasilatın artımına gətirir. Belə ki, bu halda kəsilişdə yerləşən yeni laylar işlənilməyə cəlb olunur. Qarışıq rejimli yataqlarda isə süzgəcin artırılması çox vaxt quyu gövdəsində qum tıxacının əmələ gəlməsinə gətirir ki, bu da quyuların normal istismar prosesini pozur.
Kollektor süxurların məsaməliyi. Bu göstərici yalnız neftdə həll olmuş qaz rejimli yataqlar üçün alınmış modeldə (müsbət təsirli parametr kimi) iştirak edir.
Kollektor süxurların keçiriciliyi. Bu göstərici lay rejimlərindən asılı olmayaraq, neftin məsaməli mühitdə hərəkətinə müsbət təsir edən amildir. Hər iki rejimli yataq­ların neftvermə modelində bu parametr müsbət yüklü olmaqla, əhəmiyyətlilik dərəcəsi müxtəlifdir.
Kollektor süxurların qumluluğu. Bu əlamət modellərin strukturuna daxil olmamışsa da, onun təsiri hər iki tip yataqlar üçün vacib göstəricidir. Onun neftverməyə bilavasitə təsiri kollektor süxurları xarakterizə edən digər parametrlərlə (keçiricilik, məsaməlik və s.) özünü göstərir və müsbət korrelyasiya ilə səciyyələnir.
Süxurlarda sement maddəsinin miqdarı. Hər iki rejimli yataqlara görə alınmış reqressiya tənliklərində bu göstəricinin əhəmiyyətlilik dərəcəsi az olduğu üçün iştirak etmir.

Yüklə 2,36 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin