Ön söZ (M. M. Musayev) I. Azәrbaycan diLİNİn morfologiyasina yeni baxişlar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/26
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#14971
1   2   3   4   5   6   7   8   9   ...   26

2.2.1. Felin r
əvayət olunan keçmiş zamanının iki növü  
Az
ərbaycan dilində felin indiki, müəyyən və qeyri-müəyyən 
g
ələcək,  -dı,  -di,  -du,  -dü və  -mış,  -miş,  -muş,  -müş  şəkilçiləri ilə 
düz
ələn  keçmiş  zaman  şəkilləri  vardır.  Həmin  şəkillər sözügedən 
dilin  qrammatika  kitablarında  “Cədvəl”dəki göstərilən formada 
t
əsvir olunmuşdur (Hüseynzadə 1973: 190-198). Azərbaycan dilndə 
-
mış, -miş, -muş, -müş keçmiş zaman şəkilçiləri ilə paralel olaraq -
ıb,-ib,-ub,-üb  feli  bağlama  morfoloji  əlamətlərinin də  sözügedən 
qrammatik funksiyada işlənilməsindən bəhs edilmişdir (Hüseynzadə 
1973:194). Buna baxmayaraq, -
ıb, -ib, -ub, -üb (-yıb, -yib, -yub, -
yüb) feli bağlama şəkilçiləri ilə formalaşan zaman şəkli sözügedən 
keçmiş  zaman  şəklinin ikinci bir növü səviyyəsində  paradiqmatik 
olaraq ayrıca təsnifləndirilməmişdir. Halbuki, -ıb, -ib, -ub, -üb (-yıb, 
-yib, -yub, -
yüb) feli bağlama şəkilçiləri ilə formalaşan zaman şəkli-
nin hekay
əsi xaricindəki digər təsdiq, inkar və  sual mürəkkəb 
şəkillərində  də  paradiqmatik  olaraq  işlənildiyi və  bütövlükdə 
r
əvayət olunan zaman  qavrayışının  qrammatik  əlaməti kimi dərk 
olunduğu  yuxarıda  sözükeçən “Cədvəl”də  də  bariz  bir  şəkildə 
müşahidə  olunmaqdadır.  Bununla  bərabər,  -mış,  -miş,  -muş,  -müş 
şəkilçisi ilə düzələn zaman şəkli Azərbaycan dilində daha çox tam 
üslub
da, başqa bir ifadə ilə kitab dilndə işlənilməkdədir. -Ib, -ib, -
ub,  -üb (-
yıb,  -yib,  -yub,  -yüb)  feli  bağlama  şəkilçiləri ilə 
formalaşan zaman şəklinin diskursda işlənilmə tezliyi isə birinci ilə 
müqayis
ədə daha genişdir. Sözügedən zaman şəkli həm tam, həm də 
s
ərbəst üslubda,  başqa  bir  ifadə  ilə  dildə  və  danışıqda  (nitqdə)  ən 
yayğın  bir  formada  yer  almaqdadır.  Buna  görə  də, sözügedən 
r
əvayət  olunan  keçmiş  zaman  xəbər  şəklinin müasir Azərbaycan 
dilinin  qrammatikasında  ikinci  bir  növ  olaraq  fərqliləşdirilməsinə 
ehtiyac 
vardır.  İkinci  şəkil,  yuxarıda  göstərildiyi kimi, daha çox 
danışıq dilinə xasdır. Məsələn:  
Sən bizə xoş gəlmi(ş)sən.  
Sən bizə xoş gəlibsən. 
Sən bizə xoş gəlib, səfa gətiribsən. 
*Sən bizə xoş gəlmişsən. 
 
37 
 

*Sən bizə xoş gəlmiş, səfa gətirmişsən. 
 
Siz bizə xoş gəlmi(ş)siz (siniz) 
Siz bizə xoş gəlibsiz. 
Siz bizə xoş gəlib, səfa gətiribsiz. 
*Siz bizə xoş gəlmişsiniz. 
*Siz bizə xoş gəlmiş, səfa gətirmişsiniz. 
 
Bütün protokolllar yazılmışdır.  
Bütün protokollar yazılıb. 
*Bütün protokollar yazılmış. 
Müəllim gəlmişdir. 
Müəllim gəlib 
*Müəllim gəlibdir. 
 
Müəllimlər gəlmişdir (lər) 
Müəllimlər gəlib (lər) 
*Müəllimlər gəlibdir(lər). 
 
Tələbə lazım olan ədəbiyyatı oxumuşdur.  
Tələbə lazım olan ədəbiyyatı oxuyub. 
*Tələbə lazım olan ədəbiyyatı oxumuş. 
*Tələbə lazım olan ədəbiyyatı oxuyubdur. 
 
Tələbələr lazım olan ədəbiyyatı oxumuşdur. 
Tələbələr lazım olan ədəbiyyatı oxuyub(lar). 
*Tələbələr lazım olan ədəbiyyatı oxumuş. 
*Tələblər lazım olan ədəbiyyatı oxuyubdur(lar). 
 
Yaxşı eləyib kinoya bilet almı(ş)sınız. 
Yaxşı eləyib kinoya bilet alıbsız(sınız).  
Yaxşı eləyib kinoya bilet alıb(lar). 
*Yaxşı eləyib kinoya bilet almış (lar). 
 
38 
 

İkinci  şəxs təkdə  -mış,  -miş,  -muş,  -müş  şəkilçisinin  ş 
komponentin
ə  aktif  olaraq  diferensiallaşan  dil-danışıq  zəncirində 
t
əsadüf olunmur. Həmin morfoloji  şəklin  bütününün  işlənilməsinə 
is
ə  yayğın  olaraq  yazılı  mətnlərdə  rast gəlinir. Göstərilən 
komponentin sözüged
ən  işlənilmə  tezliyi  -mış,  -miş,  -muş,  -müş 
şəkilçisinin  dörd  variantlı  olaması  ilə  əlaqədardır.  Necə  ki, 
sözüged
ən morfoloji şəklin işlənilməsi   -ıb, -ib, -ub, -üb (-yıb, -yib, 
-yub,  -
yüb)  şəkilçisi ilə  paradiqmatik müqayisədə  bir qrammatik 
əlamət kimi fakültativ səciyyəlidir. Müqayisə et: 
Mən gəlmişəm                           
Sən gəlmisən 
O gəlmişdir 
Biz gəlmişik 
Siz gəlmişsiniz 
Onlar gəlmiş(dir)(lər) 
Mən gəlmişəm. 
Sən gəlibsən 
O gəlib 
Biz g
əlmişik. 
Siz gəlibsiz (siniz) 
Onlar gəlib (lər) 
-Ubdur 
şəkilçisi -ıbdır, -ibdir, -ubdur, -übdür (-ıbdı, -ibdi, -
ubdu,  -
übdü)  morfoloji  variantlarında  Anadolu-Qafqaz  coğrafiyası 
Oğuz türkcəsində, onun dialekt və ağızlarında, özəlliklə də müxtəlif 
xalq 
ədəbiyyatı  örnəklərinin dilində  vaxtilə  çox  geniş  miqyasda 
işlənilmişdir (Adamoviç 1985: 202-2005). Bəlkə bu gün də həmin 
morfoloji 
əlamətlə  formalaşan  felin  rəvayət  olunan  keçmiş  və  ya 
əslində  tamamlanmış  indiki  zamanına  (perfekt) bəzi  yazarların  və 
ana dilind
ə  birinci  dil  olaraq  danışan  şəxslərin dilində  təsadüf 
olunur. Ancaq çağdaş Azərbaycan dilində diskursiv xarakterli ədəbi 
ünsiyy
ət ortamı üçün sözügedən morfoloji əlamət -mışdır, -mişdir, -
muşdur,  -müşdür  şəkilçisi ilə  uyğun  bir  paradiqmatik-sintaqmatik 
paralellik t
əşkil edə bilmir. Buna görə də, yuxarıda -ıbdır, -ibdir, -
ubdur,  -
übdür  şəkilçisi ilə  işlənilən cümlələrin funksional və 
 
39 
 

konseptual  baxımdan  xətalı  deyil,  çox  vaxt  bir  xalq  danışığı  şəkli 
olduğu  ulduz işarəsi ilə göstərilmişdir.  
 
2.2.2. Felin dar v
ə geniş mənalı vacib şəkli  
Felin  vacib  şəkli müasir Azərbaycan dilində  -malı,  -məli 
morfoloji 
əlamətinin və şəxs şəkilçilərinin feil kökü və ya əsasına 
artırılması ilə  sintetik olaraq əmələ gəlir (Hüseynzadə 1973: 224). 
Bununla b
ərabər, felin sözügedən  şəkli morfoloji-sintaktik 
xarakterli 
malı+olmaq və şəxs şəkilçiləri sıralanması ilə də qurulur. 
Daha doğrusu, -malı, -məli şəkilçili feil kökünə və ya əsasına olmaq 
köm
əkçi  morfeminin  artırılması  ilə  əmələ  gələn  feil  şəklinin 
analitik  forması  da  Azərbaycan dilində  işlənilir  (Rəhimov  1965: 
215; Khudazarov 2005:194-195). Felin morfoloji-sintaktik üsulla 
formalaşan vacib şəklinin ifadəsi Azərbaycan dilində əsas etibarilə 
h
ər hansı bir iş və ya hərəkətin bəlli bir ölçüdə daha geniş səciyyəli 
keçmiş  və  gələcək  zamanlardakı  baş  vermə  əsnası  ilə  əlaqədardır. 
Birinci  şəkil daha çox hər  hansı  bir  işi  görənin  öz  aldığı  qərara 
əsasən yerinə  yetirdiyi  iş  və  ya dar bir fəaliyyət sahəsi ilə  bağlı 
olaraq  işləniilr.  İkinci  şəkil isə  Azərbaycan dilində  xaricdən gələn 
h
ər  hansı  bir  təzyiq və  diqtə  edilən konkret bir məcburiyyətlə 
gerç
əkləşmiş olmaq və ya ola bilmək anları ilə bağlı olaraq ortaya 
çıxır  (Khudazarov  2005:194).        Beləliklə, dar və  geniş  mənalı 
birinci  v
ə  ikinci  şəkillərin Azərbaycan dilində  paralel olaraq 
işlənilməsi  ayrılıqda  sintaqmatik  bir  özəllik, bütövlükdə  isə 
qrammatik-sintaktik çoxm
ənalılıq olaraq qiymətləndirilə bilər.  
Morfoloji-
sintaktik xarakterli vacib şəklinin ifadəsi felin hər 
üç zamanındakı hər hansı bir iş və ya hərəkətin yerinə yetirlməsinin 
daha  geniş  bir  zamanının  “baş  vermə  çərçivərləri” ilə  bağlı  olur. 
Daha  doğrusu,    sözügedən  şəkil məhdud  olmayan  daha  geniş  bir 
zaman müst
əvisindəki xaricdən gələn hər hansı bir təzyiqlə yerinə 
yetiril
ən və ya yetiriləcək gerçəkləşmə müddətlərini bildirir.  
Aşağıda  felin  dar  və  geniş  mənalı  vacib  şəkillərinə  dair 
örn
əklər gətirilmişdir.  Həmin örnəklər bu və  ya  digr  şəkildə 
sözüged
ən özü qərara gəlmə və ya xaricdən olan bir təzyiqlə yerinə 
 
40 
 

yetirilm
ə nəticəsində baş verən iş və ya hərəkət aktlarını iadə edir. 
H
əmin  iş-hərəkət mənalarının  diskursiv  səciyyəli örnəklərlə 
deskriptiv olaraq t
əsviri  onların  bir-birindən fərqliliyini bəlli bir 
ölçüd
ə göstərməkdədir. Məsələn:  
Mən də Bakıya getməliyəm. 
Mən də Bakıya getməli oluram.  
Mən də sabah Bakıya getməliyəm. 
*Mən də sabah Bakıya getməli oluram. 
 
Sən də bu kitabları almalısan.  
İndi sən də bu kitabları almalısan. 
İndi sən də bu kitabları almalı olursan. 
*İndi sən də bu kitabları almalı olarsan. 
*İndi sən də bu kitabları almalı olacaqsan (Musaoğlu 2008). 
Biz  yuxarıda  felin  rəvayət  olunan  keçmiş  zamanı  ilə  ifadə 
olunan x
əbər və ayrıca da vacib şəklinin qrammatika kitablarımızda 
v
ə  türkoloji  dilçilik  araşdırmalarında  daha  geniş  bir  şəkildə 
öyr
ənilməyən bəzi mövzuları  üzərində  durduq.  Daha  doğrusu,  ana 
dilinin t
əlimi və tədrisi məqsədilə onun paradiqmatik olaraq təsbit 
edilm
əyən bəzi şəkillərini göstərdik. Azərbaycan dilinin tədrisində  
felin zaman v
ə şəkil kateqoriyası bəhslərinin ayrıca bir morfoloji və 
morfoloji-sintaktik bölüml
əri səviyyəsində  öyrədilməyən bəzi 
konseptual v
ə  funksional özəlliklərinə  toxunduq. Ancaq felin istər 
x
əbər, istərsə  də  digər  bütün  şəkilləri struktur, funksional və 
semantik 
əlamətləri ilə konseptual olaraq kateqoriyalaşdırılmalıdır.  
 
Әdəbiyyat 
 
ADAMOVİÇ,  MİLAN  1985,  KONJUGATİONSGESHICHTE 
DER TÜRKISCHEN SPRACHE, leiden, 337 s. 
Axundov A. Feilin zamanları. Bakı: ADU, 140 s. 
Az
ərbaycan dilinin izahlı lüğəti. I cild, 1964, 593 s.; II cild, 1980, 
576 s.;  III cild, 1983, 554 s.; IV cil
d, 1987, 541 s., Bakı: “Elm”  
 
41 
 

ДМИТРИЕВ  Н.К.  1948,  Строй  тюркских  языков.  Изд-во 
восточной литературы. Москва. 
ERGUVANLI, Eser Taylan 2002, The Verb in Turkish. 
LINGUISTİK AKTUELL / LINGUISTICS TODAY, Offprint, s. 1-
45 
HENGİRMEN,  Metmet  1999,  Yabancılar  İçin Türkçe Dilbilgisi, 
Ankara, 350 s. 
Hüseynzad
ə, Muxtar 1973, Müasir Azərbaycan dili. Morfologiya, 
III, Bakı, “Maarif”, 356 s. 
KHUDAZAROV T.M. 2005, Teach yourself Azeri, For English 
students, Baku. 
Кононов  А.Н.  1982,  Грамматика  современного  тюркского 
литературного языка. Изд-во АН СССР, М.:-Л. 
M
USAOĞLU,  Mehman    2003,  Türkeçenin  işlevsel  Dilbilgisi  ve 
Metin Kompozisyonu. Dil Dergisi, sayı:120, s. 22-40 
MUSAOĞLU,  Mehman    2008,  Türkçede  Çatı.  –Prof.Dr. Ahmet 
Bican Ercilasun Armağanı. Akçağ, Ankara, s. 207-234. 
Musayev M.M. 2011, Türk 
ədəbi dillərində  mürəkkəb cümlə 
sintaksisi, Bakı, 401 s. 
ÖZTOPÇU, Kurtuluş 1994, Colloqual Azerbaijani. A Mini Course, 
Copyrigt, 47 s. 
RƏHİMOV,  Mirzə  1965, Azərbaycan dilində  feil  şəkillərinin 
formalaşması  tarixi,  Azərb.  SSR Elmlər  Akademiyası  Nəşriyyatı, 
Bakı: 1965, 267 s. 
SEZER, Engin  2002, Finiteinflection in Turkish, The Verb in 
Turkish. LINGUISTIK AKTUEL/LINGUISTICS TODAY, s. 1-45. 
Türkçe sözlük, 1, 2, Türk Dil Kurumu, Ankara, 1998, 2523 s. 
Türkçe sözlük, 10. Baskı, Türk Dil Kurumu, Ankara, 2005, 2243 s.    
 
 
 
 
 
 
 
42 
 

 
III FӘSİL 
 
SÖZ: VURĞUSU, MӘNASI, ANLAMI, ӘSASI VӘ ŞӘKLİ 
 
3.1.
Morfemika, söz və morfem 
 
Linqvistika elmində sözün mənalı hissələri morfem termini ilə 
adlandırılır.  Morfemikada  hər  hansı  bir  dilin  özünə  məxsus  olan 
morfem 
tərkibi və quruluşu təsvir olunur, sözün tərkibində leksik-
qrammatik  mənaları  ilə  seçilən  morfemlərin  tipləri  və  növləri 
müəyyənləşdirilir.  Danışıq  prosesində  morfemlərin  sintaktik 
əhatədə  işlənilməsini  gerçəkləşdirən  morfların  konkret söz 
şəkillərində bir-biriylə fonematik bağlılığı və ya bir xətt üzərindəki 
sintaqmatik  ardıcıllığı  da  morfemikada  öyrənilir  (ЛЭС  1990:  313; 
Татaрская грамматика 1993: 142; DE 2006: 447). Morfemika və  
morfemlər,  həm  emik,  həm  də  etik  baxımdan  linqvistik  mahiyyəti 
etibarilə    dilin  fonetika,  qrammatika  və  leksika  bölmələri  ilə  çox 
yaxından  bağlıdır.  Ona  görə  ki,  morfemlər  fonemlərdən  təşkil 
olunur və bugünkü dilçilikdə  fonem və morfem ən çox dilin ifadə 
planına aid olan vahidlər kimi işıqlandırılır. Ancaq morfem həm də 
dilin m
əna  tərəfinə  malik  olan  bir  dil-nitq vahididir, çünki dilin 
məna  planına  aid  olan  leksemə  çox  yaxınlaşır  (Veysəlli  2008:6). 
Digər  tərəfdən  isə  qrammatik  və  köməkçi  morfemlər  daha  çox 
qrammatikanın  obyekti  olduğundan  morfemika  həm  də  qram-
matikanın bir bölməsi kimi götürülür. Ona görə ki, “Morfologiya” 
və  “Söz  yaradıcılığı”  bəhslərinin  bölmələrinin  müəyyən  aspektləri 
qrammatik  morfemlərin  köməyi  ilə  ifadə  olunan  qrammatik  və 
leksik mənalarla bağlantılıdır (ЛЭС 1990: 313). Morfemikanın əsas 
vəzifəsi söz, söz forması, söz əsası, morfem, morf və allomorf anla-
yışlarının  dilin  daxili  quruluşuna  əsasən  onun  linqvistik  səciyyəli 
konkret  örnəkləri  ilə  açıqlanmasından  ibarətdir  (Татaрская 
грамматика 1993: 142). Elə buna bağlı olaraq öyrənilən hər hansı 
bir konkret di
ldə  sözün  tərkibinin  öyrənilməsilə  yanaşı,  onun 
 
43 
 

morfem  inventarının  müəyyənləşdirilməsi  də  morfemikanın  əsas 
prinsipləri arasında yer almaqdadır.   
Beləliklə, bütövlükdə türk dillərinin və ayrılıqda Azərbaycan 
dilinin  morfem  inventarının  müəyənləşdirilməsi  bu gün türkoloji 
dilçiliyin  ən  aktual  məsələlərindən  biridir.  Azərbaycan  dilinin 
morfemikası  türk  dillərinin  aqqilütintav  quruluşu,  samit  və  sait 
səslərin xarakterik harmoniyası, cümlə və mətnlərin özünə məxsus 
ontoloji  səciyyəli  sabit  sintaktik  sıralanmasına  əsasən  öyrənil-
məlidir.  Belə  ki,  türk  dillərində  prefiks, infiks, suffiks  kimi  şəkilçi 
növləri yoxdur. Cümlələrdə sözlərin, mürəkkəb sintaktik bütövlərdə 
sintaktik  və  mətnlinqvistik
3
 
sıralanmanın  isə  sözügedən  dillərdə 
digər  genoloji  və  tipoloji  sistemli  dillərdən  fərqli  olaraq  özəl  bir 
simmetrik  və  asimmetrik  ierarxiyası  mövcuddur.  Buna  görə  də 
Azərbaycan  dilinin  morfem  inventarı  müəyyənləşdirilərkən,  onun 
uyğun  bir  morfematik  lüğəti  hazırlanarkən,  eyni  zamanda 
morfemlərin  quruluşu  təsvir  edilərkən,  morffların  və  allomorfların 
işlənilmə  mexanizmi  göstərilərkən  aşağıdakı  xüsuslara  diqqət 
edilməlidir. Birincisi, müasir dilçilikdəki uyğun müqayisəli-tipoloji 
nəzəriyyələrə,  konseptual  səciyyəli  yeni  linqvistik  gəlişmələrə  və 
praktik  təcrübələrə  istinad  olunmalıdır.  İkincisi  isə  ümumtürk 
dilinin kommunikativ məntiqinə, kök, şəkilçi və digər morfemlərin 
dizimiylə gerçəkləşən ünsiyyət modelinə və onun aşağıda da qismən 
göstərilən digər özəlliklərinə söykənilməlidir. 
Bu  gün  dünyanın  dil  xəritəsi  konseptual-linqvistik  aspektdə 
ümumi  müqayisəli-tipoloji  prinsiplərlə  təsvir  olunur.  Müxtəlif 
dillərin  təlimi,  tədrisi  və  öyrənilməsi  qlobal  dil  siyasətinə  görə 
yenidən  qurulur.  Belə  bir  siyasətin  qurulmasında  və 
müəyyənləşdirilməsində, əsasən, Avropa mərkəzli fransızca dövlət-
3
  Azərbaycan  türkcəsində  tərəfimizdən  “mətnlinqvistik”  şəklində  işlədilən  söz 
mətnə aid olan linqvistik-sintaktik özəllikləri bütövlükdə ehtiva edir. Həmin söz 
bir linqvistik termin olaraq i
ngiliscə  Text Linguistics  almanca  texstlengüistik, 
rusca 
лингвиcтикa тeкcтa, Türkiyə türkcəsində isə metindilbilimsel sözləri ilə 
ifadə olunur (Musayev 2012: 17). 
 
44 
 
                                                            

dil  ənənəsinə  və  ingiliscənin  dünyadakı  dil-yayılma  miqyasına 
əsaslanılır.  Hind-Avropa  dilləri  kontekstində  latın  mənşəli  və 
yayılma xarakterli çağdaş dil-işlənilmə modelləşdirilməsi göstərilən 
hər iki linqvistik və siyasi səciyyəli meyarı bu və ya digər şəkildə 
bir bütün olaraq ehtiva edir. Sözügedən modelləşdirmə, hər şeydən 
öncə,  dil  hafizəsində  yer  alan  və  dil  saxlancı  və  ya  qabiliyyəti 
bankında əvvəlcədən hazır olan söz formalarının ünsiyyət əsnasında 
və ya konkret danışıq ortamlarında seçilə bilməsi ilə qurulur. Daha 
doğrusu,    Hind-Avropa  dillərində  kommunikasiya  adresantla 
(danışanla) adresatın (dinləyənin) dil hafizəsində öncədən hazır olan 
söz şəkillərinin ünsiyyət əsnasında seçilərək işlənilməsilə reallaşır. 
Ümumtürk  dilində  və  ya  Türkcədə  (İng.  Turkic,  Rus.  Тюркcкий 
язык)  isə  söz  şəkli  yuxarıda  göstərilən  söz  işlənilmə  formasından 
fərqli  olaraq  müxtəlif  söz  kökü,  gövdəsi  və  şəkilçilərinin  ifadə 
etdiyi  funksiya  və  anlam  sahələrinin  ünsiyyət  əsnasında  və  ya 
“dolğun an”dakı (Kamal Abdulla) ard-arda düzülüşüylə gerçəkləşir. 
Məsələn, rus dilində “в eгo твoрчecтвe”, ingilis dilində isə “in his 
works”  kimi  işlənilən  sözlərin  söz  sırasına  görə  ifadə  edə  bildiyi 
məna  Türkcədə  “yaradıcılığındakı”  sözünün  etimoloji  baxımdan 
komponentlərinə  paraçalana  bilən  səciyyədəki  “yarat”  söz  kök-
gövdəsi    və  -ıcı,  -lıq,  -ın,  -dakı  şəkilçiləri  vasitəsilə  formalaşan 
düzülüş şəkliylə ifadə edilir. Türkcədə əsas və köməkçi morfemlər 
və ya köklər və şəkilçilər; düz, yan və qrammatik anlamlarının yer 
tutduğu  ard-arda bölünməyən  bir  düzülüşlə  sıralanır.  Sözügedən 
düzülüş dil-danışıq ortamında konkret bir ünsiyyət ehtiyacına bağlı 
olaraq dolğun anda və ya dil və düşüncə fəaliyyətinin gerçəkləşdiyi 
aktual  zaman  kəsimində  bir  kommunikativ  model  olaraq  reallaşır. 
Beləliklə,  flektiv  dillərdə  söz  leksikonuna  və  sərbəst  sırasına  görə 
ünsiyyət  öncəsi  durum  səviyyəsində  müəyyənləşən  söz  forması 
türkcədə ünsiyyətin dolğun anı və bir dil daxili fəaliyyət fenomeni 
olaraq  xaraterizə  oluna  bilər.  Belə  bir  söz  forması  dünyanın  dil 
xəritəsini  təşkil  edən  üst  və  alt  qavramların  dərk  olunmasını,  hər 
şeydən  öncə,  sözdüzəldici  (leksik),  formadüzəldici  (leksik-
qrammatik) və sözdəyişdirici (qrammatik) şəkilçilərin söz kökündən 
 
45 
 

sonrakı 
məntiqi-fenomenal 
sıralanmasıyla 
gerçəkləşdirir. 
Sözügedən dil-danışıq fenomeni bu gün ümumtürk dilinə söykənən 
Avrasiya 
mərkəzli 
ikinci 
bir 
dil-kommunikasiya 
modelləşdirməsinin semantik, struktur və funksional mexanizminin 
qurulmasında konseptual-koqnitiv dərk etmə əsasını təşkil edə bilər. 
Çağdaş  dünyanın  qavramlar  xəritəsi  dillə  dərk  edilərək 
açıqlanır və sözlərlə ifadə olunaraq üst və alt qavramlarına əsasən 
kateqoriyalaşdırılır. Maddi və mənəvi mədəniyyətin komponentləri 
dilin  funksional  açılımı  içərisində  və  ya  indi  bir  linqvistik  fənn 
olaraq  yeni  meydana  çıxan  linqvokulturoloji  aspektdə 
qiymətləndirilir  (http://www.nnre.ru/kulturologija).  İkinci  bir  dil-
danışıq  modelləşdirməsi  də  dil  və  mədəniyyət  əlaqələri 
kontekstində  konseptual,  koqnitiv,  linqvistik,  antropoloji,  psixoloji 
yöntəmlərlə, kompüter və informasiya texnologiyaları vasitələri ilə 
müəyyənləşdirilməlidir.  Fikrimizcə,  belə  bir  modelləşdirmə  indiyə 
qədər  qrammatik  quruluşuna  görə  məntiqi  bir  dil  kimi 
səciyyələndirilən,  ancaq  həmin  məntiqi  sistemi  dilçilikdə  və 
türkologiyada konkret fenomenlərlə metalinqvistik olaraq təfərrüatlı 
bir şəkildə açıqlanmayan ümumtürk dilinə görə qurula bilər.    
Bu kontekstdə türk dillərinin və o sıradan Azərbaycan dilinin 
morfemikasının öyrənilməsi çox böyük əhəmiyyət kəsb edir. Çünki 
Azərbaycan  dilinin  morfem  inventarının  müəyyənləşdirilməsi  və 
onun quruluş təsvirinin verilməsi bir tərəfdən söz, söz forması, əsası 
və  ya  gövdəsi  kimi  anlayışların  yeni  linqvistik  yönüm  və 
yöntəmlərlə  açıqlanmasını  şərtləndirər.  Digər  tərəfdən  isə  belə  bir 
araşdırma  dilimizin  funksional  qrammatikasının  fonem,  morfem, 
morfonem, qrammem,  sintaksem, leksem, frazem, semem, 
semantem  və  texstem  kimi  komponentləriylə  paradiqmatik  və 
sintaqm,  söyləm  və  diskursem  kimi  sintaqmatik  səviyyələriylə 
sistemli bir şəkildə hazırlanmasına yol açar.   
 
3.2
Söz qavramı və forması 
Söz  dilin  ən  əsas  struktur-semantik  vahidi  olub  əşyaları  və 
özəlliklərini,  hadisələri  və  əlaqələrini,  insan  təxəyyülündə 
 
46 
 

qavramlar dünyasının dərk olunmasıyla yer alan  ən müxtəlif xəyali 
və  mücərrəd  anlayışları  adlandırır.  Onun  hər  bir  dilə  xas  olan 
konkret  leksik-qrammatik 
və  ya  fonetik, stuktur, morfoloji, 
sintaktik,  frazeoloji,  semantik,  üslubi,  konseptual  və  semiotik 
əlamətləri  vardır.  O,  hər  şeydən  öncə,  fonetik-fonoloji  səviyyədə 
öyrənilir,  çünki  konkret  bir  dil  vahidi  olaraq  məna  fərqləndirici 
səslərin,  bəzən  də  bir  səsin,  müəyyən  ardıcıllıq  təşkil  edən 
sırasından  və  ya  kompleksindən  ibarətdir.  Söz,  danışıqda  ən  kiçik 
vurğu  və  sərhəd  siqnalları  (knaklaut  fasilə  və  s.)  ilə  ayrılıb-
götürülür.  
Linqvistikada  vurğuya  əsasən  ən  çox  flektiv  dillərin  fonetik 
quruluşuna 
görə 
seçilən 
“fonetik 
söz” 
kateqoriyası 
müəyyənləşdirilmişdir. “Fonetik söz” tək bir vurğuyla birləşdirilən 
və 
hecalar 
qrupundan 
ibarət 
olan 
bir 
fenomendir 
(http://ru.Wikipedia.org/W/index. Vikipedi “Azad ensiklopediya”, 
28.10. 2013). Türk dillərində isə Hind-Avropa dillərindəki kimi söz 
vurğusu  yoxdur.  Bu  baxımdan  Hind-Avropa  dillərindəki  fonetik 
vurğu  təlimi  əsasında  işlənib-hazırlanan  “türk  dillərində  vurğu 
sözün son hecasının üzərinə düşür və eyni bir sözdə zəif və qüvvətli 
vurğular  ola  bilər”  tezisi  (Dəmirçizadə  1972:  150-164) çox ciddi 
mübahisə  doğurur.  Türk  dillərində  vurğunun  fərqli  bir  linqvistik 
özəlliyə malik olduğu barədə daha XIX yüzildə Boduen de Kurtune, 
XX  yüzildə  isə  A.  M.  Şerbak  vaxtilə  öz  orijinal  mülahizələrini 
söyləmişdir (Veysəlli 2009: 74-77).   
F.  Veysəllinin  Azərbaycan  dilinin  materialları  üzərində 
apardığı müşahidələr də belə fikir söyləməyə əsas verir ki, bu dildə 
hind-Avropa dill
ərindəki  kimi  bənzər  bir  söz  vurğusu  yoxdur. 
Sözl
ərin və  formalarının  fərqləndirilməsi seqment vahidlər olan 
foneml
ərə  deyil, prosodemlərə  söykənir.  Prosodemlər  isə  seqment 
vahidlərin  və  ya  fonem  və  fonem  ardıcıllıqlarının  üzərinə  sərilib 
onları  intonasiya  və  vurğu  baxımından  təşkil  edən  ən  kiçik 
orfofo
nik  hissələrdir  (DE  2008:144).  Bu  fikri  sübut  etmək  üçün 
konkret örnəklərə müraciət edək:  
 
47 
 

1.
 
/daz//-
/diz/. Bu qarşılaşmanın birinci tərəfi qalın sait, sərt 
samitl
ərin qeyri-dodaq tembirində, ikinci tərəfin isə  incə  sait və 
yumşaq,  qeyri-dodaq kökdə  tələffüzü ilə  həyata keçirilir. Sözlərin 
f
ərqlənməsi məhz bu sinharmonik modelə əsaslanır.  
2.
 
/daz///duz/.  Qarşılaşmanın  birinci  tərəfi  yuxarıdakı 
qarşılaşmanın  birinci  tərəfinin  eynidir.  İkinci  tərəfdə  isə  qalın  sait 
v
ə  sərt samitlə  yanaşı,  dodaqların  da  iştirakı  vardır.  Bu  isə 
sözügedən durumda prosodik fərqlənməni təmin edir.  
3.
 
/duz/ // /düz/. Bu qarşılaşmada birinci tərəfdə gələn söz 
ikincid
əkinin sağ tərəfindəkinin eynidir. İkinci tərəfdə gələn söz isə 
inc
ə sait və yumşaq samitlərlə yanaşı, həm də dodaqların iştirakını 
t
ələb edir. Relevant əlamət kimi yalnız saitin sırası, yəni qalınlığı və 
inc
əliyi çıxış edir.  
4.
 
/duz/  //diz/.  Qarşılaşmanın  tərəfləri  solda  qalın  sait  və 
s
ərt samitlərlə, sağda isə incə sait və yumşaq samitlərin reallaşması 
il
ə fərqlənir. Bundan əlavə birincidə dodaqlar iºtirak edir, ikincidə 
is
ə bu əlamət yoxdur.   
5.
 
/düz/ // /diz/. Qarşılaşmanın hər iki tərəfində saitlər incə, 
samitl
ər isə  yumşaqdır.  Ancaq  fərqlənmə  birincidə  dodaqların 
iştirakının olması, ikincidə isə olmaması ilə şərtlənir.  
6.
 
/daz/  //  /düz/.  Qarşılaşmanın  birinci  tərəfini ikinci 
t
ərəfindən fərqləndirən əlamətlər saitin qalın və incəliyi və bununla 
bağlı  olaraq  samitərin birincidə  sərt, ikincidə  isə  yumşaq  olması, 
eyni zamanda h
əm də  ikincidə  dodaqların  iştirakı  ilə  izah oluna 
bil
ər.  
Biz bütün hallarda samitl
ərin,  saitlərin  qalınlığından  və 
incəliyindən asılı olaraq gerçəkləşən yumşaqlığından və sərtliyindən 
danışdıq.  Ancaq  bu,  rus  dilindəki  yumşaqlıq  və  sərtliklə 
eynil
əşdirilməməlidir. Rus dilindəki yumşaqlıq və sərtlik (твердост 
/мягкость) həmin dilin fonoloji sistemindən irəli gəlir. Müq et: мат-
мать. 
Az
ərbaycan dilində isə yumşaqlıq və sərtlik bu dilin orfofonik 
normasından doğur. Məsələn, /sözün düzü/ ismi söyləmində bütün 
saitl
ər dodaqlanandır, halbuki bu dilin fonoloji sistemində /s,z,n,d/ 
 
48 
 

samitl
əri fəal üzvə  görə  dodaq samitləri deyildir. Ümumiyyətlə, 
bizim fonoloji şərhlərimiz klassik fonetikanın əsarətinndən hələ də 
xilas ola bilmir. T
əəssüf ki, bu gün universitetlərimizin 
auditoriyalarında hələ də fonologiyaya layiqli yer verilmir.  
Yuxarıda  verilən  təhlildən  və  uyğun  örnəklərdən  belə  bir 
m
əntiqi nəticə  çıxarılmalıdır  ki,  Azərbaycan dilinin fonoloji 
sistemini klassik avrosentrizmind
ən  çıxış  edərək  adekvat  şəkildə 
t
əsvir etmək qeyri-mümkündür. Məhz buna görə türkoloji dilçilikdə 
söz vurğusu əvəzinə sözün prosodik modelinin iki zirvəliliyinə, yəni 
sait və samitlərin həmahəngliliyinə və ya sinharmonizmə əsaslanan 
yeni  bir  konsepsiya  və  uyğun  bir  metodik  dərs  vəsaiti  işlənib  
hazırlanılmalıdır.  Bu  konsepsiyanın  isə    əsas müdəaları  indilikdə 
aşağıdakılardan ibarət ola bilər: 
1. Az
ərbaycan dilində  hind-Avropa dillərindəki kimi söz 
vurğusuna  təsadüf  edilmir.  Çünki  Azərbaycan dilində  o dillərdəki 
kimi  bir  hecanın  digərinə  nisbətən  xüsusi  qabardılmasının  akustik 
korrelyatı yoxdur. Misal olaraq aşağıdakı parçanı dinləyək:  
 
/Bağa girdim üzümə 
Tikan batdı dizimə, 
Əyildim çıxartmağa, 
Yar sataşdı gözümə // 
 
 
Bu  şeir  parçasının    neytral  səslənməsində  heç bir aksent 
qabardılması  yoxdur.  Əlbəttə,  süni  aktyor  ifasında  kontrastiv 
m
əqsədlə  hər  bir  sözü  qabartmaq  olar.  Sözü  fonoloji  baxımdan 
t
əşkil edən, onun tanınıb fərqlənməsini təmin edən yeganə fonoloji 
vasit
ə  prosodemdir. Hər bir sözün prosodemi iki zirvədən ibarət 
olmaqla bazis element olan sait
ə  söykənir, birincisi sözün 
başlanğıcında,  ikincisi  isə  onun  sonunda  tamamlanır.  Cümlədə 
ikinci zirv
ə onun intonasiya konturuna qarışır. Bu isə o deməkdir ki, 
Azərbaycan  dilində  cümlə  intonasiyası  prosodik  modelin 
ikizirvəliliyinə görə tənzimlənir. 
 
49 
 

2. Az
ərbaycan dilində sözlərin fərqlənməsi ayrı-ayrı seqment 
foneml
ərlə  deyil,  hecanın  və  ya bütövlükdə  sözün sinharmonik 
t
əşkili ilə həyata keçirilir. Məsələn, /lal/ sözü /ləl/ sözündən sadəcə 
/a/ v
ə  /ə/  saitləriylə  fərqlənmir.  Buradakı  fərqlilik  həm də  bütün 
sözün fonoloji 
əsasını təşkil edən həmahəngliyə əsaslanır. Müqayisə 
üçün dey
ək ki, rus dilində /o/saiti əvvəldə gələn samitin yumşaq və 
s
ərtliyindən  asılı  olmayaraq  hər yerdə  /_u_/  şəkilli keçidlə, yəni 
diftonqoid kimi t
ələffüz olunur. Ruslar /kot/sözünü məhz /_uo_/ 
kimi t
ələffüz edirlər.  Ancaq  onun  sondakı  samitə, demək olar ki, 
heç bir t
əsiri olmur. Azərbaycan dilində  isə  həm  əvvəldə, həm də 
sonda g
ələn samit sözün birinci və ya kök saitin tembrində köklənir. 
/lal/ v
ə  /ləl/ kimi. Son dövrlərin  tədqiqatlarında  bu  kimi  fonetik 
hadis
ələri koartikulyasiya işığında çözməyə meyl müşahidə olunsa 
da, bunları eyni ad altında birləşdirmək olmaz.  
 
Az
ərbaycan dilində  samitlər,  peyklər kimi, fonoloji təşkilin 
bazis  elementi  olaraq  çıxış  edən saitlərin  ətrafında    və  ya  onların 
tembrind
ə  köklənir.  Bu  baxımdan  türkoloji  dilçilikdə  söz 
qavramının  adekvat  bir  açıqlanmasını  ortaya  qoya  biləcək  fonetik 
meyarlar, hər şeydən öncə, ümumtürkçə sözün prosodik modelinin 
iki zirvəliliyinə və onun fonoloji sisteminə əsasən yenidən nəzərdən 
keçirilməlidir.  Bundan  başqa,  sözün  türkoloji  dilçilikdə  istər 
ənənəvi  olaraq  göstərilən  leksik,  morfoloji,  sintaktik,  semantik  və 
istərsə  də  yeni  olaraq  müəyyənləşdirilən  konseptual  və  semiotik 
əlamətləri  “ümumtürkçə  müxtəlif  söz  kökü,  əsası  və  şəkilçilərin 
ifadə etdiyi funksiya və anlam sahələrinin ünsiyyət əsnasında ard-
arda  düzülüşünə  görə”  (Seçdirmə  bizimdir-  M.M.Musayev) 
müəyyənləşdirilən 
dil-danışıq 
modelləşdirilməsi 
əsasınada 
öyrənilməlidir (Veysəlli 2009).  
Söz yazıda qrafikal olaraq seçilir, mətndə isə “mətnlinqvistik 
səciyyəli  leksik  yerliklər”  (seçdirmə  bizimdir-  M. M. Musayev) 
olaraq müəyyən bir yer tutur. Buna bağlı olaraq söz artıq bu gün, 
klassik dilçilikdə olduğu kimi, sadəcə dildə və nitqdə deyil, həm də 
mətndə və söyləmdə öyrənilir (ЛЭС 1990: 465). Müxtəlif lüğətlərdə 
lesikoqrafik  olaraq  verilən,  eyni  zamanda  transkripsiya  və 
 
50 
 

transliterasiya üsullarıyla da ifadə edilə bilən söz həmin dili bilən və 
ya  öyrənən  insanların  hafizəsində  aktiv  və  passiv  işlənilmə 
şəkilləriylə  xatırlanır.  Bu  isə  sözün  bir  dil  vahidi  olaraq  həm 
kommunikativ,  həm  də  koqnitiv-konseptual  xarakter  daşıdığını 
göstərir.   
Söz nitqdə və ya danışıqda, müxtəlif modal münasibətlər ifadə 
edən  qrammatik  formalar  (eyni  zamanda  sıfır  forma)  kəsb  edir. 
Həmin qrammatik formalar müxtəlif fərqli anlayışlar arasında əlaqə 
yaradır. Danışanın dinləyənə, verilən bilginin məzmununa, danışığa 
və  danışıq  ortamına  və  subyektin  obyektə  münasibətini  bildirəndə 
isə biz sözü modal şəkillər və ya vasitələr olaraq səciyyələndiririk 
(Татaрская грамматика 1993: 142). Həmin şəkillər konkret olaraq 
müxtəlif  anlayışları  ifadə  edən  sözlər  arsındakı  müəyyən  əlaqə 
vasitələrinin 
yerində 
işlənildiyindən 
ənənəvi 
dilçilikdə 
sözdəyişdirici  formalar  kimi  göstərilir.  Ancaq  çağdaş  türkoloji 
dilçil
ikdə  artıq  şəkilçi  morfemlər  sadəcə  sözdüzəldici  (leksik)  və 
sözdəyişdirici 
(qrammatik) 
morfoloji 
əlamətlər 
kimi 
təsrifləndirilmir. Onların böyük bir qismi həm də ifadə etdikləri yan 
və  ya  ikinci  bir  leksik-sintaktik  anlam  və  qrammatik  mənalarıyla 
formadüz
əldici (leksik-qrammatik)  şəkilçilər  səviyyəsində  də 
öyrənilir  (Musayev  2012:  76).  Zaman-zaman  indiyə  qədər  məlum 
olan 
kəlmələrdən 
müəyyən 
bir 
danışıq 
əsnasında 
informasiyavericiliyin və ya canlı dil ortamının interaktiv tələbatına 
görə  sözdüzəldici  vasitələrlə    yeni  sözlər  düzəldilir.  Bütün  bunlar 
isə  sözün  bir  danışıq  detalı  olaraq  həm  sözdüzəldici  və 
sözdəyişdirici,  həm  də  formadüzəldici  elementlərlə  genişləndiyini 
və  dilin  işlənilmə  sistemində  paradiqmatik  və  sintaqmatik 
parametrləriylə  həm  uzununa,  həm  də  eninə  böyüdüyünü  göstərir. 
Buna  görə  də  dilin  canlı  bir  orqanizim  olduğu  deyilir.  Beləliklə, 
məhz belə bir kontekstdə sözün tərkibi haqqında danışmaq və onun 
quruluşunu  ayrıca  olaraq  öyrənmək  zərurəti  yaranmışdır.  Bunun 
nəticəsində  bu  gün  dilçilik  elmində  “Morfemika”  olaraq 
adlandırılan  yeni  bir  linqvistik  istiqamət  və  ona  uyğun  olaraq  da 
 
51 
 

qrammatikanın  ayıca  şöbəsi  ortaya  çxmışdır  (Татaрская 
грамматика 1993: 142).    
Dilçilik elmində sözün, hər şeydən öncə, leksik və qrammatik 
mənaları bir-birindən fərqləndirilir. Müəyyən dil vasitələriylə ifadə 
edilən qrammatik mənaların birlikdəliyi sözün qrammatik formasını 
təşkil  edir.  Sözdə;  ifadə  planına  görə  dilin  semantik  sahələriylə 
bağlı olaraq leksem, məzmun planına görə isə daha çox insanın dərk 
etmə,  şüur  və  təfəkkür  sistemində  komponentlərin  ən  kiçik  məna 
tərəfləriylə  müəyyənləşən  semantem  seçilir.  Müəyyən  bir 
qrammatik  formada  və  ya  formalarda  isə,  yuxarıda  da  göstərildiyi 
kimi, 
sözün  şəkli  və  ya  forması  meydana  çıxır.  Leksik-semantik 
məzmun  və  qrammatik  forma sözün struktur  bütövlüyünün  və 
bölünməzliyinin  əsasını  təşkil  edir.  Morfoloji  əlamət  və  ya  meyar 
sözü  bütövlükdə  formalaşdırır,  sintaktik  meyar  onu  potensial  bir 
minimum  səviyyəsində  cümlə  modeli  olaraq  müəyyənləşdirməyə 
əsas verir. 
Hər  bir  sözün  semantik  baxımdan  müəyyən  anlayışı  ifadə 
etmək  özəlliyi  vardır.    Çünki  o,  minimal  səciyyəli  mənalı  bir 
vahiddir.  Onda  anlamların  məcaziliyi  və  ya  idiomatikliyi  hadisəsi 
də mövcuddur. Ayrılıqda ortaya çıxan belə bir anlam müxtəlifliyi və 
ya  sıralanması,  bütövlükdə  dilin  lüğət  tərkibində  və  nitqin 
işlənilməsi  kontekstində  yer  tutan  leksik  bütünün  və  ya  onu  təşkil 
edən  komponentlərin  mənasıyla  heç  bir  semantik  paralellik  təşkil 
etmir. Sözün müxtəlif leksikoqrafik-qrammatik şəkilləri eyni leksik 
mənalarda özünü göstərir və bunun nəticəsində sinonimlik hadisəsi 
meydana çıxır. Eyni sözlər müxtəlif yaxın və bir-birinə bağlı, eyni 
zamanda  uzaq  leksik  mənalarda  işlənilir,  bu  isə  çoxmənalılıq  və 
omonimlik  hadisələrini  ortaya  çıxardır.  Bütövlükdə  sözlərin 
bənzərliyi  və  ya  eyniliyi dil-nitq  və  mətn-diskurs  paralellərində 
təsbit  olunur,  onların  etimologiyaları  isə  dilin  tarixi  inkişafı 
prosesində  müəyyənləşdirilir.  Bütün  bunlar  və  özəlliklə  də  sözün 
mənası və onun quruluşu dilçilikdə indiyə qədər daha çox morfoloji, 
morfonoloj
i,  leksik,  leksikoqrafik,  semantik  və  frazeoloji-üslubi 
baxımlardan  sinxronik  və  diaxronik  olaraq  öyrənilmişdir  (ЛЭС 
 
52 
 

1990:464-
467).  Bununla  bərabər,  sözün  leksik  semantikası  və 
quruluşuyla bağlı olaraq məşhur Amerikan filosofu Ç. Y. Morrisin 
digər göstərilən ənənəvi şərhlərdən fərqlənən fikri də diqqəti çəkir. 
Ç. Y. Morrisin fikrinə görə, sözün mənası sintaktik, semantik və 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin