1.2. Türkoloj
i dilçilikdə funksional qrammatika məsələsi
v
ə tədqiqi
Türk dill
əri bu günə qədər əsas etibarilə təsviri, tarixi-
müqayis
əli, müqayisəli-tarixi və müqyisəli-tutuşdurmalı dilçilik
metodları ilə öyrənilmişdir. Ancaq, 1970-ci illərdən etibarən
türkoloji dilçilikd
ə də yeni linqvistik metodlarla aparılmış
araşdırmalar diqqəti cəlb etməyə başlamış, struktur-semantik və
funksional qrammatika anlayışı və buna uyğun ilk elmi işlər ortaya
çıxmışdır. İndiyə qədər aparılmış olan həmin araşdırmaları, o
15
cümlədən semantik və funksional dəyərləndirmələri bütövlükdə
məzmun və ifadə planı, ayrılıqda isə yönüm və yöntəm etibarilə
dörd qrupa bölmək mümkündür:
Birincisi
həmin zaman içərisində felin tərz, növ, şəxs və s.
ayrı-ayrı qrammatik kateqoriyalarının funksional-semantik sahələr
üzrə konkret türk dillərində işlənilməsinə və onların tarixi
inkişafının öyrənilməsinə dair yeni bir türkoloji-linqvistik anlayışla
müəyyən araşdırmalar aparılmışdır (Musayev 2012: 197). V. Q.
Quzev əski Anadolu mətnlərinin materialları əsasında felin növ
kate
qoriyasına (1984; 1986) və funksional-semantik aspektdə
ümum
türk sözdəyişməsi nəzəriyyəsinin bəzi məsələlərinə (1985)
dair məqalələr yazmışdır. Həmin məqalələrdə dil-danışıq vahid-
lərinin qrammatik mənaları haqqında önəmli korrektivlər edil-
mişdir. Məsələn, felin məlum növüylə önun digər medial (orta)
səciyyəli icbar, məchul, qayıdış və qarşılıq-müştərək növləri arasın-
dakı funksional-semantik fərqliliklər somut dil materialları əsasında
göstərilmişdir. D.M.Nasilovun özbək dilində kəmiyyət aspektul-
lığına (1985) və türk dillərində funksional-semantik sahələrin
qarşılıqlı əlaqəsinə (1989) dair yazdığı məqalələr də diqqəti cəlb
edir. Birinci məqalədə tərz kateqoriyasının konkret bir məsələsi
araşdırılmış, ikinci məqalədə isə türk dillərində funksional-semantik
sahələrin arasındakı əlaqələrin əsas parametrləri göstərilmişdir.
İkincisi cümlə və mətn komponentəri arasında aktual
üzvlənməyə söykənən qrammatik, semantik, funksional əlaqələr və
bəzi simmetrik-asimmetrik özəlliklər türk dilləri materialları
əsasında da artıq təsbit olunmuşdur (Абдуллаев 1983; 1984;
Abdullayev1999; Maxmudov 1984: 49-56; Nurmanov 1992).
Üçüncüsü
sözügedən dillərdə morfoloji və sintaktik vahidlərə
dair qrammatik kateqoriyaların struktur-semantik və funksional
kriteriyal
arı yeni linqvistik yönüm və yöntəmlərlə öyrənilmişdir.
Məsələn, sadə və mürəkkəb cümlələrin sintaqmatik və paradiqmatik
özəllikləri göstərilmiş və onların dil sistemindəki uyğun struktur-
funksional modelləri müəyyənləşdirilmişdir (Ахматов 1983;
Бердалиев 1989; Турниязова... 1992: 87-91; Musayev 2011).
16
Dördüncüsü
sözügedən araşdırmalarda tədbiq edilən
linqvistik yöntəmlərin bir ümumi metodologiya şəklində
müəyyənləşdirilməsi istiqamətində türk dillərində, özəlliklə də
Türkiyə türkcəsində bir çox linqvistik terminin türkcə olaraq
qarşılıqları yaradılmışdır (Berge 1989). Həmin növ terminlər
ənənəvi türkoloji kontekstdə türk dillərinə uyğunlaşdırılmış və
kodlaşdırılmıştır (Исхакова 1987). Bu gün həmin linqvistik
terminlərin ifadə etdiyi qavramların köhnə ənənəvi qrammatik
istiqamətlərdə aparılmış olan tədqiqatlarda işlənilən terminlərlə
açıqlanması artıq mümkün deyildir. Bəlkə, sadəcə bir qismi onlarla
işlənilə bilən bir səciyyədədir. Çünki sözügedən terminlər
bütövlükdə dilçilik elminin inkişafına bağlı olaraq aparılan ümumi
linqvistik müşahidələrə və kameral işlərə bağlı olaraq
yaradılmaqdadır. Onlar yenidən təsnifləndirilən, ümumi özəllikləri
və təfərrüatları ilə şəkilləndirilən linqvistik qavramlaşdırma və
kateqoriyalaşdırmalara əsasən dəqiqləşdirilməkdə və kodlaşdırıl-
maqdadır. Məsələn, Azərbaycan dilində “sintaqm” və “sintaqmatik
üzvlənmə”, Türkiyə türkcəsində isə onların qarşılıqları olaraq “söz-
cə” və “sözcələmə” terminləri kimi. Bizim Türkiyədə Kültür
Bakanlığı tərəfindən yayımlanan “Türkolojinin Çeşitli Sorunları
Üzerine Makaleler-
İncelemler” adlı kitabımızda türkcə olaraq
işlətdiyimiz “tekbirleşimli (subordinativ), tambirleşimli (koordi-
nativ), çiftbirleşimli (korrelyativ), parselyatik, retprosperspektif,
(Musaoğlu 2002: 105; 315-320) kimi terminlərlə ifadə olunmuş
qavramlar və kateqoriyalar da bu qəbildəndir. Bunun kimi Hind-
Avropa dillərində ənənəvi və yeni dilçilik istiqamətlərində aparılmış
olan araşdırmalarda işlənilən linqvistik terminlər arasında da
müəyyən fərqlər özünü göstərməkdədir (ЛЭC 1990: 603-626; 627-
650). Beləliklə, keçən əsrin 70-ci illərindən başlayaraq türkoloji
dilçilikdə yeni linqvistik yönüm və yöntəmlərlə aparılan
araşdırmalar və ayrı-ayrı türk dillərinə dair sözügedən istiqamətdə
görülən konkret praktik işlər günümüzdə artıq müəyyən bir elmi və
metodoloji səviyyəyə gəlib çatmışdır. Həmin araşdırmalar və ya
elmi-
praktik işlər əsas etibarilə semantik, funksional, riyazi,
17
sosiolinqvistik, statistik, korpus, mətnlinqvistik, koqnitiv-
konseptual və s. digər yeni araşdırma-öyrənilmə yönümləri və
yöntəmləri ilə aparılmışdır (Musayev 2012: 196-199).
Qeyd olunmalıdır ki, əsas etibarilə XX yüzilin başlarından
etibarən rus dilindən alınaraq müxtəlif türk ədəbi dillərində işlənilən
linqvistik terminlərin unifikasiyasında biz, əsasən, iki vəziyyəti
müşahidə edirik. Birincisi linqvistik terminlər müxtəlif türk ədəbi
dillərinin orfoqrafiya və orfoepiya qaydalarına uyğunlaşdırılır.
İkincisi isə sözügedən terminlərin müxtəlif türk ədəbi dillərində
qarşılıqları yaradılır. Bu gün birinci yöntəmin daha yayğın olaraq
həyata keçirildiyi müşahidə olunur. Bu da qloballaşmanın getikcə
geniş bir vüsət alması, elm və texnologiyanın, özəlliklə də infor-
masiya texnologiyalarının sürətli inkişafıyla bağlıdır. Sözügedən
kontekstdə “Dilçilik Ensiklopediyası” (2006; 2008) adlı bu
yaxınlarda yayımlanan kitab sadəcə rus dilindən alınan linqvistik
terminlərdən istifadə olunmasıyla deyil, həm də müasir dilçilik
emlinin inkişafı və onda ortaya çıxan müxtəlif elmi yeniliklərin
təqib edilməsi baxımından da çox aktualdır. Həmin kitabda həm
sözügedən linqvistik terminlərin ingilis, alman, fransız və
Azərbaycan dillərində qrşılıqları verilir, həm də onların terminoloji
mənası və linqvistik məzmunu fundamental elmi mənbələrə əsasən
konkret dil örnəkləriylə açıqlanır. Belə bir ensiklopedik dilçilik
lüğəti sadəcə Azərbaycan filologiyasında deyil, bütövlükdə türko-
logiyada və türkoloji dilçilikdə də bir ilk kitab hesab olunmalıdır.
Əslində həmin ensiklopedik lüğət funksional söz yaradıcılığı
baxımından da diqqəti çəkir. Belə ki, lüğətdə yer alan terminlərin
bir qismi işlənildiyi dildən olduğu kimi alınaraq dilimizin orfoepik
və orfoqrafik qaydalarına uyğunlaşdırılır, digərlərinin isə çox vaxt
kalka, bəzən də leksik, morfoloji və sintaktik yollarla uyğun
qarşılıqları yaradılır. Beləliklə də dilimizdə işlənilən və sözün geniş
mənasında çağdaş sosial elmşünaslığın bir çox sahəsi ilə əlaqədar
olan termin sözlərin sayı artır və nəticə etibarilə dilimizin lüğət
tərkibi zənginləşir və onun ifadə imkanları artır.
18
1980-ci ill
ərdən bəri formalaşan koqnitiv elm, koqnitiv
linqvistika v
ə kompüter-mühəndis dilçiliyi sahələri struktur-
semantik v
ə funksional araşdırmalar əsasında yeni bir konseptual-
funksional qrammatika anlayışını da gündəmə gətirmişdir. Əslində
bel
ə bir anlayışın dilçilikdəki gündəmə gəlişini “çağdaş
linqvistikada funksional
ənənə ilə generativ istiqamətin
birl
əşdirilməsi və uyğun metodlarının bir yerdə tətbiq olunması
ist
əkləri” (Φëдoрoва 2008: 98-1004) də dəstəkləməkdədidr. Çünki
müasir dilçilikdə dil-nitq vahidlərinin həm konseptual özəllikləri,
həm də onların qrammatik mənaları konkret linqvistik funksiyalar
səviyyəsində öyrənilir. Struktur dilçiliyin əsasları, meydana
gəlməsi, inkişafı, mövcud cərəyanları; morfemika və sintaqmatika,
semantika və praqmatika məsələləri; işarələrin mahiyyəti, növləri və
funksiyaları Azərbaycan dilində ana dilimizin materialları ilə də
açıqlanır (Veysəlli 2005; 2008; 2009; 2010). Bu isə Azərbaycan
dilinin funksional qrammatikasını yazmağa imkan verən
konseptual-
linqvistik kontekstin və uyğun bir diskurs ortamının
yarandığını göstərən amillərdən biri olaraq qiymətləndirilməlidir.
Bu gün Azərbaycan bədii mətni artıq çağdaş mətn dilçiliyi
səviyyəsində konseptual, ədəbi, semiotik, linqvistik yöntəmlərlə və
bütün dil-
nitq parametrləriylə öyrənilməkdədir (Abdullayev.,
Məmmədov., Musayev., Üstünova 2012). Qeyd olunmalıdır ki,
mətin dilçiliyi və sintaksis sahəsində indiyə qədər Azərbaycan
dilçiliyində aparılmış olan bütün araşdırmalar və nəhayət yuxarıda
göstərilən fundamental əsər də artıq dilimizin funksional
qrammatikasının yazılmasının mümkün olduğunu və vaxtının
çatdığını açıb göstərməkdədir.
Yuxarıda göstərilən bütün araşdırmalar, struktur diçiliyin
müxtəlif məsələlərinə, mətn dilçiliyinə və sintaksisinə dair yazılmış
əsərlər və nəhayət ensiklopedik dilçilik lüğəti Azərbaycanda ana
dilimizin funksional qrammatikamızın yazılmasının linqvistik
kontekstinin yarandığını və vaxtının çatdığını göstərir. Ancaq,
türkoloji dilçilikdə funksional qrammatika məsələlərinin özəl olaraq
araşdırılmasının vəziyyəti və bu gün gəlinən nöqtə də sözügedən
19
işdə çox önəmlidir! Məhz bu kontekstdə yuxarıda V. Q. Quzevin
(1984; 1985; 1986) və D. M. Nasilovun (1985; 1989) funksional
qrammatikanın özəl məsələlərinə dair yazılmış məqalələrindən
qısaca olaraq bəhs olundu. Bunlar türkoloji dilçilikdə funksional
qrammatika məsələlərinə həsr olunmuş ilk ciddi linqvistik işlərdən
hesab oluna bilər. Türk dillərində birbaşa funksional qrammatika
məsələləriylə əlaqədar olaraq yazılmış digər əsərlər də yox deyildir.
D. Q. Tumaşeva (1986) tatar dilində feillərə aid olan qrammatik
kateqoriyaları bir ilk təcrübə olaraq funksional-semantik aspektdə
öyrənir. Gerjan van Schaaikin Türkiyə türkcəsində yazdığı
“Funksional qrammatika nədir?” (1998) adlı məqaləsində
sözügedən qrammatika növünün nə olduğu açıqlanır, onun ümumi
prinsiplərindən, struktur vahidlərinin xarakterik linqvistik
özəlliklərindən və bütün bunların türk dilinə sintaktik və morfoloji
örnəklərlə tətbiq olunmasından ardıcıllıqla və geniş bir şəkildə bəhs
edilir. Mehman Musaoğlunun da Türkiyə türkcəsində yazdığı
“Türkçenin İşlevsel Dilbilgisi ve Metin Kompozisyonu” (2003) adlı
məqaləsində
funksional
qrammatikanın
metodlarından,
mənbələrindən, ümumtürk dilinin funksional qrammatikasının
ontoloji-
linqvistik əsaslarından söhbət açılır. Həmin məqalədə
funksional-
semantik sahələrin qrammatik kateqoriyalarla ifadəsi
bədii mətn örnəkləriylə göstərilir. Türkoloji dilçilikdə funksional
qrammatika məsələləri haqqında yazılmış ən son əsərlərdən biri
kimi isə tatar dilçisi F. Ə. Qəniyevin məqaləsi diqqəti çəkir. Onun
“Funksional qrammatikanın problemi haqqında” (2009) adlı
məqləsində həm dünyada və rus dilçiliyində, həm də türkologiyada
və tatar dilçiliyində funksional linqvistika və qrammatikanın
öyrənilməsindən daha ətraflı bəhs edilir. Sözügedən məqalədə
funksional qrammatikanın linqvistik mahiyyəti və onun tədqiqat
obyekti konkret olaraq söz yaradıcılığı örnəkləri və ya kök və
şəkilçi morfemlərlə açılıb göstərilir. Ancaq bütün bu göstərilənlər
türkoloji dilçilikdə funksional qrammatikanın öyrənilməsində
hələlik başlanğıc xarakteri daşıyır. Çünki türk dilləri materialları
əsasında indiyə qədər funksional linqvistikaya və qrammatikaya aid
20
daha nə sanballı bir monoqrafiya, nə də dərs kitabı və vəsaiti
yazılmamışdır. Bu baxımdan Azərbaycan dilinin sözügedən
funksional qrammatikası həm türkologiyada, həm də Azərbaycan
filologiyasında bir linqvistik yenilik və ilk elmi, metodoloji və
praktik təcrübə olacaqdır. Bu iş sözügedən fənnin dünyadakı bütün
türkoloji mərkəzlərdə, Türk dünyasının müxtəlif akademik qurum-
larında, o sıradan ali və orta məktəb təhsili sistemində həm elmi-
filoloji, həm də praktik olaraq öyrənilməsinin yolunu açacaqdır.
1.3.
Azərbaycan dili funksional qrammatikasının
konseptual-linqvistik perspektivl
əri
Türk dillərinin linqvistik-kommunikativ sistemi, hər şeydən
önc
ə, saitlərin və samitlərin qarşılıqlı səs uyumuna, sözdüzəldici,
sözd
əyişdirici və formadüzəldici şəkilçilərin aqqilütinativ sırasına,
analitik və sintaktik səciyyəli söz yaradıcılığı əsaslaına görə müəy-
y
ənləşdirilir. Göstərilən sistemin tərkib hissələri bir-birinə qram-
matikal, aspektual v
ə konseptual olaraq bağlanır. Cümlə üzvlərinin
“mübt
əda, tamamlıq, xəbər” sıralı simmetrik və daha geniş bir
müst
əvidəki “təyin, mübtəda, təyin, tamamlıq, zərflik, xəbər” səciy-
y
əli genişlənən asimmetrik sıralanması burada önəmli bir rol
oynayır.
Azərbaycan dilinin sinxronik dil-işlənilmə sisteminin yuxa-
rıda göstərilən funksional qrammatika metodologiyasının və funksi-
onal-
semantik sahələrin əsas prinsipləri səviyyəsində müəyyənləş-
dirilm
əsi dilimizin qrammatik və söz yaradıcılığı səviyyələrinin
öyr
ənilməsinə uyğundur. Bu, fikrimizcə, ümumtürk dilinin səs
uyumu, aqqilütinativ v
ə sabit sintaktik quruluşu ilə Avropa İttifaqı
v
ə gələcək Avrasiya çoxdillilik ortamında dəyişən dil tədrisi və
t
əlimi dəyərləri (Templer 2002) ilə də ziddiyyət təşkil etməyəcəkdir.
Bununla b
ərabər, elm və informatikanın inkişafının dəyişmə
sür
ətinə görə əmələ gələn yeni semantik-funksional anlam sahələri,
m
ərkəzləri və çalarlarının sinxronik-kommunikativ, mətnlinqvistik
v
ə konseptual olaraq mühəndis dilçiliyi ilə təsvir olunması da
21
qaçınılmazdır. Azərbaycan dilinin funksional qrammatikası bəzi
orijinal özəllikləriylə A.V.Bondarkonun yuxarıda verilən funksi-
onal-
semantik sahələrin təsnifindəki prinsiplər üzrə qurula bilər.
Sözügedən qrammatika kitabında dil-danışıq ortamına görə
şəkillənərək işlənilən simmetrik və asimmetrik səciyyəli
mətnlinqvistik, sintaktik, morfoloji, fonomorfoloji, morfematik, söz
yaradıcılığı və frazeoloji dil-danışıq vasitələrinin funksiyalarının
kommunikativ işləmə mekanizmi təsvir olunmalıdır.
Әdəbiyyat
Абдуллаев К.М. 1983, Проблемы синтаксиса простого
предложения в азербайджанском языке. Бакы, Елм.
Abdullayev K.M. 1999, Az
ərbaycan dili sintakasisinin nəzəri prob-
leml
əri, Ali məktəblər üçün dərs vəsaiti, “Maarif” Nəşriyyatı, Bakı,
279 s.
Abdullayev K. M., Məmmədov A. Y., Musayev M. M., Üstünova
K. Novruzova N. S., Hüseynov Ş. Q., Rzayeva G. N., Hacıyeva K.
B., Ziyadova L. V., Fətəliyeva S. Q., Nağıyeva G. Q., Məhərrəmova
G. A., Ze
ynalova Ş. T., Səlimova F. Q., Məhərrəmova V. H. 3012,
Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər, (Dərs vəsaiti),
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Slavyan
Universiteti, Bakı, 605 s.
Axмaтoв И. Х. 1983, Структурно-семантические модели прос-
того предложения в современном карачаево-балкарском языке
(осовные вопросы теории), Нальчик: Изд-во “Эльбрус”, 355 s.
Бeрдaлиeв А. 1989, Семантико-сигнификативная парадигма-
тика и синтагматические отношения в конструкциях сложно-
подчиненного предложения узбекского литературного языка.
АДД. Ташкент, 51 с.
Berge, Vardar 1989,
Açıklamalı Dilbilim Terimleri Sözlüğü,
Ankara, 295 s.
Бондарко А. В. 1984, Функциональная грамматика, Л: “Наука”,
Лeнингрaдское отделение.
22
Бондарко А. В. 1987, Введение. Основания функциональной
грамматики. Л: “Наука”, Лeнингрaдское отделение, с. 5-36.
DİLÇİLİK ENSİKLOPEDİYASI. I cild, 513 s.; II cild, 526 s. (dərs
vəsaiti), Bakı, Mütərcim, 2006-2008.
Фёдoрoвa O. В. 2008, Метoдика регистрации движений глаз
“визуальный мир”, шанс для сближения психoлингвистических
традиций.–Вопросы Языкознания, № 6, с. 98-120.
Gerjan van Schaaik 1998,
‘İşlevsel Dilbilgisi nedir?-Dilbilim
Araştırmaları, Ankara, s.9-26.
Исхакова Х. Ф. 1987, Структуры терминологических систем.
Тюркские языки. Москва , “Наука”, 126 с.
Ганиев Ф. А. 2009, О проблеме функциональной грамматики. –
Научный Татарстан, № 1, с. 106-117.
Гузев В. Г. 1984, Проблемы основного и медиального залогов в
функциональном аспекте (на материале староанатолийско-
тюркского языка). –Советская Тюркология, № 5, с. 59-63.
Гузев В.Г. 1985, Некоторые вопросы теории тюркского
словоизменения в функционально-семантическом аспекте. –
Советская Тюркология, № 2, с. 3-11.
Гузев В.Г. 1986, Значения форм страдательного и возвратного
залогов. Состав категории залога аспекте (на материале
староанатолийско-тюркского языка). –Советская Тюрко-
логия, № 4, с. 5-12.
Лингвистический энциклопедический словарь, Москва,
“СОВЕТСКАЯ ЭHЦИКЛОПЕДИЯ”, 1990, 683 с.
Махмудов Н. М. 1984, Семантико-синтаксическая асиметрия
в автокаузативном простом предложении (на материале
узбеского языка) –Советская Тюркология, № 2, с. 49-56.
Musaoğlu M. M. 2002, Türkolojinin Çeşitli Sorunları Üzerine
Makaleler-
İncelemeler, T.C. Kültür Bakanlığı Yayınları, Ankara,
320 s.
Musaoğlu, Mehman 2003, Türkçenin İşlevsel Dilbilgisi ve Metin
Kompozisyonu
, Dil Dergisi, Sayı 120 Mayıs-Haziran, s. 22-40.
23
Musayev M. M. 2011,
Türk ədəbi dillərində mürəkkəb cümlə
sintaksisi
, Dərs vəsaiti, Azərbaycan Respublikası Təhsil Nazirliyi,
Bakı Slavyan Universiteti, Bakı, 401 s.
Musayev M.M. 2012
, Türkoloji dilçilik, Dərslik, Azərbaycan Res-
publikası Təhsil Nazirliyi, Bakı Slavyan Universiteti, Bakı, 454 s.
Насилов Д. М. 1985, К характеристике количественной
аспектуальности в узбекском языке.–Советская Tюркология,
№ 1, с. 64-70.
Насилов Д. М. 1989, Взаимосвязи функционально-семанти-
ческих полей в тюркских языках.–Советская Tюркология, № 1,
с. 28-31.
Nurmanov A., Mahmudov N., Ahmedov A. 1992, Uzbek tilinin
mazmuniy sintaksisi, Toshkent.
Templer B. 2002, Türkiye’deki
Avrupa Dilleri Dosyası (European
Language Portfolio-
ELP) ve Yabancı Dil Olarak Türkçe: Avrupa
Konseyi’nden Öğreticinin Yetkileri İçin Uygun Bir Amaç
Oluşturma, Dil Dergisi, Sayı: 113 Mart-Nisan, s. 24-32.
Тумашева Д. Г. 1985, Татарский глагол: Опыт функционально-
семантического исследования грамматических категорий,
Казань.
Турниязова К.А., Турниязов Н. К. 1992, К вопросу о струк-
турно-функциональном анализе компонентов предложения. .–
Советская Tюркология, № 1, с. 87-91.
Veysəlli F. Y. 2005, Struktur dilçiliyin əsasları, Dərs vəsaiti, I,
STUDIA PHILOLOGICA, Bakı, Təhsil, NPM, 342 s;
Veysəlli F.Y. 2008, Struktur dilçiliyin əsasları, STUDIA
PHILOLOGICA II, Morfemika, Sintaqmatika,
Dərs vəsaiti, Bakı,
Mütərcim, 307 s;
Veysəlli F.Y. 2009, Struktur dilçiliyin əsasları, STUDIA
PHILOLOGICA III,
Semantika və Praqmatika, Dərs vəsaiti, Bakı,
Mütərcim, 266 s.
Veysəlli F. 2010, Semiotika, STUDIA PHILOLOGICA IV, Bakı,
Mütərcim.
24
II FӘSİL
FUNKSİONAL VӘ KONSEPTUAL-QRAMMATİK
QAVRAMLAŞMALAR VӘ KATEQORİYALAŞMALAR
Sözüged
ən qavramlaşmalar və kateqoriyalaşmalar, hər şeydən
önc
ə, insan hafizəsində gerçək prototipləri ilə dərk olunaraq yığılan
v
ə beyində yenidən işlənilən biliklərə söykənməkdədir. Həmin
bilikl
ərin və hər cür digər məlumatların dil səviyyələri ilə ifadəsinə
bağlı olaraq özünü göstərən ümumi “funksional-semantik tablo”nun
“on-line” olaraq mü
əyyənləşdirilməsi və alt qavramları və
kateqoriyaları ilə adlandırılması isə koqnitiv dilçiliyin işidir. Bu
baxımdan ilk öncə türk ədəbi dillərinə dair konseptual səciyyəli qav-
ramlaşmalar və kateqoriyalaşmalar kontekstinin əsas parametrlərinin
n
ədən ibarət olduğunu göstərmək istədik. Buna görə də
formadüz
əltmə və sözdəyişdirmə alt kateqoriyalarına dair öncə felin
növ v
ə şəkil, üst səviyyəli predikativlik dərəcələrinə aid olaraq isə
sintaksisin mür
əkkəb cümlə modellərini müyyənləşdirdik (Musayev
2011). Ümumtürk m
ətninin bəzi ontoloji-tipoloji özəlliklərini də təs-
bit etm
əyə çalışdıq və universal-milli səciyyəli frazeoloji söz
yaradıcılığına aid örnəklərlə bir-birinə iki ən yaxın qohum dilin
müqayis
əli frazeologiya korpusunun “on-line” prinsiplərini sıraladıq
(Musayev 2011: 58-65). Bel
əliklə, türkoloji dilçilikdə konseptual
qavramlaşdırmaların və uyğun kateqoriyalaşdırılmaların leksem-fra-
zem s
əciyəli söz yaradıcılığına, formadüzəltmə və sözdəyişdirmə əla-
m
ətlərinə və sintaksis-mətn səviyyəsindəki predikativlik dərəcələrinə
gör
ə müəyyənlşdirilə biləcəyini göstərdik (Musayev 2011: 42-65).
Dostları ilə paylaş: |