Onkologiya ixtisası üzrə nümunəvi test sualları Bölmə ÇƏNBƏr bağirsaq xəRÇƏNGİ


) Sümüklərə multifokal şəkildə yerləşməyən tumor hansıdır?



Yüklə 1,34 Mb.
səhifə12/14
tarix27.11.2016
ölçüsü1,34 Mb.
#312
1   ...   6   7   8   9   10   11   12   13   14

761) Sümüklərə multifokal şəkildə yerləşməyən tumor hansıdır?

A) enxondroma

B) osteoxondroma

C) multipl myeloma

D) histiyositozis

E) osteoid osteoma


Ədəbiyyat: Campbell”s Operative Orthopaedics,I cild, X nəşr 2008,səh.734
762) Aşağıdakı göstərilən törəmələrdən hansına onurğada təsadüf edilmir?

A) Hemangioma

B) Osteoblastoma

C) Giqant hüceyrəli tumor

D) Anevrizmal sümük kistası

E) Osteoid osteoma


Ədəbiyyat: Campbell”s Operative Orthopaedics,I cild, X nəşr 2008,səh.734
763) Aşağıdakı törəmələrdən hansı bəd xassəlidir?

A) xondroblastoma

B) hemangioma

C) xordoma

D) osteoblastoma

E) osteoma


Ədəbiyyat: Campbell”s Operative Orthopaedics,I cild, X nəşr 2008,səh.734
764) Qan serumundakı qələvi fosfataza miqdarı hansı xəstəlikdə artmaz?

A) metastatik xəstəliklər

B) Renal tumorlar

C) limfoma

D) metabolik sümük xəstəlikləri

E) osteosarkoma


Ədəbiyyat: Campbell”s Operative Orthopaedics,I cild, X nəşr 2008,səh.735.
765) Aşağıdakı xəstəliklərdən hansında qanda qalıq azot(BUN) və kreatinin artar?

A) metastatik xəstəliklər

B) limfoma

C) Renal tumorlar

D) osteosarkoma

E) yuvinq sarkoması


Ədəbiyyat: Campbell”s Operative Orthopaedics,I cild, X nəşr 2008,səh.735.
766) Xoş və bəd xassəli sümük və yumuşaq toxuma törəmələrinin klassifikasiyası hansı sistem üzrə aparılır?

I-TNM , II-Ennekinq , III-AJCC (American Joint Comittee on Cancer)
A) I və II variantlar üzrə

B) II və III variantlar üzrə

C) I , II və III variantlar üzrə

D) təkcə III variant üzrə

E) təkcə I variant üzrə
Ədəbiyyat: Campbell”s Operative Orthopaedics , I cild , X nəşr 2008 , səh . 737
767) Aşağıdakılardan hansı sümük sintezləyən törəmədir?

A) osteoid osteoma

B) giqant hüceyrəli tumor

C) desmoplastik fibroma

D) brown tumoru

E) glomus tumoru


Ədəbiyyat: Campbell”s Operative Orthopaedics,I cild, X nəşr,2008.səh.740
768) Aşağıdakılardan hansı qığırdaq sintezləyən xoş xassəli sümük törəməsidir?

A) osteoxondroma

B) xondroblastoma

C) bütün variantlar doğrudur

D) xondromiksoid fibroma

E) xondroma


Ədəbiyyat: Campbell”s Operative Orthopaedics,I cild, X nəşr,2008.səh.740
769) Osteoid osteoma haqqında yazılanlardan hansı səhvdir?

A) bəd xassəli şişə transformasiya olur

B) gecə artan,aspirin ilə azalan ağrı tipikdir

C) tam müalicə üçün nidus çıxarılmalıdır

D) bəd xassəli şişə transformasiya olmaz

E) çox hallarda həyatın 30 yaşa qədərki dövründə meydana çıxır


Ədəbiyyat: Campbell”s Operative Orthopaedics , I cild , X nəşr 2008 , səh . 801
770) Osteoxondroma haqqında doğru olan variant hansıdır?

A) müalicədən sonra təkrar meydana gəlmə ehtimalı çoxdur

B) Xoş xassəli sümük törəmələri arasında ən çox təsadüf olunur

C) Periostun üstündəki kiçik qığırdaq düyünlərindən meydana gəlir

D) çox hallarda oynağın içindədir

E) Xəstə böyüdükcə ostexondroma böyüməz


Ədəbiyyat: Campbell”s Operative Orthopaedics , I cild , X nəşr , 2008.səh . 803-804
771) Ostexondromanın nadir hallarda transformasiya olduğu bəd xassəli törəmə hansıdır?

A) osteosarkoma

B) multipl myeloma

C) fibrosarkoma

D) malign fibroz histiyositoma

E) xondrosarkoma


Ədəbiyyat: Campbell”s Operative Orthopaedics , I cild , X nəşr 2008 , səh . 804
772) Sümüklərdə çox sayıda qığırdaqdan inkişaf edən sümük törəmələrinin meydana çıxdığı xəstəlik hansıdır?
A) Castleman xəstəliyi

B) Paraneoplastik sendrom

C) Bexterev xəstəliyi

D) Ollier xəstəliyi

E) Li Fraumeni xəstəliyi
Ədəbiyyat: Campbell”s Operative Orthopaedics , I cild , X nəşr 2008 , səh . 806
773) Aşağıdakı variantlardan hansı Ollier xəstəliyi üçün doğrudur?

A) müalicəyə ehtiyac yoxdur

B) bu xəstəlik sümüyün bəd xassəli törəməsidir

C) əgər müalicə edilərsə bədləşmə potensialı artar

D) bəd xassəli şişə transformasiya olma ehtimalı 40 yaşından sonra artar

E) heç vaxt bəd xassəli şişə transformasiya olmaz


Ədəbiyyat: Campbell”s Operative Orthopaedics , I cild , X nəşr 2008, səh . 809
774) Xondroblastoma ilə əlaqədar aşağıda yazılmış olanlardan hansı doğru deyil?

A) Ən çox rast gəlinən sümük törəməsidir

B) Ağciyər metastazı ehtimalı vardır

C) Rentgendə uzun sümüklərin epifizinin mərkəzinə yerləşmiş törəmə şəklində görünür

D) Maliqn transformasiyası nadirdir

E) 10-25 yaşlar arasındakı insanlarda görülür


Ədəbiyyat: Campbell”s Operative Orthopaedics , I cild , X nəşr 2008, səh . 817
775) Osteoblastoma ilə əlaqəli aşağıda yazılmış olanlardan hansı səhvdir?

A) ən çox rastlaşılan simptomu ağrıdır

B) 10-30 yaşlar arasında meydana çıxır

C) bütün variantlar doğrudur

D) bu xəstəlikdə ağrı gecələr çox olur və qeyri steroid analgetiklərə yaxşı cavab verir

E) onurğalara yerləşməyə meyillidir


Ədəbiyyat: Campbell”s Operative Orthopaedics , I cild , X nəşr 2008, səh . 821
776) Multipl Mieloma xəstəliyində şişin əsasını təşkil edən hüceyrə hansıdır?

A) Plazmatik hüceyrələr

B) Monositlər

C) Retikulositlər

D) Bütün sadalanan hüceyrələr

E) Limfositlər


Ədəbiyyat: Ədəbiyyat: Руководство по гемaтологии А.И. Воробьев; Клиническая Онкогематология М.А.Волкова; С.А.Шалимов с др. «Справочник по онкологии» Киев 2000,стр180
777) Aşağıda göstərilənlərdən hansı hemanqiomanın tiplərindən biri deyil?

A) skuamoz

B) hemangioendoteliom

C) kapilyar

D) kavernoz

E) hemangioperisitom


Ədəbiyyat: Acta Orthop Traumatol Turc 2003;37(4):319-322
778) Aşağıdakı bədxassəli şişlərdən hansı sakrumun birincili bədxassəli şişidir?

A) xorion epitelial karsinoma

B) xondrosarkoma

C) xordoma

D) hemangioperisitoma

E) angiosarkoma


Ədəbiyyat: Campbell”s Operative Orthopaedics , I cild , X nəşr 2008, səh . 839
779) Hansı xəstəlik sümüyün bədxassəli fibroz histiyositomasına transformasiya etməz?

A) sümük infarktı

B) diferensiyasiya olmamış xondrosarkoma

C) paget xəstəliyi

D) fibrosarkoma

E) giqant hüceyrəli tumor


Ədəbiyyat: Campbell”s Operative Orthopaedics , I cild , X nəşr 2008, səh . 842
780) Yumuşaq toxumadan inkişaf edən bəd xassəli şişlərdən ən çox hansına təsadüf edilir?

A) bəd xassəli fibroz histiyositoma

B) limfosarkoma

C) retikulosarkoma

D) fibrosarkoma

E) liposarkoma


Ədəbiyyat: Campbell”s Operative Orthopaedics , I cild , X nəşr 2008 , səh . 865
781) Miozitis ossifikans nədir?

A) sümükdən əzələ meydana gəlməsinə deyilir

B) əzələ və ya yumuşaq toxuma içində patoloji sümük toxumasının meydana gəlməsidir

C) paget xəstəliyinin digər adıdır

D) əzələnin parazitar xəstəliyidir

E) bu bir əzələ qrupunun adıdır


Ədəbiyyat: Campbell”s Operative Orthopaedics , I cild , X nəşr 2008, səh . 875
782) Sarkoma nədir?

A) epitel originli xoş xassəli törəmədir

B) mezenximdən meydana gələn xoş xassəli törəmədir

C) mezenximdən meydana gələn bəd xassəli törəmədir

D) germ hüceyrəsindən oriqin alan bəd xassəli törəmədir

E) epitel originli bəd xassəli törəmədir


Ədəbiyyat: Campbell”s Operative Orthopaedics , I cild , X nəşr ,2008. səh . 788
783) Xoş və ya bəd xassəli şişlərdə şişin differensasiyası nəyi ifadə edir?

A) şişin qabığının nə qədər qalın olduğunu göstərir

B) şişi meydana gətirən hüceyrələrin bir birindən nə gədər fərqli olduğunu göstərir

C) şişin parenximal hüceyrələrinin meydana gəldiyi hüceyrələrə morfoloji və funksiya cəhətdən nə qədər oxşadığını göstərən termindir

D) şişin parenximal hüceyrələrinin morfoloji və funksiya cəhətdən bir birinə nə qədər oxşadığını göstərən termindir

E) şişin həcminin nə boyda olduğunu göstərir


Ədəbiyyat: Campbell”s Operative Orthopaedics , I cild , X nəşr ,2008. səh . 609.
784) Aşağıda yazılanlardan hansı bəd xassəli melanomanın kliniki və histoloji klassifikasiyasında iştirak etməz?

A) lentiqo maliqn melanoma

B) nodulyar maliqn melanoma

C) skuamoz maliqn melanoma

D) akral lentiqinoz maliqn melanoma

E) superfisiyal yayılan maliqn melanoma


Ədəbiyyat: Langley R G, Barnhill RL, Mihm MC, Fitzpatrick TB, Sober AJ : Neoplasms : Cutaneous melanoma. Freedberg IM, Eizen AZ, Wolf K, Austen KF Goldsmith LA, Katz SI, Fitzpatrick TB. Dermatology in general Medicine. 5. Baskı. New York,
785) Dəridəki nevuslardan ən çox hansı tip melanoma meydana gəlir?

A) akral lentiqinoz malign melanoma

B) lentiqo malign melanoma

C) nodulyar malign melanoma

D) superfisial yayılan melanoma

E) karsinomatoz melanoma


Ədəbiyyat: Langley R G, Barnhill RL, Mihm MC, Fitzpatrick TB, Sober AJ : Neoplasms : Cutaneous melanoma. Freedberg IM, Eizen AZ, Wolf K, Austen KF Goldsmith LA, Katz SI, Fitzpatrick TB. Dermatology in general Medicine. 5. Baskı. New York,
786) Bəd xassəli melanomalar içində ən pis proqnozlu melanoma hansıdır?

A) superfisiyal yayılan melanoma

B) karsinomatoz tip maliqn melanoma

C) lentiqo malign melanoma

D) akral lentiqinoz malign melanoma

E) nodulyar malign melanoma


Ədəbiyyat: Langley R G, Barnhill RL, Mihm MC, Fitzpatrick TB, Sober AJ : Neoplasms : Cutaneous melanoma. Freedberg IM, Eizen AZ, Wolf K, Austen KF Goldsmith LA, Katz SI, Fitzpatrick TB. Dermatology in general Medicine. 5. Baskı. New York,
787) Aşağıda göstərilən variantlardan hansında bəd xassəli melanomanın klassifikasiya sistemləri yazılmışdır?

A) Katteral,Şatzki

B) Antoni,MC Quenn

C) Hawkings,Qlaskow

D) Breslow, Klark

E) Papa Nikolau


Ədəbiyyat: Langley R G, Barnhill RL, Mihm MC, Fitzpatrick TB, Sober AJ : Neoplasms : Cutaneous melanoma. Freedberg IM, Eizen AZ, Wolf K, Austen KF Goldsmith LA, Katz SI, Fitzpatrick TB. Dermatology in general Medicine. 5. Baskı. New York, Mc Graw-Hill 1993 : 1080-1116.
788) Bəd xassəli melanomanın klassifikasiasında istifadə olunan Breslow sistemi nəyi əsas alır?

A) törəmənin vertikal və horizontal uzanmasını əsas alır

B) törəmənin təkcə horizontal uzanmasını əsas alır

C) metastaz verib vermədiyini nəzərə alır

D) törəmənin təkcə vertikal uzanmasını əsas alır

E) törəmə içindəki qan damarı miqdarını əsas alır


Ədəbiyyat: Langley R G, Barnhill RL, Mihm MC, Fitzpatrick TB, Sober AJ : Neoplasms : Cutaneous melanoma. Freedberg IM, Eizen AZ, Wolf K, Austen KF Goldsmith LA, Katz SI, Fitzpatrick TB. Dermatology in general Medicine. 5. Baskı. New York, Mc Graw-Hill 1993 : 1080-1116.
789) Bəd xassəli melanomanın klassifikasiyasında istifadə olunan Klark klassifikasiya sistemi aşağıda göstərilənlərdən hansına əsaslanır?

A) törəmənin dərinliyinə

B) törəmənin səthi yayılmasına

C) törəmənin yerinə

D) törəmənin sayısına

E) törəmənin rənginə


Ədəbiyyat: Langley R G, Barnhill RL, Mihm MC, Fitzpatrick TB, Sober AJ : Neoplasms : Cutaneous melanoma. Freedberg IM, Eizen AZ, Wolf K, Austen KF Goldsmith LA, Katz SI, Fitzpatrick TB. Dermatology in general Medicine. 5. Baskı. New York, Mc Graw-Hill 1993 : 1080-1116.
790) Bir dəri törəməsində bəd xassəli melanomaya şüphə yaradan xüsüsiyyət hansıdır?

A) törəmə kənarının düzənsiz olması

B) törəmənin rəngində dəyişmə olması

C) törəmənin diametrində 6 mm-dən çox böyümə olması

D) bütün variantlar doğrudur

E) törəmənin dəridən qabarıq olması


Ədəbiyyat: Langley R G, Barnhill RL, Mihm MC, Fitzpatrick TB, Sober AJ : Neoplasms : Cutaneous melanoma. Freedberg IM, Eizen AZ, Wolf K, Austen KF Goldsmith LA, Katz SI, Fitzpatrick TB. Dermatology in general Medicine. 5. Baskı. New York, Mc Graw-Hill 1993 : 1080-1116.
791) Dərinin ən çox rastlaşılan bəd xassəli şişi hansıdır?

A) hidradenitis

B) bazal hüceyrəli karsinoma

C) bəd xassəli melanoma

D) adenokarsinoma

E) skuamoz hüceyrəli karsinoma


Ədəbiyyat: İşçimen A, Engin B. Melanom dışı deri kanserleri. Dermatose,2003;2:24-38.
792) Ayaqda xroniki venoz yaradan (trofiki yara) meydana gəlmə ehtimalı olan dəri xərçəngi hansıdır?

A) adenokarsinoma

B) bazal hüceyrəli karsinoma

C) bəd xassəli melanoma

D) trixilemmoma

E) yastı epitel hüceyrəli karsinoma


Ədəbiyyat: İşçimen A, Engin B. Melanom dışı deri kanserleri. Dermatose,2003;2:24-38
793) Hansı dəri törəməsi bəd xassəli olduğu halda kliniki olaraq xoş xassəli davranır və çox nadir metastaz verir?

A) melanoma

B) bazal hüceyrəli karsinoma

C) squamoz hüceyrəli karsinoma

D) adenokarsinoma

E) lipoma


Ədəbiyyat: Naldi L, DiLandro A, D'Avanzo B, Parazzini F.Host-related and environmental risk factors for cutaneous basal cell carcinoma: Evidence from an Italian case-control study. J Am Acad Dermatol,2000;42:446-52.
794) Aşağıda yazılanlardan hansına uzun müddətli məruz qalmaq dəridə bəd xassəli şişin meydana gəlmə risqini artırır?

A) çox çay içmək

B) alkoqolizm

C) günəş şüaları

D) meyvə və tərəvəz

E) siqaret çəkmək


Ədəbiyyat: Naldi L, DiLandro A, D'Avanzo B, Parazzini F.Host-related and environmental risk factors for cutaneous basal cell carcinoma: Evidence from an Italian case-control study. J Am Acad Dermatol,2000;42:446-52.
795) Dəri xərçənginə transformasiya ola bilən xoşxassəli dəri xəstəliyi hansıdır?

A) bütün variantlar doğrudur

B) leykoplakiya

C) aktinik keratoz

D) çapıq toxuması

E) xroniki yaralar və fistula ağızları


Ədəbiyyat: Eide MJ, Weinstock MA, Epidemiology of skin cancer. Cancer of the Skin. Rigel DS, Friedman RJ, Dzubow LM et al. Elsevier, Philadelphia.2005: 47-61.
796) Dərinin yastı epitel hüceyrəli karsinoması metastazını birinci növbədə haraya verməkdədir?

A) regionar limfa düyünlərinə

B) beyinə

C) qaraciyərə

D) böyrəyə

E) ağciyərə


Ədəbiyyat: Eide MJ, Weinstock MA, Epidemiology of skin cancer. Cancer of the Skin. Rigel DS, Friedman RJ, Dzubow LM et al. Elsevier, Philadelphia.2005: 47-61.

Bölmə 25 Süd vəzisinin şişləri

797) Süd vəzisi şişlərinin diaqnostikasına hansı üsul aid deyil ?
A) Ultrasəs müayinəsi

B) Angioqrafiya

C) Morfoloji müayinə

D) Nüvə maqnit rezonansı

E) Mammoqrafiya
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi" ,Bakı, Elm, 1993, 120s.
798) Süd vəzisi xərçənginin profilaktik müayinə məqsədi ilə mammoqrafiyası hansı yaşdan başlayaraq aparılır?

A) 24


B) 20

C) 30


D) 25

E) 35
Ədəbiyyat: Н.Н.Трапезников, В.П.Летягин, Д.А.Алиев , «Лечение опухолей молочной железы», Москва, Медицина,1989, 176 с.


799) Süd vəzisinin iltihabı proseslərinə hansı xəstəliklər aiddir?
A) Mastit

B) Pecet xəstəliyi

C) Fibroadenoma

D) Lipoma

E) Kistoz mastopatiya
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi" ,Bakı, Elm, 1993, 120s.
800) Süd vəzisi xərçənginin ən dəqiq müayinə metodu hansıdır?
A) Termoqrafiya

B) USM


C) Rentgenmammoqrafiya

D) NMRT


E) Morfologiya
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi" ,Bakı, Elm, 1993, 120s.
801) Süd vəzisinin axacaqdaxili papiloması zamanı hansı müalicə düzgündür?
A) Hormonal müalicə

B) Məlhəmlər

C) Kimyaterapiya

D) Cərrahi müalicə

E) Şüa müalicəsi
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", Bakı, Elm, 1993, 120s.
802) Diffuz mastopatiyalar zamanı hansı müalicə aparılır?
A) Krioterapiya

B) Konservativ (dərman)

C) Şüa

D) Kimyaterapiya



E) Cərrahi
Ədəbiyyat: Л.Н.Сидоренко, «Мастопатия», Ленинград,Медицина, 1979,258 с.
803) Süd vəzinin xərçəngönü xəstəliklərinə aşağıda qeyd olunanlardan hansı aiddir:
A) Mastalgiya

B) Mastodiniya

C) Adi diffuz mastopatiyalar

D) Proliferasiya etmiş mastopatiyalar

E) Laktasiyon mastitlər
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", Bakı, Elm, 1993, 120s.
804) Süd vəzi xərçənginin hansı morfoloji forması daha çox rast gəlinir?
A) İnfiltrativ paycıq xərçəngi

B) Selikli xərçəng

C) İnfiltrativ axacaq xərçəng

D) Papilyar xərçəng

E) Medulyar xərçəng
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", Bakı, Elm, 1993, 120s.
805) Süd vəzisi xərçənginin proqnozu ovarial funksiyanın hansı fazasında daha qənaətbəxş sayılır?

A) Ovarial aktiv

B) Menopauza 5-10 il

C) Dərin menopauza

D) Menopauza 5 ilədək

E) Predmenopauzal dövr


Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", Bakı, Elm, 1993, 120s.
806) Onkoloji markerlərdən hansı süd vəzi xərçənginin diaqnostikasında daha çox spesifik əhəmiyyət daşıyır?
A) AFP

B) CA 125

C) CA 19-9

D) CA 15-3

E) PSA
Ədəbiyyat: Е.В.Артомонова и др., “Рак молочной железы,иммунологические факторы прогноза”, Воронеж, 2005, 240 с.
807) Süd vəzi xərçənginin proqnozuna təsir edən amillərdən əhəmiyyətli olmayanı hansıdır?
A) Limfa düyünlərində mts

B) Anamnezdə mastitin olması

C) Şişin ölçüləri

D) Şişin lokalizasiyası

E) Xəstəliyin müddəti
Ədəbiyyat: Первичные опухоли молочной железы, под редакцией В.П.Летягина, Москва, 2004, с.332
808) Süd vəzisi xərçənginin 1-ci mərhələsində hansı cərrahi müalicə metodu kosmetik və radikalizm baxımından əlverişlidir?
A) Holsted mastektomiyası

B) Radikal rezeksiya

C) Madden mastektomiyası

D) Patey mastektomiyası

E) Skanlon mastektomiyası
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", Bakı, Elm, 1993, 120s.
809) Süd vəzisi xərçənginin skrininq programında fizikal müayinədən əlavə əsasən hansı diaqnostik üsula üstünlük verilir?
A) KT

B) Termoqrafiya

C) PET

D) Mammoqrafiya



E) NMRT
Ədəbiyyat: Клиническая маммология, под редакцией Е.Б.Камповой, С.С.Чистяковой, ГЕОТАР-Медиа, 2006, Москва, 512 с.
810) Süd vəzisi xərçənginin reseptor statusu daha dəqiq hansı üsulla müəyyən edilir?
A) İmmunohistokimyavi

B) İmmunobioloji

C) Biokimyavi

D) Radionuklid

E) Bakterioloji
Ədəbiyyat: Первичные опухоли молочной железы,под редакцией В.П.Летягина, Москва, 2004, с.332
811) Süd vəzisi xərçənginin risq qrupuna daxil olan qadınlara növbəti mammoqrafik müayinə nə vaxt aparılmalıdır?
A) İki ildə 1 dəfə

B) Üc ildə 1 dəfə

C) Beş ildə 1 dəfə

D) İldə 1 dəfə

E) Dörd ildə 1 dəfə
Ədəbiyyat: Клиническая маммология, под редакцией Е.Б.Камповой, С.С.Чистяковой, ГЕОТАР-Медиа, 2006, Москва, 512 с.
812) Süd vəzisi xərçənginin kompleks müalicəsindən sonrakı dinamik nəzarət zamanı hansı laborator müayinə daha əhəmiyyətlidir?
A) CEA markeri

B) CA 15-3 markeri

C) Qanın ümumi müayinəsi

D) Hepatit B və hepatit C

E) Qanda qadın cinsi hormonlarının təyini
Ədəbiyyat: Е.В.Артомонова и др., “Рак молочной железы, иммунологические факторы прогноза”, Воронеж, 2005, 240
813) Süd vəzisi xərçənginin radikal müalicəsindən sonra skelet sümüklərində MTS müəyyən etmək üçün hansı müalicə metodu daha əlverişlidir?
A) NMRT

B) Radionuklid

C) USM

D) Rentgenoloji



E) KT
Ədəbiyyat: Клиническая маммология, под редакцией Е.Б.Камповой-Полевой, С.С.Чистяковой, ГЕОТАР-Медиа, 2006, Москва, 512 с
814) Süd vəzisi xərçənginin şərti spesifik olan CA 15-3 markerinin norma çərçivəsi hansıdır?
A) 0-0.035 U/ml

B) 0-35 U/ml

C) 0-350 U/ml

D) 0-3.5 U/ml

E) 0-0.35 U/ml
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", Bakı, Elm, 1993, 120s.
815) Süd vəzisi xərçənginin kompleks müalicəsi zamanı antiestrogen terapiya hansı hallarda daha effektlidir?
A) ER(-), PR(-)

B) ER(-), PR(+)

C) ER(+), PR(-)

D) ER(+), PR(+)

E) Təyin olunmayıb
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", Bakı, Elm, 1993, 120s.
816) Süd vəzisi xərçəngində istifadə olunan antiestrogen preparatlara aşağıdakılardan hansı aiddir?
A) Vinorelbin

B) Tamoksifen

C) metotreksat

D) Vinkristin

E) Siklofosfamid
Ədəbiyyat: Практическая онкология, под ред.С.А.Тюлядина и В.М.Моисеенко, Санкт-Петербург, Центр –Тромм, 2004, 784 с.
817) Süd vəzisi xərçənginin 3-cü mərhələsində neoadyuvant müalicə hansı məqsədlə aparılmır?
A) Aseptika üçün

B) Əməliyyatın nəticələrini yaxşılaşdırmaq üçün

C) Şişin ölçülərinin azalması üçün

D) Prosesin rezektabel olması üçün

E) Aksilyar l/d kiçilməsi üçün
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi" ,Bakı, Elm, 1993, 120s.
818) Süd vəzi xərçənginin radikal cərahi müalicəsi (Madden üsulu ilə radikal mastektomiya) zamanı hansı qrup limfa düyünləri çixarılmalıdır?
A) Qoltuqaltı və Rotter

B) Kürəkaltı və Sorqius

C) Qoltuqaltı, kürəkaltı,körpücükaltı və Rotter l/d

D) Qoltuqaltyı, körpücükaltı

E) Qoltuqaltı və kürəkaltı
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", Bakı, Elm, 1993, 120s.
819) Hormonal asılı (ER+/PR+) süd vəzi xərçənginin uzaq metastazları ən çox hansı orqanda rast gəlinir?
A) Qaraciyər

B) Ağciyər

C) Uşaqlıq

D) Plevra

E) Sümüklər
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", Bakı, Elm, 1993, 120s.
820) 23 yaşlı doğuşdan 1 ay sonra laktasiya olan qadının süd vəzisində nisbətən ağrılı və palpasiya olunan hamar səthli elastik törəmə əllənir. Nədən şübhələnmək olar?
A) Laktosele

B) Axarların ektaziyası

C) Süd vəzisi xərçəngi

D) Düyünlü mastopatiya

E) Fibroadenoma
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", Bakı, Elm, 1993, 120s.
821) 55 yaşında qadının süd vəzisi dərisində qızartı, palpator qeyri-müəyyən bərk sahə və qoltuqaltında böyümüş l/d müəyyən edilir.Nədən şübhələnmək olar?
A) Süd vəzinin kistası

B) Süd vəzinin mastopatiyası

C) Süd vəzinin fibroadenoması

D) Süd vəzinin lipoması

E) Süd vəzinin mastitəbənzər xərçəngi
Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", Bakı, Elm, 1993, 120s.
822) 45 yaşında qadında süd vəzi giləsindən axan qanlı ifrazatın sitoloji müayinəsində qan elementləri və monomorf epitel hüceyrəli tapılmışdır. İlk növbədə nədən şübhələnmək olar?

A) Düyünlü mastopatiya

B) Axarın ektaziyası

C) Axacaqdaxili papilloma

D) Xroniki mastit

E) Laktosele


Ədəbiyyat: C.Ə.Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", Bakı, Elm, 1993, 120s.
Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin