praqmatik
terminləriylə adlandırılan üç əsas komponentdən təşkil
olunur. Bu komponentlərin hər birinin özünə məxsus özəlliyi vardır.
An
caq bunların arasında qırılmaz əlaqələrin mövcud olduğu da
danılmaz bir həqiqətdir. Sözün mənası nitq axınında başqa dil
vahidləriylə qarşılıqlı münasibətə bilavasitə bir sintaktik
komponent
kimi girir. Bu da onu ayrıca bir linqvistik fenomen
olaraq qiymətləndirməyə imkan verir. Söz dildə bir semantik
komponent
olaraq onunla ifadə olunan əşyaya və ya denotata
münasibətdə müəyyənləşir. O, burada hər hansı bir əşyanın əksi,
dildə hadisə və ya anlayış, tutuşdurulmuş və ya müqayisə olunmuş
dil korrelyatı kimi təqdim olunur. Praqmatik bir komponent kimi
söz
digər komponentlərdən fərqli olaraq özünün bütün aspektlərinin
ümumiliyi kontekstində seçilir. Sözügedən ümumilik, sözün bu və
ya digər danışıq ortamında praktik şəkildə işlənilməsi məsələləriylə
sıx bir şəkildə bağlıdır. Praqmatik komponent sözün fizioloji
açıqlanmasının obyekti yerində bir metasiqnal olaraq özünü
göstərir.
Məlum olduğu kimi, bu gün istər dil, istərsə də dünyamızda
yer tutan digər bütün anlamlı işarələr və ya semiosizlər
4
semiotika
4
Semiozis (yunan. sema ‘işarə’) işarə prosesi deməkdir və işarələrin yaratma,
qurma, hərəkət və açıqlama özəlliklərini ehtiva edir. Sözügedən yaratma, qurma
və hərəkətlərin baş verməsi prosesində isə işarənin işarələnənlə işarələyən
arasındakı uyğunluğu qurulmuş olur. Bu termin müvafiq semiotik ədəbiyyatda
tez-
tez kommunikasiya anlayışının və ya sözünün sinonimi kimi də işlədilir.
Semiosfera (yunan. sema
‘işarə’, sphaira ‘şar’) isə işarələrin qlobal sahəsi və
əhatə dairəsi, məkan və zamanda mövcud olan işarələri və dil əlaqələrinin
bütününü ehtiva edən semiotik məkandır. Semiosfera anlayışını semiotik
kulturologiyada ilk dəfə olaraq Y. M. Lotman işlətmiş və elmi ədəbiyyata bir
termin olaraq o gətirmişdir. Semiosfera öz obyektinə və mahiyyətinə görə
mədəniyyət kimidir. O, hər şeydən öncə, verici (adresant) və alıcının (adresat)
əvvəlki kulturoloji təcrübəsindən və eyni zamanda informasiya kanalından asılı
53
elmində qarşılıqlı və bir-biriylə müqayisəli olaraq öyrənilir. Bu
baxımdan bir semioloji işarə olaraq sözün mənasını təşkil edən
komponenlərin semiotik izahıyla semiosferada mövcud olan digər
bütün hərəkətli işarələrin öyrənilməsi istiqamətlərinin açıqlanması
5
ara
sında bir paralellik mövcuddur.
Qeyd olunmalıdır ki, sözün yeri istər semioloji xarakterli dil,
istərsə də semiosferanı təşkil edən digər bütün hərəkətli semiotik
işarələr arasında bir birləşdirici amil olaraq seçilir. Çünki dünyanın
qavramlar xəritəsi sözlə çəkilir, onun izoqlasları konkret sözlərlə
ifadə olunur. İnsanlar qavramları sözlə dərk edir və onlar
haqqındakı bilgiləri şüura sözlə ötürür. Nəhayət müxtəlif bilgilərin
hafizədə yığılması, qruplanması, onların zehndə işlənilərək biliyə
çevrilməsi və bunun nəticəsində təfəkkürün təşəkkülü sözlərlə
formalaşır. Bu gün elmşünaslıqda artıq sözün sadəcə mənasının
deyil, anlamının da olduğu göstərilir, daha doğrusu, anlam və
leksik məna sahələri bir-birindən fərqləndirilir. Anlam kimi
sözü təşkil edən semantik aspekt başa düşülür. Həmin semantik
aspekt isə dilin bütün daşıyıcıları üçün obyektiv və dəyişməyən bir
şey deyildir. Onun gerçəkləşməsi, hər şeydən əvvəl, konkret bir
danışanın və dinləyənin və ya ünsiyyətdə olan bir qrupun
fəaliyyətinin bu və ya digər motivləriylə şərtlənir. Bununla bərabər,
sözün anlamını təşkil edən anlayışla onun ayrıca bir aspekti kimi
özünü göstərən emosional-effektiv rəngarənglik də bu gün dilçilikdə
bir-
biriylə əlaqələndirilə bilir.
İndi elmşünaslıqda sözün mənası və anlamı işarə və məzmun
anlayışlarıyla
eyni
bir
linqvistik-konseptual
konteksdə
olan zəruri dil kommunikasiyalarının zəminini təşkil edir. Semiosferanın bütün
elementləri münasibət formullarının bir-biri ilə davamlı olaraq transformasiya
olunduğu dinamik bir durumda yerləşir (Стариченок 2008: 539-540).
5
Semiotikada bütün sistemli, ardıcıl, anlamlı və mənalı işarələr ünsiyyət və
dünyanın qavramlar xəritəsinin dərk olunması əsnasında gerçəkləşən hərəkətlən-
mələriylə işıqlandırılır. Həmin işarələr XIX yüzilin sonlarından etibarən konkret
olaraq sintaktik, semantik
və praqmatik istiqamətlərdə öyrənilir (Erkman-
Akerson 2005: 93-116).
54
müəyyənləşdirilir. Bu, sözün anlam aspektinin və onun məna
sahələrinin müqayisəli olaraq aparılan semiotik-konseptual təhlilini
daha da sürətləndirir. Sözügedən təhlilin aparılmasında öncə dil,
indiysə linqviğstik fəlsəfə məktəblərində görülən işlər önəmli elmi
mənbələr kimi çox mühüm rol oynayır. Bu baxımdan Ferdinant de
Sössürün (1967) və Y. S. Maslovun (1967) semiotika elmi əsasında
işarə (yun. sēmeîon), işarəyələn (signifiant, lat. significatum) və
işarətlənən (signific) haqqında söylədikləri klassik linqvistik
dəyərləndirmələr olaraq seçilir. Günümüzdə isə alman riyaziyatçısı
və filosofu G. Freqenin (2008) işarənin funksisyası, anlamı, mənası
və məzmununa dair çox qiymətli fikirlər irəli sürdüyü və bununla da
müasir linqvistik fəlsəfənin əsasını qoyduğu vurğulanır. Onun
nəzəriyyəsində işarənin, söz də bir işarədir, anlamın və sözügedən
anlamda təmsil olunanın və ya əşya və hadisənin növünün, əşyanın
və hadisənin mənasından (ingilis. meaning, rus. значение)
fərqləndiyi təsbit olunur. Anlam insan beynində əvvəlki
təcrübələrdən yaranaraq hafizədə saxlanılan bir ‘iz’ olaraq tərif
edilir.
Bu baxımdan əşya və hadisəni meydana gətirən fenomen
anlam (alman. sinn, ingiliz. sense, rus.
смысл) terminiylə
adlandırılır, onun özəllikləri söz və cümlə örnəklərində məntiqi və
riyazi metodlarla açıqlanır (Veysəlli 2012: 147-161). Buradan da
sözün nə qədər qiymətli bir fenomen olduğu bir daha ortaya çıxır.
Əslində insanlar cümlələrlə ünsiyyət saxlasa da, ancaq onlar dili
sözlərlə xatırlayır və bilirlər. Söz haqqında dünyanın məşhur
yazıçıları, şairləri və mütəfəkkirlərindən Demokrit, N. Gəncəvi, İ.
Nəsimi, S. Ə. Şirvani, M. Ə. Sabir, F.M. Dostoyevski, Lev Tolstoy,
V. Şekspr, Əlişir Nəvai və Məhəmməd Füzuli çox qiymətli fikirlər
söyləmişdir. Məhəmməd Füzulinin “Söz” qəzəlində sözün həm
ifadə və məna, həm də anlam və məzmun özəllikləri göstərilənlərin
“asimmetrik ikilik” (Seçdirm
ə bizimdir – M.M.Musayev)
kontekstində təhtəlşüur kodlarıyla aşağıdakı şəkildə ifadə edilmişdir
X
əlqə ağızın sirrini hər dəm qılır izhar söz,
Bu n
ə sirdir kim, olur hər ləhzə yoxdan var söz.
55
Artıran söz qədrini sidqilə qədrin artırar,
Kim n
ə miqdar olsa, əhlin eylər ol miqdar söz.
Ver söz
ə ehya ki, tutduqca səni xabi-əcəl,
Ed
ə hər saət səni ol uyqudan bidar söz.
Bir nigari-
ənbərinxətdir könüllər almağa,
Göst
ərər hər dəm niqabi-qeybdən rüxsar söz.
Xazini-g
əncineyi-əsrardır, hər dəm çəkər
Rişteyi-izharə min-min gövhəri-əsrar söz.
Olmayan q
əvvasi-bəhri-mə’rifət arif degil
Kim, s
ədəf tərkibi-təndir, lö’löi-şəhvar-söz.
G
ər çox istərsən, Füzuli, izzətin, az et sözü
Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz.
Sözügedən şeir konseptual-semiotik baxımdan təhlil
edildikdə onda, hər şeydən öncə, “söz, xəlq və sirr” qavramlarının
6
uyğun özəl mətn qurucu işarətlərlə
7
açıqlandığı müşahidə edilir.
6
Dünyanın dil xəritəsində kainat, xalq, millət, kosmos, yol, din, dil, inanc,
saxlanc, müharibə, sülh, demokratiya, xoşbəxtlik, mentalitet, düşmənik,
dostluq, söz, mərhəmət və s. kimi ümumi mədəniyyət əsaslı qavramlar yer alır.
Bu qavramların ehtiva etdiyi alt mərhələlər, kateqoriyalar və hər cür fenomenlər
koqnitiv dilçilikdə, hər şeydən öncə, insana xas özəlliklərə bağlı olaraq
müəyyənləşdirilir. Onlar məzəmmət etmək, izhar etmək, acımaq//yazığı gəlmək, az
danışmaq, təəssüf, niyyət, arzu//istək, səbəb//məqsəd, qiymətləndirmək, sevgi,
nifrət, sevinc kimi semantik aspektləri ehtiva edən motivlərlə açıqlanır.
Sözügedən kontekstdə sevgi-acıma, sevgi-nifrət və az danışmaq-çox danışmaq
kimi linqvistik qavramlar
konkret diskursiv variantlarıyla diqqəti çəkir və
dilçilikdə koqnitiv səciyyəli dərk etmə yönləriylə dərindən öyrənilir (Doğan
2000; Ханина 2004). Beləliklə, həm konkret dil göstəriciləri, həm də konseptual
faktorlarla ifadə edilən anlayışlar linqvistik qavramlar olaraq tərif edilir.
7
Dilçilikdə artıq sadəcə dil işarələri, işarələr sistemi, onların söyləmdəki və
diskursdakı təkrarının mətnin əsas adekvat əlamətləri olaraq öyrənilməsi işi
qənaətbəxş sayılmır. Bədii mətnin klassik filoloji ənənəyə uyğun olaraq “zaman,
məkan, obrazlar, süjet xətti, fabula, bədii təsvir vasitələri” və s. görə təhlili də indi
artıq yetərli deyildir. Buna görə hər hansı bir bədii mətn indi çağdaş filologiya
elmində həm dil, həm də semiotik mahiyyətli özəl mətn qurucu işarələrin
vəhdətində qavramlardan hərəkətlə tədqiqata cəlb olunur. Çünki bədii mətni
ayrıca bir fenomenal təşəkkül olaraq təşkil edən və müəyyən konseptual və
56
Həmin qavramları ifadə edən sözlər şerin birinci bəndində işlənilir.
Onlar linqvistik baxımdan kataforik vasitələr olaraq da
səciyyələndirilə bilər, çünki şerin sonrakı bəndlərində açıqlanan
fikirlərə işarə edir.
“Söz” qəzəlində sözügedən qavramların açıqlanmasına
yönəlik ayrıca olaraq özəl mətin qurucu işarələr işlənilir. Mətndə
onları ifadə edən sözlər aşağıdakılardan ibarətdir: izhar, qədr,
miqdar, ehya, xabi-
əcəl, uyqu, nigari-ənbərinxət, könül, niqabi-
qeyb, rüxsar, xazini-g
əncineyi-əsrar, qəvvasi-bəhri-mə’rifət, arif, az
və çox etmək/danışmaq. Bu sözlərlə ifadə edilən özəl mətn qurucu
işarələr hərəkətli olub ehtiva etdkləri şeylərlə sözügedən
qavramların özəlliklərini və ya alt qavramlarını və kateqoriyalarını
açıqlayır. Məsələn, “izhar et-, sözü az və ya çox et-//danışmaq”
feilləriylə ifadə olunan özəl mətin qurucu işarələr söz qavramının
fəaliyyət və hərəkətlə bağlı olan kommunikativ-linqvistik özəlliyini
göstərir. “Ehya, rüxsar, nigari-ənbərinxət, niqabi-qeyb, xazini-
g
əncineyi-əsrar” isimləri və izafət tərkibləri isə sözügedən qavramın
emosional-
effektiv yönlərini açıqlayır. Beləliklə, artıq çağdaş
filologiya elmində söz anlayışı sadəcə ənənəvi linqnvistik və ya
ədəbiyyatşünaslıq metodlarıyla öyrənilmir. Belə ki, sözün həm
leksik-qrammatik, fonetik, morfoloji, sintaktik, struktur, frazeoloji,
semantik və üslubi, həm də konseptual və semiotik özəllikləri bir
yerdə işıqlandırılır.
kateqorial əlamətləri ilə seçilən ayrıca bir “özünəməxsus işarələr sistemi”
(seçdirmə bizimdir- M.M.) və ya vahidlər də vardır. Onlar, semiosferada yer alan
müxtəlif fenomenləri, gedişatları, hadisələri, rəmzləri, ikonları, simvolları və s.
göstərir, ədəbi və bədii-semiotik mahiyyətli mətnqurucu vasitələr olaraq öyrənilir
(Словарь литературоведческих терминов 2011). Bu isə o deməkdir ki, bir
ədəbi-bədii mətn sadəcə fonemlərdən, morfemlərdən, leksemlərdən,
frazemlərdən, söz birləşmələrindən, cümlələrdən və mürəkkəb sintaktik
bütövlərdən ibarət deyildir. Və ya ədəbi-bədii mətn bütün bunların
birləşməsindən ibarət olan bir “söz yığını və ya monoton cümlələr birləşməsi”
olaraq da öyrənilə bilməz (Musayev 2012: 286-287).
57
Yuxarıda gətirilən şeir mətnində istər qavramları, istər özəl
mətn qurucu işarələri, istərsə də sıradan digər anlayışları ifadə edən
kəlmələr müxtəlif qrammatik şəkillərdə işlənilir. Bu səkillər və ya
söz formaları cümlədə ifadə olunan anlayışları bir-birinə bağlayr.
Həmin söz formları dolğun anda simmetrik və asimmetrik səciyyəli
ikili struktur-
semantik kontekstdə gerçəkləşən bir söz dizimiylə
şairin düşüncələrinin dərindəki məzmun planının kommunikativ-
diskursiv olaraq açıqlanmasına yol açır. Söz forması sadəcə bu
mətndə deyil, digər mətnlərdə və ümumiyyətlə dildə və danışıqda
ünsiyyətin gerçəkləşməsində çox mühüm bir rol oynayır. Türk
dillərində və onlardan biri olan Azərbaycan dilində isə sözün
formasının, yuxarıda da göstərildiyi kimi, özünə məxsus bir
sintaqmatik sıralanma mahiyyəti və ritmik harmoniyası vardır.
Sözü
gedən sintaqmatik mahiyyət türkoloji dilçilikdə yuxarda dil
modelləşdirilməsinə bağlı göstərilən aqqilitünativ özəlliklərə və ən
çox da əsas və asılı morfemlərin danışıq əsnasında morflar olaraq
müəyyənləşən postpozisiyalı sıralanmasına əsasən öyrənilməlidir.
Sözün prefiks, suffiks, infiks
və bütövlükdə affiks kimi digər
morfoloji əlamətlərlə gerçəkləşən qrammatik mənalarının
müxtəlifliyi ənənəvi dilçilikdə onun şəkli və ya forması olaraq
müəyyənləşdirilmişdir (Стариченок 3008: 139). Forma sözün
mütəmadi olaraq dəyişən şəkli deməkdir. Bu şəkil leksik mənasına
görə bənzər, qrammatik mənasına görə isə fərqli səviyyələrdə olur
və ənənəvi dilçilikdə indiyə qədər əsas etibarilə iki istiqamətdə
öyrənilmişdir. Birincisi, sözügedən fenomen paradiqmatik dil
özəlliklərinə və ya hər hansı bir söz formasının sadə və mürəkkəb
quruluşlu morfematik tərkibinə əasən işıqlandırılır. İkincisi isə söz
şəkli nitq axınında sintaqmatik üzvlənməyə əsasən müəyyənləşən
mənalı bir nitq parçası və ya müstəqil bir söyləm və söyləmin
i
çərisində yer alan bir söz forması olaraq araşdırılır. Sözün bütün
formaları, məsələn ismin hal, kəmiyyət və mənsubiyyət
kateqoriyaları və onlara görə müəyənləşən qrammatik mənaları
onun paradiqmasını təşkil edir. Felin paradiqması növ, zaman, şəkil,
inkar
lıq, şəxs və s. kateqoriylara görə müəyyənləşən qrammatik
58
mənalardan ibarətdir. Sintaqmatik üzvlənməyə görə isə söz forması
nitq axınında ya müstəqil bir söyləm, ya da bir söyləmin içərisində
mənalı bir nitq parçası olaraq işlənilir. Məsələn, “Onlar qonşu kəndə
tərəf getdilər” cümləsində “onlar” və”getdilər” söz formaları
müstəqil, “qonşu” və “kəndə tərəf” söz formaları isə tək bir
söyləmin içərisində yer alır (Татaрская грамматика 1993:143).
3.
3. Morfem anlayışı və termini haqqında
“Morfem” sözü yunan di
lindən alınmış bir kəlmə olub,
lüğəvi mənası “morphé” ‘forma, şəkil’ deməkdir. Morfem fonem və
leksemlə bərabər dilin emik fenomenləri sırasında yer alır.
Sözügedən semioloji işarə müəyyən bir leksik qavrayışı və ya
qrammatik mənanı ifadə edir (ЛЭC 1990: 312). O, fonemdən fərqli
olaraq ikitərəfli işarədir və ondan sonra gələn ikinci ən kiçik
müstəqil dil vahididir. Morfemin həm ifadə edəni, yəni fonetik
tərəfi, həm də ifadə olunanı, yəni məzmun tərəfi vardır (DE 2006:
444).
Ənənəvi dilçilikdə morfem anlayışından çox da geniş istifadə
olunmurdu v
ə nitq hissələri haqqındakı elm morfologiya
adlandırılırdı. Halbuki morfem anlayışı morfologiya qavramı ilə
paralel olaraq ortaya çıxmışdır. Morfem anlayışını dilçiliyə polyak
əsilli linqvist İ. A. Boduen de Kurtene gətirmiş və sözügedən
anlayışdan termin kimi ilk dəfə “Slavyan dillərinin müqayisəli
qrammatikasının bəzi bölmələri” adlı əsərində istifadə etmişdir. O,
dilin antropofonik və fonetik-morfoloji üzvlənmələrini bir-birindən
fərqləndirmiş və onlarla əlaqədar olaraq yazmışdır ki, birinci
üzvlənmədə dil antropofonik sözlərə, bunlar da öz növbəsində
antropofonik hecalara, hecalar isə səslərə bölünür. Fonetik-
morfoloji (semasioloji və sintaktik) üzvlənmədə danışıq aktı
cümlələrə və ya mənalı söyləmlərə, cümlələr mənalı sözlərə, sözlər
isə morfoloji hecalara və ya morfemlərə bölünür (Куртенэ
1963:121). İ. O. Boduen de Kurtene iri həcmli əsərlərindən birində
morfemə belə bir tərif vermişdir: “…anlaşılan sözlər istər cümlə
üzvl
əri olsunlar, istərsə də cümlədən qəti asılı olmasınlar, onlar bir
t
ərəfdən deyilənin və eşidilənin arasıkəsilməz ardıcıllığıdır, digər
59
t
ərəfdən isə morfoloji və semasioloji cəhətdən bölünməz
vahidl
ərdən ibarətdir ki, onları biz morfemlər adlandırırıq”
(Куртенэ 1963:249).
Morfem çoxşaxəli və çoxtərəfli bir dil vahididir. Bu
səbəbdəndir ki, dilçilikdə ona yanaşma çox müxtəlif olmuşdur. Belə
ki, morfem cümlə və sözlə birlikdə semem adlandırılmış və
“morfem özündən daha kiçik hissələrə bölünməyən morfoloji
vahidir” tərifindəki “morfoloji” termini düzgün hesab edilməmişdir.
Biz bütün bunları sərf nəzər edərək morfem anlayışını çağdaş
dilçiliyin çox ünlü nümayəndələrindən biri Y. S. Maslovun (1908-
1977) tərifinə əsasən qəbul edirik. O, morfemə belə bir tərif
vermişdir: “Morfem dilin minimal və elementar ikitərəfli vahididir:
morfemdə (a) müəyyən eksponent bu və ya digər mənaya bağlıdır,
onun daşıyıcısıdır və (b) o özü kimi xüsusiyyətləri olan daha sadə
hissələrə bölünmür”(Маслов 2005:131). Eksponent dilin ifadə planı
deməkdir. Biz irəlidə Azərbaycan dilindəki morfemləri öyrənirkən
morfem anlyışını sözügedən anlamda, ancaq türk dillərinin
aqqilütinatif quruluşuna uyğun olaraq işlədəcəyik. Məsələn, flektiv
dillərdə və rus dilində hecalar da morfem olaraq işlənilir, türk
dillərində isə bu, mümkün deyildir.
3.4.
Azərbaycan dili morfemlərinin morfematik təsnifi
Morfemikada sözün ümumi quruluşu, onun ayrı-ayrı tərkib
hissələri öyrənilir və dilin morfem inventarı müəyynləşdirilir. Söz,
yuxarıda da göstərildiyi kimi, kök-morfem, söz gövdəsi və ya əsası
və söz şəkli olaraq leksik-qrammatik, fonetik, morfoloji, sintaktik,
frazeoloji, semantik, üslubi, konseptual və semiotik özəllikləriylə
işqlandırılır. Sözün qrammatik şəkilçilər olmadan işlənilən hissəsi
onun əsasını təşkil edir. Qrammatik şəkilçilərlə işlənilən, cümlədə
və mətndə müxtəlif anlayışlar arasında əlaqə yaradan sözün bütünü
onun forması kimi tərif edilir. Morfem isə ifadə və məna tərəflərinə
malik, fonem, sentaksem, leksem və frazem kimi emik bir dil
vahididir. Morf morfemin normal danışıq atkında işlənilməsi və ya
60
onun nitqdəki morfoloji təmsilidir. Allomorf isə morfun müəyyən
məqam və mövqedə işlənilən variantıdır.
Beləliklə, Azərbaycan dilində morfemlər leksik, qrammatik
və funksional baxımdan iki qismə bölünür:
1.
Kök morfemlər;
2.
Şəkilçi və ya birləşdirici morfemlər.
Birincilərə leksik morfemlər daxildir. İkincilərə isə əsas
etibarilə şəkilçilər daxil edilir. Təbii ki, belə bir təsnifləndirmə şərti
olaraq qəbul edilməkdədir. Belə ki, birləşdidrici və ya asılı
morfemlər yalnız şəkilçilərdən ibarət deyildir. Yəni, köməkçi nitq
hissələri, özəlliklə də ədatlar bütövlükdə köməkçi və ya asılı
morfemlər olaraq da qiymətləndirilə bilər.
Şəkilçi morfemlər leksik-qrammatik funksiyalarına görə üç
hissəyə bölünür:
–
Sözdüzəldici və ya leksik şəkilçilər: isimdən isim, feildən
isim, isimdən feil və s. düzəldən şəkilçilər;
–
Sözdəyişdirici və ya qrammatik şəkilçilər: isimlərdə hal,
feillərdə zaman, şəkil, şəxs və s. şəkilçiləri;
–
Formadüzəldici və ya leksik-qrammatik şəkilçilər: felin növ,
feli sifət, feli bağlama və s. qrammatik kateqoriyalarını
formalaşdıran şəkilçilər.
Sözdəyişdirici və formadüzəldici şəkilçilər kəlmə köklərinə
və gövdələrinə artırılaraq sözün şəklini və ya formasını əmələ
gətirir. Hər hansı bir qrammatik formada müəyyənləşdirilən sözlər
isə cümlənin konkret bir üzvü kimi meydana çıxır. İsimlərdə “cəm
və hal”, feillərdə isə “şəxs, zaman və şəkil” formaları qrammatik
kateqoriyalar olaraq müəyyənləşdirilir. Sözün leksik-qrammatik
şəkillənməsində isə gövdənin şəkli və mənası qrammatik planda
dəyişir. Və ortaya çıxan yeni gövdə sadəcə leksik deyil, həm də
qrammatik bir mənanı ifadə edir.
Beləliklə, qrammatik gövdə və ya şəkil quruluşuna aşağıdakı
kateqoriyalar mübahisəsiz olaraq daxil edilə bilər:
–
İsimlərdə: mənsubiyyət kateqoriyası;
61
–
Sifətlərdə: müqayisə və kiçiltmə dədrəcələri kateqoriyaları
(alman dilində: komparativ, Osmanlı türkcəsində: derecei-itfal);
–
Feillərdə: felin növ, məsdər, feli-sifət və feli bağlama
kateqoriyaları. Sözdüzəltmə prosesində isə şəkilçilər kökə, əsasa və
ya
gövdəyə artırılaraq yeni sözlər düzəldir.
Dilçilikdə, məlum olduğu kimi, qrammatik morfemlər
ənənəvi şəkildə sözdəyişdirici və sözdüzəldici şəkilçilər olaraq
təsnifləndirilməkdədir. İndiyə qədər həm orta, həm də ali məktəb
praktikasında sözügedən mövzu sözdəyişdirici və sözdüzəldici
şəkilçilər başlıqları altında öyrənilməkdədir. Ancaq türkoloji
dilçilkdə XX yüzilin son qərinəsindən etibarən türk dillərində
şəkilçilərin yuxarıda göstərilən üç qrupa bölünərək öyrənildiyi də
bir həqiqətdir. Sözgedən araşdırmalarda türk dillərində
formadüzəldici və ya leksik-qrammatik şəkilçilərin söz kökünə və
ya əsasına qrammatik məna ilə bərabər, həm də bir leksik-semantik
səciyyəli “yan anlam” gətirdiyini vurğulamaqdadırlar (Dəmircan
2003; Musaoğlu 2002: 230-258; 2008 a; 2008 b).
Dostları ilə paylaş: |