sönm
ək - sönmek
söyk
əmək - dayamak
söyl
əmək - söylemek
söym
ək - sövmek; küfür etmek
sulamaq - sulamak
susamaq - susamak
susmaq - susmak
suvamaq - malalamak
suvarmaq - suvarmak
sül
ənmək - her zaman yemek aramak; yemek hakkında düşünmek
sümsürm
ək - dilenmek; her zaman yemek aramak
sümürm
ək - emmek; sorumak
süpürm
ək - süpürmek
sürm
ək - kullanmak (arabayı); sürmek
sürtm
ək - sürtmek
sürüm
ək - sürümek
sürüşmək - kaymak
süzm
ək - süzmek
Ş
şaşmaq - şaşırmak
şaxımaq - etkilenmek (güneşten); vurmak
şığımaq - çok hızlı bir biçimde hedefe doğru saldırmak; çakmak
şişirmək - şişirmek
şişmək - şişmek
şitənmək - şımarıklık etmek; şımarmak
şötdəmək - acele olarak dikmek
şütümək - hızlı koşmak; hızlı gitmek
T
taxmaq - takmak
talamaq -
talan etmek; yağmalamak
89
tanımaq - tanımak
tapdamaq - ayaklamak
tapmaq - bulmak
taytımaq - aksamak; topallamak
t
ələsmək - acele etmek
t
əngimək - bıkmak; canı sıkılmak
t
əntimək - acele etmek; canı sıkılmak
t
əpçimək - kumaşı üst üste dikmek
t
əpimək - kurumak
t
əpinmək - korkutmak; fırçalamak; tehdit etmek
t
əpmək - tepmek; saldırmak
t
ərgitmək (siqareti tərgitmək) - herhangi kötü bir alışkanlığı bı-
rak
mak, sigarayı bırakmak)
t
ərpənmək - kımıldamak; kımıldanmak
t
ərpəşmək - kımıldamak
t
ərpətmək - kımıldatmak
tıxamaq - tıkamak
tıxanmaq - tıkanmak
tıncıxmaq - nefesi daralmak; nefesi kesilmek
tırıldamaq - motorun çalışması veya çalışmaya başlaması
tısıldamaq - fazla yemekten sonra zorlukla nefes almak
tikm
ək - kurmak; inşa etmek; tikmek vs.
titr
əmək - titremek
toxtamaq -
sakinleşmek; dayanmak
toxumaq - dokumak
toxunmaq -
dokunmak; hafifçe değmek; değinmek vs.
toqquşmaq - tokuşmak; çarpışmak
tökm
ək - dökmek
tör
əmək - üremek; doğmak; ortaya çıkmak vs.
tövşümək - nefesi daralmak
tullamaq - atmak
turşumaq - ekşimek
tutaşmaq - kavga etmek; savaşmak
tutmaq - tutmak
90
tutuşmaq - kavga etmek
tük
ənmək - tükenmek
tül
əmək - belli zamanlarda hayvan veya kuşların tüyünün dökül-
mesi; tüyünü dökmesi
tüpürm
ək - tükürmek
tütm
ək - yanmak
U
ucalmaq - yücelmek
uçmaq - uçmak
uçurmaq - uçurmak
udmaq - yutmak; zorla almak; tahammül etmek; yenmek; kazanmak vs.
uduzmaq - yenilmek
ufuldamaq - inlemek
uğramaq - uğramak
uğraşmaq - uğraşmak
uğratmaq - uğratmak
uğunmaq - gülmekten kırılmak
ulamaq - ulumak
ummaq - ummak
umsunmaq -
hevesi kursağında kalmak
unutmaq - unutmak
usanmaq - usanmak
utanmaq - utanmak
uydurmaq - uydurmak
uymaq - uymak
uyumaq - uyumak
uyuşmaq - uyuşmak
uzanmaq - uzanmak
uzaşmaq - uzaklaşmak
uzatmaq - uzatmak
uzlaşmaq - uzlaşmak
Ü
91
üfürm
ək - üfürmek, üflemek
ürkm
ək - ürkmek
ürp
ərmək - ürpermek
üşümək - üşümek
ütm
ək - ütmek
üyüşmək - uyuşmak; soğuk, basınç vb. yüzünden vücudun bir ye-
rinde duygu ve hareketin geçi
ci olarak azalması
üyütm
ək - öğütmek
üzm
ək - yüzmek
V
varmaq - varmak
vazımaq - kaçmak
verm
ək - vermek
vurmaq - vurmak
Y
yağmaq - yağmak
yaxarmaq (yalvarıb-yaxarmaq)- yalvarmak
yaxmaq - sürmek
yalamaq - yalamak
yalmanmaq - yaltaklanmak
yalvarmaq - yalvarmak
yamamaq - yamamak
yanaşmaq - yaklaşmak
yanmaq - yanmak
yapışmaq - yapışmak
yapmaq - yapmak
yaramaq - yaramak
yaranmaq -
oluşmak; yaltaklanmak, yalakalık etmek
yaraşmaq - yakışmak
yarımaq - gerek olmak, faydalı olmak
yarınmaq - yaltaklık etmek
yarmaq - yarmak
92
yaşamaq - yaşamak
yaşırmaq - gizlemek
yaşmanmaq - yaşmaklanmak
yatıxmaq - çökmek
yatırmaq - uyutmak
yatmaq - yatmak; uyumak
yayxanmaq -
yayılarak oturmak veya uzanmak
yayxınmaq - kaçınmak
yaymaq - yaymak
yazmaq - yazmak
yedirm
ək - yedirmek
yek
əlmək - büyümek
yelt
ənmək - çalışmak; heves göstermek, yeltenmek
yenm
ək - yenmek
yerim
ək - yürümek
yetirm
ək - iletmek
yetişmək - ulaşmak, varmak
yetm
ək - ulaşmak
yığılmaq - yığılmak
yığmaq - yığmak
yıxmaq - yıkmak
yıpranmaq - yıpranmak
yırtmaq - yırtmak
yoğrulmaq - yoğrulmak
yoğurmaq - yoğurmak
yoxalmaq - yokolmak
yolmaq - yolmak
yoluxmaq - ziyaret etmek
yonmaq - yontmak
yormaq - yormak
yortmaq -
boşuna dolaşmak; yürümek
yovuşmaq - uymak
yozmaq - yorumlamak
yön
əlmək - yönelmek
93
yubanmaq - geç kalmak, gecikmek
yubatmaq - geciktirmek
yuxalmak -
hafifleşmek; yumuşamak
yumaq -
yumak; yıkamak
yummaq - yummak; kapatmak
yumşalmaq - yumuşamak
yüyürm
ək - koşmak
Z
zarımaq – inlemek
z
əvzəmək - çok konuşmak; fazla konuşmak”
(Musaoğlu 2002:219-222)
Әdəbiyyat:
Az
ərbaycan dilinin izahlı lüğəti I, 1964; II, 1980; III, 1983; IV,
1987, Bakı “Elm" Nəşriyyatı
Melikli T. 2004, Türkiye Türkçesinden Günümüz Azerbaycan
Türkçesine Girmiş Alıntı Sözler, V Uluslararası Türk Dili
Kurultayı, 20-26 Eylül 2004, Ankara, Bildiri Özütleri
Musaoğlu M. 2002, Terkolojinin Çeşitli Sorunları Üzerine Maka-
leler-
İncelemeler, T.C. Kültür Bakanlığı Yayınları, Ankara, 320 s.
Musayev M. 2011, Türk
ədəbi dillərində mürəkkəb cümlə cümlə
sintaksisi, D
ərs vəsaiti, Bakı, 401 s.
94
II HİSSӘ
TÜRKOLOJİ DİLÇİLİK BU GÜN: PROBLEMLӘR,
PERSPEKTİVLӘR VӘ YENİLİKLӘR
I F
əsil
Türkoloji dilçilikdə ənənəvi və yeni linqvistik yöntəmlər
Türk dillərinə dair qrammatika kitablarının yazılmasında
tətbiq edilən linqvistik yönüm və yöntəmlər Hind-Avropa dilçiliyi
ənənələri və axınları ilə çox yaxından bağlı olmuşdur. Bununla
bərabər, daha Mahmud Qaşqarlı tərəfindən tətbiq edilən ərəb
dilçiliyi məktəbi ənənələrinə görə də orta əsrlərdə türk dillərinin
qrammatikasına dair klassik təsviri yöntəmlərlə kitablar yazılmışdır.
XIX yüzildən başlayaraq türk dillərinə dair qrammatika kitablarının
hazırlanması və digər önəmli türkoloji araşdırmaların aparılmasında
həm təsviri, həm də tarixi-müqayisəli və ya müqayisəli-tarixi
y
öntəmlərdən istifadə olunmuşdur. 1970-ci illərdən bəri türk dilləri
materiallarına görə yeni dilçilik yöntəmləri ilə aparılan çağdaş
linqvistik araşdırmalar öncə Avropada və Rusiyada, sonra
Türkiyədə və digər Türk cümhuriyyətlərində gözəçarpacaq dərəcədə
s
ürətlənmişdir. Ancaq türkoloji dilçilikdə orijinal bir yeni elmi
qrammatikanın yazılmasını təmin edən şərtlərin elmi-praktiki
baxımdan sözün tam mənasında ortaya çıxdığından isə hələlik
söhbət gedə bilməz.
Türk dillərinin elmi qrammatikasının yazılması və
ümümiyyətlə çağdaş türkoloji kontekstdə linqvistik araşdırmaların
aparılması günümüzdə və gələcəkdə ən yeni dilçilik yönümləri və
yöntəmlərinin də tətbiq olunması ilə mümkündür. Bunun üçün, hər
şeydən öncə, sözügedən ənənəvi və yeni dilçilik yönüm və
yön
təmlərinin indiyə qədər davam etdirilmiş olan tədbiqi obyektiv
olaraq qiymətləndirilməlidir. Onların çatışmazlıqları və
95
tutarsızlıqları yeni bir elmi-konseptual kontekstdə düzgün
müəyyənləşdirilməlidir.
1
.1. Әnənəvi-təsviri türkoloji dilçiliyin çatışmazlıqları və
ya tutarsızlıqları
Sözügedən çatışmazlıqlara və ya tutarsızlıqlara örnək olaraq
göstərilə bilən ayrı-ayrı linqvistik və qrammatik açıqlanmalar
aşağıdakılardan ibarətdir:
–
Türkoloji dilçilikdə feli sifətlərin, feli bağlamaların,
məsdərlərin və oxşar digər kəlmə qrupu polipredikativ mər-
kəzlərinin mürəkkəb cümlə komponentlərinin xəbərləri kimi
göstərilməsi;
–
Türk dillərində hərəkətin bitmişliyi, sürəkliliyi və
bitiriləcəyini leksik, semantik və morfoloji faktorlarla ifadə edə
bilən feillərdə və ya bütövlükdə feil sistemində tərz kateqoriyasının
yox sayılması;
–
Leksik//sözdüzəldici, qrammatik//sözdəyişdirici və leksik-
qrammatik//formadüzəldici şəkilçilərin sərhədlərinin qarışdırılması.
Ənənəvi nitq hissələri kontekstində müəyyənləşdirilən hal, şəkil,
şəxs və mənsubiyyət; cəm, növ və söz yaradıcılığı səviyyələrinin bir
çox halda bir-
birinin içərisində və ya üst və alt başlıqları ilə əksik
olaraq kateqoriyalaşdırılması;
–
Mürəkkəb sintaktik bütövlərin və ya frazadan böyük
vahidlərin sıralı, tabesiz, bağlayıcısız, qarışıq tipli mürəkkəb cümlə
quruluşları olaraq öyrənilməsi;
–
Türk dillərində sözün və şəkilçilərin və ya müxtəlif sintaktik
vahidlərin dialektik materializm dünyagörüşünə əsasən qrammatik
inkişafı nəzəriyyəsinin uydurulması və s.
Bu gün
müstəqillik illərində linqvistik və qrammatik
açıqlanmalardakı sözügedən və digər bunlara bənzər çatışmazlıqlar
və ya tutarsızlıqlar türkoloji dilçilikdə artıq dilə gətirilməkdədir.
Onlar çağdaş dilçilik nəzəriyyələrinin, müxtəlif linqvistik yönüm və
yönt
əmlərin digər inkişaf etmiş dillərdəki tətbiqinin işığında türk
96
dillərinin quruluşuna və diaxronik inkişafına uyğun olaraq
qiymətləndirilməkdədir.
1
.2.Modern linqvistik araşdırmalardakı çatışmazlıqlar və
ya tutarsızlıqlar
Çağdaş türk ədəbi dilləri materialları əsasında 1970-ci illərdən
bəri yeni linqvistik yönüm və yöntəmlərlə aparılan araşdırmalardakı
konseptual xarakterli çatışmazlıq və ya tutarsızlıqların başlıca
səbəbi türk dillərinə dair konkret dil hadisələrinin və faktlarının
sadəcə çağdaş dilçilik axınları istiqamətində və çox zaman da
ümumi dilçiliyin qanunauyğunluqlarına görə deyil, ayrı-ayrı flektiv
dillərin xüsusi qaydalarına əsasən öyrənilmiş olmasıdır. Həmin
linqvistik araşdırmalarda ümumtürkoloji kontekst, onun tarixi-
xronoloji inkişaf mərhələləri və ənənəvi dilçilik metodları ilə
aparılmış tədqiqatlar, görülmüş çox önəmli işlər çox vaxt unudulur
və ya onlara heç əhəmiyyət belə verilmir. Beləliklə də, aşağıdakı
ümumi nəticələr ortaya çıxır:
–
Türk dillərinin özünəməxsus olan fonetik, qrammatik, leksik,
mətnlinqvistik, leksikoqrafik və frazeoloji özəllikləri ümumi dilçilik
müstəvisində çağdaş linqvistik axınlar baxımından lazımi səviyyədə
dərk olunmamışdır. Məsələn, türk dillərində sözün prosodik
modelinin iki zirvəliliyi müqayisəli-tutuşdurmalı olaraq heç
araşdırılmamışdır. Türk dillərində vurğu sözün son hecasının
üzərinə düşür ümumi tezisindən hərəkət edilmişdir.
–
Əsas və köməkçi morfemlərin, eyni zamanda müxtəlif
sintaktik konstruksiyaların simmetrik səciyyəli sıralanması və
diskurs ortam
ında həmin sıralanma nəticəsində gerçəkləşən
ümumtürkcə ünsiyyətin aqqilitünativ-məntiqi mahiyyəti də hələlik
açıqlanmamışdır.
–
Türk dillərində sintaktik paralelizm, parselyasiya, inversiya,
ellipsis kimi dil-
nitq hadisələrinin simmetrik və asimmetrik
mah
iyyətinin dolğun elmi-linqvistik açıqlanması və hərtərəfli
kameral-
filoloji təsviri də indiyə qədər verilməmişdir.
97
Türk dilləri materialları əsasında yeni linqvistik yönüm və
yöntəmlərlə aparılmış olan bütün araşdırmalardakı çatışmaqlıqlar və
tutarsızlıqlar yalnız ümumi türkologiya və dilçilik elmi sahələrində
birgə görülən konseptual səciyyəli işlərlə ortadan qaldırıla bilər.
Bunun üçün ənənəvi, yeni və ən yeni araşdırma-öyrənilmə
yönümləri və yöntəmləri sistematik-ierarxik bir bağlılıqla bir-biri ilə
sıx birləşdirilməlidir. Türkoloji dilçiliyin əsas perspektivləri də
məhz belə bir kontekstdə müəyyənləşdirilməlidir. Aşağıda həmin
əsas perspektivlər istiqamətində aparılan bəzi araşdırmalar və
onlarda gerçəkləşdirilən filoloji-linqvistik səciyyəli yeniliklər
üzərində örnəklərlə qısaca və ardıcıl olaraq durulacaqdır.
1
.3. Türkoloji dilçilikdə modern linqvistik yöntəmlərin
tətbiq olunması
Bu gün ənənəvi türkologiyanın və ya dilçiliyin içərisində XX
yüzilin 60-70-
ci illərindən etibarən çox yönlü olaraq özünü göstərən
modern araşdırmalar, hər şeydən öncə, türkoloji dilçilikdə artıq ilk
təcrübələr olmaqdan çıxarılmalıdır. Daha doğrusu, sözügedən
araşdırmalar, onlarda tətbiq olunan yönüm və yöntəmlər türk
dillərinin qrammatik quruluşuna, tarixi və müasir inkişaf
təmayüllərinə uyğun olaraq türkoloji dilçilikdə istifadə edilə bilmək
üçün bütövlükdə funksional və konseptual xarakterli yeni bir
ümumi linqvistik metodologiyaya çevrilməlidir. Bəs sözügedən
zaman içərisində bütövlükdə türkoloji dilçilikdə və ya ayrılıqda türk
dilləri materialları əsasında yazılan linqvistik araşdırmalarda özünü
göstərən hansı yeniliklərdən və konkret olaraq yeni tətbiq olunan
hansı yönüm və yöntəmlərdən bəhs edilə bilər?! Məsələn,
sözügedən zaman içərisində hal, tərz və şəxs kateqoriyalarının
funksional-
semantik olaraq türk dillərində işlənilməsinə və onların
tarixinin öyrənilməsinə dair yeni bir türkoloji-linqvistik anlayışla
bəzi gözəçarpan korrektivlər edilmişdir (Насилов 1989: 28-31;
Гаджиахмедов 1998; Demircan 2003: 10-15). Məsələn,türkoloji
dilçilikdə tərz kateqoriyasının öyrənilməsinin tarixi iki mərhələyə
98
ayrılmışdır: “1) 1869-cu ildən 1956-cı ilə qədər; 2) 1956-cı ildən
günümüzə qədər. Birinci mərhələdə və hətta müəyyən bir ölçüdə
həmin mərhələnin davamı olaraq 1970-ci illərə qədər də tərz
kateqoriyasına dair aparılan araşdırmalar, əsasən, eyni bir linqvistik-
metodoloji istiqamətdə yerinə yetirilmişdir. Belə ki, 1869-cu ildə
yayımlanmış olan “Altay dilinin qrammatikası” kitabında rus
dilində tamamlanmış (совершенный) və tamamlanmamış
(несовершенный) şəkillərində prefiks və infikslərlə çox açıq olaraq
ifadə edilən tərz kateqoriyasının müəyyənləşdirilmə prinsipləri
Altay dilinin qrammatikasında olduğu kimi tətbiq olunmuşdur.
Həmin prinsiplər sonralar digər türk dillərində də tərz
kate
qoriyasının müəyyənləşdirilməsində əsas götürülmüşdür.
Beləliklə, türk dillərinin qrammatika kitablarında sözügedən
kateqoriyanın təsvir olunmasına dair yanlış bir linqvistik
açıqlanmanın meydana çıxmasının yolu açılmışdır. Bu da 1960-cı
illərə qədər bu və ya digər şəkildə davam etmişdir. 1956-cı ildə
Almatıda felin tərz və ya görünüş (Alm. Aspekt, subjektivische
Anschauungsform, Verlaufsstufe; Fr. aspect,;
İng. aspect)
kateqoriyası və mürəkkəb cümlə probleminə dair keçirilən bir
simpoziumda türk dillərində tərz kateqoriyasının o zamana qədərki
rus dili örnəyində yerinə yetirilmiş olan təsvirinin yanlış olduğu
göstərilmişdir. Bununla da sözügedən kateqoriyanın öyrənilməsi
tarixində yeni bir dönəmə girilmişdir. Belə ki, tərz və ya görünüş və
qılınışın (Alm. Aktionsart, Art der Handlung; Fr. ordre de procés;
İng. manner of action) konseptual komponentləri (Korkmaz 2003:
109-
110; 146) tək bir leksik-morfoloji kateqoriya səviyyəsində
müəyyənləşdirilmişdir. Daha doğrusu, göstərilən kateqoriya
türkoloji dilçilikdə 1970-ci illərdən sonra əsas etibarilə türk dillərinə
məxsus olan linqvistik parametrləri ilə və dövrün yeni dilçilik
nəzəriyyələrinin işığında öyrənilmişdir (Musaoğlu., Kirişçioğlu
2008).
Aşağıda sözügedən digər araşdırmalardan da bəhs olunur və
yeni yönt
əmlərlə aparılan işlərə aid örnəklər verilir.
99
1
.3.1. Türkoloji dilçilikdə riyazi və sosiolinqvistik
istiqamətlər
XX yüzildə həm riyazi, həm də ictimai elmlərin yöntəmləri ilə
dillərin sinkretik olaraq araşdırılması və öyrənilməsi prosesi
getdikcə sürətlənmişdir. XXI yüzildə isə sözügedən çalışmalar daha
çox informatika, müxt
əlif informasiya texnologiyaları vasitələrinin
işlədilməsi, e-dil və kompüter linqvistikasının inkişafı istiqamətində
davam etdirilm
əkdədir. Riyazi-linqvistik yöntəmlərlə aparılan
t
ətbiqi dilçilikdə ən çox mətnlərin avtomatik tərcüməsi və müxtəlif
dil-
danışıq çevirilərinin avtomatikləşdirilməsi problemlərinin həll
olunması üzərində durulmuşdur. Sosiolinqvistik yöntəmlərlə
aparılan araşdırmalarda isə ən çox dil və cəmiyyət, dil və
etn
oqrafiya, etnolinqvistika, dil və mədəniyyət əlaqələri, ikidillilik
və çoxdillilik ortamları işıqlandırılmışdır.
1.3.1.1. Riyazi-
linqvistik araşdırmalar
Modern linqvistik yöntəmlər və ya yeni bir türkoloji dilçilik
nöqteyi-
nəzəri ilə aparılan araşdırmaların sürətləndirilməsi həmişə
bəlli bir ölçüdə riyazi-linqvistik istiqamətin filologiya elmindəki
ümumi inkişafına bağlı olmuşdur. Dil mühəndisliyinin və ya riyazi
dilçiliyin əsasları XX yüzilin 20-ci illərində qoyulmuşdur. Dillərin
həm filoloji-linqvistik, həm də riyazi-hesablama yöntəmləri ilə bir
yerdə öyrənilməsi XX yüzilin 50-ci illərindən bəri elmşünaslıqda
tətbiqi riyazi- linqvistik bir metodologiya olaraq müəyyənləşmişdir.
Söz konusu metodologiya və ona bağlı tətbiqi metodlarla görülən
işlərdə XX yüzilin 60-cı illərindən bəri öncə elektronik hesablama
maşını ilə (ЛЭC 1990: 14-15; 397), sonraları isə kompüterlə müxtə-
lif tərcümə-çeviri proseslərinin avtomatikləşdirilməsi işləri can-
landırılmışdır. Bütövlükdə koqnitiv elmə, linqvistikaya, informasiya
t
exnologiyalarına söykənən kompüter-mühəndis dilçiliyinin
əsaslarını da böyük bir ölçüdə XX yüzilin 50-ci illərindən bəri
getdikcə inkişaf edən riyazi-linqvistik istiqamətdə görülmüş konkret
100
işlər təşkil edir. İndi həm koqnitiv, həm də kompüter-mühəndis
dil
çiliyi ilə funksional-linqvistik bir istiqamətdə aparılan işlər
sadəcə mətn tərcüməsinin avtomatikləşdirilməsi proseslərinin
inkişaf etdirilməsi və nəticələndirilməsi işləmlərindən ibarət deyil-
dir. Çünki, getdikcə sürətlənən linqvistik qloballaşma nəticəsində
ortaq ünsiyyət vasitələrinə çevrilən bəzi inkişaf etmiş dillərin
işlənilməsi və öyrədilməsi işləmləri koqnitiv və kompüter-mühəndis
dilçiliyi yöntəmləri ilə də aparılır. Başqa sözlə, indi artıq həm mətn
dəstəkli dilin (langue), həm də diskurs ortamlı danışıq dilinin
(parole) ortaq dünya dilləri materialları ilə avtomatikləşdirilərək və
informasiyalaşdırılaraq bütün dünyada işlənilməsi söhbətin
mövzusuna çevrilmişdir. Ortaq və regional səciyyəli dillərin sözü-
gedən dil materialları ilə birlikdə müəyyən bir ölçüdə tərcümə
nəzəriyyəsi və ədəbi mətn uyğunlaşdırması praktikası kontekst-
lərində tədrisi və təlimi də bu gün gündəmə gəlməkdədir. Sözü-
gedən elmi-praktik səciyyəli işlər 1960-cı illərdən bəri bu və ya
digər şəkildə türkoloji dilçilikdə də öz əksini tapmışdır. Sovetlər
Birliyində həmin işlər daha çox nəzəri əsaslara dayanmaqla əsas
etibarilə aşağıdakı istiqamətlərdə həyata keçirilmişdir:
–
Mətnin avtomatik analizi və sintezi;
–
Linqvistik tədqiqatların avtomatikləşdirilməsi;
–Struktural-
tipoloji tədqiqatların aparılması (Муcaeв… 1972:
16-18).
Sözügedən elmi-praktik istiqamətlərdə morfoloji, sintaktik,
leksikoloji və leksikoqrafik dil vahidlərinin müxtəlif alqoritmləri
hazırlanmış və görkəmli Türk dünyası yazıçılarının əsərlərinin tez-
lik lüğətləri tərtib olunmuşdur. Türkiyədə isə əsas etibarilə bilgi
işləm və informasiya texnologiyalarına aid türk dilində yaradılmış
termin
lərlə, sistemlərlə və müxtəlif proqram təminatları və ya
yazılımı ilə tədbiqi-praktik səciyyəli müxtəlif işlər görülmüşdür
(Köks
al 1981). Günümzdə sözügedən işlər türkcə materiallarla həm
koqqnitiv və kompüter-mühəndis dilçiliyi (Bozşahin ve Zeyrek
2000: 41-
48), həm də türk dilləri arası ədəbi mətn uyğunlaşdırması
(Musaoğlu 2010: 11-60) kontekstlərində də aparılmaqdadır. Gəlinən
101
n
öqtədə Türk dilləri arası həm yazılı, həm də şifahi mətnlərin
birindən digərinə çevrilməsi və ya ədəbi mətn uyğunlaşdırılması
prosesləri sürətlə avtomatikləşdirilməlidir. Türk dillərinin işlənil-
məsi və öyrənilməsinin konseptualaşdırılması və müxtəlif texnoloji
vasitələrlə on-line olaraq informasiyalaşdırılması işi də buna paralel
olaraq aparılmalıdır. Bunlar türkoloji dilçiliyin ən aktual
problemlərindəndir və Azərbaycan dilçiliyində də uyğun işlərin
görülm
əsi prosesi sürətləndirilməlidir.
Dostları ilə paylaş: |